Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   19   20   21   22   23   24   25   26   ...   102

48 
 
[Müəllif]  deyir:  Müsafir  ibn  Kəsir  öz  əsgərlərini  yığıb  bu  adamla  yola 
düĢdülər. Gecənin zülmətində yola çıxıb, sübh çağı Asim ibn Yəzidin mövqeyinə 
çatdılar.  Onları  görən  qiyamçılar  «Allahu  əkbər!»  sədaları  ilə  hücuma  keçərək 
dəhĢətli qırğın törətdilər. Bərdənin əmiri Asim ibn Yəzid və onun bir çox əsgərləri 
öldürüldü.  Ordunun  qalıqları  ilə  Asimin  Zəfər  adlı  oğlu  döyüĢ  meydanından 
qaçaraq, çox acınacaqlı vəziyyətdə özlərini Bərdəyə çatdırırlar. 
(səh.  145)  Müsafir  ibn  Kəsir  və  onun  silahdaĢları  Asim  ibn  Yəzidin 
adamlarının  yerdə  qalan  hissəsini  mühasirəyə  alıb  onları  tutdular  və  Beyləqan 
Ģəhərinə qayıtdılar. 
Bu hadisə ġamda xəlifə Mərvan ibn Məhəmməd ibn Mərvana çatdı. Xəbər 
onu  çox  sarsıtdı.  Lakin  bir  qədər  sonra  o  özünün  ġamdakı  sərkərdələrindən 
Əbdülməlik  ibn  Müslüm  əl-Üqeylini  yanına  çağırıb  tabeliyinə  nəhəng  bir  ordu 
verdi,  özünü  də  Azərbaycan  və  Ərminiyəyə  vali  təyin  etdi.  Ona  əmr  etdi  ki,  o 
oralarda  müharibə  aparıb,  əhalidən  xərac  vergisini  toplasın.  Xəlifə  qiyamçılarla 
döyüĢə girməyi də əmr etdi. 
[Müəllif]  deyir:  Əbdülməlik  ibn  Müslüm  nəhəng  bir  ordunun  baĢında 
ġamdan  yola  düĢərək,  tezliklə  Bərdəyə  gəlib  burada  yerləĢir.  Sonra  o  bundan 
qabaq  qiyamçıların  darmadağın  etdiyi  qoĢunla  Bərdədən  çıxaraq,  çox  keçmədən 
«Cisr  əl-hicara»  («DaĢ  körpü»)  adlı  yerə  gəlib,  burada  düĢərgə  salaraq,  köməkçi 
qüvvələrin gəlməsini gözləyir. Nəhayət, qiyamçılara qarĢı  çıxıĢ edir. 
Tərəflər Bərdə ilə Yunan arasında üz-üzə gəlib döyüĢə 
baĢladılar.  Əbdülməlik  ibn  Müslüm  bu  döyüĢdə  öldürüldü,  ordunun  baĢına 
onun qardaĢı Ġshaq ibn Müslüm əl-Üqeyli keçdi. 
Ġshaq ibn Müslümlə qiyamçılar arasındakı döyüĢ davam edir, nə gündüz, nə 
də gecələr ara vermirdi. Bu döyüĢlər Bərdə ilə Yunanın arasında gedirdi. Ġshaq ibn 
Müslümlə, Müsafir ibn Kəsir əl-Qəssab və onun qiyamçıları arasında olan döyüĢlər 
Xorasanda  Əbu  Müslümün
107
  rəhbərliyi  altında  qara  bayraqlıların  (əl-musavvada) 
meydana çıxmalarına qədər davam etdi. 
(səh. 210) 
 
Biz yenidən Azərbaycandakı hadisələrə qayıdırıq 
 
[Müəllif]  deyir:  Bundan  sonra  Əbülabbas  əs-Səffah
108
  Məhəmməd  ibn  Sul 
adlı
109
  adamı  hüzuruna  çağırıb,  ona  ordu  verdi  və  Azərbaycana  vali  təyin  etdi. 
Məhəmməd ibn Sul əsgərləri  ilə  yola  düĢüb  Azərbaycan torpağına  yetiĢdi.  BaĢqa 
döyüĢçülər də onun ordusuna qoĢulduğu üçün atlılarının sayı 100 min oldu. 
[Müəllif]  deyir:  Bu  zaman  Azərbaycanda  Müsafir  ibn  Kəsir  əl-Qəssab 
ağalıq edirdi. Məhəmməd ibn Sulun yola çıxması haqqında xəbəri eĢidəndə o, Rum 
(Bizans)  ölkəsində  olan  Qala  əl-Kilab  («Sərt  qala»)  adlanan  qalaya  gedib  orada 
möhkəmləndi. Çox keçmədən Məhəmməd ibn Sul qoĢunu ilə buraya yaxınlaĢaraq, 


49 
 
qalanı  mühasirəyə  alır. O uzun  müddət Müsafirlə  döyüĢür,  nəhayət, onu və  onun 
çoxlu silahdaĢlarını məhv edir. Qiyamçıların qalıqları Sicistana qaçırlar. 
[Müəllif]  deyir:  Məhəmməd  ibn  Sul  qıyamçıların  baĢçısı  Müsafir  ibn 
Kəsirin  və  onun  silahdaĢlarının  kəsilmiĢ  baĢlarını  Əmirəlmöminin  Əbülabbas  əs-
Səffahın hüzuruna göndərir. Özü isə ordusu ilə Beyləqan Ģəhərinə gedib, bir neçə 
gün orada qalır. Sonra o, Bərdə Ģəhərinə gəlir, uzun müddət burada qalaraq ölkəni 
idarə edir. 
Bundan  sonra  Əbülabbas  əs-Səffah  Məhəmməd  ibn  Sulu  valilikdən  kənar 
edir,  yerinə  öz  qardaĢı  Əbu  Cəfər  əl-Mənsuru  təyin  edir.
110
  Əbu  Cəfər  də  yola 
düĢüb,  gəlib  Azərbaycan  torpaqlarına  çatır.  O,  Kiran  adlı  yerdə
111
  qıĢlayır,  yay 
mövsümünü  isə  Curan  torpağında  (Gürcüstan)  yerləĢən  əd-Dəribə  adlı  otlaqda 
keçirdi. 
 
(səh. 229) 
 
Əbu Cəfər əl-Mənsurun Azərbaycanı fəth 
etməsi haqqında hekayət 
 
[Müəllif]  deyir:  Bundan  sonra  xəlifə  əl-Mənsur
112
  Yəzid  ibn  Üseyd  ibn 
Zafir əs-Sulamini yanına çağırıb, onu Arrana hakim təyin edir.
113 
[Müəllif] deyir: Yəzid ibn Üseyd Ġraqdan Arrana yola düĢüb, Bərdə adlanan 
Ģəhərə  gəldi,  burada  yerləĢib  ölkənin  hər  yerinə  öz  vergi  yığanlarını  (amil) 
göndərdi.  Əl-Mənsur  ona  yazdı:  «Və  sonra.  Xəzərlərlə  qohumluq  olmasa,  Arran 
ölkəsində  heç  vaxt  əmin-amanlıq  bərqərar  olunmayacaq.  Mən  belə  hesab  edirəm 
ki, sən onlarla qohum olmalısan, onda ölkədə əmin-amanlıq olar. Əks təqdirdə mən 
sənin  və  sənin  vergi  yığanların  üçün  qorxuram,  çünki  xəzərlər  sizi  rahat 
qoymayacaqlar.  Ġstəsələr  hətta  ordu  toplayıb  hücuma  keçər  və  qalib  də  gələ 
bilərlər. Bax, mənim məsləhətimə qarĢı etinasızlıq etmə, çalıĢ ki, xəzərlərlə qohum 
olasan. Vəssalam!» 
 
Yəzid ibn Üseyd ibn Zafir əs-Sulaminin xəzər padĢahının qızı ilə 
evlənməsi haqqında hekayət 
 
[Müəllif]  deyir:  Xəlifə  əl-Mənsurun  məktubunu  alandan  sonra  Yəzid 
xəzərlərin  hökmdarı  olan  Taatur  adlı  xaqanın
114
  yanına  öz  adamlarını  onun  qızı 
üçün elçi göndərir. Qızın adı Xatun idi (səh. 230). Xəzərlərin padĢahı öz razılığını 
verdi.  Yəzid  ibn  Üseyd  Xatunla  evlənərək,  qızına  görə  atasına  100  min  dirhəm 
verdi. 
Xatun  təntənə  ilə  xəzərlərin  ölkəsindən  islam  ölkəsinə  yola  düĢdü.  Onu 
qohumlarından 10 min xəzər müĢayiət edirdi; ona dörd min əla madyan, min qatır, 
min qul, on min xəzəri cinsindən olan alçaq dəvə, min baĢ türkü cinsindən olan iki 


50 
 
hürküclü dəvə, iyirmi min baĢ qoyun, qapıları və üstü qızıl və gümüĢ lövhələrdən 
düzəldilmiĢ,  içərisinə  samur  xəzi  döĢənmiĢ  və  ipək  çəkilmiĢ  on  furqon,  qızıl  və 
gümüĢ əĢyalar, qab-qacaq və baĢqa Ģeylər yüklənmiĢ iyirmi araba qoĢulmuĢdu. 
[Müəllif] deyir: Ġslam ölkəsinə gələndən sonra Xəzər padĢahının qızı bütün 
var-dövləti  ilə  Bərdə  darvazasına  yaxın  olan  əl-Kəbbab  adlı  yerdə  düĢərgə  saldı. 
[Müəllif]  deyir:  Bu  yerdə  dayandıqdan  sonra  qız  öz  adamını  Yəzidin  yanına 
göndərib ondan  xahiĢ etdi:  «Mənim  yanıma  müsəlman qadınlarından bir neçəsini 
göndər ki, onlar mənə islam dininin mahiyyətini izah edib Quranı oxusunlar, yalnız 
bunların hamısını mənimsəyəndən sonra mən sənin olacağam!» Yəzid onun yanına 
Bərdədən bir neçə qadın göndərdi ki, islam dinini və Quranı xaqan qızına öyrədib 
izah etsinlər. 
[Müəllif] deyir: Yəzid ibn Üseydin elə bir  sərkərdəsi qalmadı ki, qıza Ģan-
Ģöhrətinə layiq hədiyyə gətirməsin. 
Xatun islam dininin mahiyyətini və Quranı öyrənəndən sonra Yəzidə qılınc 
və xəncər göndərdi; Yəzid baĢa düĢdü ki, qız yanına gəlməsinə icazə verir. Onun 
icazəsi  ilə  Yəzid  otağına  daxil  oldu.  Bu  vaxt  qız  geyinib-keçinmiĢ,  qiymətli 
daĢlarla bəzənmiĢdi. [Müəllif] deyir: Yəzid ibn Üseyd iki il dörd ay onun yanında 
qaldı.  Qızın  Yəziddən  iki  oğlu  olur.  Lakin  qız  da,  oğlanlar  da  ölürlər.  Bu  hadisə 
Yəzidi hədsiz kədərləndirir. (səh.231) 
 
Xatunun ölümündən sonra xəzərlərin müsəlmanların 
üzərinə hücumları haqqında hekayət 
 
[Müəllif]  deyir:  Xəzərlər  xaqan  qızı  Xatunun  ölüm  xəbərini  eĢidib,  böyük 
bir  ordu  ilə  müsəlmanların  üzərinə  hərəkət  edir  və  çox  keçmədən  əl-Babdan 
çıxırlar. 
[Müəllif]  deyir:  Yəzid  ibn  Üseyd  cəmi  yeddi  min  atlı  əsgəriylə  onların 
qarĢısına çıxır, lakin qüvvəsi az olduğu üçün onlara gücü çatmır. Buna görə xəlifə 
Əbu Cəfər əl-Mənsura məktub yazıb əhvalatı  ona bildirir. 
Xəlifə Yəzidin məktubunu oxuyub kədərlənir, iĢin aqibəti onu qorxudur. O, 
ġama  məktub  göndərib,  oranın  əhalisini  Yəzidin  Arranda  baĢına  gələnlərlə  tanıĢ 
edir. Çox keçmədən ġamdan  Yəzidin köməyinə  on  min nəfərdən çox əsgər gəlir. 
Bunun ardınca Ġraqdan da onun köməyinə əsgərlər gəlir. Ġraqdan hamıdan əvvəl on 
min əsgərlə Cəbrail ibn Yəhya, sonra on min əsgərlə Məhəmməd ibn Həsən, sonra 
on min əsgərlə Hümeyd ibn Qəhtaba və beĢ min əsgərlə Hərb ər-Rəvəndi gəldilər. 
Cəmi Ġraqdan otuz beĢ min əsgər gəldi. 
[Müəllif] deyir: Yəzid ġamdan və əl-Cəzirədən olan iyirmi min və Ġraqdan 
olan  otuz  beĢ  min  əsgərlə,  yəni  təxminən  altmıĢ  minlik  ordu  ilə  hücuma  keçir. 
QoĢun Kür çayını keçərək, ġirvan ərazisinə daxil olur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə