dollarlıq qrantı əsasında həyata keçirilmişdir. (206,164). Eyni
zamatıda Dövlət Dəmir Yolu İdarəsi öz daxili imkanları hesabına
1997-2001-ci Шэг ərzində 130 km-lik dəmir yolu xəttini əsaslı
surətdə təmir edib yeniləşdirmişdir ki, bunun da 90 km-i “Böyük
İpək yolu” xətti boyunca, 40 km-i isə cənub istiqamətində
olmuşdur (206,165). Sonrakı dövrdə də bu sahədə işlər geniş
miqyasda davam etdirilmişdir. 2005-ci ilin təkcə 9 ayı ərzində
75 km uzunluğunda dəmir yol xətti, 8 lokomotiv, 2 elektrik
qatan, 890 yük və 50 səmişin vaqonu əsaslı təmir olunub, 3909
yük və 280 səmişin vaqonu depo təmirindən keçirilib bərpa
edilərək istismara qaytanlmışdı (177, 2005, №1, s.7).
2006-cı ilin iyulunda Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi
ümumi dəyəri 10 mln dollar olan daha 5 təzə lokomotivb dəmir
yolu nəqliyyatının hərəkət edən hissəsini yenibşdirmişdir.
Azərbaycan Dəmir Yolu İdarəsinin bir çox beynəlxalq nəqliyyat
qurumlanna üzv olması dəmir yolu nəqliyyatının fəaliyyətinin
beynəlxalq standartlara uyğunlaşdınlması, dünya nəqliyyat siste-
minə daha yaxından inteqrasiya olunmasında mühüm əhəmiy-
yətə malikdir. Bu baxımdan Respublika Dəmir Yolu İdarəsinin
“Nəqliyyat Nazirləri Konfransma”, “Hökumətlərarası Dəmir Yolu
Əməkdaşlıq Təşkilatına”, “Beynəlxalq Dəmir Yolu İttifaqına” tam
hüquqlu üzv olması diqqətəlayiq cəhətlərdən biridir (13,7.06.2001).
Son illərdə respublikada 210 km uzunluğunda dəmir yolu
xətti əsaslı təmir olunmuş, 180 səmişin vaqonu bərpa edilmiş,
beynəlxalq və yerli xətlərdə yeni marşrutlar açılmış, Bakı-
Böyük-Kəsik sahəsində optik kabel xəttinin səmərəliliyini artır-
maq üçün yeni avadanlıqlar quraşdınlmışdır (180,15.01.2005).
Nəqliyyatın bu sahəsində mühüm əhəmiyyət kəsb edən,
Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafina xidmət edən çox mühüm
layihələrdən biri ümumi uzunluğu 98 km olan Qars-Ahalkalaki-
Tbilisi-Bakı layihəsidir. Layihənin dəyəri təqribən 400 mln
dollardır (23Д1.Х1.2006). Bu layihənin reallaşdınlması hər
3 dövlətin diqqət mərkəzindədir və yaxın gələcəkdə bu layihə də
həyata vəsiqə alacaqdır. Layihənin çox böyük siyasi əhəmiyyəti
də vardır. Belə ki, bu layihənin reallaşdınlması Ermənistan
tərəfindən yaradılmış blokadanm aradan qaldınlması, Azərbay-
canla Türkiyə arasında birbaşa dəmir yolu əlaqələrinin genişlən-
dirilməsi deməkdir. 2006-cı ilin sentyabr ayının sonlanna kimi
bu yolun texniki-iqtisadi əsaslandınlması həyata keçirilmiş,
2008-ci ilin yayında tikinti işi başlanmışdır. 98 km-lik bu yolun
68 km-i Türkiyə, 30 km-lik sahəsi isə Gürcüstan ərazisinə düşür
(23Д1.Х1.2006).
Qeyd etmək lazımdır ki, beynəlxalq maliyyə qurumlan bu
dəmir yolu xəttinin inşasına vəsait aymnaqdan imtina etdiyi
üçün, Azərbaycan hökuməti Gürcüstandan keçən dəmir yolunun
inşası üçün tələb olunan vəsaiti ayırmışdır.
Göründüyü kimi, nəqliyyatın mühüm sahələrindən olan dəmir
yolu nəqliyyatı Avropa Birliyinin TRASEKA proqramı çərçivə-
sində həyata keçirilən texniki və investisiya yardım layihələri və
eyni zamanda daxili imkanlar hesabına özünün yenidənqurma və
inkişaf prosesini uğurla davam etdirməkdədir. Bu da xalqlann
sosial-iqtisadi tərəqqisinə, sabitliyin, sülhün təmin edilməsinə şərait
yaradan “İpək yolu”nun bərpası üçün həyati əhəmiyyət kəsb edir.
‘İpək yolu” nun bərpasında və fəaliyyətində mühüm əhəmiy-
yət kəsb edən nəqliyyat sahələrindən biri də avtomobil nəqliy-
yatıdır. Hazırda respublikada avtonəqliyyat vasitələrinin ümumi
sayı 773 min ədəddir. 2004—2007-ci illərdə ölkəyə 250 minə yaxın,
təkcə 2007-ci ildə 83 mindən artıq avtomobil gətirilmişdir. Ölkə-
dəki iqtisadi inkişaf əhalinin hər nəfərinə düşən avtonəqliyyat
vasitələrinin də sayının artmasma səbəb olmuşdur. Belə ki, əgər
1998-ci ildə hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı
35 ədəd olmuşdursa, 2007-ci ildə bu rəqəm 71-ə çatmışdnr
(180,13.111.2008). Respublika üzrə ümumi yükdaşımada avto
mobil nəqliyyatının xüsusi çəkisi yüksəkdir. Belə ki, təkcə 2005-
ci ildə nəqliyyat vasitələri ilə daşman 128 008 min ton yükün
54,3 %-i və ya 69 518 min tonu avtomobil nəqliyyatının payına
düşmüşdür (32,98). TRASEKA nəqliyyat dəhlizində isə təkcə
2005-ci il ərzində daşmmış 46 740,5 min ton yükün 13 567,8 min
tonu və ya 29 %-i avtomobil nəqliyyatının payına düşmüşdür
(8). “Yeni İpək yolu”nun yaradılması ilə əlaqədar Avropa Birliyi
TRASEKA proqramı çərçivəsində avtomobil nəqliyyatının da
dünya standartlanna uyğun inkişaf etdirilməsini nəzərdə tutmuş-
dur. Qeyd etmək lazımdır ki, 1998-2001-ci illər ərzində ildə orta
hesabla respublikamıza 35 min yük maşını, 5 min avtobus gəl-
mişdir ki, bunlardan da 10,5 min yük maşmı və 1,5 min avtobus
TRASEKA dəhlizi ilə keçmişdir (11). “Yeni İpək yolu”nun yara-
dılması ilə əlaqədar ölkə rəhbərliyi avtomobil nəqliyyatımn inkişafi,
idarə edilməsinin təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər
görmüşdür. Prezident flham Əliyevin “Bakı şəhərində nəqliyya-
tm intellektual idarə edilməsi sisteminin yaradılması haqqındakı”
26 oktyabr 2007-ci il tarixli sərəncamı buna misal ola bilər.
Bununla əlaqədar Cənubi Koreyalı mütəxəssislərlə danışıqlar
apanlmış, bu sistemin əhatə dairəsi müəyyənləşdirilmiş, tələb
olunan avadanlıqlar dəqiqləşdirilmişdir. Layihənin 2008-2010-cu
illərdə həyata keçirilməsi nəzərdə tutulmuşdur (180,13.111.2008).
Avropa Birliyi avtomobil yükdaşımalan ilə əlaqədar ümumi
büdcə dəyəri 9 925 min avro olan 7 texniki yardım layihəsi real-
laşdmnışdır ki, bunlardan da 5 layihənin birbaşa Azərbaycana
aidiyyəti vardır (232, 28). Bilavasitə Azərbaycana aidiyyəti olan
layihələr həm avtomobil yollannın yenidən qurulmasına, əsaslı
təmirinə, həm də yeni avtonəqliyyat vasitəbri gətirilməsinə,
texniki xidmətin səviyyəsinin yüksəlməsinə imkan vermişdir.
Avropa Birliyinin avtomobil yollan ilə bağlı Azərbaycan üçün
nəzərdə tutulmuş “Qırmızı körpünün bərpası və TRASEKA kör-
püsünün quraşdınlması” adlı investisiya yardım layihəsi bu
baxımdan çox əhəmiyyətlidir. Büdcə dəyəri 2,5 mln dollar olan
bu layihə 1998-ci ilin oktyabnnda müvəfifəqiyyətlə başa çatdı-
nlmışdur (223, 53-54).
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi beynəlxalq nəq-
liyyat sisteminə qoşulmaq, “Ipək yolu”nun fəaliyyətini yaxşılaş-
dırmaq istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir.
Belə ki, beynəlxalq avtomobil əlaqəsi haqqmda bir sıra dövlətbrb,
о cümlədən Türkiyə, Gürcüstan, Latviya, Belarus, Bolqanstan,
Rumıniya, Qazaxıstan, Özbəkistan, Moldova, Ukrayna, Rusiya
Federasiyası ilə hökumətbrarası sazişlər imzalanmışdu-. Azər-
baycan respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq və
şəhərlərarası səmişin və yük daşmmasına, nəqliyyat ekspeditor
xidmətinə lisenziya (razılıq) verilməsi haqqında Nazirlər Kabi-
Yüklə Dostları ilə paylaş: |