Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə50/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   46   47   48   49   50   51   52   53   ...   89

Limanda  emal  edilən maşın  və  digər nəqliyyat  vasitəbrinin 
sayı da müstəqilliyin ilk illərində azalmağa doğru getmişdir. Belə 
ki, əgər  1991-ci ildə  15  107 nəqliyyat vasitəsi emal edilmişdirsə,
1997-ci ildə bu göstərici 8061  ədədə enmişdir ki, bu da  1,8  dəfə 
və ya  18% azalma deməkdir.  Lakin  1997-ci ildən sonrakı dövrdə 
sabitləşmə  və  artım  özünü  göstərmişdir.  Belə  ki,  əgər  1997-ci 
ildə emal edilmiş maşın və  avadanlıqların sayı  8061  ədəd idisə,
2000-ci ildə bu göstərici  1679 ədədə çatmışdır ki, bu da 4,8  dəfə 
artım və ya 20% çox deməkdir.
Hazırda limanda yeni təşkilati strukturun yaradılması, genişlən- 
dirilməsi üçün  iş  apanlır.  Əsas  işlərdən biri  maliyyə  idarəsində 
informasiya  sisteminin yaradılmasından ibarətdir ki,  bu  da həm 
maliyyə,  həm  də  kommersiya  şöbələrini  əhatə  edir.  Layihə 
Niderlandın “Tebodin” firması tərəfindən yerinə yetirilir (42).
Limanın  fəaliyyəti  ilə  bağlı belə  bir mühüm  cəhəti  də  qeyd 
etmək  lazımdır ki,  idxal,  ixrac  və  kabotaj  (daxili)  yüklər 4  gün 
ərzində  limanda  pulsuz  saxlanılır,  tranzit  yüklər  üçün  isə  bu 
müddət  10 gündür. Yüklərin nəzərdə tutulduğu müddətdən artıq 
açıq anbarda saxlanılmasınm hər tonu 400 manata, bağlı anbarda 
saxlamlmasının hər tonu isə  800 manata başa gəlir (21,111). Li­
manda  gəmilərin  1  saat  istisman üçün  tarif 25.000-65.000  min 
manat  (köhnə  kursla)  təşkil  edir.  İqtisadi  İnkişaf Nazirliyində 
Bakı dəniz limanı üçün yeni tariflər müəyyən edilmişdir.  Bunlar 
aşağıda göstərilən qaydada olmuşdur (köhnə kursla):
1. Əsas yük terminalı üçün  1 ton tarif qiyməti  14 000-416 000 
manat;
2. Meşə yüklərinin  1 tonu üçün 14 000-109 000 manat;
3.  Səpgili yüklərin 1 tonu üçün 70 000-114 000 manat;
4. Avtotexnikanın  1  ədədi üçün 57 000-489 000 manat;
5. Bərə terminalında 1 paqonmetr sahə üçün 100 000-109 350 
manat;
6.  Konteyner  terminalında  1  ədəd  konteynerin  emalı  üçün 
70 000-486 000 manat;
7. Neft terminalında  1  ton neftin emalı üçün 300-2300 manat 
(
21
,
111
).


Avrasiya nəqliyyat dəhlizində yükdaşımada iştirak edən Xəzər 
Dövlət  Gəmiçiliyi  Idarəsi  gəmilərinin  əsas  hərəkət  istiqaməti 
gəmi-bərələr üçün Bakı-Türkmənbaşı-Bakı-Aktau-Bakı, maye yük- 
ləri  daşıyan  tankerlərin  hərəkət  istiqaməti  isə  Aktau-Abşeron- 
Alaca-Abşeron, Okarem-Abşeron, Türkmənbaşı-Bakıdır.
Bakı dəniz limanında  1991-2002-ci illər ərzində idxal, ixrac 
və tranzit yükdaşımanın vəziyyəti cədvəl 3.7 saylı cədvəldə gös- 
tərildiyi kimi olmuşdur: (44)
Cədvəl 3.7
1991-2002-ci illərdə Bakı dəniz limanında idxal, 
ixrac və tranzit yükdaşımanın vəziyyəti (min t)
İllər
Cəmi
txrac
Idxal
Tranzit
Kobataj
1991
2817,4
254
2,9
54,3
2501,0
1992
1783,3
92,6
26,2
182,4
1482,1
1993
1156,6
280,0
14,5
116,1
745,7
1994
961
221,3
63,2
74,9
600,6
1995
923,3
5,8
573,9
343,8
-
1996
872,5
22,3
544,2
306
-
1997
2685,4
115,3
572,8
1571,3
426
1998
4009,2
94,6
435,8
3072,1
406,7
1999
3621
163
113
3119
226
2000
4593
303
135
4056
99
2002
4766,6
302
225
4187
52
Cədvəlin təhlili belə bir qənaətə  gəlməyə  əsas verir ki,  qeyd 
olunan bütün parametrlər üzrə limanda yükdaşımada müstəqilli- 
yin ilk illərində, daha doğrusu,  1991-ci ildən  1997-ci ilə qədərki 
dövrdə azalma meyli özünü göstərmiş,  1997-ci ildən sonrakı dövrdə 
isə ibəil sürətli artma baş vermişdir. Belə ki, əgər limanda bütün 
göstəricilər üzrə jöikdaşımanın ümumi həcmi  1991-ci ildə 2 817,4 
min ton olmuşdusa, ilbəil azalma nəticəsində bu göstərici  1996-cı 
ildə  872,  5  min tona enmiş, başqa sözlə,  limanda yükdaşımanm 
ümumi həcmi 2,5  dəfə  azalmışdır.  Lakin  1997-ci ildən başlaya- 
raq  artım tempi  özünü göstərməyə başlamışdır.  Baş verən ilbəil 
artım  nəticəsində  limanda yükdaşımanın  ümumi  həcmi  1997-ci


ildəki 2  685,4 min tondan 2002-ci ildə 4  766,6 min tona çatmış 
və ya 2 dəfəyə qədər artım baş vermişdir (43).
Müstəqilliyin  ilk  illərində  limanda  yükdaşımada  baş  verən 
azalma meylinin  əsas  səbəbi,  artıq yuxanda qeyd  olunduğu kimi, 
SSRİ-nin süqutu nəticəsində ayn-ayn regionlar arasında təsərrü- 
fat  əlaqələrinin  qırılması,  Rusiya  Federasiyasınm yaratdığı  iqti­
sadi blokada şəraiti və Qarabağ müharibəsinin davam etməsi nəti- 
cəsində iqtisadi fəallığın aşağı düşməsi ilə bağlı olmuşdur. Lakin 
Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ardıcıl, məqsəd- 
yönlü  iqtisadi  siyasətin həyata  keçirilməsi,  nefit və  “İpək  yolu” 
strategiyasınm reallaşdınlması iqtisadi inkişafa səbəb olmuşdur.
Limanın idxal, ixrac və tranzit yükdaşımada olan vəziyyətini 
müqayisə etsək, tranzit daşımanın daha çox artdığını görmək olar. 
Belə  ki,  1998-ci  ildə  idxal  yükləri  435,5  min ton,  ixrac  yükləri
94,6  min ton,  tranzit yükdaşıması  isə  3  072  min  ton  olmuşdur.
1999-cu  ildə  idxal  yükləri  163  min  ton,  ixrac  yükləri  113  min 
ton olmuşdursa, bu müddətdə tranzit yükdaşıması 3119 min tona 
çatmışdır.  2000-ci  ildə  idxal  yükləri  303  min  ton,  ixrac  yükləri 
135 min ton olmuşdursa, tranzit yükləri 4 056 min tona çatmışdır.
2002-ci ildə isə idxal yükləri 302 min ton, ixrac yükləri 225 min 
ton,  tranzit  yükdaşımanın  həcmi  isə  4  187  min  ton  olmuşdur.
1998-ci  illə  müqayisədə  2002-ci  ildə  daşınmış  tranzit  yüklərin 
həcmi  1115 min ton çox olmuşdur.
Tranzit yükdaşımanın belə  sürətlə artmasınm əsas  səbəbi isə 
TRASEKA nəqliyyat dəhlizinin fəaliyyəti ilə bağlı  olmuş,  lima- 
nın  daha  çox  iqtisadi  səmərə  əldə  etməsinə  şərait  yaranmışdır. 
Bu vəziyyət isə liman rəhbərliyinə daxili imkanlar hesabına dəniz 
vağzalının yenidən qurulması işlərinə başlamağa imkan vermiş- 
dir.  Bu iş üçün ümumilikdə  3  mln dollar vəsait aynlmış  (43) və 
müasir standartlara cavab verən dəniz səmişin vağzalı istifadəyə 
verilmişdir.  Bundan başqa,  Bakı  dəniz limanmın Ьэгэ terminalı- 
nın da yenidən qurulması işinə başlanmışdır. Həmçinin Azərbay- 
can  hökuməti  ilə  Cənubi  Koreya  şirkəti  arasmda  Ələtdə  yeni 
dəniz limanmın tikilməsi haqqmda saziş imzalanmışdır.
TRASEKA dəhlizinin  rəqabət  qabiliyyətinin  daha da artınl- 
ması üçün respublika hökuməti və liman rəhbərliyi konkret təd- 
birlər həyata keçirmişdir.


Yüklə

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə