Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə47/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   43   44   45   46   47   48   49   50   ...   89

Qara  dənizin  Poti,  Supsa  və  Batumi  limanlan  ilə  əlaqələndirir. 
Bu xətt eyni zamanda Rusiya dəmir yolu  sistemi  ilə  Qara dəni- 
zin  Novorossiysk  və  Tuapse  limanlanm  birləşdirir,  həmçinin 
Tbilisi vasitəsilə Türkiyə dəmir yollan ilə əlaqə yaratmağa imkan 
verir.  2)  Azərbaycan  dəmir  yolu  və  avtomobil  yollan  Iran  və 
Türkiyə ilə iqtisadi əlaqələr saxlamağa imkan verir. Lakin Ermə- 
nistan tərəfindən həmsərhəd ərazilərin işğal olunması bu əlaqələ- 
rin inkişafına mane olur; 3) Azərbaycan Respublikası ilə Dağıstan 
Respublikası arasında olan dəmir yolu xətti Rusiya Federasiyasına 
birbaşa çıxışı təmin edərək, Şimali Qafqaz respublikalan və yeni 
yaranmaqda  olan  “Şimal-Cənub”  dəhlizi  ilə  əlaqə  yaratmağa 
imkan  verir.  Gəmi-bərə  xətti  Türkmənbaşı  limanını,  oradan  isə 
dəmir yolu xətti ilə Mərkəzi Asiya respublikalannı əlaqələndirir. 
Bu xətt  həmçinin  Qazaxıstandan  keçərək Rusiyanın  Uzaq  Şərq 
bölgəsi, eləcə də Çinlə əlaqə saxlamağa imkan verir. Türkmənis- 
tanın dəmir yolu xətti  eyni zamanda  Sərəxsdən keçməklə Iranın 
Tehran  şəhəri  və  dəniz  limanlarına  çıxmağa  imkan  yaradır 
(20,18). Gəmi-Ьэгэ xətti ilə həmçinin Qazaxıstanın Aktau limanı 
vasitəsilə Rusiyanm Avropa hissəsi və Şimali Avropa ölkələri ilə 
əlaqə  saxlamaq mümkündür.  Dəmir yolundan başqa Bakı  dəniz 
limanından  müxtəlif istiqamətdə  avtomobil  yollan  da  fəaliyyət 
göstərir.  Məsələn,  Qərb  yolu  ilə  Yevlax  və  Gəncədən  keçərək 
Gürcüstan və Türkiyəyə getmək mümkündür.  Cənub yolu ilə isə 
Astaradan  keçərək  Irana,  eləcə  də  Iran  körfəzindəki  Bəndər- 
Abbas limanına çıxış imkanı mövcuddur (20,18).
Bütün bu faktlar aydm göstərir ki,  Bakı limanının çox geniş 
nəqliyyat iqtisadi imkanlan vardır. Bu imkanlann reallaşdmlması 
həm Azərbaycan dövləti,  həm də dəhliz üzərində yerləşən digər 
dövlətbr üçün iqtisadi baxımdan olduqca əhəmiyyətlidir. “Tarixi 
İpək yolu”nun bərpası ilə əlaqədar olaraq Avropa Birliyi “Tasis”, 
“TRASEKA”  proqramlan  çərçivəsində  Bakı  limanının  yenidən 
qurulması  və  inkişafma  yönəldilmiş  müxtəlif layihəbri  həyata 
keçirir.  1996-cı  ilin  martin  3-dən  1998-ci  ilin  mann  3-пэ  kimi 
olan  müddətdə  “Tasis”  proqramı  çərçivəsində  “Limanlar  şəbə- 
kəsi planı və inkişaf proqramı” adı altında Bakı və Türkmənbaşı 
limanlannda  terminallann  yenidən  qurulması  layihəsi  həyata


keçirilmişdir.  Layihənin  ümumi  dəyəri  800  min  ekyü,  icraçı 
şirkət isə Danimarkanın “Ramboll” firması olmuşdur.  Layihənin 
hazırlanmasına  8  nəfər  yerli  mütəxəssis,  о  cümlədən  Xəzər 
Dəniz Elmi Tədqiqat Layihə İnstitutunun mühəndisləri cəlb olun- 
muşlar (42).  “Tasis” proqramının “Bakı limanının inkişafına tex­
niki  yardım,  idarəçilik  və  limanın  baş  planının  hazırlanması” 
layihəsi Almaniyanın  Hamburq  şəhərindən  olan  tədris  İnstitutu 
“HPTİ”  tərəfindən  həyata  keçirilmiş,  büdcə  dəyəri  1  354  min 
ekyü  olmuşdur.  Layihəyə  uyğun  olaraq  limanın  1  saylı  yük 
terminalının yenidənqurma proqramı hazırlanmışdır. Bu işə yerli 
mütəxəssislərdən 6 nəfər cəlb olunmuşlar. Layihə həyata keçiril- 
dikdən  sonra  limana  2  kompyuter,  faks  aparatı,  surətçıxarma 
maşını və başqa ofis avadanlıqlan verilmişdir (42).
Avropa Komissiyasımn limanla bağlı həyata keçirdiyi mühüm 
layihələrdən biri  də  “Bakı-Türkmənbaşı  limanları  arasında kon­
teyner  xidməti”  adlı  investisiya  yardım  layihəsidir.  Layihənin 
icra  müddəti  1998-ci  ilin  fevral  ayından  1999-cu  ilin  fevral 
ayına qədərki dövr nəzərdə tutulmuşdur (42).
2000-ci  il  il  fevralın  15-пэ  qədər  Bakı  dəniz  limanında 
tamamilə yeni konteyner terminalı tikilmiş, keçmiş 5  saylı anbar 
təmir  edilmiş və konteyner yük  stansiyasına  çevrilmişdir.  Layi- 
həni həyata keçirən isə Almaniyanın “Habeq” firması olmuşdur. 
Layihənin  büdcə  dəyəri  isə  2  700  min  ekyüdür.  Zəruri  olan 
liman  avadanlıqlan  “Habeq”  tərəfindən  təmin  edilmiş,  ehtiyat 
hissələri  gətirilmiş, konteyner terminalında idarə  sistemi müasir 
tələblər  baxımında  təşkil  edilmiş  və  təchizat  yeni  daha  yüksək 
səviyyəyə  qaldınlmışdır.  Belə  ki,  limana  ümumi  dəyəri
1  072 653  ekyü olan avadanlıqlar gətirilmişdir ki, buraya  1  ədəd 
41  tonluq konteyner ştabel qaldmcısı,  1  ədəd 42 tonluq kontey­
ner yükləyicisi, 2 ədəd dartıcı traktor, 6 ədəd 40 futluq konteyner 
üçün  qoşqu  vasitəsi  daxildir  (42).  Bundan  başqa,  ofislər  təmir 
edilmiş, yeni kompyuterlər alınmışdır (42).
TRASEKA  proqramı  çərçivəsində  Bakı  limanının  inkişaf 
etdirilməsi  ilə  bağlı  digər  mühüm  layihələr  də  həyata  keçiril- 
mişdir.  Bunlardan  “intermodal  yükdaşıma”  adlı  texniki  yardım 
layihəsi,  “intermodal  xidmətin  və  təhsilin  təşkili”  adlı  texniki


yardım  layihəsi,  “Bakı-Türkmənbaşı-Poti  limanlannda yüklərin 
konteyner üsulu ilə emal edilməsi”  adlı  investisiya yardım layi- 
həsi,  “Naviqasiya  avadanlıqlannın  göndərilməsi”  kimi  inves­
tisiya yardım layihələrini də göstərmək olar (223,43-53).
“İntermodal yükdaşıma” adlı texniki yardım layihəsi Fransanın 
“Bkeom De  Konsult  Seyestra”  firması tərəfindən  icra  olunmuş- 
dur.  Büdcə  dəyəri  500  min  avro,  icra  müddəti  1996-cı  ilin 
yanvanndan  1999-cu  ilin  yanvar  ayına  kimi  olan  dövr nəzərdə 
tutulmuşdur. Layihə Azərbaycan, Gürcüstan, Ermənistan, Qazax- 
ıstan,  Qırğızıstan,  Tacikistan,  Türkmənistan,  Özbəkistan  üçün 
nəzərdə  tutulmuşdur.  Layihənin məqsədi  intermodal yükdaşıma 
üzrə  qrupun yaradılması,  multimodal yüklərin daşınmasına dair 
təkliflərin hazırlanmasıdır (227).
“İntermodal xidmətin və təhsilin təşkili”  adlı texniki yardım 
layihəsi bütün  iştirakçı  ölkələr üçün nəzərdə tutulmuşdur.  Məs- 
ləhətçi  kimi  Almaniyanın  “Polsuq”  və  “HPTl”  şirkətləri  cəlb 
edilmişdir.  Layihənin  ümumi  büdcə  dəyəri  1,6  mln  avro,  icra 
müddəti  il yarım,  1998-ci ilin iyun ayından  1999-cu ilin dekab- 
nna kimi olan dövr nəzərdə tutulmuşdur.  Layihənin məqsədi isə 
TRASEKA nəqliyyat  dəhlizi  boyunca  intermodal  yükdaşmma- 
sına kömək göstərmək, müasir intermodal xidmətin kommersiya 
əsaslanna dair strategiyanm hazırlanması,  intermodal daşımanın 
bütün  istiqamətlərinin  öyrədilməsi  üzrə  tədrisin  təşkilidir  (223, 
43-46).
“Bakı-Türkmənbaşı və Poti limanlannda yüklərin, konteyner- 
lərin  emal  edilməsi”  adlı  maliyyə  yardım  layihəsi Azərbaycan, 
Türkmənistan,  Gürcüstan,  Ukrayna  üçün  nəzərdə  tutulmuşdur. 
Layihənin  büdcə  dəyəri  5  825  min  avrodur.  Layihənin  icra 
müddəti  1997-ci  ilin  dekabr  ayından  1999-cu  ilin  dekabr  ayına 
qədərki  müddət  nəzərdə  tutulmuşdur.  Bu  layihə  Isveçin  “Xal- 
mar”,  Hollandiyanın  “Planmarin  Terberq”,  Böyük  Britaniyanın 
“Hayester” firması tərəfindən həyata keçirilmişdir (223, 53).
“Naviqasiya avadanlığının göndərilməsi” adlı investisiya yar- 
drnı layihəsi Azərbaycan, Türkmənistan, Qazaxıstan üçün nəzərdə 
tutulmuşdur.  Layihənin  büdcə  dəyəri  1  mln  600  min  avrodur 
(223,53).  Avropa  Birliyinin  TRASEKA  proqramı  çərçivəsində


Yüklə

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə