Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə48/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   44   45   46   47   48   49   50   51   ...   89

bu  investisiya  layihələrinin  reallaşdınlması  üçün  12  mln  avro 
aynlmışdır.  Həmin vəsaitin 2,3  mln avrosu Bakı  limanı kontey- 
ner terminalının yenidən qurulmasına,  1  mln avrosu Bakı limam 
üçün zəruri avadanlıqlann alınmasına nəzərdə tutulmuşdur (232,2). 
TRASEKA  proqramı  çərçivəsində  Avropa  Yenidənqurma  və 
Inkişaf Bankı  ilə  Bakı  dəniz  limanının yenidən  qurulması  üzrə 
18 mln dollarlıq saziş imzalanmışdır (232,2).
Göründüyü kimi,  ‘İpək yolu”nun bərpası  digər infrastruktur 
sahələri  kimi  Bakı  dəniz  limanmm  da  yenidən  qurulmasına  və 
əsaslı inkişafına səbəb olmuşdur. Liman üçün lazımi kadr poten- 
sialı da formalaşdmlmışdır. Belə ki,  1997-ci ilin aprelində limanm 
bir qrup mütəxəssisi Avropa ölkələrinə tədris ezamiyyətinə gön- 
dərilmişdir.  Qrupu seminara rəhbərlik edən xanım Xelqa Vaqner 
müşayiət etmişdir.  Onlar Avropa ölkələrinin liman şəhərləri olan 
Hamburq,  Lyübek,  Rostok,  Qent,  Ostende,  Daysburqda  olmuş 
və Qərbi Avropanın эп iri limanı olan Hollandiyanın Rotterdam 
limanının işi ilə yaxından tanış olmuşlar (228, 21).  Səfər müddə- 
tində ezam olunmuş mütəxəssislər liman rəhbərləri ilə,  layihəçi- 
lərb  çoxsaylı görüşlər keçirmişbr.  Onlara mühazirələr oxunmuş, 
bir sıra körpübrin tikintisini müşahidə etmək, konteyner və çox- 
məqsədli  terminallarla  tanış  olmaq  və  həmçinin  tenderlər üçün 
işlərin  hazırlanması  qaydasını  öyrənmək  imkanı  yaradılmışdır 
(228,21).
Avropa Birliyinin “İpək yolu”nun bərpası istiqamətində hazır- 
ladıqlan proqram layihəbri Bakı limanmm modembşdirilməsinə 
səbəb  olmuşdur ki, bu da limanın yük dövriyyəsinin artmasında 
çox mühüm rol oynamışdır.  Belə ki,  təkcə  2000-ci  ildə ümumi- 
likdə  limanda 4  593  min ton yük  emal  edilmişdir ki,  bunun  da 
1310 min tonu bərə və əsas yük terminalınm,  3283 min tonu isə 
neft terminalımn payına düşmüşdür. Yük dövriyyəsinin 2434 min 
tonu  Qazaxıstanın,  751  min  tonu  Türkmənistanın,  98  min  tonu 
isə Azərbaycan nefitinin payına düşmüşdür (206,148).
1998-ci  ilin  mayın  13-də  Bakı  limanında  “Açıq  qapı”  adı 
altında  konfrans  keçirilmiş,  burada  48  xarici  şirkət,  diplomatik 
nümayəndələr,  о  cümlədən  ABŞ,  Fransa,  Türkiyənin  səfirbri 
iştirak etmişdir. Konfransda Avropa ilə Asiya arasmda nəqliyyat


arteriyasının  yaradılmasında  Bakı  dəniz  limanının  əhəmiyyəti, 
bu  limanın  qabaqcıl  dünya  standartlanna uyğun  şəkildə mərhə- 
lələrlə yenidən qurulması kimi məsələlər nəzərdən keçirilmişdir 
(228,  20).  Avropa  Birliyi  tərəfindən  Bakı  dəniz  limanı  üçün
2  704  min  avro  məbləğində  qrant  aynlmışdır ki,  bu vəsaitin də 
41 min avrosu beton meydatıçanın tikilməsinə,  152,7 min avrosu 
anbar  təmirinə,  800  min  avrosu  yükqaldırma  mexanizmlərinin 
təmirinə,  yeni  terminalın  konteyner  təminatına,  90  min  avrosu 
liman personalmın tədrisi üçün və 700 min avro isə Xəzər Dəniz 
Gəmiçiliyi  üçün  ehtiyat hissələrin  alınması  üçün  nəzərdə  tutul- 
muşdur (206,151). Qeyd etmək lazımdır ki, liman üzrə layihələrin 
həyata keçirilməsində tenderdə qalib çıxmış, Almaniyanın liman 
və  Nəqliyyat  Meneceri  üzrə  Tədris  İnstitutu  “HPTİ”  və  Dani- 
markanm “Ramboll” firması mühüm rol oynamışlar (206,150).
Limanın  bərpası  üzrə  ikinci  tenderin  qalibi  Almaniyanın 
“Habeq”  firması  olmuşdur.  Bu  şirkət  “Bakı-Türkmənbaşı  kon­
teyner xətti” layihəsini həyata keçirmişdir (206,  150).
1999-cu ildə limanın inkişafı, maliyyə sisteminin, mühasibatm 
yenidən  qurulması,  beynəlxalq  kreditlərdən  istifadənin  öyrədil- 
məsi  ilə  əlaqədar tender  elan  edilmişdir.  14  kompaniyadan  7-si 
buna  maraq  göstərmiş,  onlardan  isə  Hollandiyanm  “Tebodin” 
firması tenderin qalibi olmuş, Almatıiya-Polşa birgə şirkəti “Pol- 
suq”  Bakı  limanı  ilə  Avropa  limanlan  arasmda  vasitəçi  kimi 
çıxış  etmiş,  bu  məqsədlə  müqavilə  layihəsi  hazırlamışdır  (206, 
151-152). Bakı limanı rəhbərliyi “Polsuq” şirkətinə Azərbaycana 
gələn  və  TRASEKA  marşrutu  ilə  Bakı-Türkmənbaşı  istiqamə- 
tində  daşması  konteynerlərin  emal  olvınması  imkanmı  təqdim 
etmişdir (206,  151-152).
TRASEKA  dəhlizi  yaradılmasına  başlanan  vaxtdan  Avropa 
Birliyi  “Tasis”  proqramma  uyğun  olaraq  Bakı  dəniz  limanının 
inkişafı üçün 6 mln  avro həcmində  qrant ayırmışdır (42).  Proq- 
ram çərçivəsində limatım baş planı hazırlanmış, liman rəhbərliyi 
üçün  tədris  proqramı  həyata keçirilmiş,  Ьэгэ  terminalının  yeni- 
dən  qurulması  üçün  layihə  sənədləri  hazırlanmışdır.  Bu  işlərin 
həyata  keçirilməsinə  2002-ci  ilin  ikinci  yansından  başlanıl- 
mışdır (206,  151-152).


Bütün bu görülən tədbirlər Bakı limanının əsaslı şəkildə inki- 
şafına,  nəqliyyat  dəhlizinin  fəaliyyətinin  yüksəldilməsinə,  yük 
dövriyyəsinin  artmasına,  ümumilikdə  ölkə iqtisadiyyatının inki- 
şafına,  dövlətimizin  büdcə  siyasətinin  formalaşmasına  müsbət 
təsir  göstərmişdir.  Müstəqillik  illərində  limanda  yükdaşımanın 
vəziyyətini  1991-2003-ci illərə  aid yükdaşıma  dinamikasmı  əks 
etdirən 3.5 saylı cədvəldən aydın görmək olar (bax: səh.  151) (42).
Cədvəldəki  rəqəmlərin  təhlili  göstərir  ki,  1991-1997-ci  illər 
ərzində Bakı dəniz limanından daşınan yüklərin həcmi təxminən
3  dəfəyə qədər azalmışdır. Belə ki, əgər  1991-ci ildə 6823,9 min 
ton yük daşınmışdısa,  1997-ci ildə bu göstərici 2  685,8 min ton 
olmuşdur (20,17).  Bunun əsas  səbəbləri  sovet dövründə respub- 
likalar arasında qərarlaşmış təsərrüfat əlaqələrinin qmlması, Rusiya 
tərəfindən  yaradılan  iqtisadi  blokada  və  davam  edən  Qarabağ 
müharibəsinin nəticəsi olmuşdur. Bu müddətdə daşınan yükbrin 
tərkibində  də  əhəmiyyətli  dəyişikliklər  baş  vermişdir.  Belə  ki, 
1991-ci ildə daşınan yüklərin 91 %-i kobataj yəni daxili yüklər, cəmi 
7,4%-i isə tranzit yükləri olmuşdursa (20, s.16), 2000-ci ildə tranzit 
yükbrin həcmi 88 %-ə çatmışdır (21,75). Ümumiyyətb,  1997-ci 
ildən  sonra  yükdaşımalarda  sürətli  artım  baş  vermişdir.  Bunun 
əsas  səbəbi  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  hakimiy- 
yətə  gəlməsi,  neft  və  İpək  yolu  strategiyasının  uğurla  həyata 
keçirilməsi,  iqtisadi blokada nəticəbrinin tədricən aradan qaldı- 
nlması,  dünya  ölkbri  ilə  inteqrasiya prosesbrinin  genişbndiril- 
məsi  ilə  bağlı  olmuşdur.  Nəticədə  1994-cü  ildən  sonrakı  dövrdə 
sabitbşmə,  1997-ci ildən sonra isə  artım baş vermişdir.  Belə ki, 
1997-ci  ildə  yükdaşıma  2  685,5  min  ton  olmuşdursa,  1998-cu 
ildə bu göstərici 4 010 min tona çatmış, başqa sözlə  desək yük- 
daşımada artım tempi  1,5 dəfə və ya  15 % çox olmuşdur.
Artım sonrakı illərdə də davam etmişdir. Beb ki, 2000-ci ildə 
yükdaşımatıın həcmi 4,7 mln ton olmuşdur ki, bu da  1997-ci illə 
müqayisədə  1,7 dəfə və ya 17 
%
 artmı deməkdir. 2003-cü ildə isə
2000-ci  illə  müqayisədə  limanda yük dövriyyəsi  1,345  mln  ton 
çox olmuşdur ki, bu da müqayisə olunan dövrə nisbətən 13 % artım 
deməkdir.  1997-ci illə müqayisədə isə 2003-cü ildə 3 252,2 min ton 
yük  daşınmışdır  ki,  bu  da  2,3  dəfə  və  ya  23%  artım  deməkdir 
(20,16).


Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə