Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə51/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   47   48   49   50   51   52   53   54   ...   89

Belə  ki,  2004-cü  ilin  iyunun  1-dən  hər  kvadrat  metrə  tarif
10  min manatdan  (köhnə kursla)  750 manata  qədər aşağı  salın- 
mışdır (123,14-20.05,2004). 2004-cü ilin fevralmdan Lənkəranda 
liman tikintisi işinə başlanılmış və 2005-ci il ərzində başa çatdı- 
nlmışdır.  Xəzər dənizi sahilində 20 hektar ərazini əhatə edən bu 
liman  cənub  regionu  əhalisinin  xarici  bazarla  birbaşa  əlaqə 
yaratmasında  və  turizmin  inkişafinda  mühüm  rol  oynayacaqdır 
(180,9.01,2005).
“İpək  yolu”nun  bərpası  ilə  əlaqədar  limanla  bağlı  mühüm 
problemlərdən biri zərərli ekoloji təsirlərin aradan qaldınlmasıdır. 
Belə ki, Avrasiya nəqliyyat dəhlizinin yük dövriyyəsində mühüm 
yer tutan  Qazaxıstan neftinin Dübəndi  terminalına boşaldılması 
zamanı  kükürdlü  neft  buxannın  havaya  buraxılması  atmosferə, 
bitki örtüyünə, heyvanat aləminə,  insan sağlamlığına mənfi təsir 
göstərir.  Bundan başqa, tankerlərdən neftin boşaldılması zamanı 
baş  verən  neft  sızmalan  limanm  su  hövzəsinin  çirklənməsinə 
səbəb olur.
Bakı buxtasının çirklənməsi ilə əlaqədar belə bir faktı göstər- 
mək yerinə düşərdi ki, Bakı Şəhər Kanalizasiya İdarəsinin 1993-cü
11  məlumatına görə, buxtaya 2 min ton neft məhsullan,  225  min 
ton quru çöküntü,  35  min ton sulfat turşulan,  56 min ton xlorid,
5  ton fenol,  88 ton dəmir və digər çirkab maddələri axıdılmışdır 
(21,71). Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutunun apardığı 
araşdırmalara  görə  Bakı  buxtasında  ildə  16-20  sm  qalınlığında 
çökmə quruntlar əmələ gəlmişdir (21,71).
Buna görə də daxili imkanların səfərbər edilməsi hesabına və 
beynəlxalq  maliyyə  qurumlarınm  köməyi  ilə  bu  istiqamətdə 
müvafiq  işlərin  görülməsi  vacibdir.  Bu  baxımdan  dünya  təcrü- 
bəsində geniş istifadə olunan neftin doldurulması və boşaldılması 
əməliyyatının qapalı formada keçirilməsi, zəruri təmizləyici qur- 
ğulann tətbiq edilməsi, gəmilərin döşəməaltı sulannm xüsusi bun- 
kerlərə  təhvil  verilməsi,  bunkerlədən  gəmilərə  yanacaq  vermə 
zamanı  ehtiyatlı  davramlması,  yanacağın  dənizə  axıdılmasına 
yol verilməməsi, müntəzəm olaraq neft və çirkab sulan yığan üzən 
qurğulardan  istifadə  edilməsi,  yeyinti  qalıqlarının  və  mazutlu 
əskilərin  xüsusi  yeşiklərdə  toplanaraq  daşıdılması,  konteyner


yükdaşımasına xüsusi yer verilməsi  də bu cəhətdən əhəmiyyətli 
ola bilər.
Limanın inkişafı ilə bağlı mühüm məsələlərdən biri də loqis- 
tika  mərkəzinin  yaradılmasıdır.  Bu,  yüklərin  saxlanılması  və 
bölüşdürülməsi  üçün  zəruri  avadanlıqlarla  təchiz  edilmiş  bir 
mərkəz olmalıdır. Bu mərkəzin yaradılması istiqamətində həyata 
keçiriləcək  ilk  addım  Bakı  dəniz  limanının  konteyner 
у э  
əsas 
yük terminalının rüsumdan azad zona kimi istifadə  edilməsi  ola 
bilər.  Limanın  gələcək  inkişafı  baxımından  onun  icarə  prinsipi 
əsasında fəaliyyət göstərməsi də mühüm rol oynaya bilər.
Dəniz limanmm beynəlxalq standartlara uyğun yenidən qurul- 
ması, günün tələblərinə cavab verən idarəçilik sisteminin yaradıl- 
ması, zəruri kadr potensialının formalaşdınbnası “İpək yolu”nun 
daha  da məhsuldar  fəaliyyətinə,  regional  və  beynəlxalq nəqliy- 
yat  ticarət  əlaqələrinin  inkişafına,  TRASEKA  proqramına  üzv 
ölkələrin  sosial-iqtisadi  tərəqqisinə,  region  ölkələrində  sülhün, 
sabitliyin  yaradılmasına  geniş  imkanlar  açacaqdır.  Ekspertlərin 
məlmnatına görə, Ipək yolunun bərpası prosesi tam başa çatdıq- 
dan sonra dəniz limanının fəaliyyətindən respublikamızm büdcə- 
sinə ildə orta hesabla 1  mlrd dollar daxil olacaqdır (21,51).
Göründüyü  kimi,  nəqliyyat  dahlizinin  fəaliyyətində  başlıca 
tranzit qovşağı  funksiyasını yerinə yetirən Bakı  dəniz limanının 
mühüm rolu vardır.  Dəniz limanı idxal,  ixrac və tranzit daşıma- 
lannın həyata keçirilməsində,  xalq təsərrüfatının zəruri xammal 
ehtiyatı, əhalinin ərzaqla, digər gündəlik tələbat mallan ilə təmin 
edilməsində, Şərqlə Qərbin ticarət əlaqələrində, bir sözlə, inteqra­
siya proseslərinin reallaşdırılmasmda,  xalq təsərrüfatının inkişa- 
fında,  dövlətimizin iqtisadi  cəhətdən güclənməsində böyük əhə- 
miyyətə malikdir.
3.3. Yol təsərrüfatının və gömrük sisteminin 
yeniləşdirilməsində “tpək yolu”nun rolu
Azərbaycatı  respublikasının  xalq  təsərrüfatı  kompleksinin 
inkişafmda, dünya iqtisadiyyatma inteqrasiyasmda, tranzit ölkəyə 
çevrilməsində,  tratıskontinental  yük  dövriyyəsinin  formalaşdı-


nlmasında  yerini  müəyyən  edən  ən  mühüm  amillərdən  biri  də 
inkişaf etmiş yol-nəqliyyat kompleksinin olmasıdır. Bu məsələyə 
vaxtilə  ciddi  diqqət  yetirən  Heydər  Əliyev  qeyd  etmişdir  ki, 
“Yol  iqtisadiyyat,  mədəniyyət  həyat  deməkdir”.  Bu  baxımdan 
Şərqlə  Qərbi  birləşdirən  “Ipək  yolu”nun  bərpasında  avtomobil 
yollan da mühüm əhəmiyyət kəsb edir. Hazırda respublikamızda 
ümumi uzunluğu 22134 km olan avtomobil yollan vardır. Bu yol- 
ların  1684  km-i  beynəlxalq  magistrallar,  2669  km-i  respublika 
əhəmiyyətli,  13  min km-i  yerli  əhəmiyyətli,  1,5  min km-i  Bakı 
şəhərinin  ərazisində  olan,  3,3  min  km-i  isə  rayon  ərazilərində 
olan  yollardır  (180,  13.03.2008).  Bunlann  da  92,3  %-i,  yəni 
22053  km-i  möhkəm  örtüklü  yollardır.  КогрШэпп  ümumi  sayı 
isə  1201-dir.
Respublikadakı  avtomobil  yollan  şəbəkəsi  bütün  şəhərlərlə, 
rayon mərkəzləri, şəhərtipli qəsəbələrlə, hava və dəniz limanlan, 
dəmir  yolu  stansiyalan,  qoruqlar,  kurort  və  istirahət  yerləri  ilə, 
həmçinin həmsərhəd ölkələrin sərhəd kəsişmələri ilə etibarlı for- 
mada  əlaqələndirilmişdir.  Artıq  yuxanda  qeyd  edildiyi  kimi, 
90-cı illərin ortalannda istifadədə olan avtomobil yollan XX əsrin 
60-70-ci illərində çəkilmişdir.  Mövcud normativlərə  görə isə bu 
yollar  эп  çoxu  16-18  il  istismardan  sonra  yeniləşdirilməli  idi. 
Əslində  isə  bu  avtomagistrallar  20-30  il  fasiləsiz  istismar  edil- 
mişdir (206,174).
Azərbaycanın dövlət müstəqilliyinin Ьэфа edilməsi, “Qədim 
Ipək yolu”nun bərpası, beynəlxalq yükdaşımalann artması yollann 
dünya  standartlarma  uyğun  yenidən  qurulmasını  tələb  etmişdir. 
Həm  də  vaxtilə  yollar  çəkilərkən  yük  maşınlannın  təkərlərinə 
düşən ağırlıq 6-8 ton nəzərdə tutulmuşdursa, indi isə “İpək yolu”- 
nun yük daşıyan avtomobillərinin ağırlığı 10 tona çatır (5), bu isə 
mövcud yol örtüklərinin daha sürətlə sıradan çıxmasına, beynəl- 
xalq yükdaşımalann intensivliyinə mənfi təsir göstərir.
Mütəxəssislərin hesablamalanna görə yol  örtüklərinin yarar- 
sızlığı nəticəsində avtomobillərin hərəkət sürəti xeyli aşağı düşür, 
daşınatı yüklərin qiymətləri 30-40 % yüksəlir, yanacaq məsrəfləri 
bir yarım dəfə  çoxalır.  Bütün bunlar da öz növbəsində yükdaşı- 
yan  avtomobillərin  xidmət  müddətlərinin  30-40 
%
  azalmasma, 
təmir xərclərinin isə dəfələrlə artmasına səbəb olur.


Yüklə

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə