2001-ci ilin sonunda Dövlət Xəzər Dəniz Gəmiçiliyi Beynəl-
xalq Dəniz təşkilatımn 74-cü sessiyasında təşkilat üzvlərinin yek-
dil rəyi əsasında ağ siyahıya salınmış, onun fəaliyyətinə yüksək
qiymət verilmişdir (227). Sahənin inkişaf etdirilməsi üçün 1999-cu
ilin dekabnnda Azərbaycan hökuməti Avropa Yenidənqurma və
İnkişaf Bankı ilə bərə terminalının yenidən qurulması və bərpası
ilə əlaqədar 16,2 mln dollarlıq kredit sazişi imzalamış (227),
“Tasis” proqramı çərçivəsində gəmiçilik üçün “№TN 92AZ01”
layihəsi üzrə nəqliyyat donanmasının inkişaf etdirilməsi, Ьэгэ-
gəmilərə ehtiyat hissələri alınması üçün 2 mln 335 min ekyü
ayrılması nəzərdə tutulmuş, 2002-ci ilədək olan müddətdə
423 min ekyü məbləğində ehtiyat hissələri alınmışdır (227).
Avropa Birliyi “Tarixi İpək yolu”nun bərpası ilə əlaqədar dəniz
nəqliyyatı üçün TRASEKA proqramı çərçivəsində ümumi dəyəri
4,8 mln avro olan 4 texniki yardım layihəsi hazırlamışdır ki,
bunların da 3-nün gerçəkləşdirilməsinin Azərbaycana ciddi fay-
dası olmuşdur (223,43-45).
Avropa Birliyi həmçinin investisiya layihələri çərçivəsində
də Azərbaycanda dəniz nəqliyyatının inkişafma, yenidən qurul-
masuıa xeyli yardım göstərmişdir. Belə ki, TRASEKA proqramı
çərçivəsində Avropa Birliyi dəniz nəqliyyatı üçün ümumi büdcə
dəyəri 8 925 min avro olan 3 investisiya layihəsi hazırlayıb həyata
keçirmişdir ki, bunun da ikisinin Azərbaycana aidiyyəti vardır.
Azərbaycanın iştirakını nəzərdə tutan investisiya yardım layihə-
lərinin reallaşduılması Bakı ilə Türkmənbaşı limanlan arasında
yüklərin qəbul edilib yola salınmasını, saxlanmasını, konteyner-
lərin yüklənməsini yaxşılaşdırmağı, gəmiləri müasir naviqasiya
qurğulan ilə təchiz etməyə imkan vermişdir.
“İpək yolu”nun bərpasına həsr edilmiş 1998-ci il beynəlxalq
Bakı konfransının nəqliyyat haqqmda çoxtərəfli sazişinin beynəl-
xalq ticarət gəmiçiliyi üzrə sazişinə texniki əlavəsində nəqliyyat
donanmasının vəzifələri, beynəlxalq ticarət gəmiçiliyinin, həm-
çinin tranzit daşımalannın tənzim edilməsi, gömrük və liman
prosedurlannm maksimum sadələşdirilməsi, yük və səmişin daşı-
narkən gəmiçlik kompaniyalanmn, yük bazan və gəmiçiliklə bağlı
digər təşkilatlarla six əməkdaşlıq etməsi öz əksini tapmışdır
(126, 1998, №1, s.16). TRASEKA proqramı çərçivəsində keçi-
rilmiş konfranslarda da dəniz nəqliyyatının Avrasiya nəqliyyat
dəhlizində fəaliyyətinin yaxşılaşdınlması məsələlərinə baxılmış-
dır. Belə ki, 2002-ci il aprelin 24-25-də TRASEKA Hökumətlər-
arası Komissiyasının Daşkənddə keçirilmiş konfransında dəniz
nəqliyyatı üzrə məsələlərə baxılmış, yükdaşımalann bu nəqliyyat
növü ilə təhlükəsizliyinin və rəqabət qabiliyyətinin artınlması
üçün aşağıdakı qərarlar qəbul edilmişdir:
1) TRASEKA regional layihələrinin reallaşdmlması gedişində
vahid tranzit rüsumlannın və tariflərinin qoyulması məqsədilə
limanlarda yükvurma, yükboşaltmanm öyrədilməsi, dəhlizin rəqa-
bət qabiliyyətinin artınlması üçün təkliflərin hazırlanması;
2) TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katib-
liyinin rəhbərliyi altında Dövlət Dəniz administrasiyasının, Xəzər
Dəniz Gəmiçiliyinin, liman rəhbərliyinin, gəmi sahibkarlarının,
dəmir yolu rəhbərliyinin nümayəndələrinin iştirakı ilə komissi-
yanın yaradılması;
3) Dəniz nəqliyyatı işçi qrupuna aşağıda qeyd olunanlann
hazırlanması tapşınlmışdır (235).
- Əsas saziş tərəfdaşlannın dəniz nəqliyyatında tarif siyasə-
tinin yaxınlaşdmlması üçün təkliflərinin hazırlanması;
- Əsas sazişin texniki əlavəsi üçün rüsum və limanlarda
xidmətin yaxşılaşdırılması;
- Əsas saziş iştirakçısı ölkələrinin milli rejimlərinə uyğun
razılaşdınlmış layihənin hazırlanması;
- TRASEKA milli katibliyi ilə birgə nəqliyyat donanmasının
lazımi səviyyədə saxlanılması, yeniləşdirilməsi, yük axınının
fasiləsiz keçməsi üçün zəruri təkliflərin təqdim olmıması;
- TRASEKA milli katibliyi ilə birgə Qara dəniz və Xəzər
dənizi hövzəsində üzmə təhlükəsizliyini təmin edən naviqasiya
sistemlərinin yeniləşdirilməsi, modemləşdirilməsinə dair zəruri
təklif və layihələrin təqdim edilməsi;
- TRASEKA milli katibliyinin dəniz nəqliyyatının mövcud
konsepsiya və proqramlara dair təkmilləşdirilməsi üçün müvafiq
nazirlik, idarə və təşkilatlarla əlaqələr yaradılması, təkliflərin
hazırlanıb TRASEKA Daimi Katibliyinə təqdim edilməsi;
- Qulluqçuların ixtisasının artırılması, inzibati təsir yolu ilə
donanmanın təhlükəsizliyinin, ekoloji tarazlığın yüksəldilməsi
üzrə təklifbrin verilməsi;
- TRASEKA Daimi Katibliyinin dəniz nəqliyyatı üzrə tex
niki ekspert qrupu ilə aşağıdakı məsələlərə baxılması zəruri hesab
edilmişdir:
- Dəniz nəqliyyatı informasiya sistemində elektron poçtdan
istifadə olunmasının tətbiqi imkanlannın öyrənilməsi;
- Yükdaşıyanlann intermodal yükdaşımadakı vəziyyətinin
öyrənilməsi;
- Əsas saziş iştirakçısı olan ölkələrin liman akvatoriyasında
ətraf mühitin mühafizəsinin təmin edilməsi;
- Dəniz nəqliyyatı sahəsində elmi yeniliklərin, qabaqcıl təc-
rübənin öyrənilməsi, onlann gündəlik tətbiqi üçün təklifbrin
hazırlanması.
Azərbaycan dəniz nəqliyyatı öz fəaliyyətini “İpək yolu”nun
bərpası, dünya iqtisadi proseslərinə inteqrasiya istiqamətində
quraraq dənizdə yükdaşımalann qabaqcıl təcrübəsini öyrənmək,
öz işini dünya standartlanna uyğun qurmaq üçün 1995-ci ildə
Beynəlxalq Dəniz Təşkilatı İMO-ya üzv olmuş (104), 2007-ci ilə
qədər olan dövrdə 22-dən çox beynəlxalq konvensiyaya qoşul-
muşdur (177, №6, iyun, 2007, s.29).
Göründüyü kimi, “1рэк yolu”nun bərpası nəqliyyatın mühüm
sahələrindən biri olan dəniz nəqliyyatının daha da inkişaf etdi-
rilməsini, öz fəaliyyətini beynəlxalq tələblərə uyğun modemləşdi-
rilməsi zərurətini qarşıya qoymuşdur. Bu istiqamətdə də həm
Avropa Birliyinin texniki yardım və investisiya yardım layihə-
ləri, həm də gəmiçiliyin daxili imkanlan hesabına müəyyən iri
miqyaslı işlər görülmüşdür. Bu da bütün nəqliyyat sisteminin rit-
mik fəaliyyətinə, xarici iqtisadi əlaqələrin inkişafına, xüsusi ilə
“İpək yolu” dəhlizində yükdaşımaya bütövlükdə müsbət təsir
göstərmişdir. Qeyd etmək lazımdır ki, 1997-ci illə müqayisədə
2002-ci ildə dəhliz vasitəsilə yükdaşıma 6,5 % artaraq 36,1 mln
ton təşkil etmişdir (34, s.323). Təbii ki, bu da yükdaşımadan əldə
olunan gəlirin müvafiq surətdə artmasına səbəb olmuşdur. Belə
ki, 2002-ci ildə əwəlki illə müqayisədə əldə edilən gəlirin həcmi
Yüklə Dostları ilə paylaş: |