Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə45/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   41   42   43   44   45   46   47   48   ...   89

limanlan  içərisində  bütün  göstəricilərinə  görə  эп  böyük  liman 
olub,  bu  ölkələrin Xəzər dənizi  vasitəsilə  dünya  okeanına  çıxış 
qapısı hesab olunur.  Əsası orta yüzilliklərdə  qoyulmuş  və gəmi- 
çilikdə mühüm rol oynamış Bakı dəniz limanı  1994-cü ilə qədər 
Xəzər Dəniz Gəmiçiliyinin tərkibində olmuş,  14 noyabr  1994-cü 
ildə  isə  Respublika  Nazirlər  Kabinetinin  407  saylı  qəran  ilə 
dünya təcrübəsi nəzərə almaraq müstəqil quruma çevrilmişdir (44).
Nəqliyyat  sahəsində  Avropa  Birliyinin  tələblərinə  uyğun 
struktur dəyişikliyi  ilə əlaqədar olaraq Azərbaycan Respublikası 
Prezidentinin  8  avqust  2002-ci  il  tarixli  fərmanı  ilə  Nəqliyyat 
Nazirliyi  yaradıldıqdan  sonra  digər  nəqliyyat  qurumlan  kimi 
Bakı  dəniz  limanı  da  Nəqliyyat  Nazirliyinin  tərkibinə  daxil 
olmuşdur (244. 2002, №2,s.5).“İpək yolu”nun bərpası və normal 
fəaliyyəti  Azərbaycanın  beynəlxalq  dəniz  qapısı  olan  limanın 
fəaliyyəti  ilə  six  surətdə  bağlıdır.  Bu  isə,  təbii  ki,  Bakı  dəniz 
limanının  beynəlxalq  standartlara  uyğun  yenidən  qurulmasını, 
struktur dəyişikliklərinin apanlmasmı, bazar iqtisadiyyatmın tələb- 
lərinə cavab verən kadr potensialmm formalaşdınlmasmı qarşıya 
qoyur ki, bu da bilavasitə “İpək yolu”nun bərpası prosesinə təkan 
verən əsas amillərdən biridir.
Bakı dəniz limanı ölkənin iqtisadi həyatında mühüm əhəmiy- 
yət  kəsb  edərək xalq  təsərrüfatı  əhəmiyyətli  yüklərin  və  tranzit 
yüklərin keçməsini təmin edir. Liman struktur etiban ilə aşağıda 
qeyd  olunan  terminallardan  ibarətdir:  1)  Əsas  yük  terminalı;
2)  Bərə  terminalı;  3)  Neft  terminalı;  4)  Konteyner  terminalı;
5)  Səmişin terminalı (99).
Əsas yük terminalı Bakı şəhərinin mərkəzində yerləşir, bütün 
növ  quru  yüklərin  doldurulması,  boşaldılması  ilə  məşğul  olur. 
Terminalda ümumi uzunluğu  866 m,  dərinliyi 7 m olan 6 priçal 
vardır. Bu priçallardan biri “Ro-ro” tiplidir, yəni horizontal vəziy- 
yətdə yükboşaltma, yükvurma qabiliyyətinə malik olan gəmiləri 
qəbul edə bilir. Terminalda yük emal edən avadanlıqlardan 2 qollu, 
yükqaldmna qabiliyyəti 6-40 ton olan 8 liman krarn, gücü 5-6 ton 
olan 3  qreyferli kran, gücü  1-10 tona kimi olan avtoyükləyicilər, 
quru və tökülən yüklərin  emal edilməsi üçün zəruri olan  ekska- 
vatorlar, bunkerlər və digər avadanlıqlar yerləşdirilmişdir. Bundan


başqa, əsas yük terminalında sahəsi  10.600 kv m olan 5 üstüörtülü 
anbar, ərazisi 33000 kv m olan üstüaçıq qoruma meydançası, kon- 
teyner  yük  stansiyası  yerləşir  (225,5).  Stansiyamn  1600  kv  m-lik 
bağlı sahəsi vardır. Əməliyyatlar эп müasir avadanlıqlann köməyi 
ilə həyata keçirilir (225,5).Terminal ildə 2 mln ton əsas və tökü- 
lən  yükləri  emal  etmək  gücündədir.  Gün  ərzində  eyni  vaxtda
3  gəmi,  150  vaqon və  10  maşın yükünü  emal  edə  bilir.  Burada 
dəmir  yollannın  ümumi  uzunluğu  dalanlarla  birlikdə  8  km-dir,
4 xüsusi teplovoz vaqonlan hərəkətə gətirir. Terminal dəmir yolu 
vaqonlan və avtomobil üçün çəkmə tərəziləri ilə təmin edilmişdir.
Limamn əsas terminallanndan olan Bərə terminalı 1962-ci ildə 
istismara verilmişdir,  dəmir yolu və “Ro-ro” tipli  gəmi-bərələrin 
Bakı-Türkmənbaşı  və  Bakı-Aktau  (Qazaxıstan),  Bakı-Ənzəli 
marşrutu üçün  xidmətlərini  təklif edir.  Terminal  ildə  8  mln  ton 
yük  emal  etmək  qabiliyyətindədir.  Terminala  xidmət  edən  hər 
bir  bərə-gəmi  eyni  vaxtda  göyərtəsinə  28  dəmir  yolu  vaqonu,
40 
trayler, 202 səmişin və 50 minik maşını götürə bilir (127, 26).
Bu  terminal  TRASEKA dəhlizində  mühüm  əhəmiyyət  kəsb 
edir. Terminalın ümumi yük dövriyyəsi 2000-ci ildə  1,3 mln ton- 
dan  çox  olmuşdur  (225,5).  Gəmi-bərələrlə  əsas  yükdaşıyan 
Xəzər Dəniz Gəmiçiliyi idarəsidir.  Qeyd etmək lazımdır ki, Ьэгэ 
terminalı TRASEKA dəhlizi  ilə yükdaşımada mühüm rol  oyna- 
dığına  görə  1999-cu  ilin  dekabnnda  Azərbaycan  hökuməti  ilə 
Avropa Yenidənqurma  və  Inkişaf Bankı  arasında  Ьэгэ  termina- 
lının yenidən  qurulması,  bərpası  üçün  16,2  mln  dollarlıq kredit 
sazişi  imzalanmışdır  (225,5).  Bu  terminalda  uzunluğu  144  m, 
dərinliyi 7 m olan 2 priçal vardır və orada yük emal etmək üçün 
kranlar yerləşdirilmişdir. Terminalda yükdaşıma ildən-ilə  artmaq- 
dadır.  Ве1э  ki,  əgər  2001-ci  ildə  gəmi-bərələrlə  yükdaşımanın 
həcmi  1,9 mln ton olmuşdusa, 2002-ci ildə bu göstərici 2,9 mln 
tona, 2003-cü ildə isə 3,2 mln tona çatmışdır (113;115).  2001-ci 
ildən Bakı-Aktau Ьэгэ xətti müntəzəm fəaliyyətə başlamışdır ki, 
bu da nəqliyyat dəhlizində yükdaşımanm artmasma böyük imkan 
yaradır (21,77).
Bakı  dəniz  limanmm  mühüm  terminallanndan  biri  də  Nefit 
terminalıdır. Terminal Bakının 50 km-də Abşeron yanmadasında


yerləşir,  1970-ci  ildə  istismara  verilmişdir.  Nefit  terminalı  eyni 
vaxtda yük tutumu  5-12 min ton olan tankerləri  qəbul edə bilir. 
İ1  ərzində  isə  terminal  10  mln ton  yük  emal  etmə  qabiliyyətin- 
dədir. Abşeron neftötürmə  rayonu  2  neft pirsindən,  о  cümlədən
4 körpüdən ibarətdir. Hər körpünün uzunluğu 250 m-dir. Pirs hər 
iki tərəfdən  gəmi  qəbul  etməklə  eyni vaxtda 4  gəminin yükünü 
qəbul edə bilir. Burada hərəkət nəzarəti həyata keçirən dispetçer 
idarəsi də fəaliyyət göstərir.
Terminalm  daha  da  genişləndirilməsi  imkanlan  mövcuddur. 
Əgər orada  2  əlavə pirs  istismara verilsə,  neft terminalınm illik 
yük  emaletmə  qabiliyyəti  daha  da  arta  bilər.  Terminalda  gəmi- 
lərin  təhlükəsiz  yan  alması  üçün  600-1200  at  gücündə  olan 
yedək gəmiləri də fəaliyyət göstərir.
2000-ci  ildə  neft  terminalının  yük  dövriyyəsi  3,3  mln  ton 
olmuşdur ki,  bu da Bakı  dəniz  limanının ümumi  yük  dövriyyə- 
sinin  65  %-ni təşkil  edir.  Burada yerləşən Dübəndi  terminalının 
qoruma gücü 120 min kub metrdir. Terminal 12 min tonluq gəmi- 
ləri  qəbul  etmək  imkanmdadır.  Terminal  1997-ci  ildən  etibarən 
Qazaxıstanın  Tengiz  yatağının  xam  neftini  emal  etməklə  məş- 
ğuldur (42). Tengiz nefti “Şevron” şirkəti ilə imzalanmış müqavi- 
ləyə əsasən dəmir yolu 
у э  
boru kəməri vasitəsilə Aktau limanına 
nəql  olunur,  Aktaudan  isə  tankerlər  vasitəsilə  Azərbaycanın 
Dübəndi  və  Səngəçal  terminalına  daxil  olur,  oradan  isə  dəmir 
yolu vasitəsilə Gürcüstanın Batumi limanına çatdırılır,  sonra isə 
yenidən tankerlərə doldurularaq dünya bazanna ötürülür.
Burada  həmçinin  gündəlik  olaraq  Türkmənistanm  və  yerli 
Azərbaycan  yataqlannda  hasil  olunan  neft  məhsullan  da  emal 
edilir,  sonra  Qara  dəniz  limanlan  ilə  dünya  bazanna  çatdmlır. 
Quru yüklər isə Poti limanı ilə dünya bazanna çıxanlır.
Qeyd etmək lazımdır ki,  Mərkəzi Asiya ölkələrindən dənizlə 
daşınan  yüklər  dəmir  yolu  ilə  daşınan  yüklərə  nisbətən  daha 
ucuz başa gəlir və mənzil başına nisbətən tez çatdmlır.  Belə bir 
fakta nəzər salsaq, bunu çox aydm görmək olar. Belə ki, Bakıdan 
Türkmənbaşı  istiqamətində  dəmir yolu  ilə  məsafə  5769  km-sə, 
dənizlə bu məsafə cəmisi 340 km-dir (220,112). Göründüyü kimi, 
dənizlə  yükdaşıma  iqtisadi  baxımdan  olduqca  səmərəlidir.  Bu


Yüklə

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə