Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə34/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   30   31   32   33   34   35   36   37   ...   89

-  
Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsədilə 
müvəqqəti  idxalının  gömrük  konvensiyasına  qoşulmaq  barədə 
18 may 1956-cı il tarixli Konvensiya və s. (47, 31.03.-6.04. 2000).
TRASEKA-nm 2002-2003-cü il üçün nəzərdə tutulan fəaliy- 
yət proqramında  16 layihə içərisində “Dövlət Dəniz Akademiya- 
sında və  Dəniz  Gəmiçiliyi  rəhbərliyində  kadrlann  hazırlanması 
və yenidən hazırlanması”  layihəsi  də  diqqəti  cəlb  edir.  Bu layi- 
hədə Dəniz Akademiyasının texniki bazasmın Beynəlxalq Dəniz 
Təşkilatının mövcud konvensiyasına  və Avropa konvensiyasına 
uyğun  təkmilləşdirilməsi  məsələsi  qarşıya  qoyulmuş,  bu  məq- 
sədlə  2  mln  avro  aynlmışdır  (223,60).  Göründüyü  kimi,  qeyd 
edilən dövrdə Azərbaycanın dəniz, avtomobil, dəmir yolu nəqliy- 
yatımn beynəlxalq nəqliyyat qurumlanna üzv olması, konvensiya 
və  sazişlərə  qoşulması,  öz  fəaliyyətlərini  beynəlxalq  konvensi- 
yaların tələblərinə uyğunlaşdınlması istiqamətində məqsədyönlü 
fəaliyyəti davam etdirilmişdir.
Bütün bunlar onunla  əlaqədardır ki,  nəqliyyat və  infrastruk- 
tur  sahələrinin  dünya  standartlarına uyğun  yenidən  qurulmasını 
tələb  edən  “İpək  yolu”nun  bərpası  prosesində  milli  maraqlann 
beynəlxalq  aləmdə  siyasi  cəhətdən  qonmması  üçün  respublika- 
mızın bütün nəqliyyat sistemi beynəlxalq nəqliyyat qurumlarına 
üzv  olmuş  və  mövcud  olan beynəlxalq konvensiya və  sazişlərə 
qoşulmuşdur.
“Yeni Ipək yolu”nun fəaliyyəti həm də mühüm ümumbəşəri 
problem  olan  terrorizmə  qarşı  mübarizənin  apanlması,  nüvə 
silahının  yayılmasmın  qarşısınm  alınması  kimi  problemlərin 
həllinə də yaxmdan kömək etmək imkanına malikdir. Bu baxım- 
dan Azərbaycamn ABŞ-la terrorizmə qarşı mübarizədə six əmək- 
daşlığı,  Azərbaycan  ərazisindən  uranın  zənginləşdirilməsi  ilə 
bağlı qurğuların və digər komponentlərin keçirilməsinin qarşısınm 
alınması, radioaktiv maddələri aşkar edən avadanlıqlann sərhəd- 
keçid  məntəqələrində  quraşdırılması  üzrə  tədbirlərin  həyata 
keçirilməsi xarakterikdir.
“İpək yolu”nun bərpasınm siyasi zəruriliyi region ölkələrində 
münaqişələrin həlli,  sabitliyin,  əmin-amanlığın möhkəmləndiril-


məsi,  bu  sahədə  strateji  partnyorlann  əldə  edilməsi,  humanitar 
missiyalarm həyata keçirilməsi zərurəti ilə də bağlıdır.
“İpək  yolu”nun  bərpasının  milli,  eləcə  də  beynəlxalq  siyasi 
şərtlərindən biri də ‘İpək yolu” ölkələrinin təMükəsizliyinin təmin 
edilməsində  regional  təşkilatlann  artan  rolu  ilə  əlaqədardır.  Bu 
baxımdan “GUAM”, “Qara Dəniz Iqtisadi Əməkdaşlıq” təşkilatı 
mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  təşkilatlann  fəaliyyəti  həm 
region  ölkələrinin,  həm  də  dünyanm  apancı  dövlətlərinin  milli 
maraqlanna cavab verir (148,123).
“İpək  yolu”nun  bərpası  həm  də  bu  nəqliyyat  dəhlizinin 
təhlükəsizliyinin  təmin  edilməsini  vacib  məsələ  kimi  qarşıya 
qoymuşdur. Bu baxımdan 2002-ci ilin aprelində Türkiyənin Trab­
zon  şəhərində  keçirilən  zirvə  görüşü  mühüm  əhəmiyyət  kəsb 
edir.  Görüşdə  nəqliyyat və  eneıji  dəhlizlərinin  təhlükəsizliyinin 
təmin edilməsi sahəsində Türkiyə, Azərbaycan, Gürcüstan rəhbər- 
liyi razılığa gəlmişlər (23, 30.04.2002). 2003-cü ilin iyulun 23-də 
isə bu barədə müvafiq saziş imzalanmışdır.
“İpək yolu”nun bərpasını şərtləndirən siyasi səbəblərdən biri 
də  Cənubi  Qafqazda  siyasi  sabitliyin,  əmin-amanlığm  təmin 
edilməsinə ABŞ,  Türkiyə,  İngiltərə  kimi  dövlətlərin  köməyi  ilə 
izah edilir. Bunun əksinə siyasi planda TRASEKA-nın mövqeyinin 
möhkəmlənməsinə  qarşı  Avrasiya  məkanında  Rusiya,  İran  və 
Ermənistan,  Belorusiya  çıxış  edir.  Belə  ki,  2000-ci  ilin  sent- 
yabrında  Sankt-Peterburqda  İran,  Rusiya,  Hindistan  və  Oman 
Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə dair saziş 
imzalamışlar (236,2-3).  Ermənistana gəldikdə isə onun rəhbərliyi 
hər  vəchlə  İpək  yolunun  onun  ərazisindən  keçməsinin  əlverişli 
olmasını  əsaslandırmağa  cəhd  edir.  “İpək  yolu”nun  bərpasına 
həsr  edilmiş  Bakı  konfransında  çıxış  edən  Ermənistanın  baş 
naziri  E.Darbinyan TRASEKA proqramı  çərçivəsində  aşağıdakı 
marşrutlardan  istifadə  edilməsini  təklif etmişdir.  I  Gürcüstanın 
Batumi  Poti  limanmdan  başlayıb  Yerevan-Naxçıvan-Iran-  Culfa- 
Tehran-Mərkəzi Asiya marşrutu,  bu yola  əlavə  avtomobil yolu­
nun çəkilməsi;  II Türkiyənin Qars şəhərindən başlayıb Ermənis- 
tanın  Gümrü  şəhərindən  keçərək  Tbilisiyə  gedən  dəmir  yolu 
xəttinin  bərpası;  III  İrəvan-Tbilisi  avtomagistrallarınm  yenidən 
çəkilməsi;  IV  Batumi-Gümrü-İrəvan  avtomagistralının  yenidən


çəkilməsi.  Ermənistan  tərəfi  bu  layihələrin  TRASEKA proqra- 
mına  daxil  edilməsinə  onlaraı  maliyyələşdirilməsi  üçün  vəsait 
aynlmasını təbb etmişlər (126,1998, №4, s.8).
Rusiyanm isə “İpək yolu”nun bərpasına rəsmi münasibəti bu 
məsələyə həsr edilmiş  1998-ci  il Beynəlxalq Bakı  konfransında 
həmin ölkənin nümayəndə heyətinin başçısı Y.Kazantsevin çıxı- 
şında  əks  olunmuşdur.  O,  öz  çıxışmda  “Avropa-Qafqaz-Asiya” 
nəqliyyat  dəhlizinin  dəyər,  səmərəlilik  baxımından  о  qədər  də 
əlverişli olmadığmı qeyd etmiş, fikrini əsaslandırmaq üçün göstər- 
mişdir  ki,  Rusiya  dəmir  yollarından  istifadə  etməklə  taxıl  və 
pambığın daşmrna tarifi TRASEKA marşrutuna nisbətən 1,7 dəfə, 
neft,  əlvan metallann daşınması  1,2  dəfə  ucuz başa  gəlir.  Həm- 
çinin  o,  TRASEKA  proqramına  uyğun  olaraq  nəqliyyat  infra- 
strukturunun  təkmilləşdirilməsinin  böyük  vəsait  tələb  etdiyini, 
həmin marşrutun Cənubi Qafqazdan keçən hissəsinin dik, yoxuşlu, 
aşmmlı dağlardan, seysmik təhlükəli zonalardan keçdiyini bildir- 
miş,  əksinə,  Rusiya  ərazisindən  keçən  nəqliyyat  dəhlizindən 
istifadə etməklə yüklərin  1  gün tez mənzilbaşına çatdırılmasının 
mümkün  olduğunu  göstərmişdir.  Rusiya  tərəfi  yüklərin  Çin  və 
Mərkəzi  Asiya  ölkələrindən  Qazaxıstan  və  Rusiya  vasitəsilə 
Avropaya,  Skandinaviyaya  daşınmasını  təmin  edən  Türksibin 
tranzit yol  kimi  Baltik  dənizinə,  Skandinaviya  ölkələrinə  çıxan 
Cənub-Şimal  istiqamətində  9  saylı  Krit  dəhlizi  kimi  nəqliyyat 
xətləri ilə əlaqələndirilməsini təklif etmişdir (126,1998, №4, s.8).
İran  tərəfinə  gəldikdə  isə  Bakı  konfransında  iştirak  edən bu 
ölkənin  nümayəndə  heyətinin  başçısı  Rəhman  Dadman  İran 
ərazisinin  “Yeni  İpək  yolu”  üçün  daha  əlverişli  olduğunu 
əsaslandırmağa çalışmış, Xəzər dənizi sahilində yerləşən Astara, 
Ənzəli,  Nouşəhr,  Əmirabad  limanlannın  bu  baxımdan  əhəmiy- 
yətli olduğunu qeyd etmişdir (126,  1998, №4, s.32).
Son zamanlarda Azərbaycan  öz tranzit potensialını  artırmaq 
üçün  Şimal-Cənub  dəhlizinə  qoşulmaq  üçün  konkret  addımlar 
atmışdır.  2005-ci  il  sentyabr  ayının  20-də  imzalanmış  984  II-Q 
saylı  Azərbaycan  Respublikasının  qanvmu  ilə  respublikamız 
“Şimal-Cənub  beynəlxalq  nəqliyyat  dəhlizi  haqqında”  sazişə


Yüklə

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə