Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   21   22   23   24   25   26   27   28   ...   102

53 
 
edir.  Onda  xəlifə,  Əbu  Müslümün  üstünə  Mədən  əl-Xumsi  adlı  sərkərdəni 
göndərir, amma Əbu Müslüm onu da məğlub edir. 
Sonra  Əbu  Müslüm  olduğu  yeri  tərk  edib,  Azərbaycanın  Naxçıvan  adlı 
Ģəhərinə gəlib onu tutur, xərac toplayıb, onu öz silahdaĢlarının arasında bölüĢdürür. 
Buradan  o,  Dəbil  Ģəhərinə  tərəf  gedir,  dörd  ay  onu  mühasirədə  saxlasa  da,  ala 
bilmir.  Geriyə  qayıdıb  Beyləqana  gəlir  və  burada  yerləĢir.  Buradan  o,  müxtəlif 
tərəflərə basqınlar törədir, öldürür, yandırır və talan edirdi. 
[Müəllif]  deyir:  Bunlardan  xəbər  tutan  xəlifə  Harun  ər-RəĢid,  Əbu 
Müslümün üstünə otuz min döyüĢçüsü olan üç ordu  göndərir. On min nəfərlik bir 
qoĢuna  Yəhya  əl-HərəĢi,  on  min  nəfərlik  baĢqa  qoĢuna  Yəzid  ibn  Məzyəd  əĢ-
ġeybani baĢçılıq edirdi. Yəhya əl-HərəĢi on min nəfərlə (səh. 256) əl-Cəzirə yolu 
ilə hərəkət etdi. 
[Müəllif]  deyir:  Bu  ordular  Əbu  Müslümün  üzərinə  hər  tərəfdən  hücuma 
keçdilər, lakin Əbu Müslüm düĢmənlə üz-üzə gəlməmiĢdən əvvəl vəfat etdi.
128 
[Müəllif] deyir: Yaramaz Əbu Müslüm ölən kimi, onun yerini əs-Sakin ibn 
Musa  ibn  Həyyan  əl-Beyləqani  tutdu.  O,  Yəhya  əl-HərəĢi  ilə  qarĢılaĢmaq  üçün 
Beyləqan  Ģəhərindən  hərəkət  etdi.  Onlar  Azərbaycan  torpağında  üzləĢdilər  və  əs-
Sakin ibn Musanın dəstələri darmadağın edildi, əl-Xəlil adlı oğlu isə əsir düĢdü. 
Əs-Sakin ibn Musa  və  onun yaramazları Yəzid ibn Məzyəd əĢ-ġeybaninin 
ordusuna qarĢı hərəkət etsələr də, ən nəhayət ondan aman  diləməli oldular. Yəzid 
ibn Məzyəd onları bağıĢladı. 
[Müəllif]  deyir:  Xəlifə  Harun  ər-RəĢid  Azərbaycanda  və  Arranda 
hakimiyyətdə olanların hamısını vəzifələrindən kənar etdi. Sonra o, Səid ibn Səlm 
ibn Quteybəni çağırtdırıb, bütün ölkənin idarəsini ona verdi.
129 
 
Səid ibn Səlmin Arran ölkəsində hakimliyi 
və onun üstündə müsəlmanların baĢına gələn 
iĢlər haqqında hekayət 
 
[Müəllif]  deyir:  Səid  ibn  Səlm  hərəkət  edib,  tezliklə  Bərdə  Ģəhərinə  gəldi. 
Burada o, Nəsr ibn Ənan adlı adamı çağırtdırıb, onu Bab əl-Əbvab Ģəhərinə hakim 
təyin etdi.  [Müəllif] deyir: Nəsr  ibn Ənan təyin olunduğu  Bab əl-Əbvab Ģəhərinə 
gəlir. 
Bu vaxt Bab əl-Əbvabda ən-Nəcm ibn HaĢim adlı bir adam olurdu.
130
 Səid 
ibn Səlm, (səh. 257) [əl-Fəzl] ibn Yəhya əl-Bərməkinin mavləsi Haris adlı adamını 
onun yanına göndərir ki, Ģəhərin xəracını yığdırsın. 
[Müəllif] deyir: Əl-Bab camaatı Nəsr ibn Ənanın  yanına gəlib ona dedilər: 
«Ya  Əmir,  bizdən  xərac  alma,  axı  Ģəhərimiz  düĢmənlərlə  döyüĢür,  əhalisi  də 
xəzərlərlə  müharibədədir.  Lakin  əmir  Səid  ibn  Səlm,  əl-Fəzl  ibn  Yəhya  əl-
Bərməkinin mavləsi əl-Harisi buraya vergi toplamağa göndərib. Sən bu haqda ona 
məktub yaz!» 


54 
 
Nəsr ibn Ənan dedi: «Mən ona bu barədə heç bir Ģey yazmayacağam və bir 
yandan da fikirləĢirəm ki, siz öz xəraclarınızı ödəməlisiniz, çünki Əmirəlmöminin 
Harun ər-RəĢid heç kəsə xəracı kəsməyə icazə verməz». [Müəllif] deyir: Gələnlər 
bu sözlərdən sonra daha heç nə demədilər: buradan düz Həyyun ibn ən-Nəcm ibn 
HaĢimin yanına gəlib, onunla bu məsələ haqqında  məsləhətləĢdilər. Həyyun dedi: 
O, xəracı ancaq onda ala bilər ki, siz özünüz onu ödəyəsiniz, lakin o sizə və sizin 
mülklərinizə yaxınlaĢmağa cürət etsə, hamınızın dalında durmuĢam». 
[Müəllif] deyir: Əl-Fəzl ibn Yəhyanın əl-Haris adlı mavləsi xəracı toplamaq 
üçün əl-Baba gəlir. ġəhərlilərin bir dəstəsi ona və onun adamlarına hücum edib, bir 
qismini  qırır,  onların  atlarını,  mal-qarasını  və  Ģeylərini  əllərindən  alıb,  sağ 
qalanlarını Ģəhərdən qovurlar. 
[Müəllif]  deyir:  Əl-Haris  bu  barədə  Səid  ibn  Səlmə  yazır.  Səid  ibn  Səlm 
məktubu oxuyandan sonra ən-Nəcm ibn HaĢimin yanına öz adamlarını göndərir ki, 
oğlu  Həyyunun  xərac  toplayanların  (səh.  258)  baĢlarına  açdığı  oyundan  onu 
xəbərdar etsin. 
[Müəllif]  deyir:  Ən-Nəcm  ibn  HaĢim  and  içir  ki,  bu  barədə  heç  bir  Ģey 
bilmir. [Müəllif] deyir: Səid ibn Səlm qəzəblənərək, ən-Nəcm ibn HaĢimin yanına 
gedir, onu qandallayıb Bərdə zindanına saldırır. 
Bunu bilən Həyyun ibn ən-Nəcm Nəsr ibn Ənanı tutdurub, atası kimi həbs 
etdirir. 
[Müəllif]  deyir:  Bu  barədə  xəbər  Səid  ibn  Səlmə  çatır.  O,  ən-Nəcm  ibn 
HaĢimi yanına gətizdirib, baĢını vurdurur və oğlu Həyyun ibn ən-Nəcmə göndərir. 
[Müəllif] deyir: Belə olduqda Həyyun ibn ən-Nəcm vergi toplayan Nəsr ibn 
Ənanı zindandan çıxarıb, baĢını vurdurur və bu baĢı Səid ibn Səlmə göndərir. 
[Müəllif]  deyir:  Bu  Səid  ibn  Səlmi  həddindən  artıq  qəzəbləndirir.  O  öz 
tərəfdarlarını yığır və böyük bir qoĢunla Bərdə Ģəhərindən çıxaraq, Həyyun ibn ən-
Nəcmlə döyüĢə gedir. 
[Müəllif]  deyir:  Həyyun  bu  barədə  xəbər  tutur,  öz  elçisini  yüz  min 
dirhəmlik hədiyyələrlə xəzərlərin padĢahı xaqanın yanına göndərir. Xaqana məktub 
yazıb ondan kömək istəyir və islam ölkəsini ona qənimət kimi vəd edir. 
[Müəllif] deyir: Xaqan qırx  min xəzər atlısı və tarxanları ilə Bab əl-Əbvab 
Ģəhərinə  doğru  hərəkət  edir.  O,  Ģəhəri  zəbt  edib,  islam  ölkəsinə  hücum  etmək 
fikrində  idi.  Onda  dərbəndlilər  Həyyun  ibn  ən-Nəcmin  yanına  gəlib  dedilər:  «Ya 
Əmir!  Allah  bizimlədir!  Əgər  xəzərlərin  padĢahı  xaqan  öz  ordusu  ilə  Ģəhərimizə 
girsə, onda biz məhv olarıq.» 
Həyyun cavab verdi: «Sizi əmin edirəm ki, sizdən baĢqa bu Ģəhərdə heç kəs 
olmayacaq!» 
Bundan  sonra  xəzərlərin  padĢahı  xaqan  Həyyun  ibn  ən-Nəcmə  bunu  xəbər 
verdi: «Ya Əmir! Biz sənin (səh. 259) əmrinlə gəldik!! Həyyun cavab verdi: «Ey 
padĢah! QoĢunlarına əmr et ki, mənim ardımca gəlsinlər!» Bundan sonra Həyyun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə