hüquqpozmalanna qarşı mübarizədə qarşılıqlı inzibati yardım
göstərilməsi nəzərdə tutulmuşdur (50,2005, №5, s. 16-32).
Azərbaycan respublikası gömrük sisteminin işini təkmilləş-
dirmək üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq işini davam
etdirmişdir. 2001-ci ilin iyun ayının 29-da BMT və Avropa Bir
liyi ilə Azərbaycan hökuməti arasında “Cənubi Qafqazda narko-
tiklərə nəzarət regional yardım proqramlannın həyata keçirilməsi”
sahəsində əməkdaşlıq sazişi imzalanmışdır (73,s. 174). Bu əmək-
daşlığın nəticəsi olaraq 2003-cü il yanvar ayının 22-də Bakıda
“Böyük Ipək yolu dövlətlərində narkotik vasitələrin qatıunsuz
dövriyyəsinə qarşı mübarizə” adlı beynəlxalq konfrans keçiril-
mişdir. 26 ölkə nümayəndələrinin və 10 beynəlxalq təşkilatın
iştirak etdiyi konfransda gömrük xidməti orqanlannın müvafiq
orqanlarla bu sahədə birgə əməkdaşlığı qərara alınmışdır.
Bununla əlaqədar narkotik vasitələrin qanunsuz dövriyyəsinə və
qaçaqmalçılığa qarşı mübarizə aparmaq məqsədilə Azərbaycan
Gömrük Komitəsinə “Skad” proqramı çərçivəsində 140 min dol-
larlıq avadanlıq verilmişdir (47, 2.03.2004), 2004-cü ilin apre-
lində isə Cənubi Qafqaz respublikalan üçün bu məqsədlə daha
2,2 mln dollar vəsaitin aynlması qərara alınmışdır ki, bunun da
200 min dollan Azərbaycan üçün nəzərdə tutulmuşdur (47,
2.03.2004).
Bütün bu uğurlu təşkilati fəaliyyətin məntiqi nəticəsi olaraq
Azərbaycan Gömrük Komitəsi öz işini yeni tələblər səviyyəsində
qurmuş, ildən-ilə dövlət büdcəsinə keçirilən vəsaitlərin həcmi
artmışdır. Əgər 1994-cü ildə Gömrük Komitəsindən dövlət büd-
cəsinə 17 399,2 mln manat vəsait köçürülmüşdüsə, 2003-cü ildə
bu göstərici proqnozda nəzərdə tutulan 1 trilyon 20 mlrd əvəzinə
1 trilyon 60 mlrd manata çatmışdır ki, bu da 2002-ci illə
müqayisədə 15 % çoxdur (47, 30.01.2004). 2004-cü ildə isə
Dövlət Gömrük Komitəsindən dövlət büdcəsinə nəzərdə tutulan
1 trilyon 200 mlrd matıat əvəzinə 1 trilyon 303,3 mlrd manat
vergi və rüsum daxil olmuşdur ki, bu da tapşınğın 108,6 % yerinə
yetirilməsi deməkdir. Bu göstərici 2003-cü illə müqayisədə
242,1 mlrd manat və ya 22,8 % çoxdur (47, 29.01.2005). 1998—
2001-ci illərdə Dövlət Gömrük Komitəsi tərəfindən 12 mlrd
manatdan artıq dəyəri olan qaçaqmalı saxlanılmışdır. Azərbay-
can gömrüyünün son 9 ildəki fəaliyyəti nəticəsində 53 kq-dan
artıq qızıl, zinət əşyalan müsadirə olunmuş, 6293 ədəd bədii
incəsənət əsərlərinin ölkədən çıxarılmasının qarşısı alınmışdır
(47, 30.01.2004). Тэксэ, 2004-cü ildə ümumi dəyəri 3 314,22 mln
manat təşkil edən əşyalarm gömrük sərhədlərindən qanunsuz,
qaçaqmalçılıq yolu ilə çıxarılmasının qarşısı alınmışdır (47,
29.01.2005).
Azərbaycan dövlət müstəqilliyi эМэ etdikdən sonra Dövlət
Gömrük Komitəsi sərhəd-keçid məntəqələrinin dünya standart-
laraıa uyğun qurulmasına başlamış, onlaraı maddi-texniki baza-
sının genişləndirilməsi istiqamətində fəaliyyətini müntəzəm olaraq
davam etdirmiş, xarici dövlətlərdən alınan yardımlan əsasən bu
işə yönəltmişdir. Məsələn, ABŞ hökuməti Azərbaycana 1999-cu
ildə 250 min avro dəyərində olan müasir texniki vasitələrlə təchiz
olunmuş zəngin “avtofurqon” hədiyyə etmişdir. Bu mobil labo-
ratoriyadan - avtofiırqondan istifadə etməklə narkotik vasitələrin,
kütləvi qırğın silahlannın yoxlanılması, aşkara çıxanlması daha
da asanlaşmışdır (47,15.09.1999).
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il
tarixli fərmanı ilə əlaqədar Dövlət Gömrük Komitəsi öz fəaliy-
yətini dünya standartlanna uyğunlaşdırmaq məqsədi ilə bu sahə
üzrə başlıca beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur.
Bunlar aşağıdakılardır:
1) “Beynəlxalq yük daşınması haqqında” 1951-ci il 19 may
tarixli konvensiya;
2) “Sərhədlərdə yüklərin nəzarətdən keçməsi şərtlərinin razı-
laşdınlması haqqında” 1982-ci il 21 oktyabr tarixli konvensiya;
3) “Tezkorlanan qida məhsullannın daşınması və bu daşın-
malar üçün istifadə olunan xüsusi nəqliyyat vasitələri haqqında”
1997-ci il 1 sentyabr tarixli saziş;
4) “Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsə-
dilə müvəqqəti idxalma dair” 1956-cı il 18 may tarixli gömrük
konvensiyası (47, 31.03-6.04.2000).
Azərbaycan Respublikası Nazirlər Kabineti ölkə prezidentinin
14 mart 2000-ci il tarixli fərmanı ilə əlaqədar respublikamızın
xarici ölkələrlə ticarət əlaqələrinin genişlənməsinə nail olmaq və
bununla əlaqədar əcnəbi vətəndaşlann və xarici ölkələrə məxsus
avtonəqliyyat vasitələıinin sərhəd-nəzarət buraxılış məntəqəsindən
gediş-gəlişini tənzimləmək məqsədilə Iran İslam Respublikası
dövlət sərhədində yerləşən Astara sərhəd-nəzarət buraxılış mən-
təqəsinə beynəlxalq status, Biləsuvar sərhəd-nəzarət buraxılış
məntəqəsinə ikitərəfli qaydada gediş-gəliş üçün status verilməsi
haqqında sərəncam imzalamışdır (47, 31.03-21.04.2000).
“Yeni İpək yolu”nun yaradılması ilə əlaqədar Avropa
Birliyinin TRASEKA proqramı çərçivəsində gömrük sisteminin
təkmilləşdirilməsi işi davam etdirilmişdir. Bu məqsədlə bir sıra
texniki və investisiya yardım layihələri həyata keçirilmişdir. Bu
baxımdan “Sərhədlərdən keçidin sadələşdirilməsi” adlı texniki
yardım layihəsi və “Qırmızı körpünün bərpası və Traseka kör-
püsünün tikilməsi” adlı investisiya yardım layihələri xüsusilə
diqqəti cəlb edir.
“Sərhədlərdən keçidin sadələşdirilməsi” texniki yardım layi-
həsi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün nəzərdə
tutulmuşdur. Layihəni İngiltərənin “Skot Vilson” şirkəti icra
etmiş, onun büdcə dəyəri 2 mln avro, icra müddəti isə 2001-ci
ilin noyabnndan 2002-ci ilin noyabnna qədər olan dövrü əhatə
etmişdir. Layihənin əsas məqsədi bu məsələ ilə əlaqədar TRASEKA
Milli komissiyalannda işçi qruplannın yaradılması, bu sahədə
təkliflərin və sənədlərin hazırlanması, tədris kurslannın keçiril-
məsi və Gömrük brokeri institutunun yaradılmasıdır (223,40-42).
Layihə uğurla həyata keçirilmişdir.
Dəyəri 2,5 mln avro olan “Qırmızı körpünün bərpası və
TRASEKA körpüsünün tikilməsi” adlı investisiya yardım layi-
həsi isə 1997-ci ilin martından 1998-ci ilin oktyabr ayma kimi
olan müddətdə həyata keçirilmiş (223, 53), Azərbaycan və Gür-
cüstan respublikalan arasında gömrük prosedurunun tənzimlən-
məsində mühüm rol oynamışdır.
Gömrük orqanlannda işin yeni tələblər səviyyəsində qurul-
ması TRASEKA Daimi Katibliyinin daim diqqət mərkəzində olmuş,
ekspert və işçi görüşlərində, sərgi-seminarlarda, konfranslarda
bu məsələyə geniş yer verilmişdir. 2002-ci il may ayının 22-24-də
Yüklə Dostları ilə paylaş: |