Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   82   83   84   85   86   87   88   89   ...   102

184 
 
Əl-MüĢtərik'də:  fəthəli  həmzə,  təĢdidli  ra,  sonra  əlif    nun.  Onun  iki  iri 
(əsas) Ģəhəri (paytaxtı) var. 
 
(s.361)   Birinci paytaxt 
Bərdə` atu 
 
Əl-Lübab'  deyildiyi  kimi,  bə'nin  fəthəsi,  ra'nın  üzərində  sukun,  dəl'in 
fəthəsi,  (sonra)  ayn  və  axırda  hə  var.  O,  yeddi  iqlimin  beĢincisində  yerləĢir.  Əl-
Qanun'da  deyilənə  görə,  uzunluq  dairəsi  73
0
,  en  dairəsi  –  43
0
-dir.  Təqvim  əl-
buldən'də  deyilir:  "O,  Arran  məmləkətinin  paytaxtıdır."  Əl-Lübab'də  isə:  "O, 
Azərbaycanın  ən  uzaq  nöqtələrindən  biridir".  Ġbn  Hövqəl  deyir:  "O,  havası  saf, 
torpağı  münbit  olan  bir  yerdə  yerləĢən  Ģəhərdir.  Ondan  bir  fərsəxdən  də  az 
məsafədə  (əl-Əndərab  adlanan)  bir  yer  var  ki,  ora  baĢdan-baĢa  bağlıq  və 
meyvəlikdir". Hümat'ın sahibi əl-Müəyyəd'ə görə, bu Ġbn Hövqəlin dövründə belə 
idi. Bizim dövrümüzə gəlincə isə, oranı görənlər mənə nəql ediblər ki, hal-hazırda 
ondan  yalnız  xatirələr  qalıb.  Onun  bağları  və  axar  suları  var.  O,  əl-Kurr  çayına 
yaxındır. 
Əlavə 1. Əs-Səm`ani (v.73a). Əl-Bərdə`i fəthəli bə, sukunlu ra, fəthəli dəl 
və  sonunda  -  ayn.  Bu  nəsəb  Azərbaycanın  uzaq  sərhəddindəki  Ģəhərə  aiddir.  Bu 
nəsəblə məĢhur olanlardan Əmr Səid ibn əl-Qasim ibn Əla ibn Xalid əl-Bərdəinin 
adının (mən) Əbu Bəkr əl-Xətibin Tərix Bağdad kitabında ġüca ibn Farisin xətti ilə 
bu cür yazıldığını görmüĢəm. Deyilənlərə görə, o, əski qanun-qaydalarla Bağdadda 
yaĢayırdı və 350/961-ci ildə həccə getmiĢdir. 
Əlavə  2.  Ġbn  əl-Əsir.  Əl-Lübab  (c.I.  səh.  109).  Əl-Bərdə`i:  fəthəhli  bə, 
sukunlu  ra,  fəthəli  dəl  və  sonunda  (səh.110)  -  ayn  hərfi.  Bu  nəsəb  Bərdəyə 
mənsubdur. Bir çox (məĢhur) adamlar, (məsələn) Əbu Bəkr Muhəmməd ibn Yahya 
ibn Hilal əl-Bərdə'i oradandır. 
Əlavə  3. Əbu-l-Fida. Təqvim əl-buldən.  Bərdə`ə.  (səh. 402) Uzunluq və 
en dairələri Ətval`da 78
0
 08' və 40
0
 30', Ġbn Səid` - 72
0
 40' və 48
0
 45'-dir. BeĢinci 
iqlimdədir.  Əl-Lübab'ə  görə,  bə'nin  fəthəsi,  ra'nın  sukunu,  dəl'in  fəthəsi  var. 
Axırda  ayn  və  hə  (hərfləri)  gəlir.  (səh.403)  Bərdə  Arranın  paytaxtıdır.  Ġbn 
Hövqəl'də Bərdə Arranın böyük və çox səfalı bir Ģəhəridir. Ondan bir fərsəxdən az, 
birgünlük  məsafədə  əl-Əndərab  adlanan  yerdə  meyvə  bağları  və  hətta  fındıq  və 
Ģabalıd meĢəlikləri var. (ġəhər) qapılarının yanında əl-Kərki adlanan bazar yerləĢir. 
Hər  bazar  günü  camaat  oraya  axıĢıb  gəlir.  Qeyd  etməliyəm  ki,  bu  deyilənlərin 
hamısı Ġbn Hövqəlin zamanına  aiddir. Oraları görənlərdən birisi  mənə  danıĢıb ki, 
hal-hazırda (Bərdə) xarabalığa çevrilib və orada dağılmıĢ binalardan baĢqa heç bir 
əsər  qalmayıb.  Həmin  adam  söylədi  ki,  müqayisədə  Bərdə  xarabalıqları  Hələb 
xarabalıqları boydadır. Ġndi o, yerlə-yeksan olub. Orada çoxlu bağ və bostanlar var, 
o, əl-Kurr çayına yaxındır.
43 
 


185 
 
Ġkinci paytaxt 
(səh.361)   T ə f l i s u 
 
Əl-Lübab'də deyilir: "`nin üzərində fəthə, sukunlu fə, kəsrəli ləm, səssiz i 
axırda  -  sin.  Mövqeyi:  yeddi  iqlimdən  beĢincisinin  axırındadır.  Əl-Qanun`da 
deyilir:  "O,  Gürcüstanın  mərkəz  Ģəhəridir.  Əl-Lübab'də  deyilir:  "O,  Azərbaycan 
(hüdudlarındakı)  sonuncu  Ģəhəridir.  Ġbn  Hövqəl'ə  görə,  "O,  üç  qapısı  olan  iki 
divarla  hasarlanmıĢ  Ģəhərdir.  Orada  Təbəriyyə'dəkinə  bənzər  yerdən  təbii  halda 
çıxan  isti  sulara  malik  hamamlar  var.
44
  Ora  çox  (s.362)  münbit  bir  yerdir.  Ġbn 
Səid'in dediyinə görə, "Müsəlmanlar oranı fəth etdikdən sonra uzun müddət orada 
yaĢamıĢlar. Ora  özünün  çoxlu  alimlərilə  məĢhurdur. Sonralar gürcülər Ģəhəri  geri 
almıĢlar.  Onlar  da  ki  nəsranidirlər.
45
  ġəhər  indiyə  kimi  gürcülərin  əlindədir. 
Gürcülərin çarı (isə) Misir diyarının Əbvabi Sultaniyyə tərəfindən təyin olunur.
46 
Əlavə  1.  Əs-Səm`ani.  Ənsab.  (v.  107b)  Ət-Təflisi.  'nin  fəthəsi,  bə'nin 
sukunu,  ləm'in  kəsrəsi  var,  sonra  hərəkəsiz  yə  və  axırda  sin  (gəlir).  Bu  nəsəb 
Azərbaycanın  ən  uzaq  hüdudunda  yerləĢən  Tiflisə  aiddir.  Ora  bir  çox  üləma  və 
hədisçiləri ilə məĢhurdur. 
Əlavə 2. Ġbn əl-Əsir. Əl-Lübab (I. səh. 178) Ət-Təflisi: fəthəli tə, sukunlu 
fə, kəsrəli ləm, hərəkəsiz yə və sonu sin-dən ibarətdir. Bu nəsəb Azərbaycanın uzaq 
sərhəddində yerləĢən Tiflis Ģəhərinə aiddir. Tiflisli Əbu Əhməd Hamid ibn Yusuf 
ibn əl-Hüseyn  ət-Təflisi  (bir müddət) Bağdadda,  sonralar  -  Beyt əl-Müqəddəsdə
47
 
Əbu  Əbdallah  Muhəmməd  ibn  Əli  ibn  Ġbrahim  əl-Beyhaqi,  Məkkədə  isə  Əbu-l-
Həsən Əli ibn Ġbrahim əl-Aquli kimi alimləri dinləmiĢ və  onlardan dərs almıĢdır. 
Onun haqqında Əli ibn Muhəmməd əs-Səvi və baĢqaları rəvayət etmiĢlər. 
Əlavə  3.  Əbu-l-Fida,  Təqvim  əl-buldən.  (səh.  402).  Tiflis.  Uzunluq  və  en 
dairələri Ətval`ə görə 78
0
 08' və 48
0
 08`-dir. Qanun'da (isə) – 62
0
 08' və 42
0
 08'-dir. 
BeĢinci  iqlimin  qurtaracağında,  Arrandadır.  Qanun'da  o,  Gürcüstanın  əsas  Ģəhəri 
{qasaba} kimi qeyd olunur. Əl-Lübab`ə əsasən, tə'nin fəthəsi, fə'nin sukunu, ləm'in   
kəsrəsi  var. Sonra  hərəkəsiz  yə  və  axırda  sin   hərfi gəlir. (səh.403)  Əl-Qanun'da: 
Tiflis Gürcüstanın baĢ Ģəhəridir. Ġbn Hövqələ görə, Ģəhəri üç qapısı olan iki divar 
(əhatə  edir).  Ərazisi  çox  münbit  və  meyvəsi  bol  olan  yerdir.  Orada  Təbəriyyə 
hamamlarına  bənzər  isti  suyu  fəvvarə  vuran  hamamlar  var.  Əl-Lübab'  deyilir 
(ki),  Tiflis  Azərbaycanın  uzaq  sərhəddində  yerləĢən  axırıncı  Ģəhərdir.  Ġbn  Səidə 
görə,  müsəlmanlar  onu  fəth  etdikdən  sonra  uzun  müddət  orada  məskunlaĢmıĢlar, 
ora məĢhur alimləri ilə tanınır. (Sonra) Nəsrani gürcülər (Ģəhəri) geri almıĢlar.
48 
Arranın digər Ģəhərləri də var. Onlar bunlardır: 
(səh.362)  N  ə  Ģ  u  v  a.  Əs-Səm'ani  əl-Ənsab'da  deyir:  "fəthəli  nun  və  sin, 
sonunda - vav və sonra yə gəlir. Onun adını Ġbn Səid Nəqcavan qoymuĢdur - fəthəli 
nun,  sukunlu  qaf,  fəthəli  cim  və  vav,  və  əlifdən  sonra  -  nun.  Yeddi  iqlimdən 
beĢincisində, 73
0
 30' uzunluq dairəsinin və 39
0
 en dairəsinin kəsiĢdiyi yerdədir. Ġbn 
Səid deyir: "O, ġərqi Arranın Ģəhərlərindən biridir. Əs-Səm'aniyə  görə,  Ərminiyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə