ilin dekabnn 31 -də başa çatmışdır. 2011-ci ilin fevral ayının
birinci yansında isə rəsmi açılışı olmuşdur (5a; 5b).
“İpək yolu”nun keçdiyi avtomagistralm mühüm bir hissəsini
də Ucar-Yevlax avtomobil yolu təşkil edir. Yolun uzunluğu
53,0 km-dir, bərpası üçün 61,4 mln dollar vəsait tələb olunur. Bu
vəsaitin 10 mln dollannı İslam Bankı, 46 mln dollannı Səudiyyə
İnkişaf Fondu, 5,4 mln dollarını Azərbaycan hökumətinin
ödəməsi nəzərdə tutulmuşdur (204). Bu layihənin texniki-iqti-
sadi əsaslandırma sənədləri “Tasis” proqramının qrantı hesabına
hazırlanmışdır. Layihəyə görə yol ikinci dərəcəli və 2 zolaqlı
olmalıdır (204). Yolun tikintisinə 2007-ci ildə başlanılmış və
2009-cu ilin noyabr ayının 19-da yolun açılışı olmuşdur (23,
20.XI.2009).
“İpək yolu”nun əhəmiyyətli bir hissəsini də Yevlax-Gəncə
avtomobil yolu təşkil edir. Yolun bütün hissəsinin uzunluğu
88,8 km-dir. Layihəyə görə burada əsaslı Ьэфа işləri apanlma-
lıdır. Вэгра işləri 2010-cu ilin dekabnna başa çatsa da, rəngləmə
işləri, işıqlandırma sistemlərinin təmin edilməsi ilə əlaqədar yolun
tam açılışı 2011-ci ilin mayın 30-na nəzərdə tutulmuşdur (5b).
“Yeni ipək yolu”nun ölkəmizin ərazisindən keçən bir hissə-
sini də uzunluğu 94 km olan Gəncə-Qazax avtomobil yolu təşkil
edir. 2 zolaqlı olan bu yol 2006-ci ilin noyabnn 6-da istismara
verilmişdir (5 v). Bu yol üzərində uzunluğu 10,6 km olan Tovuz
dairəvi yolunun tikintisi isə 2008-ci il dekabr ayınm 15-də başa
çatmışdır (5a). Layihənin smeta dəyəri 48 mln dollardir. Bu
vəsaitin 40 mln dollanni Beynəlxalq Bank, 1,5 mln dollanni
“Tasis” proqrami, 6,5 mln dollanni Azərbaycan hökuməti vermə-
lidir. Layihənin texniki-iqtisadi əsaslandınlması sənədləri “Tasis”
proqramının qrantı hesabına hazırlanmışdır. Gəncə-Qazax avto-
magistralı bir neçə sahəyə bölünür. Birinci sahə uzunluğu 21 km
olan Gəncə-Şəmkir hissəsi hesab olunur. Bu hissədə tikinti işini
Türkiyənin “Turan Xəzinədaroğlu” firması aparmış, tikinti işi
tam şəkildə başa çatmışdır. İkinci sahə Şəmkir-Qazax hissəsidir
ki, burada tikinti işlərini Azərbaycanın “Azərkörpü” və tenderin
qalibi olmuş Azərbaycan-Alman birgə müəssisəsi “SP Avtovan”
apanr. İnşaat işləmin davam etdiyi yol ikinci dərəcəli 2 zolaqlı
olmalıdır (204).
Layihəyə görə uzunluğu 10,6 km olan Tovuz dairəvi avtomo
bil yolunun tikintisi üçün torpaq sahələrinin alınması və kom-
pensasiyalann verilməsi üçün Azərbaycan hökuməti tərəfindən
tədbirlər görülmüş və yuxanda qeyd edildiyi kimi, inşaat işləri
2008-ci ilin dekabr ayının ortalarına başa çatmışdır (5a).
‘İpək yolu”nun mühüm hissələrindən biri də Qazax-Gürcüs-
tan sərhədi boyunca uzunluğu 38 km olan avtomobil yoludur.
Bu yolun bərpası üçün 14,5 mln dollar ayrılması nəzərdə tutul-
muşdur. Тэ1эЬ olunan vəsaitin 12,5 mln dollan kredit, 2 mln
dollan isə Azərbaycan hökumətinin vəsaiti hesabina ödənilməli-
dir (25). Layihənin texniki-iqtisadi əsaslandınlması sənədlərinin
hazırlanması “Tasis” proqramının qrantı hesabina aparılmışdır.
Yolun ikinci dərəcəli və 2 zolaqlı olması nəzərdə tutulmuşdur
(204). Inşaat işlərinin 2009-cu ilin birinci rübündə başa çatdı-
nlması nəzərdə tutulsa da, yolun tikintisi 2010-cu il aprelin
27-də başa çatmışdır (5 b).
“İpək yolu”nun mühüm tərkib hissələrindən biri də uzunluğu
21,5 km olan Bakı dairəvi avtomobil yoludur. Layihəyə görə bu
yolda əsaslı bərpa və yeni tikinti işləri apanlmalıdır. tlkin vari-
antda yolun inşası üçün 28,4 mln dollar nəzərdə tutulmuşdur.
Tələb olunan investisiyanın 14,6 mln dollannı Küveyt Fondu,
10 mln dollannı Əbu-Dəbi fondu, 3,8 mln dollarım isə Azər-
baycan hökuməti verməlidir. Bu yolun texniki-iqtisadi əsaslan-
dınlması və texniki layihəsi 1997-ci ildə Əbu-Dəbi fondunun
qrantı hesabina hazırlanmışdır. Yolun tikilməsinə dair saziş
2003-cü ilin martında Əbu-Dəbidə imzalanmışdır. Layihə üç
hissədən ibarətdir. Layihənin başa çatması 2009-cü ilin I rübü
üçün nəzərdə tutulsa da (180,13.111.2008), layihənin birinci və
ikinci hissəsinin icrası 2010-cu il noyabnn 8-də başa çatmış,
smeta dəyəri 80 mln dollar təşkil etmişdir (100, 9.XI. 2010).
Layihənin üçüncü hissəsinin icrasının isə ilin sonuna başa çata-
cağı nəzərdə tutulmuşdur. Bakı dairəvi yolu hər iki istiqamətdən
üç hərəkət zolağı olmaqla 6 hərəkət zolağından ibarətdir. Нэгэ-
kət zolağının hər birinin eni 3,75 metrdir. Bakı dairəvi yolunda
5 qovşaq, 8 ötürücü, 3 piyada keçidi tikilmişdir. Birinci qovşaq
Bakı dairəvi avtomobil yolunu Rusiya Federasiyası avtomagis-
tralı ilə əlaqələndirərək şimal-cənub beynəlxalq nəqliyyat dəhli-
zində tranzit yük maşınlannı şəhərə girmədən cənuba və qərbə
istiqamətləndirir, bundan əlavə, bu qovşaq Sumqayıt şəhərini,
Biləcəri qəsəbəsini və Abşeronun digər yaşayış məntəqələrindən
avtonəqliyyat vasitələrinin cənub istiqamətinə rahat çıxışını
təmin edir. İkinci qovşaq Bakı şəhərinin “Qurd Qapısı” ərazisində
avtonəqliyyat vasitələrinin hərəkətini şəhərlə əlaqələndirir. Üçüncü
qovşaq Bakı dairəvi avtomobil yolunu Lökbatan-Xocahəsən
avtomobil yolu ilə, dəmir yolunun Heybət stansiyası, sənaye və
ticarət obyeketləri ilə əlaqələndirir. Dördüncü qovşaq Bakı-
Astara avtomobil yolu ilə mövcud Lökbatan dairəsini birləşdirir.
Beşinci qovşaq isə nəqliyyat vasitələrinin Bakı dairəvi avtomo
bil yolunun altmdan tunel vasitəsilə “Sədərək”, “Binə” və digər
ticarət mərkəzlərinə çıxışını təmin edir (100, 9.XI.2010). Bakı
dairəvi yolunun işə düşməsi Bakı şəhərində ekoloji vəziyyətin
yaxşılaşmasma, tıxaclann azalmasına, nəqliyyat vasitələrinin
maneəsiz hərəkətinə şərait yaratmışdır.
Belə bir cəhəti də qeyd etmək lazımdır ki, yalnız Bakı-Ələt-
Hacıqabul yolu birinci dərəcəli olduğuna görə 2008-ci ildən
sonrakı dövrdə “İpək yolu”nun digər hissələrinin də birinci dərə-
cəli olması üçün əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur. 2006-cı ilin iyulun 19-na olan məlumata görə
Dünya Bankı Azərbaycanda nəqliyyat infrastrukturunun yenidən
qurulması üçün 500 mln dollar ayırmaq fikrindədir.
“Yeni İpək yolu”nun yaradılması ilə əlaqədar ölkəmizin nəq-
liyyat bölməsində əsaslı struktur dəyişiklikləri apanlmışdır. Avropa
Birliyinin tələbi və Azərbaycan respublikası prezidentinin 10
iyun 2003-cü il tarixli fərmanı ilə “Azəravtoyol Dövlət Şirkəti”
ləğv olunmuş və o, Nəqliyyat Nazirliyinin tərkibində “Yol Nəqliy-
yat Serviz Departamenti”nə çevrilmişdir (204). Avropa Birliyi
tərəfindən Nəqliyyat Nazirliyinin yaradılması üçün respublika
hökumətinə 2,5 mln dollar həcmində vəsait verilmişdir (26).
“Yol Nəqliyyat Serviz Departamenti”nin tabeliyindəki müəssi-
Yüklə Dostları ilə paylaş: |