Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə46/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   42   43   44   45   46   47   48   49   ...   89

baxımdan  neft  terminalı  dəniz nəqliyyatı  ilə  yük  dövriyyəsində 
mühüm rol oynayır və bu sahədə Qazaxıstan və Türkmənistanla 
olan  əlaqələr  xüsusi  yer  tutur.  Bunu  1997-2000-ci  illərdə  neft 
terminalında yük dövriyyəsinin vəziyyətini əks etdirən 3.4- saylı 
cədvəldən aydın görmək olar (42).
Cədvəl 3.4
1997-2000-ci illərdə Bakı dəniz limanında 
neft terminalı üzrə yükdaşımanın voziyyəti (min ton)
Ölkələr
Yükün
miqdarı
Gəmilərin 
sayı (ədədlə)
Yükün
miqdarı
(faizlə)
Gəmilərin
sayı
(faizlə)
1997
Cəmi:
1173805
232
100
100
Qazaxıstan
797074
140
67,9
60,3
Türkmənistan
118583
26
10,1
11,2
Rusiya
5300
2
0,5
0,9
Bakı
252848
64
21,5
27,6
1998
Cəmi:
243332
442
100
100
Qazaxıstan
1811318
299
74,4
67,6
Turkmenistan
402062
86
16,5
19,5
Rusiya
7093
6
0,3
1,4
Bakı
21859
51
8,8
11,5
1999
Cəmi:
2542982
413
100
100
Qazaxıstan
1844934
263
72,5
63,7
Türkmənistan
523238
104
20,6
25,2
Rusiya
-
-
-
-
Bakı
174810
46
6,9
11,1
2000
Cəmi:
3283171
522
100
100
Qazaxıstan
2433663
352
74,1
67,4
Türkmənistan
750967
138
22,9
26,5
Rusiya
-
-
-
-
Bakı
98541
32
3
6,1


Cədvəlin  təhlili  göstərir  ki,  neft  terminalında  yükdaşıma
1997-ci ildən sonrakı dövrdə artmağa başlamışdır. Bu müddətdə 
müvafiq olaraq yükdaşımada iştirak edən gəmilərin sayı da, gəti- 
rilən  yükün  həcmi  də  artmışdır.  Belə  ki,  ümumilikdə  1997-ci 
ildə 232 gəmi vasitəsilə  1  173,  8 min ton,  1998-ci ildə 442 gəmi 
ilə 2  433,  3  min ton,  1999-cu ildə  413  gəmi  ilə  2  mln 429  min 
ton,  2000-ci  ildə  522  gəmi  vasitəsi  ilə  cəmisi  3  283,2  min  ton 
yük daşınmışdır.  Digər tərəfdən cədvəldən aydın görünür ki, bu 
müddətdə  yükdaşımalarda  Qazaxıstan  və  Türkmənistanla  olan 
əlaqələr xüsusi yer tutmuşdur.  1997-ci ildə yükdaşımada 140 gəmi,
1998-ci  ildə  299  gəmi,  1999-cu  ildə  263  gəmi,  2000-ci  ildə 
522 gəmi Qazaxıstanla, qeyd olunan dövrdə Türkmənistanla yükda- 
şımaya  26,  86,  104  və  138  gəmi,  Bakıya  yükdaşımaya  64,  51, 
46,  32, Rusiya ilə yükdaşımaya isə  1997-ci ildə 2 gəmi,  1998-ci 
ildə isə 6 gəmi cəlb olunmuşdur.
2000-ci  ilin  göstəricilərinə  görə  Bakı  dəniz  limanında  daşı- 
nan yüklərin 71%-ni xam neft və neft məhsulları təşkil etmişdir 
(20,24). Limanda yükdaşımatıın 88 %-i tranzit yüklərinin payına 
düşmüşdür (20,16). Bakı limamndan daşınan tranzit yüklərin əsa- 
sını Avropadan Mərkəzi Asiyaya göndərilən ərzaq, maşın, texniki 
avadanlıq,  digər  sənaye  məhsullan,  Mərkəzi  Asiyadan  isə  əks 
istiqamətdə daha çox Özbəkistan pambığı, Qazaxıstan nefti, əlvan 
metal,  Qırğızıstanın tütünü və  digər kənd təsərrüfatı  məhsullan 
göndərilmişdir (21,38).
Limanın mühüm terminallanndan biri də konteyner termina- 
lıdır.  Bu  terminal  əsas  yük  terminalı  bazasında  yaradılmışdır. 
Terminal  bütün  növlərdən  olan,  о  cümlədən  40  futluq  kontey- 
nerlərə  xidmət  edir.  Burada  ildə  15  min  konteyner  qəbul  edilə 
bilir.  Bu  terminal  müasir  avadanlıqlarla,  о  cümlədən  42  tonluq 
“Kalmar-2”,  “Treberq” tipli terminal dartıcısı, 40 futluq kontey- 
nerlər  üçün  6  şassi,  gücü  3  tona  qədər  olan  3  ədəd  “Hyüster” 
tipli avtoyükləyici, Bolqanstanda və Yaponiyada istehsal edilmiş 
“DV-1788” adlı avtoyükləyicilər 
у э  
“Si-su” tipli qoşqu vasitələri 
ilə  təchiz  edilmişdir  (43).  Konteyner  terminalının  anbar  sahəsi 
16 min kv m-dir. Burada müasir proqram təyinatlı qəbuletmə və 
təhvilvermə  məntəqəsi  vardır.  Terminalın  dəmir yolu  xətti kon-


teyner  yüklərini  əsas  intermodal  daşıma üzrə  dövlətlərin  dəmir 
yolu xətti ilə birləşdirir.
Konteyner  terminalında  2000-ci  ildə  280,  2003-cü  ildə  isə 
417 konteyner daşınmışdır (43). Hazırda yüklərin konteyner üsulu 
ilə daşınmasına Qərbin bu işlə məşğul  olan эп iri  şirkətlərindən 
olan “Vili-Bets”, “Merdent-lnt” xüsusi maraq göstərir. Bu, onunla 
əlaqədardır  ki,  bu  yüklər  bağlı  olduğundan  onlar  oğurlanma 
baxımından  daha  təhlükəsizdir  və  bu  səpgili  yüklərə  nisbətən 
daha asan boşaldılır (59,  141).
Limanın terminallanndan biri  də Bakı  sahilyanı parkı  qarşı- 
sında yerləşən səmişin terminalıdır.  Buradan Dövlət Neft şirkə- 
tinin  işçilərini  daşıyan  səmişin  donanması  əsas  neft yataqlanna 
hərəkət  edir,  yaz,  yay  mövsümündə  bu  terminala  İran  ticarət 
donanması gəmiləri də daxil olur. Bu terminalda həmçinin şəhər 
sakinlərinin və qonaqlann Bakı buxtasmda gəzintisi üçün ekskur- 
siya gəmiləri  də  fəaliyyət göstərir.  Terminalda uzunluğu  130  m 
olan pirs vardır (43).
Bakı dəniz limanınm 20 gəmidən ibarət yardımçı donanması 
da vardır.  Buraya yedək  gəmiləri,  neft-çirkab  sulan  yığan üzən 
qurğular, losman katerləri, yanğmdan mühafizə və gəzinti kater- 
ləri, kran gəmilər daxildir (43).  Qeyd olunan köməkçi  donanma 
nəqliyyat gəmilərinə xidmət etmək üçün nəzərdə tutulmuşdur.
Bakı  dəniz  limanı  ərazisi texniki pasport üzrə  29,09  hektar- 
dır.  Bu  ərazidə  aşağıda  qeyd  olunan  yardımçı  və  xidmət  təsər- 
rüfat  sahələri  yerləşir:  1)  Quru yük körpüsü -  9,48  ha;  2)  Bərə 
rayonu -   1,2  ha;  3)  Meşə  limanı  3,0  ha;  4)  Taxta-şalban kom- 
pleksi -  0,87 ha;  5)  Səmişin rayonu - 1 ,5   ha;  6)  Qaradağ  qəsə- 
bəsində  anbar  -   1,38  ha;  7)  Pirşağı  qəsəbəsində  yerləşən  uşaq 
bağçası  -   2,35  ha;  8)  Pirşağı  qəsəbəsində  yerləşən  Gənclər 
düşərgəsi  -   3,05  ha;  9)  Novxanı  kəndi  yaxmlığında  San-Qaya 
istirahət  evi -   1,26  ha;  10)  Hövsan qəsəbəsində  yardımçı  təsər- 
rüfat -  5,0 ha (20,12).
Nəqliyyatın  bütün  növlərini  özündə  birləşdirən  Bakı  dəniz 
limanmm müxtəlif istiqamətlərdə dəmir yolları ilə əlaqəsi vardır. 
Bu istiqamətlər aşağıdakılardır:  1) Azərbaycan 
у э  
Gürcüstan ara- 
sında olan dəmir yolu xətti Tbilisi vasitəsilə Bakı dəniz limanını


Yüklə

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə