Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   87   88   89   90   91   92   93   94   ...   102

194 
 
22.
 
 Əsər  bir  neçə  xəttat  tərəfindən  köçürülmüĢ  və  əksər  hallarda  diakritik 
(yəni  xüsusi  oxu  -  E.A.)  iĢarələr  göstərilməmiĢdir,  bu  da  mətnin  oxunmasını 
çətinləĢdirir. 
23.
 
 Ptolemeyin  Uzunluq  dairələri  əsərinin  təsiri  altında  tərtib  edilmiĢ  və 
geniĢ yayılmıĢ kitab. 
24.
 
 Xilafət dövründə inzibati bölgü adı kimi iĢlənirdi. Müqayisə üçün bax: 
Ġbn Xordadbeh. 1986, index. 
25.
 
 Xüsusi terminlərin izahlı siyahısına bax. 
26.
 
 Yəni-40
0
 
27.
 
 1258-ci  ildə  Bağdadın  istilası  və  Abbasilər  xilafətinin  süqutundan 
sonra  yaranmıĢ  Hülakular  və  ya  Elxanilər  dövləti  (1256-1353)  nəzərdə  tutulur. 
Elxanilərin  paytaxtları  olan  Təbriz  və  Marağa  dövrün  beynəlxalq  miqyasda 
tanınmıĢ  elm,  incəsənət  və  ticarət  mərkəzləri  sayılırdı  (Bartold.  1971,  VII.  index; 
Bosvort.1971. s.200). 
28.
 
 Bu müqayisə təbrizlilərin zənginliyinə və firavan dolanıĢığına iĢarədir, 
çünki dirhəm-gümüĢ, dinar isə qızıl pul vahidləri idi. (Hinz. 1970. s.11,21). 
29.  Əslində Xudabənd  olmalıdır, çünki bu ad altında Elxanilər sülaləsinin 
8-ci sultanı Muhəmməd Xudabənd Ulcaytu (1304-1316) nəzərdə tutulur  (Bosvort,   
1971,  s.200;  Bartold,   1971,   VII  Ġlxani, s.500). 
30.
 
 ġəhərin binasına hələ Arqun xanın hakimiyyəti dövründə (1284-1290) 
baĢlamıĢlar.  Sonra  Arqun  xanın  oğlu,  yuxarıda  adı  çəkilən  sultan  Ulcaytu 
Sultaniyyəni  paytaxt  Ģəhər  elan  etdi.  Təbrizdən  kiçik  olsa  da,  Ģan-Ģöhrətinə  və 
əhəmiyyətinə  görə  yeni paytaxt ondan  heç də  geri qalmırdı   (Bakuvi. 1992.s. 96; 
Bartold. 1971. VII. s.201). 
31.
 
 Ərəb  istilaları  zamanı  sərhəd  bölgələrində  bina  edilmiĢ  hərbi 
Ģəhərciklərə əmsar deyilirdi (Salih Əhməd Əli.1969. s.13). 
32. Əl-Lübab`dən iqtibas gətirən əl-QəlqəĢəndi səhv olaraq əlif hərfini qeyd 
etmir. 
33.
 
 Fiqh və faqih haqqında terminlər göstəricisinə bax. 
34.
 
  Səlmas'ın "əmsarlardan biri kimi'' təyin edilməsi diqqəti cəlb edir. 
Ola  bilsin  ki,  mətndə  əmsar  sadəcə  Ģəhər  mənasında  verilmiĢdir.  Lakin  onun 
Azərbaycanın "qərb hüdudlarında" yerləĢməsi sözün əsl mənasında - sərhədyanı 
hərbi Ģəhərcik olmasına da iĢarə ola bilər. 
35.
 
 ġəhərin  coğrafi  mövqeyi  digər  mənbələrdəkindən  10
0
  fərqlidir.  Məs., 
Bakuviyə görə, onun uzunluq dairəsi 79
0
 40', en dairəsi – 39
0
 40'-dir (Bakuvi. 1992. 
s.121). Bu səbəbdən bəzi hallarda Xoy beĢinci iqlimə aid edilir 
36.
 
 Yənu Urmiyyə deyil Urmiyə olmalıdır. 
37.
 
 əl-Cəzira  (hərfi  tərcüməsi  adadır)  -  mənbələrdə  Dəclə  və  Fərat 
çaylarının  yuxarı  axarı  arasında  yerləĢən  bölgə  belə  adlanır  (Bax:  Bakuvi.  1992. 
s.89). 
38.
 
 Terminlər siyahısına bax. 


195 
 
39.
 
 ən-Nizamiyyə  -  orta  əsrlərdə  Bağdadda  məĢhur  mədrəsə.  Burada  bir 
çox görkəmli alimlər yetiĢmiĢdir. 
40.
 
 Mərvan  ibn  Muhəmməd  -  xəlifə  HiĢam  (724-743)  tərəfindən  əl-
Cəzira,  Azərbaycan  və  Ərminiyəyə  hakin  təyin  edilmiĢdi  (Z.Bünyadov. 
Azərbaycan. 1999. c.1.s.136). 
41.
 
 Marağanın tarixinə aid bax: N.Vəlixanlı. 1993. s. 96-97; RəĢid əd-din. 
1957,  s.48-49;  H.Qəzvini.  1983.  s.49;  Z.Bünyadov.  1999.  c.2.  s.350-365.  Marağa 
rəsədxanasını bina etməyə 1259-cu ildə baĢlamıĢlar (H.Qəzvini.1983.s.30). Həmin 
rəsədxana Ģəhərin xaricində idi (H.Qəzvini. yenə orada). 
42.
 
 Tədmur - Suriyada daha çox Palmira kimi tanınan qədim Ģəhər. 
43.
 
 Qədim  Arran  və Bərdənin tarixinə dair bax:  Bartold. c.III. s.334-335; 
372-73. Z.Bünyadov. 1999. göstərici; N.Vəlixanlı. 1993. s.137-140 . 
44.
 
 Tiflisin  qaynar  çeĢmələri,  bulaqları  və  hamamları  mənbələrdə 
səyyahlar tərəfindən qeyd olunur (Evliyə Çələbi. 1983. s.183). Müqayisə üçün bax: 
Bakuvi.  1992.  s  118-119.  Təbəriyyə  (Tiveriada)  -  Fələstindəki  Təbəriyyə  gölünün 
cənubi-qərb  sahilində  e.ə.  26-cı  ildə  Roma  imperatoru  Tiberinin  Ģərəfinə  bina 
olunmuĢ  Ģəhərdir.  Buradakı  hamamları  Nasir  Xosrov  (1004-1088)  özünün 
Səfərnamə kitabında təsvir edir (Nasir Xosrov .1997. s.35) 
45.
 
 Nəsranilər  -  yəni  xristianlar,  nəsraniyyətin  pərəstiĢkarları  Qur'ani-
kərimdə və islam ədəbiyyatında xristianlar adətən nəsata kimi qeyd edilir. Onlar da 
yəhudilər və sabeyilər tək əhl əl-kitab sayılırlar (Qur'an. II.62/59); XXII.17). 
46.
 
 Burada  Əbvabi  Sultaniyə,  hərfən  sultan  qapıları-  mərkəzi  hökümət 
mənasında iĢlənilir. 
47.
 
 Beyt əl-Müqəddəs - Qüds Ģəhərinin adlarından biri. 
48.
 
 Ərəb  istilasından  sonra  Tiflis  XII  əsrin  əvvəllərinədək  müsəlmanların 
hakimiyyəti  altında  olduğundan  mənbələrdə  Arranın  əsas  Ģəhərlərindən  biri  tək 
qeyd olunur (Ġbn Xordadbeh. 1986. s. 297. qeyd.3). 
49.
 
 Əl-QəlqəĢəndinin  mətnində  nun  və  Ģin  hərflərinin  üzərində  iki  hərəkə 
əlavə  edilmiĢdir  və  Ģəhərin  adı  NəĢuva  kimi  oxunur.  Lakin  müəllifin  cəlb  etdiyi 
qaynaqlardan heç biri bunu təsdiqləmir. Həmdallah Qəzviniyə görə, Ģəhərin coğrafi 
koordinatları  80
0
  55'  və  33
0
  40'-dir  və  o  dördüncü  iqlimdə  yerləĢir  (H.Qəzvini. 
1983. s.51). Əl-Bakuvinin məlumatı da bu göstəricilərə yaxındır: 81
0
 15' və 33
0
 40' 
(Bakuvi. 1992. s.132). NəĢava və ya Naxcuvan dedikdə mənbələr qeyd edirlər ki, o, 
Arran  əyalətlərindən  biri  olan  Bəsfurcanın  baĢ  Ģəhəridir  (Yaqut.1983.    s.21;  
Z.Bünyadov,  Azərbaycan.   1999.  c.1.s. 16). Ərəblərin Arrana yürüĢləri məhz bu 
istiqamətdən,  yəni      Naxçıvandan  keçirdi.  ġəhər  xəlifə  Osman  ibn  Əffan 
hakimiyyəti zamanı  (644-656) fəth edilmiĢdir və  onun əhalisi ilə sülh  müqaviləsi 
bağlanmıĢdır (Z.Bünyadov, Azərbaycan,   1999, c.1. s.   106). Yenə də əl-Qəzvinin 
məlumatına  görə,  Ģəhərin  adı  NəqĢ-i  cahan-dır    (H.Qəzvini.  1983.  s.51).  ġəhər 
haqqında  ətraflı  məlumat  üçün  bax:  Z.Bünyadov.  Azərbaycan  Atabəylər  dövləti. 
1999. c.2. s. 198-202). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə