Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   20   21   22   23   24   25   26   27   ...   102

51 
 
[Müəllif]  deyir:  Elə  bu  vaxt  xəzərlərin  Nilin  suları  və  gecənin  zülmətinə 
bənzər  iki  yüz  mindən  artıq  süvari  ordusu  göründü.  [Müəllif]  deyir:  DüĢmənlər 
ġirvan  torpağında  üz-üzə  gəldilər.  Müsəlmanlar  (səh.  232)  bundan  dəhĢətli  gün 
görməmiĢdilər,  çünki  onlardan  saysız-hesabsız  miqdarda  adam  qırıldı.  DöyüĢ 
meydanından  qaçan  Yəzid  ibn  Üseyd  Bərdə  Ģəhərində  gizləndi.  Xəzərlərin 
hökmdarı  xaqan  isə  döyüĢçüləri ilə qələmə  gəlməyən qədər qənimət  apararaq, öz 
mövqelərinə qayıtdı.
115 
[Müəllif]  deyir:  Yəzid  Ġraqa  yollanıb,  xəlifə  əl-Mənsura  xəzərlərin 
müsəlmanların baĢına gətirdikləri haqqında məlumat verdi. Xəlifə həddindən artıq 
kədərləndi  və  sonra  belə  dedi:  «Vay  sənin  halına,  ey  Yəzid!  Bəs  biz  nə  edək?» 
Yəzid  cavab  verdi:  «ÇıxıĢ  yolu  bundadır  ki,  biz  öz  qoĢunumuzu  əl-Babda 
yerləĢdirməliyik.  Onda  xəzərlər  geriyə  atılar  və  islam  zəfər  çalar!  Mən  bundan 
yaxĢı çıxıĢ yolu görmürəm!» 
Xəlifə  əl-Mənsur  o  saat  ġamın,  əl-Cəzirənin  və  Ġraqın  bütün  vilayətlərinə 
carçılar  göndərdi,  hər  biri  neçə  igidə  bərabər  yeddi  min  döyüĢçü  seçdirdi.  Sonra 
xəlifə,  Ġbrahim  ibn  Əbu  Aunu  və  əl-Heysəm  ibn  Sədi  çağırıb  onlara  iyirmi  min 
əsgər verdi. Daha sonra ġamın və əl-Cəzirənin Ģəhərlərinə adam göndərib, oranın 
əsgərlərindən  on  min  nəfər  seçdirdi.  Nəhayət,  bütün  əsgərləri  Yəzid  ibn  Üseydə 
təhkim edib Arran səfərinə çıxmasını əmr etdi. 
Yəzid Bərdə Ģəhərinə gəlir və oradan Kür çayının sahilinə çıxır. Ordusu ilə 
çaydan  keçərək,  tez  bir  vaxtda  Dərbənd  Ģəhərinə  yetiĢir.  Əsgərlərini  burada 
yerləĢdirib, Ģəhərin istehkamlarını və darvazalarını nizama salır. Sonra Yəzid əmr 
edir ki, divarlarda yeni qapılar açılsın: əl-Kunak adlı dağa
116
 qədər uzanan divarda 
bitki və ağaclardan seçilməyən bir neçə qapı açırlar. 
Əvvəl Kambax adlı qapını qurdular, sonra [bir-birinin ardınca] əl-Bardana, 
əl-Həmid, Dəmir (əl-Hədid), (səh. 233) BaĢ (Bab Vaf), Kiçik Səfirlər (Bab ər-rusul 
əs-suğra),  Böyük Səfirlər (Bab ər-rusul əl-kubra), Levbər (Bab Arsa) və  nəhayət, 
ġəxavətli Musa qapılarını tikdilər.
117 
[Müəllif]  deyir:  Sonra  Yəzid  ibn  Useyd  əl-Babın  və  dağ  keçidlərinin 
müdafiəsi  üçün  tabeliyində  olan  hərbi  hissələrdən  ayırdı,  onları  bu  yerlərdə 
məskunlaĢdırdı  və  onlar  üçün  hələ  Əməvilərin  vaxtından  təyin  olunmuĢ  ərzaq 
paylarını təsdiq etdi. 
[Müəllif]  deyir:  Bundan  sonra  xəlifə  əl-Mənsur,  Yəzid  ibn  Üseydə  xəbər 
verir ki, o, Arranın idarəsindən kənar edilir
118
 və onun yerinə Bikar ibn Müslüm əl-
Üqeyli  təyin  olunur.  Bikar  ölkəni  bir  il  dörd  ay  idarə  edir,
119
  lakin  xəlifə  onu  da 
vəzifədən  kənar  edir;  yerinə  əl-Həsən  ibn  Qəhtəbə  ət-Tayi  təyin  olunur.
120
  O, 
ölkəyə Xorasan, ġam və Ġraqdan olan əlli minlik qoĢunla gəlir. 
Əl-Həsən  ibn  Qəhtəbə  Arran  ölkəsinə  yenicə  gəlmiĢdi  ki,  Curzanda 
(Gürcüstanda)  yaĢayan  kafir  sanarilər
121
  ona  qarĢı  üsyan  etdilər.  Əl-Həsən  ibn 
Qəhtəbə onlarla heç cür bacara bilmədi və bu haqda xəlifəyə məktub yazdı. Xəlifə 
onun  köməyinə  dörd  sərkərdə  göndərdi:  Əmir  ibn  Ġsamyıl  əl-Curcanini,  Ġsa  ibn 


52 
 
Musa  (səh.  234)  əl-Xorasanini,  əl-Fəzl  ibn  Dinarı  və  Muqatil  ibn  Salehi.  Bu 
sərkərdələr  otuz  min  döyüĢçü  ilə  gələndən  sonra  əl-Həsən  ibn  Qəhtəbə  onlarla 
birlikdə Curcana hücuma keçdi. 
[Müəllif]  deyir:  Sanarilər  özləri  kimi  kafir  olan  Cavaxet
122
  əhalisi  ilə 
birləĢib  böyük  qüvvə  ilə  müsəlmanlara  hücum  etdilər.  DöyüĢ  baĢlandı  və  Allah 
qələbəni  müsəlmanlara  bəxĢ  etdi:  yalnız  bir  döyüĢdə  kafirlərdən  on  min  nəfəri 
öldürüldü. Allah onların var-dövlətlərini,  mal-qarasını və  silahlarını qənimət  kimi 
müsəlmanlara  bəxĢ  etdi.  Bundan  sonra  xəlifə  əl-Mənsurun  sərkərdələri  Ġraqa 
qayıtdılar. 
Əl-Həsən  ibn  Qəhtəbə  Arranda  qalıb  Bərdədə  yerləĢdi.  O,  Qəhtəbə  adlı 
oğlunu  yanına  çağırtdırıb,  onu  Bab  əl-Əbvabın  hakimi  təyin  etdi.  Ġkinci  oğlu 
Ġbrahimi  çağırtdırıb,  Curzanın  hakimi  təyin  etdi  və  Tiflisdən  o  yana  müsəlman 
torpaqlarının idarəsini ona tapĢırdı. Üçüncü oğlu Məhəmmədi çağırtdırıb, Xilat və 
Qaliqaladan o yana torpaqların idarəsini ona verərək, Ərminiyəyə hakim təyin etdi. 
(səh.  254)  [Müəllif]  deyir:  Xəlifə  Harun  ər-RəĢid
123
  əl-Fəzl  ibn  Yəhya  əl-
Bərməkini  Azərbaycan  və  Ərminiyəyə  vali  təyin  etdi.
124
  Əl-Fəzl  böyük  ordu  ilə 
yola çıxıb, Bərdə Ģəhərinə gəldi. Buradan qalxıb Bab əl-Əbvab Ģəhərinə, sonra da 
Hazmin adlı qalaya çatdı. Buranın müdafiəçiləri ilə döyüĢdü, lakin heç bir Ģey əldə 
edə  bilməyib,  yenidən  Bərdə  Ģəhərinə  qayıtdı  və  bir  qədər  burada  qaldı.  Burada 
olarkən  Ömər  ibn  Əyyub  əl-Kinani  adlı  adamı  yanına  çağırıb,  onu  öz  yerinə 
caniĢin təyin etdi, özü isə Ġraqa qayıtdı. 
Bir  qədər  sonra  Ömər  ibn  Əyyub  əl-Kinani  vəzifəsindən  uzaqlaĢdırıldı, 
onun yerinə isə əĢərilərin
125
 azad edilmiĢ qulları (maula) Əbussabah təyin olundu. 
[Müəllif] deyir: Həmin Əbussabah Arran əhalisini sıxıĢdırmağa baĢladı, bərdəlilər 
də ona hücum edib öldürdülər.
126
 
Onun yerinə Arrana Səid ibn Məhəmməd əl-Ləhəbi hakim təyin olundu.
127 
 
Yaramaz (Ģər adam) Əbu Müslüm və onun xəlifə Harun ər-RəĢidə 
qarĢı çıxıĢı haqqında hekayət 
 
[Müəllif]  deyir:  Yaramaz  Əbu  Müslüm  xəlifə  Harun  ər-RəĢidə  qarĢı 
Beyləqan Ģəhərində üsyan etdi. Xəlifə Ġshaq ibn Müslüm əl-Üqeyli adlı sərkərdəni 
Ġraq  döyüĢçülərindən  ibarət  beĢ  min  atlının  baĢında  onun  üstünə  göndərdi.  (səh. 
255) 
Bundan  xəbər  tutan  yaramaz  Əbu  Müslüm,  Ġshaq  ibn  Müslümə  qarĢı 
hərəkət  etdi.  Hər  iki  tərəf  Varsan  Ģəhərinin  yanında  üz-üzə  gəlib,  Ģiddətli  döyüĢə 
girdilər.  Tale  üzünü  xəlifə  Harun  ər-RəĢidin  dostu  olan  Ġshaq  ibn  Ġbrahimdən 
çevirdi və yaramaz Əbu Müslüm onu məğlub etdi. 
Bundan xəbər tutan xəlifə Harun ər-RəĢid Əbu Müslümə qarĢı əl-Abbas ibn 
Cərir  ibn  Xalid  əl-Qəsri  adlı  sərkərdəsini  göndərir.  Əbu  Müslüm  onu  da  məğlub 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə