netinin 12 oktyabr 1998-ci il tarixli 6 saylı qəranna uyğun olaraq
2002-ci ilə qədər fəaliyyət göstərmiş Azəravtonəqliyyat Dövlət
Konsemində Lisenziya Idarəsi yaradılmış, fiziki və hüquqi şəxs-
lər lisenziya alaraq nəqliyyat fəaliyyəti ilə məşğul olmaq imkanı
qazanmışlar (5). Həmçinin Azərbaycan Respublikası Prezidentinin
“Qədim İpək yolu”nun bərpası üzrə Bakı konfransının qərarla-
nnın yerinə yetirilməsi haqqında” 26 oktyabr 1998-ci il tarixli
fərmanına müvafiq olaraq Konsem tərəfindən hazırlanmış mate-
riallar əsasında Azərbaycan respublikası avtomobil nəqliyyatı
sahəsində bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulmuş-
dur (11).
Azərbaycan avtonəqliyyatçılan öz fəaliyyətini “İpək yolu”-
nun Ьэфаз
1
istiqamətində geniş miqyasda davam etdirərək Avropa
və Asiyanın başlıca nəqliyyat strukturları ilə əlaqələr yaratmışlar.
Belə ki, Azərbaycan Respublikası “Beynəlxalq Avtodaşıyıcılar
İttifaqına” (İRU), “Beynəlxalq Ekspeditorlar Assosiasiyasına
(FlATA), “Nəqliyyat Nazirlərinin Avropa Konfransına” (ESMT)
həqiqi və tam səlahiyyətli üzv kimi qəbul edilmişlər (11). Bununla
yanaşı, Azərbaycan avtonəqliyyatçılan respublikamızın üzv olduğu
“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, “Nəqliyyat Koordi-
nasiya Müşavirəsi”, “İqtisadi Əməkdaşlıq Təşkilatı” kimi regio
nal və beynəlxalq qurumlann nəqliyyat sahəsində keçirdikləri
beynəlxalq tədbirlərdə yaxından iştirak etmişdir (11).
Eyni zamanda nəqliyyat sahəsində daxili və xarici siyasəti
müəyyənləşdirmək, dünya təcrübəsinə mümkün qədər yaxınlaş-
maq məqsədilə Azəravtonəqliyyat Dövlət Konsemində (indiki
Nəqliyyat Nazirliyi) müəyyən qammverici və normativ sənədlər
hazırlanmışdır. Məsələn, bunlardan “Nəqliyyat haqqmda”, “Dövlət
yol fondu haqqında”, “Avtomobil yollan haqqında” qanunlan,
Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil
daşımalannı tənzimləyən “İcazə sisteminin tətbiqi” haqqında,
“Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəl-
xalq və şəhərlərarası səmişin və yük daşınmasına, nəqliyyat-
ekspeditor xidmətinə razılıq verilməsi qaydasının təsdiq edil-
məsi haqqındakı” sənədləri göstərmək olar (11).
2006-cı ilin ortalanna qədər olan müddətdə Azərbaycan Res-
publikası ilə 14 ölkə arasında beynəlxalq avtomobil əlaqələri
haqqında saziş imzalanmış, 34 о1кэ ilə kvota əsasında тйэууэп
edibniş, qarşılıqlı razılaşmalara müvafiq icazə blanklanmn müba-
diləsi həyata keçirilməyə başlanmışdır. Bu sahədə Azərbaycan
avtonəqliyyatçılannın gündəlik fəaliyyəti avtomobil daşımalan
sahəsində respublikamızın qoşulduğu 12 beynəlxalq konvensiya
və sazişlə tənzimlənir (177, 2006, №3, s.9). TRASEKA dəhlizi
Avropanın IV, VIII, IX Krit dəhlizlərinin davamı kimi Azərbay-
can ərazisindən keçərək Avropa ilə Asiyanı birləşdirir (11).
Son illərdə ölkə başçısı İlham Əliyevin sahənin inkişafına
diqqəti daha da artmışdır. Belə ki, Respublika Prezidentinin
“Avtomobil yollan sahəsində məqsədli büdcə fondunun yaradıl-
ması haqqında” 12 oktyabr 2006-cı il tarixli sərəncamı, “Azərbay-
can respublikasının yol-nəqliyyat kompleksində idarəetmənin
təkmilləşdirilməsi tədbirləri haqqmda” 2007-ci il 22 fevral tarixli
sərəncamı, həmçinin 4784 km-lik yolun Nəqliyyat Nazirliyinin
balansına verilməsi, ölkəmizdə avtomobil yollan şəbəkəsinin
inkişafına həsr olunmuş 12 mart 2008-ci il tarixli müşavirə, yol-
nəqliyyat kompleksinin inkişafi üçün aynlan vəsaitlərin artınlması
buna misal ola bilər. Belə ki, əgər 2004-cü ildə yol-nəqliyyat
kompleksinə aynlan vəsaitin həcmi 16,3 mln manat olmuşdursa,
2006-cı ildə 50 mln manat, 2007-ci ildə 130 mln manata çatmış,
2008-ci ildə isə 162 mln manat vəsaitin aynlması nəzərdə
tutulmuşdur (180,13.111.2008).
Bakı şəhərində nəqliyyatın hərəkətinin intellektual idarə edil-
məsi sistemlərinin yaradılması haqqmda ölkə Prezidentinin 2007-ci
il 26 oktyabr tarixli sərəncammın icrası ilə əlaqədar olaraq Nəq-
liyyat Nazirliyi Cənubi Koreya mütəxəssisləri ilə birlikdə tədqiqat
işi apanr. Icrasına 2008-ci ildən başlanılmış layihənin 2010-cu
ildə başa çatması nəzərdə tutulmuşdur (180,13.03.2008).
Göründüyü kimi, “İpək yolu”nun bərpası ilə əlaqədar respub-
likamızda avtomobil nəqliyyatının inkişafı sahəsində Avropa
Birliyinin texniki və investisiya yardım layihəbrinin, ölkə rəhbər-
liyinin sahəyə olan qayğısının artmlmasının, apanlan əsaslı
struktur dəyişikliyinin, avtonəqliyyatçılann öz işini beynəlxalq
tələblər baxımından yenidən qurmasının, beynəlxalq nəqliyyat
qurumlanna üzv olmasının, konvensiya və sazişlərə qoşulma-
sının böyük əhəmiyyəti olmuşdur.
Azərbaycanın müasir nəqliyyat sisteminin çox mühüm tərkib
hissələrindən biri dəniz nəqliyyatıdır. 1996-2000-ci illərdə res-
publika üzrə ümumi yükdaşımanın ildə orta hesabla 11,6 %-i
dəniz nəqliyyatının payına düşmüşdür (23, 8.02.2003). Sonrakı
illərdə də dəniz nəqliyyatı əhəmiyyətli rol oynamaqda davam
etmişdir. Təkcə 2005-ci il ərzində respublika üzrə ümumi yükda-
şımanın 10,6 %-i və ya respublika üzrə daşınmış 128 008 min
ton yükün 13 681 min tonu dəniz nəqliyyatının payına düşmüş-
dür (32,98). Bu müddətdə Avrasiya nəqliyyat dəhlizinin Azərbay-
can hissəsində daşnmıış 46 740, 5 min ton yükün isə 18,1%-i və
ya 8 488,1 min tonu dəniz nəqliyyatı ilə apanlmışdır (8).
“İpək yolu”nun bərpası dəniz nəqliyyatının da inkişaf etdi-
rilməsini, öz fəaliyyətini beynəlxalq nəqliyyat qurumlannın işi
ilə əlaqələndirilməsini, müasir dövrdə dünya yükdaşımalan baza-
nnda qarşıya çıxan kəskin rəqabətdə uduzmağın qarşısını almaq
üçün nəqliyyat donanmasının yeniləşdirilməsini tələb edirdi.
Məhz buna görə də Xəzər Dəniz Gəmiçiliyi İdarəsi öz daxili
imkanlan hesabına nəqliyyat donanmasının yeniləşdirilməsi isti-
qamətində fəaliyyətini davam etdirmişdir. Belə ki, əgər 2002-ci
ilin may ayına qədər Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donan-
masının sərəncamında 34 ədəd maye yükləri daşıyan tanker,
27 quru yükləri daşıyan gəmi və 8 gəmi-bərə fəaliyyət göstər-
mişdirsə (113), 2002-ci il mayın 6-da yük tutumu 8 min ton olan
“Mayestro Niyazi” adlı quru yük gəmisi, 2003-cü ilin avqus-
tunda “prof. Əziz Əliyev” adlı gəmi, həmin ilin dekabnn sonla-
nnda “C.Məmmədquluzadə” adlı tanker, 2004-cü ilin noyabnn
3-də 12 min ton yük tutumu olan “Heydər Əliyev” adlı gəmi, həmin
ilin noyabnn 12-də “Babək” adlı tanker, 2005-ci ilin fevralında
“Bülbül” adlı gəmi, 2008-ci ilin yanvann 8-də isə “Zərifə Əliyeva”
adlı gəmi-Ьэгэ Bakıya gətirilərək istismar edilməyə başlamışdn-
(117). Bütün bunlar nəqliyyat dəhlizinin fəaliyyətinə müsbət
təsir göstərmişdir.
Yüklə Dostları ilə paylaş: |