Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   6   7   8   9   10   11   12   13   ...   102

22 
 
bədənindən  ayırdılar.  Sonra  o,  əl-Cərrahın  malını,  arvad-uĢağını,  kənizlərini, 
xadimlərini və onunla qalanların hamısını əsir apardı. 
[Müəllif]  deyir:  Əl-Cərrahın  xilas  ola  bilmiĢ  Sakaliyyə  adlı  bir  döyüĢçüsü 
xəlifə  HiĢam  ibn  Əbdülməlikin  yanına  gəlib,  ona  əl-Cərrahın  və  onun 
döyüĢçülərinin həlak olmasından danıĢdı. 
[Müəllif]  deyir:  Xəlifə  HiĢam  ibn  Əbdülməlik  hönkür-hönkür  ağladı  və  о 
qədər göz yaĢı tökdü ki, saqqalı da yaĢ oldu. Dərddən ölkənin bütün müsəlmanları 
gecə-gündüz  ağlayıb, əl-Cərraha  və  onun əsgərlərinə  matəm tutdular. ġamdan bir 
nəfər isə bu münasibətlə bir Ģer də dedi, ġer belə baĢlayırdı: 
 
Canım qurban olsun əl-Cərraha, 
Qoy qorxağın canı əssin-ağlasın, 
. 
Qoy bütün qızıl güllər və ürəklər solsun! 
 
və ilaxır. 
(Səh.  42)  [Müəllif]  deyir:  Xəzərlər  isə  Ərdəbilə  hücum  etdilər.  Ərdəbil 
əhalisi  neçə  gündüz-gecə  onların  hücumlarını  dəf  etdi;  lakin  kömək  yetiĢmədiyi 
üçün onlar Ģəhəri təslim etdilər. Xəzərlər qılınc gücü ilə Ərdəbilə daxil ola bildilər. 
Onlar  Ģəhərin  müdafiəçilərinin  hamısını  qırdılar,  arvad-uĢaqları  əsir  alıb,  Ģəhərdə 
olan  hər  Ģeyi  talan  etdilər.  Bundan  sonra  xəzərlər  Ərdəbilin  nahiyələrinə 
səpələnərək  onları  mühasirə  edir,  əhalisini  öldürür,  talan  edir,  evləri  yandırır, 
camaatı zorlayırdılar.
50
 
[Müəllif] deyir: Xəlifə HiĢam ibn Əbdülməlik öz vəzirləri ilə əl-Cərrahın və 
onun əsgərlərinin baĢlarına gələn uğursuzluq  haqqında  məsləhətləĢirdi. O, gecələr 
yuxusuz  qalırdı,  geniĢ  dünya  ona  dar  olmuĢdu.  Sonra  onun  yanına  Səlim  adlı 
məvlası  gəldi,  xəlifə  ona  dedi:  «Vay  halına,  ay  Səlim!  Mənə  nə  məsləhət  verə 
bilərsən?»  Səlim  dedi:  «Allaha  and  olsun,  ya  Əmirəlmöminin!  Sən  ki  məni 
məsləhətə çağırdın, bu mənimçin xəzərlərin müsəlmanların baĢına gətirdiklərindən 
daha  əhəmiyyətlidir!  Mən  sənin  məsləhət  otağına  gəlmiĢəm,  sən  isə  məndən 
məsləhət gözləyirsən! Sənin ərəblərdən olan arxadaĢların, nökərlərin, sərkərdələrin 
var. Bu barədə onlarla məsləhətləĢ, sonra da о iĢi gör ki, zəruri olsun, Allah da sənə 
həmin iĢdə kömək ola bilsin.» 
[Müəllif]  deyir:  HiĢam  öz  otağına  girib  çıxdı  və  yenə  də  özünə  yer  tapa 
bilmədi.  Əl-Cərrahın  və  onun  silahdaĢlarının  məsələsi  onu  çox  incidirdi. 
QarĢısındakı nökəri ona dedi: «Ya Əmirəlmöminin! Qoy Allah məni sənə qurban 
etsin! Bu əyanlar ki sən onları kəndarında saxlayırsan, özlərinə də  maaĢ verirsən, 
baĢqa gün üçün yox, məhz bu gün üçün lazımdırlar!» 
HiĢam da dedi: «And olsun Allaha, sən haqlısan! Onları tez buraya çağır!» 
[Müəllif] deyir: HəmiĢə onun kəndarını kəsdirənlərin hamısı içəri daxil oldular və 
HiĢam da onlarla bir məsələ haqqında məsləhətləĢdi. 


23 
 
Gələnlər belə deyirdilər: (səh. 43) «Ya Əmirəlmöminin! Bu iĢin öhdəsindən 
hamıdan  yaxĢı  Səid  ibn  Əmr  əl-HərəĢi  gələr!  O,  doğrudan  da,  təcrübəli  adamdır, 
onun  Xorasanda  türklərin  və  soğdilərin  əleyhinə  aparılan  cihadda  fəaliyyətindən 
hamıdan  yaxĢı  xəbərdarsan.  Onun  gözləri  yaxĢı  görməsə  də,  o,  qorxmaz  və  cəsur 
bir adamdır. Biz xahiĢ edirik ki, xəzərlərin iĢini ona tapĢırasan!»" 
[Müəllif] deyir: HiĢam da dedi: «Yalnız o, baĢqa heç kəs». 
 
Səid ibn Əmr əl-HərəĢi və onun xəzərlərlə 
müharibəyə girməsi haqqında hekayət 
 
[Müəllif] deyir: Həmin Səid ibn Əmr ġamın Mənbic adlı Ģəhərində
52
 qalırdı. 
Xəlifə HiĢam öz katibinə aĢağıdakıları yazmağı əmr etdi: «Sonra da, sən yəni Səid, 
əl-Cərrah  ibn  Abdullahın  və  onun  əsgərlərinin  baĢlarına  gələndən  xəbərdarsan. 
Budur,  mən  sənə  bu  məktubumu  yazıram.  Sən  ordu  sərkərdəsisən,  ona  görə  də 
ayağa  dur.  Mən  bu  məktubu  ayaq  üstündə  durub  yazdırıram,  ona  görə  sən  də 
oturma, çünki vəziyyət deyildiyindən də gərgindir. Vəssalam!» 
[Müəllif] deyir:  HiĢamın maktubu Səidə çatanda, о cəld ayağa qalxaraq onu 
oxudu. Sonra qatırına minib, əmisi oğullarına da atlanmağı əmr etdi. Onlar Səidin 
əmrini  yerinə  yetirdilər.  Çox  keçmədən  Səid  xəlifə  HiĢam  ibn  Əbdülmalikin 
qaldığı ər-Rusafa Ģəhərinə
53
 gəlir. Səid icazə alıb, xəlifənin hüzuruna daxil olur və 
onu salamlayır. Xəlifə oturmağı əmr edir, о da oturur. Xəlifə ona deyir: «Ey Səid! 
Ərdəbil torpağında qardaĢın al-Cərrah ibn Abdullah baĢqa müsəlman qardaĢlarınla 
öldürülüblər. Bu barədə fikrin nədir?» Səid cavabında dedi: «Ya Əmirəlmöminin! 
Bu  gün  məndən  güclü  adam  yoxdur!»  HiĢam  dedi:  «Bütün  bunlara  görə  Allaha 
Ģükür! (səh. 44) Bəs gözlərin necə olsun?» Səid dedi: «Ya Əmirəlmöminin! Bu elə 
bir  gündür  ki,  kor  da  hər  Ģeyi  görür  və  «əgər  gəlin  olmusansa,  ətirə  ehtiyac 
yoxdur».
54
 
[Müəllif]  deyir:  Xəlifə  HiĢam  dedi:  «Əhsən  sənə!  Və  mənim  sənə 
buyurduğum budur!» Müəllif deyir: Bundan sonra HiĢam əmr etdi ki, xəzinəsindən 
Bədr
55
  əhalisinin  nizələrindən  birini  gətirsinlər.  Onlardan  yalnız  biri  kara  gəldi. 
Onu  HiĢamın  hüzuruna  gətirdilər,  о  da  həmin  nizəni  Səidə  verdi.  Səid  əl-HəraĢi 
dedi:  «Ya  Əmirəlmöminin!  Mən  yuxumda  qəribə  bir  Ģey  görmüĢəm!»  Xəlifə 
soruĢdu:  «Ey  Səid,  yuxunda  nə  görmüsən?»  О  саvab  verdi:  «Gördüm  ki,  sıx 
xurmalığa  girmiĢəm;  ağacları  öz  nizəmlə  bir-bir  qıra-qıra  axırıncı  ağaca  çatdım. 
Sonra  mən  əl-Cərrah  ibn  Abdullahın  qəbrinə  girdim  və  onu  qəbirdən  çıxartdım. 
DəhĢətlə  yuxudan  ayıldım  və  Məhəmməd  ibn  Sirinin
56
  yanına  gedib,  yuxumda 
gördüklərimi ona  söylədim.  О  mənə  dedi: Xurma  ağacları xəzərlərin əsgərləridir, 
inĢallah, onları qıracaqsan. О ki qaldı sənin əl-Cərrahın qəbrinə girməyinə, bu ona 
iĢarədir ki, sən onun qanını yerdə qoymayacaqsan». 
[Müəllif]  deyir:  HiĢam  dedi:  «Allaha  and  olsun,  mən  istərdim  ki,  Allah 
sənin əlinlə xəzərləri qırsın. Bu Allaha necə də xoĢ gedərdi!» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə