Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə43/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   39   40   41   42   43   44   45   46   ...   89

təşkil  etmişdir  (194,9).  Kabelin  çəkilişi Almaniyanın  “Simens” 
və  Çexoslovakiyanın  “Vetalnont”  şirkəti  tərəfindən yerinə  yeti- 
rilmişdir.  Bakı-Böyük-Kəsik dəmir yolu stansiyasına qədər uza- 
dılmışdır.  Ümumiyyətlə,  Frankfurtdan  Şanxaya  kimi  kabel  130 
dəmir yolu  stansiyasından keçir ki,  bunun  da 47-si Azərbaycan 
ərazisindədir (123,11-17.07.2003).  Bu xətt həm  “Ipək yolu”nun 
keçdiyi  dəmir yolu xətti  və  digər yollar boyunca,  həm  də  layi- 
hənin keçdiyi bütün ölkələrin milli və beynəlxalq telekommuni- 
kasiya  üzrə  tələbatlannın  çox  yüksək  səviyyədə  ödənilməsinə 
şərait yaratmışdır. Avropanı Asiya ilə birləşdirən bu müasir rabitə 
xəttinin Azərbaycandan keçən hissəsi  ona  qoşulan  dövlətlərlə -  
İran,  Gürcüstan  və  Qazaxıstan  respublikalan  ilə  dayanıqlı  və 
keyfiyyətli  rabitə  əlaqəsi  saxlamağa  imkan  verir  (194,9).  Qeyd 
etmək lazımdır ki, respublikamızın artıq 24-э yaxın telekommu- 
nikasiya şəbəkəsi bu xəttə qoşulmuşdur. Bunun nəticəsində həmin 
ərazilərin  əhalisi  keyfiyyətli,  dayanıqlı  rabitə  xidməti  ilə  təmin 
edilmişdir. Hazırda rayon şəbəkə ATS-nin 690-ı, şəhərbrarası və 
beynəlxalq  kanallann  1170-i  fiber  optik  kabel  xətti  ilə  yara- 
dılmışdır (194,9). Fiber optik kabel xəttinin çəkilməsinin bir sıra 
üstün  cəhətləri vardır.  Birincisi,  fiber optik kabel  xəttinin çəkil- 
məsi sayəsində ölkəmizin rabitə  şəbəkəsi dünya rabitə sisteminə 
inteqrasiya edir, tranzit şəbəkəyə çevrilir, ikincisi, Bakı şəhərində 
yerləşən stansiya beynəlxalq telekommunikasiya üzrə tranzit mər- 
kəzi  rolunu  oynamağa  başlayır,  üçüncüsü,  TAE  layihəsinə  üzv 
ölkələrin və digər qonşu ölkələrin bütün növ informasiya birləş- 
məsini  təşkil  edən  sistembrin  beynəlxalq  telefon  yükbrinin 
şəbəkə  üzərindən  buraxılması  imkanı  yaranacaqdır  ki,  bu  da 
həmin  ölkələrə  valyuta  axınına  səbəb  olacaqdır,  dördüncüsü, 
milli telefon yükünün keçdiyi yol yüksəbcək, zona şəbəkəsində 
gərəksiz əlavə yük pilbbri  aradan qaldınlacaq ki, bu da telefon 
trafikinin  20%  itkisinin  qarşısını  alacaq,  beşincisi,  rabitə  tari- 
ximizdə  ilk  dəfə  olaraq  ilkin  şəbəkənin  vahid  mərkəzdən  idarə 
olunması,  telefon  yükünün  tənzimlənməsi,  rezervlənməsi  və 
statistik məlumatlann əldə olunması imkanı yaranacaq, altıncısı, 
şəbəkənin takt tezliyi ilə sinxronlaşdınlması imkanı yaranacaqdır 
(194,9).


2004-cü  ilin  iyun  ayında  respublikamızda  rabitə  sahəsində 
“Trans Evro Com” MMC telekommunikasiya şirkəti yaradılmış, 
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalan 
Nazirliyinin  076  saylı  04  sentyabr  2006-cı  il  tarixli  lisenziyası 
əsasında operatorluq fəaliyyətinə başlamışdır.  Şirkət TRASEKA 
SDH kabel şəbəkəsi ilə aşağıdakı rabitə xidmətlərini göstərməyə 
başlamışdır:
1. Bakı şəhəri ilə respublikanın Səngəçal neft terminalı, Hacı- 
qabul, Kürdəmir, Ucar, Yevlax, Gəncə, Ağstafa şəhərləri arasında
2 Mb/s, 34 Mb/s və STM -1  tutumlu rəqəmsal rabitə kanallannın 
yaradılması;
2.  Türkiyə  və  Gürcüstan  üzərindən  keçməklə  Azərbaycanla 
bütün  Avropa  ölkələri  arasında  2  Mb/s,  34  Mb/s  və  STM-1 
tutumlu rəqəmsal rabitə kanallannın yaradılması;
3. Bakı şəhəri, Biləcəri, Ələt qəsəbəsindəki 499 saylı elektron 
ATS və Gəncə şəhərində 28  saylı elekton ATS-nin abonentlərinə 
lokal,  beynəlxalq  və  şəhərlərarası  telefon  rabitə  xidmətlərinin 
göstərilməsi;
4.  Xdsl  və  “Dial-UP”  texnologiyası  vasitəsilə  internet  xid- 
mətlərinin göstərilməsi;
5.  İP  ünvanlannın  qeydiyyatı,  müştərinin  domen  ünvanının 
yaradılması (98).
Rabitənin  müasir  standartlara uyğun  inkişafı  öz  növbəsində 
qabaqcıl dünya ölkələrində olduğu kimi informasiya, kommuni- 
kasiya  texnologiyalannm  daha  da  inkişaf  etdirilməsini,  dünya 
informasiya sisteminə daha geniş inteqrasiyamn zəruriliyini qarşıya 
qoymuşdur. Digər tərəfdən müasir kompyuter texnologiyalannın 
nəqliyyat-kommunikasiya  xətlərinin  istismarında,  xüsusilə  nəq- 
liyyat və kommunikasiya xətlərinə nəzarət edilməsində çox böyük 
rolu  vardır.  Təsadüfi  deyil  ki,  politoloqlar,  sosioloqlar  yenicə 
başlamış XXI əsri elektron, intellekt, qloballaşma əsri kimi xarak- 
terizə  etmişlər.  Bu  zərurəti  uzaqgörənliklə  hiss  edən  görkəmli 
dövlət  xadimi  Heydər  Əliyev  bununla  əlaqədar  2003-cü  il 
fevralın  17-də  “informasiya  və  kommunikasiya  texnologiyalan 
üzrə  2003-2012-ci  illər üçün milli  strategiyanın təsdiq edilməsi 
haqqında sərəncam imzalamışdır (86, 278).


Son  vaxtlar  müasir  informasiya  texnologiyalari  istehsala, 
təhsilə  və  məişətimizə  geniş  şəkildə  daxil  olmuşdur.  Belə  bir 
faktı  göstərmək  kifayətdir  ki,  təkcə  2000-2001-ci  illərdə Azər- 
baycanuı 14 rayonunda informasiya inkişaf mərkəzləri açılmışdır 
(118, 2004, №7,  s.35).  Hazırda Azərbaycanda kompyuter texno­
logiyalari  bazan  sürətlə  inkişaf  etməkdədir.  Təsadüfi  deyil  ki, 
dünyanın apancı kompyuter texnologiyalan istehsalçılan Cənubi 
Qafqazda Azərbaycanın bu sahədə şəksiz liderliyini qeyd edirlər. 
“AZEL”,  “Risk”,  “Sinan”  kimi  yerli  firmalar  kompyuter  satışı 
bazannda apancı yer tuturlar (118, 2004, №7,  s.35). Azərbayca- 
nın  informasiya  texnologiyalan  bazannın  illik  həcmi  40  mln 
dollardır.  Нэг  kvartalda  respublikada  orta  hesabla  12  min  ədəd 
kompyuter  satılır  ki,  bunun  da  80  %-i  stolüstü,  8%-i  noutbuk, 
2%-i isə cib kompyuterləridir (118,2004, №7, s.35).
2006-cı  ilin  oktyabnn  3-də  H.Əliyev  adına  İdman  və  Sərgi 
Kompleksində “Bakutel” XII Beynəlxalq Telekommunikasiya və 
informasiya  Texnologiyalan  sərgi  konfransı  olmuş,  23  ölkədən 
110 şirkət, о cümlədən dünyada tanınmış MICROSOFT, HP, Sie­
mens,  Cisko,  Systems, Oracle kimi  şirkətlər də iştirak etmiş, bu 
sahədəki эп son nailiyyətlərini nümayiş etdirmişlər (23,4.X.2006).
Hazırda  ölkəmizdə  V  informasiya  inqilabının  tələblərindən 
irəli gələn informasiya mədəniyyəti, kompyuter mədəniyyəti for- 
malaşmışdır.  Bu baxımdan “Elmi Azərbaycan Dövlət Proqramı” 
informasiya cəmiyyətinin normativ hüquqi bazasmı təşkil etməklə 
yaxın gələcəkdə ölkəmizin istənilən məkanma, istənilən tələblə- 
rinə cavab verə bilən “Elektron hökumət”, “Elektron bələdiyyə”, 
“Elektron  Nazirlik”,  “Elektron  müəllim”,  “Elektron  vətəndaş”, 
“Elektron ticarət” kimi informasiya cəmiyyətlərinin formalaşma- 
sında  mühüm  rol  oynayacaqdır.  Heç  də  təsadüfi  deyil  ki,  ölkə 
başçısı Ilham Əliyev dünyada gedən prosesləri əsas götürərək neft 
strategiyasının xələfi kimi  informasiya-kommunikasiya  sahəsini 
də  ölkə  iqtisadiyyatmın  prioritet  sahəsi  elan  etmişdir  (197. 
28.06.2007).
Göründüyü kimi, Azərbaycanın dünya informasiya məkanına 
sürətlə inteqrasiya etməsi xalqımızın ümumbəşəri dəyərlərə qovuş- 
masmda, qlobal problemlərin həllində yaxından iştirak etməsinə,


Yüklə

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə