Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   8   9   10   11   12   13   14   15   ...   102

26 
 
onların  köməyinə  gəlirəm,  Ģəhərin  xəzərlərə  təslim  edilməsinə  imkan 
verməyəcəyəm». 
[Müəllif]  deyir:  Bərdik  əl-HərəĢiyə  belə  cavab  verir:  «Ya  Əmir!  Allah 
istəsə,  mən  bu  (səh.  48)  iĢin  öhdəsindən  gələrəm!»  [Müəllif]  deyir:  Gecə  yarısı 
Bərdik Varsana yola düĢdü. Sübh çağı bir dəstə xəzər onun üzərinə hücuma keçib 
əsir  etdilər.  Sonra  xəzərlər  onu  dindirdilər  və  o,  xəbər  verdi  ki,  əl-HərəĢi  onu 
Varsana göndərib ki, onun gəliĢini əhaliyə yetirsin. 
[Müəllif] deyir: Xəzərlərdən birisi soruĢdu: «Bəs indi əl-HərəĢi haradadır?» 
О  cavab  verdi:  «Beyləqandadır».  Onlar  ona  belə  dedilər:  «Əgər  sən  azad  olub 
canını  xilas  etmək  istəyirsənsə,  Varsan  Ģəhərinə  daxil  olub,  əhalisinə  xəbər 
verməlisən ki, ərəblərdən bir nəfər də olsun onların köməyinə gəlməyəcək və onlar 
Ģəhəri bizə təslim etməlidirlər». 
[Müəllif] deyir: Bərdik onlara dedi: «Мən sizin istəyinizi yerinə yetirərəm, 
lakin  siz  mənim  ala  atımı  əlimdən  almısınız,  mən  də  onsuz  heç  bir  iĢ  görə 
bilmərəm.  Atımı  qaytarın  və  icazə  verin  Ģəhərə  yaxınlaĢım».    [Müəllif]  deyir: 
Xəzərlər atını ona qaytardılar. O, atına minib uca səslə dedi: «Ey Varsan camaatı! 
Məni tanıdınızmı?» Varsanlılar cavab verdilər: «Bəli, səni tanıdıq! Sən beyləqanlı 
Bərdiksən,  ala  atın  sahibisən!»  О  dedi:  «Siz  haqlısınız,  mən  sizin  tanıdığınız 
adamam! Mən sizə xəbər verməliyəm ki, sizin köməyinizə böyük ordu ilə Səid ibn 
Əmr  əl-HərəĢi  gəlir,  indi  o,  Beyləqandadır.  ġəhərinizdə  möhkəm  durun  və 
xəzərlərə təslim olmayın, çünki əl-HərəĢi Allah qoysa, sabah səhər burada olacaq! 
Allahda  olan  qüvvə  və  qüdrət  heç  kəsdə  yoxdur!  Mənə  gəldikdə  isə  mən 
öldürüləcəyəm. Hamınıza salamlar olsun!» 
[Müəllif]  deyir:  Varsan  camaatı  bu  sözləri  eĢidəndə  səslərini  ucaldaraq 
Allaha  Ģükür  etdilər.  Xəzərlər  baĢa  düĢdülər  ki,  Bərdik  onlara  əl-HərəĢinin 
gəldiyini xəbər verdi. Üstünə atılıb qılıncları ilə onu doğram-doğram etdilər. 
[Müəllif]  deyir:  Bunu  eĢidən  əl-HərəĢi  əmr  etdi  ki,  odun  yığsınlar.  Çoxlu 
odun gətirdilər və о əmr etdi ki, (səh. 49) onlara od vursunlar ki, tüstü qalxsın və 
Varsan əhalisi bilsin ki, o, onların köməyinə gəlir. 
[Müəllif]  deyir:  Xəzərlər  tüstünü  görən  kimi  Varsanın  mühasirəsindən  əl 
çəkib BalaĢacan düzünə
61
, oradan da Bacərvana getdilər. 
[Müəllif]  deyir:  Əl-HərəĢi  Varsanın  yanına  gəlib,  bütün  günü  Ģəhər 
qapısında durdu. ġəhərdən ona ərzaq və atlar üçün yem gətirdilər. Varsandan olan 
iki  mindən çox atlı onun ordusuna qoĢuldu. Bundan sonra əl-HərəĢi Varsanı tərk 
edib, xəzərlərin ardınca Ərdəbil və Miməddən
62
 keçərək Bacərvana gəlir. 
Burada ordusunu yenicə yerləĢdirmiĢdi ki, onun yanına kağız kimi ağappaq 
atın belində özü də ağappaq geyimli bir kiĢi gəldi. O, atını Bacərvan darvazasının 
önündə  oturan  əl-HərəĢinin  düz  qabağında  saxladıb  onu  salamladı.  Əl-HərəĢi 
atlının salamına cavab verib, ondan soruĢdu: «Kimsən, Allahın sənə rəhmi gəlsin?» 
Atlı  cavab  verdi:  «Mən  Allahın  bir  bəndəsiyəm!  Ya  Əmir,  cihada  və  qənimətə 
ehtiyacın  varmı?»  Əl-HərəĢi  soruĢdu:  «Axı  mən  buna  necə  nail  ola  bilərəm?»  О 


27 
 
dedi:  «Xəzərlərin  ordusu  on  min  əsir  müsəlmanla  (səh.  50)  sənin  dörd 
fərsəxliyində, Rustaq adlı yerdədir.
63
 Onlara çatmaq istəyirsənsə, onda tələs!» 
[Müəllif] deyir: Bundan sonra ağ atlı onu tərk edib gözdən itdi. 
Əl-HərəĢi  əsgərlərinə  müraciət  edib dedi:  «Ey  camaat!  Cihada  və  qənimət 
əldə  etməyə  qalxın.  Allahın  sizə  rəhmi  gəlsin!  Həm  də  gözləməyin  ki,  sizin 
köməyinizə  kimisə  göndərəcəyəm.  Sizə  yalnız  möhkəm  dəbilqə,  yararlı  zireh  və 
zərbə  endirən qılınc  verə  bilərəm!» Bundan sonra  əl-HərəĢi öz  zirehini  gətizdirib 
əyninə taxdı. Qılıncını belinə bağladı. Atına minib Bacərvanı tərk etdi. [DöyüĢdən 
əvvəl o,] qoĢunlarını yoxladı: onun qarĢısından baĢda dörd sərkərdəsi olan baĢdan-
ayağa  silahlanmıĢ  müharibəyə  hazır  dörd    min  əsgər  keçdi.  Bunları    görüb  dedi: 
«Əla! Ġndi isə darvazaları bağlayın!» Onlar Bacərvanın darvazalarını bağladılar. 
Bundan sonra o, xəzərlərin  yanına göndərmək istədiyi qasidi çağırdı. Onun 
adı  Ġbrahim  ibn  Asim  əl-Uqeyli  idi.  Həmin  Ġbrahim  xəzərcə  çox  yaxĢı  danıĢırdı. 
Gecə  yarısı  o,  xəzərlərin  düĢərgəsi  tərəfə  getdi.  Arxasınca  da  baĢda  əl-HərəĢi 
olmaqla dörd min döyüĢçü yola çıxdı. 
[Müəllif] deyir: Ġbrahim əsgərləri qabaqlayıb xəzərlərin düĢərgəsinə birinci 
gəldi.  O,  xəzər  geyimli  olduğu  üçün  özü  də  onlara  oxĢayırdı.  Ġbrahim  xəzərlərin 
qaldığı  düĢərgəni  seyr  edir,  hər  Ģeyi  öyrənirdi,  lakin  xəzərlər  ona  heç  fikir  də 
vermədilər.  Elə  bu  vaxt  o,  əl-Cərrah  ibn  Abdullahın  xəzər  tarxanlarından  birinin 
zorladığı  keçmiĢ  kənizinin  ağlamağını  eĢitdi.  Kəniz  ağlaya-ağlaya  deyirdi:  «Ya 
Rəbb! Səndən baĢqa bizim heç kəsimiz yoxdur, sən halımızın necə olduğunu yaxĢı 
görürsən! Bəs haradadır ədalət?» 
[Müəllif] deyir: Ġbrahim ibn Asim kənizin naləsini eĢidəndə əvvəlcə tarxanı 
öldürmək  qərarına  gəldi.  Lakin  sonradan  fikrini  dəyiĢdi,  çünki  bu  halda  o, 
tapĢırılan  iĢi  yerinə  yetirə  bilməzdi.  O,  əl-HərəĢinin  yanına  qayıdıb  (səh.  51) 
gördüklərini ona danıĢdı. 
[Müəllif]  deyir:  Əhvalatdan  xəbər  tutan  əl-HərəĢi  və  yanında  olan 
müsəlmanlar  hönkür-hönkür  ağladılar.  Sonra  ağlaĢmanı  kəsib  yola  düĢdülər  və 
gecə ikən dərin yuxuda olan xəzərlərin üstünə çıxdılar. 
Əl-HərəĢi  yatmıĢ  xəzərləri  görən  kimi,  əsgərlərini  dərhal  onların  üzərinə 
yolladı.  Müsəlmanlar  xəzərləri  dörd  tərəfdən  əhatə  etdilər,  lakin  о  əmr  etdi  ki, 
«Allahu əkbər» eĢitməyənəcən hücuma keçməsinlər. 
[Müəllif] deyir: Sübhün gözü açılar-açılmaz əl-HərəĢi və onunla olan bütün 
müsəlmanlar  birlikdə  «Allahu  əkbər»  -  deyə  bağırdılar.  Müsəlman  əsirləri  bu 
sözləri eĢidib çox sevindilər. Müsəlmanlar isə qılınclarını siyirib  düĢmənə  hücum 
etdilər və gün hələ çıxıb qurtarmamıĢ orada olan on min xəzərin hamısı tək bircə 
həmlə  ilə  məhv  edildi.  Sağ  qalan  yeganə  adam  özünü  xaqanın  oğlu  Barsbəyin 
yanına çatdırdı, baĢ vermiĢ əhvalatı ona xəbər verdi. 
Müsəlmanlardan birisi bu münasibətlə belə sözlərlə baĢlayan bir Ģer dedi: 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə