Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə36/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   32   33   34   35   36   37   38   39   ...   89

iqtisadi  qüdrətinin  artmasına,  dünyada tamnmasına,  demokratik 
imicinin formalaşmasına,  sosial-iqtisadi tərəqqisinə,  dövlətçiliyi- 
nin möhkəmlənməsinə səbəb olacaqdır.
‘İpək  yolu”nun  bərpasının  siyasi  zəruriliyindən  danışarkən 
belə  bir  cəhətə  də  diqqət  yetirmək  lazımdır  ki,  əgər  qədim  və 
orta yüzilliklərdə  “İpək yolu”  Şərqdən  Qərbə  doğru uzatıırdısa, 
Şərq  mallannı  Qərb  dünyasına  çatdırırdısa,  indi  isə  Qərbdən 
Şərqə  doğru  çəkilməyə  başlamışdır  və  bu  işdə  Qərb  ölkələri 
daha  çox  maraqlıdır.  Sözsüz  ki,  bu  amil  bir  tərəfdən  Qərbin 
Şərqdə gedən  siyasi proseslərə maraq göstərməsi,  Şərqin,  İslam 
dünyasının  mənəvi  və  mədəni  dəyərlərinin  dünya  ölkələrinə 
yayılması, digər tərəfdən isə Qərbin yeni geosiyasi şəraitdə Şərq- 
dəki  ucuz  xammal  mənbələrindən,  işçi  qüwəsindən  faydalan- 
maq zərurəti ilə bağlı olmuşdur.
Beləliklə,  “Tarixi  İpək  yolu”nun  bərpası  keçmiş  Sovet 
Ittifaqı məkanında baş vermiş  köklü dəyişikliklərlə bağlı  olaraq 
həm  beynəlxalq,  həm  də  milli 
у э  
regional  siyasi  amillərlə 
əlaqədardır.  Bu  prosesdə  Avropa  Birliyi,  ABŞ,  Türkiyə,  kimi 
dövlətlər  Cənubi  Qafqazda  sabitliyin  təmin  edilməsində,  bazar 
iqtisadiyyatı yolu ilə gedən Qərb demokratiyasına uyğun meyar- 
lara  əsaslanan  müstəqil  dövlətlərin  dünya  birliyinə  inteqrasiya 
edilməsində, regionun zəngin sərvətlərinin, xüsusilə Azərbaycanın 
karbohidrogen  ehtiyatlannın  çıxanlmasında,  Avropa  və  dünya 
bazarlarına  çatdınlmasında,  eneıji  mənbələri üzərində nəzarətin 
yaradılmasında  çox  ciddi  şəkildə  maraqlıdırlar.  Rusiya  isə  heç 
cür  bununla  banşmaq  istəmir,  iqtisadi  birlik,  kollektiv  təhlükə- 
sizlik  sistemi  yaradılması  yolu  ilə  öz  itirilmiş  mövqeyini  bərpa 
etməyə  çalışır,  bu  işdə  Ermənistan  kartmdan  da  məharətlə  isti- 
fadə  edir.  İran  da ABŞ-ın  Cənubi  Qafqazda  möhkəmlənməsin- 
dən narahatdır, Xəzərin statusu, Islami dəyərlərin qorunması adı 
altında  Rusiya  ilə  birlikdə  fəal  iş  birliyi  yaratmağa  çalışır. 
Region  ölkələri  içərisində  Azərbaycan  və  Gürcüstan  öz  milli 
dövlətçiliyinin möhkəmləndirilməsi,  bazar  iqtisadiyyatı  prinsip- 
larinin tətbiq edilməsi, Avropa Birliyi ilə  six əməkdaşlıq,  dünya 
birliyinə  inteqrasiya  prosesinin  dərinləşdirilməsi  istiqamətində 
ciddi  addımlar  atırlar.  Bu da  dövlətçiliyimizin iqtisadi və  siyasi


cəhətdən  gücləndirilməsinə,  dünya  dövlətləri  sırasında  ölkəmi- 
zin layiqli yer tutmasına, demokratik imicinin yüksəlməsinə, sülhə, 
sabitliyə,  xalqımızın  maddi  rifah  halınm  yaxşılaşmasına  şərait 
yaradır.  “Yeni İpək yolu”nun bərpası həmçinin Azərbaycanın və 
digər region ölkələrinin Avropa Birliyinin yeni qonşuluq siyasə- 
tinə uğurla qoşulmasma imkan vermişdir.
“İpək  yolu”nun  bərpasının  mühüm  siyasi  amillərindən  biri 
də yeni geosiyasi münasibətlərdə Cənubi Qafqazın yeri məsələsi 
ilə bağlıdır. “Avropa-Qafqaz-Asiya” nəqliyyat dahlizinin TRASEKA 
proqramının  həyata  keçirilməsi,  Xəzərin  eneıji  ehtiyatlanndan 
birgə istifadəyə dair “əsrin müqaviləsi”nin reallaşduılması, Bakı- 
Tbilisi-Ceyhan  əsas  ixrac  kəmərinin  çəkilməsi,  Bakı-Tbilisi- 
Ərzurum qaz kəmərinin inşası və sair bu kimi  layihələrin həyata 
keçməsi  Cənubi  Qafqazın,  о  cümlədən Azərbaycanın milli  təh- 
lükəsizliyini  möhkəmlətmək,  regional  əməkdaşlığı  sürətləndir- 
mək,  sülhü,  əmin-amanlığı təmin  etmək işinə xidmət  edir.  ‘İpək 
yolu”nun bərpası XXI əsrdə dünyanın bir çox ölkələrini, о cüm- 
lədən  Qafqazı vahid iqtisadi məkanda birləşdirmək,  onun Asiya 
ilə  Avropa  arasında  iqtisadi,  siyasi  və  mədəni  körpü  rolunu 
uğurla  həyata  keçirməsi  işinə  yardım  edir  (14,38).  Azərbaycan 
Prezidenti  Heydər  Əliyev  və  Gürcüstan  Prezidenti  Eduard 
Şevardnadzenin  1996-cı ilin martin 8-də görüşü zamanı “Qafqaz 
regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan- 
Gürcüstan birgə bəyannaməsinin  qəbul  edilməsi,  “Ümumi  Qaf­
qaz evi” ideyasının irəli sürülməsi, dünyanın zəngin mədəniyyət 
beşiyi olan Qafqaz xalqlannm və dövlətlərinin mədəni irsinin və 
dövlətçilik  ənənələrinin  qorunmasını,  inkişaf  etdirilməsini, 
Qafqaz  dövlətlərinin beynəlxalq  birlik tərəfindən  qəbul  edilmiş 
sərhədlərinin  hamı  tərəfindən  tanınmasmı,  ərazi  toxunulmazlı- 
ğının təmin edilməsini, xalqlann və dövlətlərin mədəni əlaqələri- 
nin genişbndirilməsinə şərait yaradılmasını nəzərdə tutur (86,367).
Göründüyü  kimi,  yeni  geosiyasi  şəraitdə  Cənubi  Qafqazın, 
xüsusilə Azərbaycamn rolu və əhəmiyyəti artır. Azərbaycan tərəfi 
aydın başa  düşür ki,  “sülh mədəniyyətinin”  tərkib  hissəsi  təkcə 
sülh uğrunda deklarativ mübarizə apanlması, bəyannaməbr qəbul 
edilməsi ilə nəticəbnən siyasi görüşbr keçirilməsi deyil, həm də


məqsədyönlü geosiyasi və iqtisadi siyasət yeridilməsi, azad ticarət 
və iqtisadi məkan uğrunda mübarizədən ibarətdir (28,12).
Tarixi  inkişaf,  beynəlxalq  hüquq,  müasir  siyasi  proseslər 
Qafqaz  xalqlannın  bir-birinin  ərazi  bütövlüyünə,  suverenliyinə 
hörmət  edilməsi  əsasında  yaxınlaşmasını  tələb  edir  ki,  bu  pro- 
sesdə  də  Azərbaycan  həlledici  rola  malikdir.  Vaxtilə  bunu 
uzaqgörənliklə  dərk  edən  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
yaradıcısı  M.Ə.Rəsulzadə  “Azərbaycan  Cümhuriyyəti’’  əsərində 
yazmışdır:  “Bakı  yalnız  dünyanın  nəzərini  cəlb  edən  petrol 
mənbələrinə  malik deyildir.  Kaspi  dənizi  эп  mühüm bir  limana 
malikdir. Bura İran, Türküstan və Rusiya ilə Avropanı əlaqələndi- 
гэп mühüm bir ticarət mərkəzidir, ikinci, bir Istanbuldur” (181,52).
Göründüyü kimi,  Qafqaz  coğrafi, tarixi-etnik baxımdan diq- 
qəti  cəlb  edən  bir bölgədir.  Burada  128-э  qədər  müxtəlif xalq, 
etnik birliklər yaşayır,  öz zəngin mineral  ehtiyatlanna,  kommu- 
nikasiya xətlərinin əlverişliliyinə görə Azərbaycan xüsusilə fərq- 
lənir və  Cənubi  Qafqazdakı  siyasi proseslərə  geniş  təsir imkan- 
lanna malikdir (179, 336). Azərbaycanın Qafqaz siyasi strategiyası 
regionda  sülh,  əmin-amanlıq  qarşılıqlı  əməkdaşlıq  şəraitinin 
yaradılmasına,  problemlərin  siyasi  danışıqlar  yolu  ilə  həllinə 
yönəlmişdir.  Bu  prosesdə,  artıq  yuxarıda  qeyd  edildiyi  kimi, 
Azərbaycanın əlverişli məkanda yerləşməsi, zəngin sərvətlərinin 
olması,  xarici  investisiyalann böyük  həcmdə  axını,  ərazisindən 
çox mühüm kommunikasiya xətlərinin keçməsi  inteqrasiya pro- 
seslərinin genişlənməsinə,  sabitliyə təkan verən başlıca  amillər- 
dən birinə çevrilmişdir (179, 336).
“İpək yolu”nun bərpasım şərtləndirən mühüm siyasi səbəblər- 
dən  biri  də  dünyanın  bəlası,  “ağ  ölüm”  sayılan  narkotik  mad- 
dələrin İpək yolu ölkələrində qanunusuz dövriyyəsinin qarşısının 
alınması  zərurəti  ilə  əlaqədardır.  Bu  baxımdan  Ümumdünya 
Gömrük Təşkilatının yardımı ilə 2004-cü il yanvar ayının 22-də 
Bakıda keçirilən,  26  ölkənin və  10  beynəlxalq təşkilatın  iştirak 
etdiyi “Böyük İpək yolu dövlətlərində narkotik vasitələrin qanun- 
suz dövriyyəsinə qarşı mübarizə” adlı beynəlxalq konfrans diqqəti 
cəlb edir. Konfransda qlobal xarakter almış bu bəlaya qarşı birgə 
mübarizə apanlması qərara alınmışdır (129,23.02.2004).


Yüklə

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə