Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə35/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   31   32   33   34   35   36   37   38   ...   89

qoşulmuş (177, 2006, №3, s.20), həmçinin İranın TRASEKA dəh- 
lizinə  qoşulması  üçün  müvafiq  şərait  yaratmışdır.  Rusiya  tərəfi 
isə  özünün  enerji  daşıyıcılarının və  digər məhsullarınm  İran və 
Türkiyəyə ötürülməsində Azərbaycanın nəqliyyat-kommunikasiya 
marşrutlanndan  istifadə  etməyi  qərara  almışdır.  Bütün  bunlar 
onu  göstərir  ki,  Azərbaycanın  tranzit  nəqliyyat  qovşağı  ölkəsi 
kimi son dərəcə  əlverişli coğrafi məkanda yerləşməsi Rusiya və 
İratı kimi  ölkələrin onunla  qarşılıqlı  faydalı  əməkdaşlığı  inkişaf 
etdirməyə vadar edir.
“İpək yolu”nun bərpasının  siyasi zəruriliyi həm də bu yolun 
türk  xalqlannın  iqtisadi,  siyasi,  mənəvi  birliyinin  möhkəmlən- 
dirilməsində  mühüm  amillərdən  birinə  çevrilməsi  ilə  əlaqədar- 
dır.  Türkdilli  ölkələrin  dövlət  başçılannm  sammitləri,  xüsusilə
1998-ci ilin iyulun 9-da Qazaxıstanm Astana şəhərində və 2000-ci 
ilin  aprelində  Bakıda  keçirilmiş  Türk  respublikalan  dövlət 
başçılannın VI  zirvə  toplantılan bu baxımdan  diqqəti  cəlb  edir. 
Bu toplantılarda “İpək yolu”nun əhəmiyyəti xüsusi qeyd edilmiş 
və göstərilmişdir ki, bu yol türk xalqlannı ticarət-iqtisadi, mədəni- 
humanitar və siyasi-diplomatik baxımdan birləşdirir (177, 2006, 
№3, s.16). ‘İpək yolu” üzərində yerləşən Özbəkistan, Turkmenis­
tan,  Qazaxıstan,  Qırğızıstan  kimi  dövlətlərlə  iqtisadi  əməkdaş- 
lıqla yanaşı,  dövlətlərarası  siyasi  əlaqələrin inkişafı,  Türkiyənin 
TRASEKA  proqramı  üzrə  layihələrə  fəal  qoşulması  bunu  bir 
daha  sübut  edir.  Təkcə  2002-ci  ildə  Türkiyə  ilə  156218,7  min 
dollarlıq  idxal,  83396,5  min  dollarlıq  ixrac,  Qazaxıstanla
149793,9  min  dollarlıq  idxal,  11569,9  min  dollarlıq  ixrac, 
Özbəkistanla  1410,2  min  dollarlıq  idxal,  3830,3  min  dollarlıq 
ixrac,  Türkmənistanla  119778,4 min dollarlıq idxal,  8667,1  min 
dollarlıq ixrac, Qırğızıstanla 678,6 min dollarlıq idxal,  1102,2 min 
dollarlıq  ixrac  əməliyyatlan  apanlmışdır  (34,638).  Qeyd  etmək 
lazımdır ki, hələ  1993-cü ildən başlayaraq keçirilən “Türk  döv- 
lətlərinin  və  toplumlannın  dostluq,  qardaşlıq  qurultaylan”  ilə 
yanaşı, TRASEKA proqramı çərçivəsində genişlənən inteqrasiya 
proseslərinin  də  Türk  dövlətlərinin  siyasi  və  mənəvi  birliyinin 
möhkəmlənməsində  böyük  rolu  olmuşdur  (179,  291).  2007-ci 
ilin  noyabnn  17-20-də  Bakıda  keçirilmiş  türk  dövlətləri  və


təşkilatlannın  XI  dostluq  və  qardaşlıq  qurultayı  bu  işin  uğurla 
davam etdiyini bir daha sübut etmişdir.
“İpək yolu”mm Ьэфавшш milli 
у э  
regional  siyasi amillərin- 
dən biri  də bu prosesə yardım edən  strateji  əməkdaşlıq təşkilat- 
lannın  yaradılması  ilə  şərtlənir.  Belə  təşkilatlardan  biri  1997-ci 
ilin noyabnn 25-də Gürcüstan, Ukrayna, Azərbaycan, Moldovanm,
1999-cu  ildə  isə  Özbəkistanın  da  daxil  olduğu  (2003-cü  ildə 
Özbəkistan  bu  təşkilatdan  çıxdığın  rəsmən  elan  etmiş)  GUAM 
təşkilatıdır  (140,158-159).  Bu,  beynəlxalq  məsələlərdə  birlik, 
vahid  strateji xətt nümayiş  etdirməyi  öhdəsinə  götürən regional 
əməkdaşlıq təşkilatıdır. ABŞ bu təşkilatın formalaşmasına yaxın- 
dan  kömək  göstərmişdir.  Hazırda bu  qurum  fəaliyyətini  davam 
etdirir və  “İpək yolu” proqramının üzvü  olan  gənc  türk  dövlət- 
lərini  ticarət-iqtisadi,  mədəni-humanitar  və  siyasi-diplomatik 
baxımdan birləşdirir  (140,158-159). ABŞ  bu quruma Rusiyanın 
və İranın təziqlərinə qarşı bir vasitə kimi baxır.  GUAM ölkələri 
dövlət başçılanmn Vaşinqtonda qəbul etdiyi bəyanatında təşkilatm 
məqsədi belə ifadə olunmuşdur: “Təhlükəsizliyin bölünməz oldu- 
ğunu etiraf edərək, milli, regional, qlobal siyasətdə sülh 
у э  
təhlü- 
kəsizlik  üçün  təhlükə  yarandıqda  öz  səylərini  birləşdirməkdir” 
(23,2.02.2000).  GUAM-ın  yaradılması  XX  əsrin  sonunda  dün- 
yanın  yenidən  nizamlanması  prosesinin  üzvi  tərkib  hissəsidir 
(126,  1999, №12, s.252).
Qeyd  etmək  lazımdır  ki,  ‘İpək  yolu”nun  Ьэфавх  ilə  neft 
strategiyası  arasmda  six  əlaqə  vardır.  Neft  amili  isə,  öz  növbə- 
sində, beynəlxalq münasibətlərə, geosiyasi maraqlara əsaslı təsir 
göstərir.  Dünyanm  эп güclü,  fövqəldövləti  olan ABŞ  эгэЬ  dün- 
yasının,  Xəzər  hövzəsinin,  Mərkəzi  Asiyanın  neft  ehtiyatlannı 
öz  təsirində  saxlamaqla Avropa  iqtisadiyyatını  və  siyasətini  öz 
marağına  uyğun  yönəltməyə  çalışır  (179,361).  ABŞ  Energetika 
Nazirliyinin  hesablamalanna  görə,  Xəzər  dənizində  27,5  mlrd 
ton neft, 50 mlrd kub m qaz ehtiyatı vardır (179,  192). Belə olan 
şəraitdə, təbii ki, ABŞ regionun neft ehtiyatlanndan faydalanmaq 
üçün  TRASEKA  kimi  qlobal  layihələrin  həyata  keçirilməsində 
maraqlı olduğunu açıqca nümayiş etdirmişdir.


“İpək  yolu”nun  bərpasmın  respublikamız  üçün  strateji  və 
siyasi cəhətdən əhəmiyyəti həm də aşağıdakılarla izah edilir:
-  Azərbaycanın digər dövlətlərb  iqtisadiyyat,  siyasət, təhlü- 
kəsizlik sahəsində əlaqələrinin genişləndirilməsinə yardım edir.
-   Bakı  transnəqliyyatın  təhlükəsizliyini  təmin  edən  beynəl- 
xalq mərkəzlərdən birinə çevrilir;
-  Şərq-Qərb ölkələri arasında Azərbaycan əlaqələndirici döv- 
lətə çevrilir;
-  Azərbaycan özünün sülh siyasətini bir daha dünyaya bəyan 
etmək üçün əlavə imkan qazanır. Çünki sabitlik olmadan nə ‘İpək 
yolu”, пэ də nefit strategiyası həyata keçirilə bilməz (179,184-189).
Belə  bir  cəhəti  də  qeyd  etmək  lazımdır  ki, 
“Ipək 
yolu”nun 
bərpası,  eneıji  dahlizinin  fəaliyyəti nəticəsində NATO Azərbay- 
canın siyasi-hərbi təhlükəsizliyinin möhkəmlandirilmasində mühüm 
yer tutmağa başlamışdır.  Тэксэ  2004-cü  ildə ABŞ Azərbaycana 
hərbi məqsədlər üçün 12 mln dollar vəsait ayırmışdır.
“İpək  yolu”nun  bərpasının  mühüm  siyasi  amillərindən  biri 
də  bu  nəqliyyat  dəhlizi  üzərində  yerləşən  ölkələrin  elm  və 
mədəniyyətlərin  qarşılıqlı  mübadiləsi,  ümumbəşəri  dəyərlərdən 
faydalanmaq  zərurəti  ilə  bağlıdır.  Məsələn,  1994-cü  ilin  avqus- 
tunda  Azərbaycan  rəssamı  Səttar  Bəhlulzadənin  Nyu-Yorkda 
BMT binasında  sərgisinin açılması  (179,197),  1997-ci  ilin mar- 
tında ABŞ-ın Florida ştatında Altay Sadıxzadənin fərdi sərgisinin 
açılması  (215,7.08.1997)  bu  baxımdan  diqqətə  layiq  olmuşdur. 
Azərbaycanın  ABŞ-la  mədəni  əməkdaşlığında  respublikamızın 
Xarici  Ölkələrlə  Dostluq  və  Mədəni  Əlaqələr  Cəmiyyəti  Vətən 
böyük rol  oynamışdır.  Vətən  cəmiyyətinin  xətti  ilə  hər  il Azər- 
baycana ABŞ-dan və digər qərb ölkələrindən xeyli sayda ictimai 
xadimlər,  alimlər,  incəsənət xadimləri gəlmiş və oraya qarşılıqlı 
səfərlər təşkil olumnuşdur (215,11.03.1997).
“İpək yolu”nun bərpası prosesinin mənəvi, tərbiyəvi əhəmiy- 
yəti  də  vardır.  “Yeni 
Ipək 
yolu”nun  açılması  gənc  nəslin  milli 
dövlətçilik, vətənpərvərlik ənənələri ruhunda tərbiyə edilməsinə
milli ideologiyanm formalaşmasına kömək edir.  Gənc nəslə belə 
bir ideyanı aşılayır ki, “İpək yolu”nun bərpası, dünya ölkələri ilə 
iqtisadi, elmi-texniki, mədəni əlaqələrin genişlənməsi ölkəmizin


Yüklə

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə