Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə42/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   38   39   40   41   42   43   44   45   ...   89

14,2  % artaraq 759,1  mlrd manat təşkil etmiş, о cümlədən tranzit 
yüklərin daşınmasmdan əldə olunatı gəlir 15 % artmışdır (61,323).
Avrasiya nəqliyyat dəhlizinin fəaliyyətində mühüm yer tutan 
dəmir yolu, dəniz,  avtomobil nəqliyyatının müasir dövrün tələb- 
ləri  baxımından  işinin  daha  da  təkmilləşdirilməsi  üçün  nəqliy- 
yatla  bağlı  konseptual  baxımdan  aşağıdakı  məsələlərin  həll 
edilməsi məqsədəuyğun olardı:
1)  Respublikada  nəqliyyatın  bütün  növlərinin  fəaliyyətini 
tənzimləyən norma və standartlann hazırlanması, müvafiq əlaqə- 
ləndirmə  mərkəzinin  yaradılması  və  onlann  TRASEKA Höku- 
mətlərarası Komissiyası ilə six əlaqələrinin yaradılması;
2)  Qlobal  iqtisadi  layihə  olan  “Tasis”  və  TRASEKA-nın 
həyata  keçirilməsi  ilə  əlaqədar Azərbaycan  Texniki  Universite- 
tinin  nəqliyyat  fakültəsində  problemlə  bağlı  müvafiq  ixtisaslar 
üzrə kadr hazırlanması məsələsinə diqqət yetirilməsi;
3) Nəqliyyatın bütün növlərinin maddi-texniki bazasmm əsaslı 
şəkildə yeniləşdirilməsi;
4) Nəqliyyatın ayn-ayn sahələrinin öz fəaliyyətlərini эп müa- 
sir  standartlara  uyğunlaşdınlması  ilə  bağlı  beynəlxalq  konven­
siya və sazişlərə qoşulmağın təmin edilməsi;
5) Nəqliyyatda səmişin və yüklərin qorunmasına dair sığorta 
qanunvericiliyinin  hazırlanması,  bu  sahədə  mövcud  beynəlxalq 
saziş və konvensiyalara qoşulmağın təmin edilməsi;
6)  Dövlət  tərəfindən  “Yeni  Ipək  yolu”nun  yaradılması  ilə 
bağlı  nəqliyyat,  infrastruktur  sahələrinin  inkişafı  üçün  aynlan 
vəsaitlərin həcminin artınlması.
Nəqliyyat  sisteminin  rentabelli  işləməsində,  yükdaşımalann 
artmlmasında,  “İpək yolu”nun fəaliyyətində yük terminallannın 
çox böyük rolu vardır.  Bu  istiqamətdə  də  müəyyən  işlər  görül- 
müşdür.  Belə  ki,  1998-ci  ilin  yanvarında  Bakının  yaxınlığında 
Dübəndi  terminalı  istifadəyə  verilmişdir.  Bu  terminal  Mərkəzi 
Asiya  nefitini  Xəzər  dənizi  ilə  gətirən  tankerlərdən  qəbul  edib 
sonra  isə  onu  dəmir  yolu  çənlərinə  yükləyib  Azərbaycan  və 
Gürcüstan ərazisi vasitəsilə dünya bazarma çıxarmağa imkan verir 
(36,  VII  c,  410).  Terminalda  Qazaxıstanın  Tenqiz  yatağından 
çıxarılan neft və Türkmənistanm xam nefti qəbul olunur. Burada


120 min ton neft saxlamaq mümkündür. Mühüm əhəmiyyət kəsb 
edən  terminallardan  biri  isə  Bakıdan  45  km  cənubda,  dəniz 
səviyyəsindən  10-15  km  yüksəklikdə  yerləşən  Səngəçal  termi- 
nalıdır.  Bu  nəhəng  terminal  “Azpetrol”  şirkəti  tərəfindən  inşa 
edilib 2002-ci ilin axınnda təhvil verilmişdir (61,133).  Səngəçal 
terminalı  vasitəsilə  də  Mərkəzi Asiya  nefti  dünya bazarına  çat- 
dınlır.  Bu terminal 200 min ton neft məhsulları saxlamaq imka- 
nına malikdir (244, 2002, №2, s.5).
TRASEKA dahlizinin Azərbaycan hissəsində yükdaşımalarda 
nəqliyyatın  müxtəlif  növlərinin  özünəməxsus  xüsusi  çəkisi 
olmuşdur.  Bunu cədvəl 3.2-də qeyd olunmuş rəqəmlərdən aydın 
görmək olar (23, 8.02.2002).
Cədvəl 3.2.
Avrasiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 
1998-2005-ci illər ərzində yükdaşımada nəqliyyat 
növlərinin xüsusi çəkisi (%-lə)
Nəqliyyat
növləri
1998 1999
2000
2001
2002
2003 2004 2005
Dəmir yolu
61,8
56,1
52,2
45,4
45,9
46,7
47
52,8
Dəniz
20,4
17,3
19,8
24,5
24,4
25
21,1
18,1
Avtomobil
17,6
26,5
27,8
29,9
25,5
28,2
31,8
29
Cədvəlin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki,  əgər 
respublika  üzrə  ümumi  yükdaşımalarda  əsas  yeri  avtomobil 
nəqliyyatı  tutursa  (bax:  cədvəl  3.1),  TRASEKA  dəhlizi  ilə 
yükdaşımalarda  əsas  yeri  dəmir yolu nəqliyyatı,  sonrakı yerləri 
isə  avtomobil  və  dəniz  nəqliyyatı  tutur.  Nəqliyyat  dəhlizinin 
tranzit  yükdaşımalannda  isə  vəziyyət  tamamilə  başqa  cürdür. 
Bvrnu cədvəl 3.3-də rəqəmlərdən aydın görmək olar (8).


Cədvəl 3.3
Avrasiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 1998-
2005-ci illərdə tranzit yükdaşımalarda nəqliyyat növlərinin 
xüsusi çəkisi (%-lə)
Nəqliyyat
növləri
1998 1999 2000 2001 2002 2003 2004 2005
Dəniz
81,6
59,6
58,7
50,3
51,7 51,4 51,4 51,3
Dəmir yolu 18,3
40,3
41,2
49,6 48,2 48,5 48,5 48,6
Cədvəlin təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, nəq- 
liyyat dəhlizində tranzit yükdaşımalarda əsas yer dəniz nəqliyya- 
tına  məxsusdur,  avtomobil  nəqliyyatı  isə  tranzit  daşımalarda, 
ümumiyyətlə, iştirak etmir.
“İpək yolu”nun bərpası ölkə iqtisadiyyatının mühüm sahələ- 
rindən olan rabitə sisteminin inkişafını və yenidən qumlmasmı çox 
mühüm bir vəzifə kimi qarşıya qoymuşdur. Bu baxımdan “Azər- 
baycan,  Ermənistan,  Gürcüstan  dəmir  yolu  kommunikasiya  və 
siqnalizasiya  sisteminin  təkmilləşdirilməsi  üçün  optik  kabelin 
alınması”  investisiya  yardım  layihəsi  böyük  əhəmiyyətə  malik 
olmuşdur.
Bu layihənin həyata keçirilməsi üçün Avropa Birliyi  15  mln 
avro  ayırmışdır  (8).  Layihənin  həyata  keçirilməsinə  1999-cu  il 
dekabrın  25-də  başlanmış,  2002-ci  ilin  sonunda  başa  çatmışdır 
(123,  11-17.07.2003). Bu layihə  1994-cü ildə Beynəlxalq Rabitə 
Ittifaqı  tərəfindən  tövsiyə  edilmiş  və  Avropa  Birliyinin  inves­
tisiya yardım  layihəsi  çərçivəsində  reallaşdınlmışdır. Avropa və 
Asiyanın 20 ölkəsini əlaqələndirən Almaniyanın Frankfurt şəhə- 
rindən başlayaraq Çin Xalq Respublikasmm Şanxay şəhərinə kimi 
uzanan  24  min  km-lik  fiber  optik  kabelin  xəttinin  Azərbay- 
candan keçən hissəsi,  artıq yuxanda qeyd edildiyi kimi, 2002-ci 
ilin sonunda başa çatmışdır (194,9). Respublikamızın ərazisində 
fiber optik kabel xəttinin çəkilməsi 3  seqment üzrə  apanlmışdır. 
Bakıdan  Qazax  istiqamətində  tikilmiş 

seqmentin  uzunluğu
575,5 km, Astara istiqamətindəki П seqmentin uzunluğu 344,7 km 
və  Siyəzən  istiqamətindəki  III  seqmentin  uzunluğu  124,5  km


Yüklə

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə