edilmişdir. Azərbaycan nəqliyyatçılan NNAK-nın üzvü olan
38 ölkənin ərazisində heç bir rüsum ödəmədən sərbəst və rahat
halda istənilən sayda ikitərəfli və tranzit daşımalarmda iştirak
etmək imkanı əldə etmişlər (126,1999, №1, s.44). Həmçinin Azər-
baycan avtomobil nəqliyyatı Beynəlxalq Nəqliyyat İttifaqına və
Beynəlxalq Ekspeditorlar Assosiasiyasının həqiqi üzvlüyünə
qəbul edilmişdir (126, 1999, №1, s.44). Bütün bunlar Azərbaycan
avtomobil nəqliyyatının Avropa nəqliyyat sisteminə inteqrasiya-
sına kömək etmiş, beynəlxalq standartlara uyğunlaşmasına şərait
yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Tarixi İpək yolunun
bərpası üzrə Beynəlxalq Bakı konfratısının qərarlarının yerinə
yetirilməsi ilə əlaqədar tədbirlər haqqmda” 26 oktyabr 1998-ci il
tarixli fərmanına (23, 27.X.1998) uyğun olaraq respublikamızın
avtomobil nəqliyyatı bir çox beynəlxalq konvensiya və sazişlərə
qoşulmuşdur. Bunlardan aşağıdakılan qeyd etmək olar:
- Beynəlxalq avtomobil daşımalannı həyata keçirən nəqliyyat
vasitələrinin işinə dair 1 iyul 1970-ci il Avropa sazişi;
- Beynəlxalq yükdaşmıa kitabçası təqdim etməklə beynəlxalq
yükdaşımalar haqqında 14 noyabr 1975-ci il tarixli Gömrük
konvensiyası;
- Beynəlxalq avtomagistrallar haqqmda 11 iyul 1970-ci il
Avropa sazişi;
- Yol hərəkəti haqqında 1968-ci il Vyana konvensiyası;
- Konteynerlərə aid 1972-ci il Cenevrə konvensiyası;
- Beynəlxalq yük daşmması müqaviləsi haqqında 19 may
1956-cı il sazişi;
- Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsədi
ilə müvəqqəti idxalı ilə bağlı 18 may 1956-cı il Gömrük kon-
vensiyası;
- Şəhərlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razı-
laşdınlması haqqında 12 oktyabr 1982-ci il beynəlxalq konven-
siyası;
- Tez korlanatı qida məhsullannın beynəlxalq daşınması və
bu daşımalar üçün təyin olunmuş xüsusi nəqliyyat vasitələri
haqqında 1 sentyabr 1970-ci il sazişi;
- Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımalan
haqqında 30 sentyabr 1957-ci il Avropa sazişi;
- Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində
quraşdınlan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid
texniki qaydalann və bu qaydalar əsasında verilən razılıqlann
qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında
20 mart 1958-ci il Cenevrə sazişi;
- Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində
quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələrə dair
qlobal texniki qaydalann müəyyənləşdirilməsi haqqında 25 iyun
1999-cu il Cenevrə sazişi (11).
Belə bir cəhəti qeyd etmək lazımdır ki, dövlətimizin milli
strateji maraqlannın reallaşdınlmasmda avtonəqliyyatm rolu, xüsu-
silə qlobal iqtisadi layihələrdə iştirakı mühüm əhəmiyyət kəsb
edir. Təsadüfi deyil ki, təkcə 1998-2001-ci illərdə orta hesabla
müxtəlif ölkələrdən respublikamıza 35 min yük maşını və 5 min
avtobus daxil olmuşdur ki, bunlardan 10,5 min yük maşını və
1,5 min avtobus TRASEKA dəhlizi ilə gəlmişdir (11).
“Tarixi İpək yolu”nun bərpası, respublikamızın milli ekoloji
təhlükəsizliyinin təmin edilməsini də əsas məsələ kimi qarşıya
qoymuşdur. Bu problemin hüquqi əsaslannı təmin etmək üçün
Azərbaycan respublikası 15-ə qədər beynəlxalq konvensiyaya
qoşulmuşdur. Bu konvensiyalardan xüsusi diqqəti cəlb edənlər
aşağıdakılardır:
- Ozon qatının qorunması üzrə 31 may 1985-ci il Vyana kon-
vensiyası;
- Gəmilərdən suyun çirklənməsinin qarşısının alınması üzrə
22 aprel 1973-cü il və 1978-ci il London konvensiyası;
- Sərhəddən keçən su axınlannm və beynəlxalq göllərin
mühafizəsi və istifadəsi üzrə 1992-ci il Helsinki konvensiyası;
- Ətraf mühitə dair məsələlər üzrə qərarlann qəbul edilməsində
ictimaiyyətin iştirakı və informasiyalann alınması barədə 1998-ci
il Danimarka konvensiyası;
- Təhlükəli tullantılann sərhədlərarası daşınmasma və zərər-
sizləşdirilməsinə nəzarət haqqmda 1998-ci il Bazel konven-
siyası;
- Bitkilərin qorunması üzrə 1951-ci il Roma konvensiyası (12).
Qeyd etmək lazımdır ki, Avropa Birliyi “Tasis” proqramı
çərçivəsində MDB-nin 6 ölkəsində, о cümlədən Azərbaycanda
“Ekoloji informasiya, ictimaiyyətm təhsili və məlumatlılığı” regio
nal layihəsini həyata keçirir. Layihə 2000-ci ildə Azərbaycan
Milli Məclisi tərəfindən ratifikasiya edilmiş, 2002-ci ilin iyunun-
dan həyata keçirilməyə başlanmışdır. Layihə üçün 2,5 mln avro
ayrılmış və 2004-cü ildə başa çatdınlması nəzərdə tutulmuşdur.
Layihəni Hollandiyanın “Royal naskonik” şirkəti yerinə yetir-
mişdir (180, 12.07.2003).
Nəqliyyatın mühüm sahələrindən olan dəmir yolu nəqliyyatı
da dünya iqtisadi sisteminə inteqrasiya etmək, fəaliyyətini bey-
nəlxalq standartlara uyğun qurmaq, Şərq-Qərb nəqliyyat dəhlizi-
nin normal fəaliyyətini təmin etmək üçün bir çox beynəlxalq
nəqliyyat qurumlanna üzv olmuşdur. Məsələn, Azərbaycan dəmir
yolu nəqliyyatı “Nəqliyyat Nazirləri Konfransı Təşkilatma”, “Höku-
mətlərarası Dəmir Yolu Əməkdaşlıq Təşkilatına”, “Beynəlxalq
Dəmir Yolu İttifaqına” tam hüquqlu üzv qəbul edilmişdir (13,
7.06.2001).
“Tarixi İpək yolu”nun bərpası ilə bağlı Respublika Preziden-
tinin 26 oktyabr 1998-ci il tarixli qərannın həyata keçirilməsi ilə
əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komi-
təsi 1999-cu ilin iyununda Ümumdünya Gömrük Təşkilatının
Maliyyə Komitəsinə üzv seçilmiş və Azərbaycan Respublikası
Prezidentinin “Gömrük Komitəsinin beynəlxalq konvensiyalara
qoşulması haqqında” 11 fevral 2000-ci il tarixli fərmanını yerinə
yetirərək bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Bun-
lardan эп mühümləri aşağıdakılardn-:
- Beynəlxalq yükdaşınması müqaviləsi haqqında 19 may
1956-cı il konvensiyası;
- Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razı-
laşdmlması haqqında 21 oktyabr 1982-ci il tarixli konvensiya;
- Tez korlanan qida məhsullannın beynəlxalq daşınması və
bu daşımalar üçün istifadə olunan xüsusi nəqliyyat vasitələri haq-
qında sazişin təsdiq edilməsi haqqmda 1 sentyabr 1970-ci il sazişi;
Yüklə Dostları ilə paylaş: |