Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   83   84   85   86   87   88   89   90   ...   102

186 
 
və Azərbaycan arasında (yerləĢən) bir Ģəhərdir. Ġbn Səid deyir: "O, əl-Kurr çayının 
Ģimal"  (sahilindədir).  Əl-Ənsab'da  deyilənə  görə,  Tibrizlə  onun  arası  6  fərsəxdir. 
Ġbn Səid isə qeyd edir: "Tatarlar onu dağıdıb, bütün əhalisini qətlə yetirmiĢlər. 
Əlavə  1.  Əs-Səm`ani.  Ənsab  (  v.560b).  Ən-NəĢəvi,  Nun  və  Ģin  /hərfləri/ 
fəthəlidir.  Bu  nəsəb  NəĢəyə  -  bəzən  NəĢəva  kimi  də  tələffüz  olunur  -  aiddir. 
Azərbaycanla  Ərminiyə  arasında  bir  yerdir.  O,  Arranın  əyalətlərindən  biri  olan 
HaxĢuvanın (Naxçıvanın) yaxınlığındadır. Onunla Təbriz arasında 6 fərsəx məsafə 
var. Bu nəsəblə çox adam məĢhurdur. Onların arasında Əbu Hatim Əbd ər-Rəhman 
ibn  Əli  ibn  Yəhya  ibn  Muhəmməd  ər-Rəvasi
50
,  ən-NəĢəvi,  Əbu  Musa  Harun  ibn 
/aydın  deyil  -  E.A./  ən-NəĢəvi  Əbu-l-Fadl  Xudadad  ibn  Asim  ibn  Bəkvan  ən-
NəĢəvi və baĢqalarını qeyd etmək olar. 
Əlavə  2.  Ġbn  əl-Əsir.  Əl-Lübab  (  III,  səh.  225).  Ən-NəĢəvi.  Bu  nəsəb 
Azərbaycandakı  NəĢəyə  -  ona  NəĢva  da  deyilir  -  aiddir.  Cənzə
51
  kitabxanasının 
bələdçisi Xuzdaz ibn Asim ibn Bukran Əbu-l-Fadl ən-NəĢəvi buradandır.
52
 O, Əbu 
Nəsr  Əbd  əl-Vahid  ibn  Misra  əl-Qəzvini,  ġueyb  ibn  Salih  ət-Təbrizi  və 
baĢqalarından  rəvayətləri  öyrənmiĢdir.  Əbu  Nəsr  ibn  Məkula  onun 
dinləyicilərindən  biri  olmuĢdur.  Mən  isə  deyirəm:  /Bu/  nəsəb  NəĢəyə,  sahildəki 
/ola bilsin, əyalətdəki - E.A./ NəĢə kəndinə uyğun gəlir. Qazi Əbu Əbdallah Əhməd 
ibn  Muhəmməd    ibn  Hümkə'dən  rəvayətləri  öyrənən  Ġshaq  ibn  Ġbrahim  ibn 
Muhəmməd ibn Bəndər ən-NəĢəvi oradandır. 
Əlavə 3. Əbu-l-Fida. Təqvim əl-buldən (səh.398). NəĢəva. O, Naxçıvandır. 
Uzunluq  dairəsi:  Ətval`da  71
0
  30';  Ġbn  Səid'də  78
0
  46';  bəzən  –  63
0
  29-dir.  En 
dairəsi: Ətval'da 39
0
 08'; Ġbn Səid'də 39
0
 55'; bəzən – 41
0
 35'-dir. BeĢinci iqlimdə, 
Arranda  yerləĢir.  Əl-Ənsab'da  deyilir:  fəthəli  nun,  hərəkəsi  aydın  olmayan  Ģin, 
sonra vav və axırda  (hərfləri) gəlir. (səh. 399) Əl-Ənsab'da deyilənə görə, NəĢva 
Azərbaycanla  Ərminiyə  arasında  yerləĢən  Ģəhərdir  və  o,  Arranın  əyalətlərindən 
biridir. Təbrizlə NəĢvanın arası 6 fərsəx olar. Ġbn Səid (qeyd edir ki), "Naqcuvan 
əl-Kür çayının  sol tərəfində,  Arranın  Ģərqindədir. Tatarlar onu  xaraba  qoymuĢ və 
bütün əhalisini qətlə yetirmiĢlər. Ondan (Naxçivandan) Ģimala doğru əl-Bab Ģəhəri 
yerləĢir. 
(səh.362)  M  u  q  a  n.  əl-Lubab'  deyilir:  "Dammalı  mim,  sukunli  vav, 
fəthəli  qaf,  sukunlu (sakit)    əlif və  axırında  -  nun.  Adətən  qaf    hərfi  ğayn'la  əvəz 
olunur  və  M  u  ğ  a  n  kimi  səslənir".  Əl-Ətval`da  deyilənə  görə,  o,  73
0
  uzunluq 
dairəsinin  və  38
0
  en  dairəsinin  kəsiĢdiyi  yerdədir".  Əs-Səm'ani  deyir:  "Mən 
düĢünürəm  ki,  o,  Dərbənd  (tərəfdədir)'".  Əl-Muhəlləbi'  görə  isə  o,  Ərdəbil 
əyalətlərindən biridir". Yenə də əl-Mühəlləbi' görə isə o, "Muqan Gilan diyarının 
qərb  istiqamətindəki  qurtaracağındadır".  Ġbn  Hövqəl:  "Onunla  Bab  əl-Əbvab 
arasında  ikigünlük  yol  var".  Təqvim  əl-buldən'də  isə  deyilir:  "Hal  hazırda  Muqan 
Ģəhərinin Ģan-Ģöhrəti qalmayıb. Muqan Ģəhər kimi deyil, yalnız bol suları, çəmənlik 
və  otlaqları  olan  ərazi  kimi  məĢhurdur.
53
  (s.363)  O,  Təbəristan  dənizinin  sahilinə 


187 
 
yaxın  olub,  Ģimal-qərb  səmtindədir.  Tibrizdən  təqribən  10  mərhələlik  məsafədə 
yerləĢir. Buralar illər boyu tatar ordusunun qıĢlağıdır.
54 
Əlavə  2.  Ġbn  əl-Əsir.  Əl-Lübab,  (III.  s.190).  Əl-Muqani.  Bu  nəsəb 
Dərbənddəki Muqan Ģəhərinə aiddir. 
Əlavə  3.Əbu-l-Fida.  Təqvim  əl-buldən  (s.400):    Muqan.  Ətval'ə  görə 
uzunluq  dairəsi  73
0
  08',  en  dairəsi  38
0
  03'  (  08')-dir.
55
  Dördüncü  iqlimdə,  Arran 
ərazisinin baĢlandığı yerdədir. Əl-Lübab'ə əsasən mim'in damması, vav'ın sukunu, 
qaf`ın  fəthəsi  var.  Sonra  əlif    axırda  nun  hərfləri  gəlir.  (s,40l)  Əl-Lübab' 
deyilir:  Muqan  əs-Səm`aninin  nəzərdə  tutduğu  Dərbəndin  Ģəhəri  deyil.  Ġbn 
Hövqələ görə, onunla Bab əl-Əbvab arasında iki günlük /məsafə/ var.  Əl-Əzizi'də 
isə  deyilir:  Muqan  Ģəhəri  Ərdəbilin  əyalətlərindən  (amallarından)  biridir  və  hal-
hazırda (həmin) Muqan Ģəhərinin keçmiĢ Ģöhrətindən əsər-əlamət qalmayıb. Lakin 
Muqan  geniĢ  torpaqları,  bol  suları,  otlaqları,  Ģəhərləri  olan  və  Təbəbristan  dənizi 
sahilindən Ģimala, Təbrizdən isə qərbə doğru təqribən 10 fərsəx məsafədə yerləĢən 
ərazidir. Oralar uzun müddət tatar ordusunun qıĢlağı olub. Muqan Gilan diyarının 
qərb qurtaracağındadır. Dəniz sahilindən əl-Kurr çayının ağzı ilə Muqan arasında 
Ģimal-qərbə  doğru  16  fərsəxlik,  əl-Kurr  çayının  ağzından  Xəzər  dənizinin 
sahilindəki əl-Bab'adək isə 21 fərsəxlik yol var. 
(səh.363)  ġ  ə  m  k  u  r.  Əl-Lübab'də  deyilir:  "fəthəli  Ģin,  sukunlu  mim, 
dammali  kəf, sukunlu vav  və axırda  ra. Mövqeyi  yeddi iqlimdən beĢincisindədir". 
Əl-Ətval`da oxuyuruq: "onun yerləĢdiyi yerin uzunluq dairəsi 73
0
, en dairəsi – 41

50'-dir.  Əl-Lübab'da  deyilir:  "O,  Arran  əyalətlərinin  birində  qaladır".  Təqvim  əl-
buldən'  qeyd  olunur  :  "ġəmkur  Bərdənin  yaxınlığındadır,  orada  yüksək  bir 
minarə var".
56 
Əlavə 1. Əs-Səm`ani. Ənsab. ƏĢ-ġəm'i. Fəthəli Ģin, sukunlu mim və sonda - 
ayn. Bu nəsəb... (mətndə boĢluqdur - E.A.) aiddir. ƏĢ-ġəm`i nəsəbi ilə tanınan Əbu 
Əmr Usman ibn Muhəmməd ibn əl-Abbas ibn Cibril əl-Varraq oradandır. 
Əlavə 2. Ġbn əl-Əsir. Əl-Lübab. II. s. 29. ƏĢ-ġəm`i. Fəthəli Ģin, sukunlu mim 
və  sonda  ayn  hərfi.  Bu nəsəb...(mətndə  boĢluqdur  -  E.A.)  aiddir. MəĢhur Əbd əl-
Abbas  ibn  Cibril  ibn  Mikail  əl-Varraq  əĢ-ġəm`i  buradandır.  O,  (elmləri)  Əli  ibn 
Hərbdən öyrənmiĢdir. (Hicri təqvimi ilə) 326-cı ildə (937-38 ilə müvafiqdir - E.A.) 
vəfat  etmiĢdir.  Mən  isə  deyirəm  ki,  o,  əş-Şəmkuridir:  fəthəli  sin,  sukunlu  mim, 
dammalı  kəf,  sakit ( yəni hərəkəsiz  -  E.A.) vav  və  sonda  -  ra. Bu nəsəb ġəmkura 
aiddir. O, Arran əyalətlərinin birində istehkamdır.
57
 Əbu-l-Həsən Əli ibn Ədnan əl-
Muqridən  rəvayətləri  öyrənmiĢ  Əbu-l-Qasim  əl-Mucma'    ibn  Yəhya  əĢ-ġəmkuri 
oradandır. 
Əlavə  3.  Əbu-1-Fida. Təqvim əl-buldən. S. 402. ġəmkur. Ətval`da uzunluq 
dairəsi  78
0
  08';  en  dairəsi  –  41
0
  50'-dir.  BeĢinci  iqlimdə,  Azərbaycandadır.  Əl-
Lübab-ə (görə), sin-nin fəthəsi, mim-'in sukunu, kəf-'in damması var. Sonra - sakit 
vav  və  axırda  ra  (hərfləri)  gəlir.  (s.  403).  Əl-Lübab-də  deyilir:  ġəmkur  Arran 
əyalətlərinin  birində  istehkamdır.  Oranı  görənlərdən  bəziləri  qeyd  edirlər  ki,  o, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə