Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   86   87   88   89   90   91   92   93   ...   102

192 
 
 
Qeydlər 
 
1.
 
Ərəb  ədəbiyyatında  bu  janrın  yaranması  və  inkiĢafına  dair  akad. 
Ġ.Y.Kraçkovskinin  çox  dəyərli  və  ətraflı  tədqiqatları  mövcuddur.  Əlavə  məlumat 
üçün bax: Ġ.Kraçkovski, 1957. 
2.
 
Ġslamda  dörd  məzhəbdən  biri.  Hənəfi  və  maliki  məzhəblərinin  təsiri 
altında  yaranmıĢ  bu  məzhəbin  əsası  VIII  əsrin  sonu  -  IX  əsrin  əvvəlində  imam 
Muhəmməd əĢ-ġəfii tərəfindən qoyulmuĢdur. ġəfii məzhəbinə görə sünnə Qur'anla 
vəhdət təĢkil etdiyi üçün əlavə məlumat mənbəyi kimi qəbul olunmamalıdır. Sadə 
olduğundan  bu  məzhəb  tezliklə  Suriya,  Ġraq,  Misir  kimi  ölkələrdə  geniĢ  vüs'ət 
tapmıĢdır. Hal-hazırda Ģəfii məzhəbi Suriya, Livan, Fələstin və Ġordaniyada hakim 
mövqe  tutur.  Bu  məzhəbin  Ġraq,  Pakistan,  Hindistan  və  Ġndoneziyada  da  xeyli 
pərəstiĢkarı vardır. Daha ətraflı məlumat üçün bax: Boqoliubov.1991. s. 295-296. 
3.
 
Hədis - Quran və sünnə'dən irəli gələn və müsəlman icmasının istinad 
etdiyi Muhəmməd peyğəmbərin müxtəlif dini və hüquqi məsələlərə aid kəlamları. 
Hədis iki hissədən - mətn və isnad'dan ibarətdir. Mətn bilavasitə məlumatın özünü, 
isnad  isə  onun  mənbəyini,  daha  doğrusu,  məlumatçılarının  adlarını  əhatə  edir. 
ġəriət  isə  müsəlmanlar  üçün  Qurani-kərimdə  mənəvi,  əxlaqi,  hüquqi  və  baĢqa 
dəyərlərə əsaslanan  istiqamətverici qanunlardır. 
4.
 
Xilafətdə  dəftərxanalar  divan  əl-ınşa  adlanan  hökümət  idarəsinin 
tərkib hissəsi idi. Burada müxtəlif sahələrdə geniĢ məlumatlı, gözəl və aydın xəttə 
malik  olan  katiblər  çalıĢırdı.  Adətən  onların  əli  altında  təlimatlar,  cürbəcür 
məlumat kitabçaları, ensiklopediyalar və bunlara bənzər baĢqa vəsaitlər olurdu. 
5.
 
Elmi  ədəbiyyatda  belə  bir  fikir  var  ki,  DəməĢqdə  doğulmuĢ,  lakin 
Misirdə  boya-baĢa  çatmıĢ  və  yaĢamıĢ  ġihəb  əd-Din  əl-Ömərinin  (1301-1349) 
əsərlərinin əl-QəlqəĢəndiyə təsiri olmuĢdur. (Bax: Kraçkovski, 1957. iv, 412) 
6.
 
Ümumiyyətlə, qədim əlyazmaların axtarıĢında, onların əsasında tənqidi 
mətnlərin  tərtib  və  nəĢrində  Misirli  alim  Əhməd  Zəki  paĢanın  xidmətləri  təqdirə 
layiqdir. 
7.
 
W.Byörkmannın  göstərdiyi  1928-ci  ildə  çap  etdiyi  monoqrafiya 
Ġslamdan sonrakı Misirdə dövlət dəftərxanalarının tarixinə həsr olunmuĢdur. 
8.
 
Bu  seçim  müəllifin  daha  çox  müraciət  etdiyi  və  iqtibaslar  gətirdiyi 
əsərlərlə bağlıdır. 
9.
 
Məs.  "Təqvim  əl-buldənin"  müəllifi  Əbu-l-Fida'dan  iqtibas  gətirərkən, 
əl-QəlqəĢəndi onu eyniliklə Sahib əl-Həma və ya əl-Muəyyəd kimi qeyd edir. 
10.  əl-Beyhaqi  və  əl-Utbi'dən  iqtibas  gətirən  akad.  V.Bartold      Qəznəvilər 
imperiyasının  (977-1 186) çiçəklənmə  dövrünü sultan Mahmudun (998-1030) adı 
ilə əlaqələndirir və onun bir dövlət xadimi kimi qəddarlığı ilə yanaĢı ədalətliyini və 
müdrikliyini  xüsusi  ilə  vurğulayır.  (Bax:  Bartold,      1963.  s.    354-355).  Sultan 
Mahmudun oğlu Məsudun  ünvanına daha çox mənfi rəy söyləyən müəlliflər, onu 


193 
 
da 
qeyd edirlər ki, sultan Məsud qəbul olunmuĢ ənənəvi fənlərlə yanaĢı öz təĢəbbüsü 
ilə riyaziyyat, astronomiya və coğrafiya ilə də məĢğul olurdu, onun elm adamlarına 
xüsusi rəğbəti isə hamıya məlum idi və mənbələr bunu yekdilliklə etiraf edir. Uzun 
illər  ehtiyac  içində  yaĢamıĢ  əl-Biruni  saraya  dəvət  olunandan  sonra,  ömrünün  bu 
çağında nəhayət elmlə  maneəsiz  məĢğul olmaq  imkanı  əldə edir.  Onun Qanun-i 
Məsud adlandırdığı astronomik cədvəlləri Ġbn Sina'nın Təbabət qanunu ilə birlikdə, 
demək 
olar 
ki, 
XI 
əsrdə 
elmdə 
inqilabi      dönüĢ    nöqtəsi      yaratdı.    (C.Zeydan.    c.l(2).      s.653:      Akad. 
Ġ.Kraçkovskinin  əl-Biruni  haqda  xüsusi  yazısına  bax:  Kraçkovski.  1957.  Al-
Biruni... s. 244-271
11.
 
 Kraçkovski. 1957. c. iv, s. 234. Hafiz-i Əbru və onun fəaliyyəti ilə bağlı 
ətratlı məlumat üçün bax: Bartold, 1973. c. VIII. ss. 74-97 yenə orada, s. 600-601. 
12.
 
 Mənbələrə  əsaslanan  C.Zeydan  qeyd  edir  ki,  əl-Cavaliqi  ət-Təbrizinin 
Ģagirdi  olmuĢdur,  onun  əsərlərinin  əksəriyyəti  dil  və  dilçiliyə  aiddir  (C.Zeydan, 
II/3, s. 40). Adı çəkilən mənbə isə yalnız XIX əsrin ortalarında baron Ed.Zahaunun 
səyləri nəticəsində iĢıq üzü görmüĢdür (Kraçkovski. 1955. I,.y. 352). 
13.
 
 əl-QəlqəĢəndi onu Əbu Sə'd kimi də adlandırır. 
14.
 
 Yaqut  əl-Həməvinin  bu  əsərinin  tənqidi  mətnini  1846-cı  ildə 
Vüstenfeld çap etmiĢdir. 
15.
 
 Əsərin elmi-tənqidi mətni tam Ģəkildə 1912-ci ildə çap olunmuĢdur. 
16.
 
 əl-Ğarnati  nəsəbi  ilə  iki  məĢhur  səyyah  məlumdur.  Bunlardan  biri 
bizim  müəllifdən  əvvəl  yaĢamıĢ  və  1131-1153-cü  illərdə  ġərqi  və  Mərkəzi 
Avropaya  səyahət  etmiĢ  Əbu  Həmid  əl-Ğarnatidir.  Onun  Dərbənddən  tutmuĢ, 
Volqaya  kimi  və  onun  boyunca  məskunlaĢmıĢ  xalqların  tarixindən,  adət 
ənənələrindən bəhs edən, zəngin və qiymətli məlumatlar toplusu olan əsəri Tuhfət 
əl-əlbab  va  nuhbət  əl-ə'cəb  adlanır.  Bax:  Əbu  Həmid  əl-Ğarnati,  1971.  Əl-
QəlqəĢəndinin qeyd etdiyi əl-Ğarnati isə Ġbn Səid əl-Məğribi kimi məlumdur və o, 
yuxarıda adı çəkilən Əbu Həmid əl-Ğarnatidən sonra yaĢamıĢdır. 
17.
 
 Əsərin tənqidi mətnini 1840 ildə Parisdə M.Reinaud və M.G. de Slane 
nəĢr etmiĢlər 
18.
 
 əl-Ömərinin  ailəsi  yüz  ilə  yaxın  bir  müddətdə  Misirdə  divan  əl-inĢa  - 
yə'ni  dövlət  dərtərxanasını  idarə  edib.  Bu  ənənəyə  sadiq  qalan  əl-Öməri  inzibati 
məsələlərlə  məĢğul olurdu. Dövrünün ən tanınmıĢ  müəllimlərindən dərs almıĢ əl-
Ömərinin tərtib etdiyi çoxcildli ensiklopediyası  katiblər üçün əvəzedilməz  mənbə 
idi. 
19.
 
 Orta əsr ərəb alimləri yer kürəsini yeddi qurĢağa - iqlimə bölürdü. 
20.
 
 Əbu-l-Qasim  Muhəmməd  ibn  Hövqəl  -  X  əsr  ərəb  coğrafiyaçısı  və 
səyyahı. Kitəb əl-məsalik va-l-məmalik (bəzən Kitəb surat əl-ard) əsərinin müəllifi 
21.
 
 Hal-hazırki  Ərdəbil  Ģəhəri.  Tərcümədə  bütün  yerlərin  adları  orijinala 
uyğun Ģəkildə verilmiĢdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə