Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə37/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   33   34   35   36   37   38   39   40   ...   89

Beləliklə,  “Yeni  İpək  yolu”nun  yaradılması  obyektiv  siyasi 
zərurətdən  irəli  gələrək  milli,  regional  və  beynəlxalq  xarakterli 
siyasi  amillərlə  bağlı  olmuşdur.  XX  əsrin  sonlannda  dünyada 
baş verən köklü dəyişikliklər -  Sovet Ittifaqının süqutu, sosializ- 
min  bir  sistem  kimi  dünya  siyasi  səhnəsindən  silinib  getməsi, 
yeni  beynəlxalq  münasibətlərin  formalaşması,  postsovet  məka- 
nında  müstəqil  dövlətlərin  yaranması,  onlann  öz  milli  dövlət- 
çiliyini  möhkəmlətmək  üçün  Qərbə  üz  tutmaları  baş  vermişdir. 
Digər tərəfdən isə yeni geosiyasi şəraitdə  dünyamn ABŞ, Avropa 
Birliyi  kimi  başlıca  güc  mərkəzlərinin  postsovet məkanında  öz 
təsir  imkanlannı  artmnaq,  bu  ölkələrdə  bazar  iqtisadiyyatının, 
qərb  demokratiyası  ənənələrinin inkişaf etdirmək, Xəzər hövzə- 
sinin  zəngin  eneıji  daşıyıcılan  hesabına  özlərinin  və  müttəfiq- 
lərinin  Iran  körfəzindən  olan  eneıji  asılılığına  son  qoymaq, 
xüsusən  də  Cənubi  Qafqaz  dövlətlərini  Rusiyanın,  İranın  və 
Çinin  təsirindən  qorumaq,  Avropa  və  Asiyaya  yaxınlaşmasına 
yardım etməyə yönəlmiş səyləri artmışdu- (179, 384).


III 
FƏSİL 
“İPƏK YOLIP’NUN BƏRPASI 
VƏ AZƏRBAYСANIN İQTİSADİ İNKİŞAFI
3.1. Nəqliyyat sisteminin və rabitənin yenidən qurulmasında 
və inkişafında “İpək yolu”nun rolu
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi,  dünyada 
gedən  qloballaşma  prosesi  Azərbaycanm  milli  nəqliyyat  struk- 
turlannın dünya nəqliyyat sisteminə inteqrasiya prosesinin sürət- 
ləndirilməsini  zəruri  etmişdir.  Bu  zaman  güdülən  əsas  məqsəd 
beynəlxalq nəqliyyat  dəhlizinin inkişaf etdirilməsi, region ölkə- 
ləri ilə nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi, nəqliyyatda təh- 
lükəsizliyin təmirı edilməsi, hüquqi bazasınm genişləndirilməsidir. 
Qarışıq yükdaşıma coğrafiyasının genişlənməsi, beynəlxalq nəq- 
liyyat  təşkilatlannda  ölkəmizin  fəal  iştirak  etməsi,  beynəlxalq 
konvensiya və sazişlərə qoşulması, yükdaşımalara nəzarətin artı- 
nlması,  informasiya  şəbəkəsinin  genişləndirilməsi  dövlətimizin 
nəqliyyat siyasətinin prioritet istiqamətlərini təşkil edir.  Bu siya- 
sətə  uyğun  olaraq Azərbaycan  respublikası  nəqliyyat  sahəsində 
Qara  dəniz və Xəzər  dənizi  hövzəsi  ölkələri  ilə, Avropa Birliyi 
ilə  əməkdaşlığı mərhələ-mərhələ  inkişaf etdirməyə  səy göstərir. 
Bu  baxımdan  regional  və  beynəlxalq  əməkdaşlıq  modeli  kimi 
TRASEKA  dəhlizinin  inkişafı  qonşu  ölkələrlə,  Transavropa 
ölkələri  ilə  əlaqələrin  genişlənməsinin  əsaslannı  müəyyən  edir. 
Son  dövrlərdə  regionda  yüksək  sürətlə  artan  ticarət  əlaqələri 
nəqliyyat  infrastrukturunun  inkişafını,  nəqliyyat  dəhlizlərinin 
rəqabət  qabiliyyətinin  artınlmasını,  dəqiq,  nizamlanmış  nəqliy- 
yat  əlaqələrini,  yükdaşıma  prosesinin  sürətləndirilməsini,  istis- 
mar  olunan  nəqliyyat  vasitələrinin  təhlükəsizliyini  və  yüklərin 
etibarlı şəkildə qorunmasını tələb edir.
İstehsala xidmət edən, dövriyyə sahəsində fəaliyyət göstərən, 
э т э к   bölgüsünün  inkişafı,  iqtisadi  rayonlann  ixtisaslaşması,


daxili  və  xarici  ticarət  mübadiləsi  prosesində  yaranan  istehsal 
münasibətlərini tənzim edən nəqliyyat sistemi bütün tarixi dövr- 
lərdə  olduğu  kimi,  dövlət  müstəqilliyimizin  möhkəmləndiyi, 
qloballaşma  və  inteqrasiya  proseslərinin  genişləndiyi  müasir 
şəraitdə də xalqların iqtisadi, siyasi, mədəni əlaqələrində mühüm 
rol  oynayır.  Müasir bazar iqtisadiyyatı  şəraitində  dünya ölkələri 
arasında  gedən  inteqrasiya  prosesində  bir  sıra  sosial-iqtisadi 
amillərlə  yanaşı,  nəqliyyat-iqtisadi  əlaqələrin  və  rabitənin  tək- 
milləşdirilməsi də mühüm məsələ kimi qarşıda durur.
Azərbaycanın  Avropa  ölkələri  ilə  geniş  əlaqələr  saxlamağa 
imkan verən əlverişli geosiyasi məkanda yerləşməsi, zəngin təbii 
sərvətlərinin,  inkişaf  etmiş  nəqliyyat  infrastrukturunun  olması 
onun beynəlxalq nəqliyyat əlaqələrinə nisbətən asan qoşulmasma 
imkan vermişdir. Bu prosesin reallaşdınlmasmda, nəqliyyat-iqtisadi 
əlaqələrin operativ,  elmi idarə olunmasmda, əlaqələndirilməsində 
isə,  sözsüz  ki,  inkişaf etmiş  müasir  informasiya  texnologiyala- 
rının rolu artmaqdadır.  Bu baxımdan ‘İpək yolu”nun bərpasının 
bütün cəhətlərinin, о cümlədən nəqliyyat sisteminin və rabitənin 
yenidən qurulmasında və inkişafındakı rolunun öyrənilməsi zəruri 
məsələlərdən biridir.
Problemin zəruriliyi, hər şeydən əwəl,  onunla izah edilir ki, 
“İpək yolu”nun bərpası Azərbaycan iqtisadiyyatının mühüm bir 
hissəsini təşkil edən, xalq təsərrüfatınm normal fəaliyyətinə imkan 
yaradan, neft sənayesindən sonra dövlət büdcəsinə  sanballı gəlir 
gətirən nəqliyyat sisteminin, həmçinin digər infrastruktur sahəsi 
olan rabitənin  güclü  inkişafını  tələb  edir.  Bu  isə  öz növbəsində 
regional və beynəlxalq iqtisadi əlaqələrin genişlənməsinə, ticarə- 
tin inkişafma, region ölkələrində sülhün,  sabitliyin təmin edilmə- 
sinə,  dövlətçiliyimizin  iqtisadi və  siyasi  cəhətdən  güclənməsinə 
şərait yaradır.
Respublikanın  ümumi  nəqliyyat  sektorunda  yükdaşımalann 
həcminə  görə  nəqliyyat  növlərinin  xüsusi  çəkisi  müxtəlifdir. 
Belə ki, təkcə 2002-ci ildə ölkə üzrə daşmmış yüklərin 54,6 %-i 
avtomobil,  17,7  %-i  dəmir yolu,  11,6  %-i  dəniz,  16,1  %-i boru 
kəməri  nəqliyyatının  payma  düşmüşdür  (34).  Apanlmış  tədqi- 
qatlar  həmçinin  sübut  edir  ki,  Avrasiya  nəqliyyat  dəhlizində


Yüklə

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə