Bakıda “Trans-kaspian” adlı I beynəlxalq nəqliyyat və loqistika
sərgisi keçirilmişdir. Sərgidə 10 ölkənin 40 şirkəti, nəqliyyat
işçiləri və gömrük xidməti üzrə ekspertlər də iştirak etmişlər
(244, 2002, №1, s.3). Gömrük prosedurunun sadələşdirilməsi ilə
əlaqədar tədris materiallan hazırlanmış, bu sənədlərdə təhqiqat
işlərinin apanlması və sərhədlərdən sadələşdirilmiş keçidin müa-
sir aspektləri göstərilmişdir (244, 2003, №1, s.5). 2003-cü ilin
yanvann 23-24-də TRASEKA Milli katibliyinin və hüquqi
məsələlər üzrə ekspertlərin görüşündə də bu məsələlər diqqət
mərkəzində olmuşdur (244, 2003, №1, s.5). 2003-cü ilin fevral
ayının 26-28-də İstanbulda I beynəlxalq nəqliyyat konfransının
gündəliyində başqa məsələlərlə yanaşı, dövlət gömrük xidmə-
tinin intermodal daşımalar və ticarətə yardım məsələlərinə də
toxunulmuşdur (244,2003, №5, s.5). 2003-cü il may ayının 21-23-də
Bakıda nəqliyyat və loqistika üzrə “Trans-Kaspians 2003” adlı
II beynəlxalq konfratıs-sərgi keçirilmişdir. 11 ölkənin 45 kompa-
niyasının iştirak etdiyi bu sərgidə sərhədlərdən keçidin sadələş-
dirilməsi məsələsi də öz yerini tapmışdır (244,2003, №5, s.5).
2003-cü il mayın 6-7-də TRASEKA Milli Katibliyinin sərhəd-
gömrük proseduruna həsr edilmiş iclasında gömrük proseduru-
nun sadələşdirilməsi, keçid məntəqələrinin genişləndirilməsi,
yüklü avtomobillər, avtoqatarlar üçün xüsusi xəttin yaradılması,
həmçinin müasir avadanlıqlann alınması, quraşdmlması, yüklərin
operativ şəkildə nəzarətdən keçirilməsini təmin edən kadrlann
hazırlanması məsələsi diqqət mərkəzində durmuşdur (244, 2003,
№5, s.10). TRASEKA dəhlizində gömrük işinin lazımi əsasda
tənzimlənməsi üçün hələ 2001-ci il oktyabnn ayının 30-31-də
TRASEKA işçi qrupunun iclasında sərhəd-gömrük məntəqələ-
rində TRASEKA marşrutu boyunca “Qaynar xətt” açılması
qərara alınmış, müvafiq dövlət, hökumət orqanlannın ünvanlan,
telefonlan əks olunmuş rabitə xətti fəaliyyətə başlamış, bu isə
yaranan hər hansı bir mübahisələrin operativ həllinə kömək
etmişdir (244, 2002, №2, s.10).
2002-ci ilin sentyabr ayının 9-23-də Bakıda keçirilmiş
TRASEKA Daimi Katibliyinin seminan da “Gömrük proseduru
nun sadələşdirilməsi” məsələsinə həsr edilmişdir. Seminarda
Azərbaycanın və Gürcüstanın TRASEKA proqramı üzrə milli
katibləri, yükdaşıma kompaniyalannın və gömrük təşkilatının
nümayəndələri iştirak etmişlər. Seminar iştirakçılan sərhəd keçid-
lərinin sadələşdirilməsi ilə əlaqədar təklifləri müzakirə etmişlər
(244, 2002, №2, s.5).
Gömrük xidməti fəaliyyətinin dünya standartlarına uyğun
yenidən qurulması istiqamətlərindən biri də maddi-texniki bazanın
genişləndirilməsidir. Gömrük Komitəsi daxili imkanlar hesabina
da bu sahədə fəaliyyətini müntəzəm surətdə davam etdirmişdir.
Bu məqsədlə Azərbaycan Maliyyə Korporasiyası çoxfunksiyalı
xüsusi layihə hazırlamışdır (206, 222). Layihəyə görə Bakı şəhə-
rində soyuducularla təchiz edilmiş 3 böyük gömrük anbannm,
о cümlədən nefit avadanlıqlan anbannın inşa edilməsi nəzərdə
tutulmuşdur. Bütün yüklərin, о cümlədən tranzit yüklərin yoxla-
madan əw əl bu anbarlarda yerləşdirilməsi nəzərdə tutulmuşdur.
Nəqliyyat sisteminə xidmət üçün elektron hesablama sisteminin
tətbiq edilməsi, bununla yüklərin keçməsinin və rüsumlann
hesablanmasının asanlaşdmlması, həmçinin yüklərin, nəqliyyat
vasitələrinin, işçi personalının təhlükəsizliyinin təmin edilməsi
də layihədə nəzərdə tutulmuşdur. Bu layihənin ümumi dəyəri
20 mln. dollara bərabərdir (206, 177-178). Maliyyə Korporasiyası
Azərbaycan hökumətinin razılığı ilə gömrük sisteminin modem-
ləşdirilməsinə beynəlxalq maliyyə qurumlannın da cəlb edilməsini
planlaşdmr.
Hazırda Dövlət Gömrük Komitəsi 7 əsas istiqamət üzrə iş
apanr. Bunlar aşağıdakılardır:
1) Mal və nəqliyyat vasitələrinin dövriyyəsini əhatə edən
məlumatların yığılması;
2) Gömrük orqanlan arasmda informasiya mübadiləsinin
təmin edilməsi;
3) Gömrük rəsmiləşdiıilməsi və nəzarətin avtomatlaşdınlması;
4) Qaçaqmalçılıq və gömrük qaydalarınm pozulması ilə mü-
barizənin informasiya təminatının təşkili;
5) Gömrük müfəttişliyinin işinin avtomatlaşdınlması;
6) Mərkəzi aparata gündəlik daxil olan məlumatlann yoxla-
nılması;
7)
Xarici iqtisadi əlaqələrin avtomatlaşdınlmış qaydada apa-
nlmasi (47, 30.01.2007).
Gömriik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində keçi-
rilmiş gömrük sərgilərinin, forum və simpoziumlannın da rolunu
qeyd etmək lazımdır. Bu baxımdan 2005-ci ilin may ayının
19-21-də Bakıda Ümumdünya Gömrük sərgisinin keçirilməsinin
mühüm əhəmiyyəti olmuşdur. Həmçinin “Heydər Əliyev və
Azərbaycan gömrüyünün inkişafı” mövzusunda keçirilən sim-
pozium öz əhatə dairəsi və əhəmiyyətinə görə seçilmişdir. Göm-
rük sərgisində dünyanın 50-dən çox şirkətinin istehsalı olan
avadanlıq və cihazlar nümayiş etdirilmişdir. Beynəlxalq sərgi
çərçivəsində “Gömrük, hüquq-mühafizə xidmətləri və beynəlxalq
ticarətin təhlükəsizliyi” mövzusunda forum da keçirilmişdir.
Forumun işində 32 dövlətin, həmçinin ÜGT, İnterpol, Avropa
Birliyi, Ümumdünya Poçt İttifaqı, Beynəlxalq Nüvə Eneıjisi
Agentliyi, BMT-nin Ətraf Mühit Proqramı və İqtisadi Əməkdaş-
lıq Təşkilatı kimi nüfuzlu təşkilatlarm nümayəndələri iştirak
etmiş, müasir gömrük nəzarətinin yaradılması imkanlanm müza-
kirə etmişlər (50, 2005, №5, s.33).
2006-cı ilin noyabnn 15-də Dövlət Gömrük Komitəsinin yeni
“Gömrük Məcəlləsi” layihəsinin təqdimat mərasimi olmuşdur.
Mərasimdə BMT-nin rezident əlaqələndiricisi Marko Barzotti,
Avropa Birliyinin əlaqələndiricisi Volfqanq Şpotler, Azərbay-
canda gömrük xidmətinin təkmilləşdirilməsi layihəsinin baş məs-
ləhətçisi Korinq Strinqer iştirak etmişlər (62).
Göründüyü kimi, Azərbaycan dövlət müstəqilliyi əldə etdik-
dən sonra Gömrük Komitəsi fəaliyyətini yeni tələblər səviyyə-
sində qurmağı bacarmış, bu sahədəki beynəlxalq konvensiya və
sazişlərə qoşulmuş, dünya ölkələri ilə gömrük xidməti sahəsində
əlaqələri inkişaf etdirmiş, maddi-texniki bazasını genişləndir-
mişdir. Dövlət Gömrük Komitəsi bu məqsədlə Avropa Birliyinin
köməyindən, dünya ölkələrinin təcrübəsindən və daxili imkan-
lardan səmərəli şəkildə istifadə etmişdir. Bütün bunlar öz növbə-
sində ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, nəq-
liyyat dəhlizinin ritmik fəaliyyətinə, inteqrasiya proseslərinin
genişlənməsinə, elmi-mədəni, texnoloji dəyərlərin mübadiləsinə
geniş imkanlar açmışdır.
Yüklə Dostları ilə paylaş: |