Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə52/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   48   49   50   51   52   53   54   55   ...   89

Dünya  ölkələri  ilə  artan  inteqrasiya  prosesləri,  “Tarixi  İpək 
yolu”nun bərpası  bütün  nəqliyyat  sisteminin,  о  cümlədən  avto­
mobil  yollarmın  dünya  standartlanna uyğun  yenidən  qurulması 
zərurətini  qarşıya  qoymuşdur.  Təsadüfi  deyil  ki,  bu  zərurəti 
uzaqgörənliklə  qiymətləndirən  Respublika  Prezidenti  Heydər 
Əliyev hələ  1996-cı il mayın 31-də “Azərbaycan respublikasının 
beynəlxalq avtomagistrallar haqqında  15 noyabr 1975-ci il tarixli 
Avropa  sazişinə  qoşulması  haqqında”  sərəncam  imzalamışdır. 
Bu  sazişə  qoşulan  ölkələr  sazişin  bütün  şərtlərinə  əməl  etməli, 
ilk  növbədə  ölkə  ərazisindən  keçən  avtomagistrallann  texniki 
səviyyəsini  beynəlxalq  tələblərə  uyğun  şəkildə  yenidən  qurma- 
lıdır (64,108).
Son illərdə  ölkədəki  sürətli  iqtisadi  inkişafla bağlı  ölkə baş- 
çısı İlham Əliyevin bu sahənin inkişafına diqqəti daha da artmış- 
dır. Belə ki, Respublika Prezidentinin 12 oktyabr 2006-cı il tarixli 
“Avtomobil yollan  sahəsində məqsədli büdcə  fondunun yaradıl- 
ması  haqqında”  sərəncamı,  “Azərbaycan  respublikasının  yol- 
nəqliyyat kompleksində  idarəetmənin təkmilləşdirilməsi tədbirləri 
haqqında”  22  fevral  2007-ci  il  tarixli  sərəncamı,  4784  km-lik 
yolun  Nəqliyyat  Nazirliyinin  balansına  verilməsi,  respublika 
avtomobil  yollan  şəbəkəsinin  inkişafına  həsr  olunmuş  12  mart 
2008-ci  il  tarixli  müşavirə,  yol-nəqliyyat kompleksinin  inkişafı 
üçün aynlan vəsaitlərin daha da artırılması buna misal ola bilər. 
Belə  ki,  bu  məqsədlə  aynlan  vəsaitin  həcmi  2004-cü  ildə  16,3 
mln manat olmuşdursa, 2006-cı ildə 50 mln manata, 2007-ci ildə 
130  mln  manata  çatdırılmışdır.  2008-ci  ildə  isə  162  mln manat 
vəsaitin ayrılması nəzərdə tutulmuşdur (180,13.111.2008).
Avropa  Birliyi  TRASEKA  proqramma  uyğun  olaraq  digər 
infrastruktur sahələri ilə yanaşı, avtomobil yollannm da yenidən 
qurulmasını  həyata  keçirməyə  başlamışdır.  Bu  baxımdan  İpək 
yolunun  keçdiyi  marşrutlar  xüsusi  diqqət  mərkəzində  saxlanıl- 
mışdır.  Bakı-Ələt-Hacıqabul-Kürdəmir  və  Gürcüstan  sərhədinə 
qədər olan bejoıəlxalq dərəcəli avtomagistral “İpək yolu”nun keç- 
diyi  sahədir,  ümumi  uzunluğu  503  km-dir.  Bundatı  başqa,  res- 
publikamızın  Dağıstan  sərhədinə  qədər  olan  208  km-lik  Bakı- 
Quba  avtomagistralı,  Iran  sərhədinədək  uzanan  313  km-lik


Bakı-Astara avtomagistrallan da beynəlxalq dərəcəlidir (206,175). 
Bakı-Ələt-Hacıqabul-Kürdəmir-Cəncə-Qazax  və  Gürcüstanla 
dövlət  sərhədinə  qədər uzanan yolun Avropa Birliyinin  “Tasis”, 
“TRASEKA” proqramlanna uyğun yenidən qurulması Azərbay- 
can  avtonəqliyyatçılannın,  beynəlxalq  nəqliyyat  qurumlannın 
başlıca məqsədlərmdən biridir.  Ona  görə  ki,  bu yol  respublika- 
mızın dünya və Avropa bazanna birbaşa çıxışını,  dünya ölkələri 
ilə  inteqrasiyanı təmin  edən,  həyati  əhəmiyyət kəsb  edən  “Yeni 
İpək yolu”mm yaradılması deməkdir. Azərbaycan hökuməti dün- 
yanın  əsas maliyyə  qurumlan -  Dünya Bankı, Avropa Yenidən- 
qurma  və  İnkişaf Bankı,  Asiya  Bankı,  Küveyt  Fondu  ilə  “İpək 
yolu”nun  mühüm tərkib hissəsi  olan  avtomobil  yollannın yeni- 
dən qurulması üçün uğurlu danışıqlar aparmışdır.
“İpək yolu” avtomagistralının tam şəkildə yenidən qurulması 
üçün  ilkin  variant  kimi  255  mln  dollar  tələb  olunur.  Bunun
41  mln dollan  respublikamızın büdcəsindən  ayırmalar hesabina 
nəzərdə tutulmuşdur.  Qalan hissənin  isə  yuxanda  adları  çəkilən 
nüfuzlu maliyyə qurumları ayırmağı öhdələrinə götürmüşlər.
503 km-lik “İpək yolu”nun keçdiyi magistral ayrıca hissələrə 
bölünmüş  və  hər  bir  sahə  üçün  konkret  investor  nəzərdə  tutul- 
muşdvır. Məsələn, İpək yolunun Azərbaycanın avtomagistral yol- 
larından  keçən  tərkib  hissələrindən  biri  Bakı-Ələt  avtomobil 
yoludur. Onun uzunluğu 69 km-dir, əsaslı təmir edilməsi nəzərdə 
tutulmuşdur. Birinci dərəcəli 4 zolaqlı yolun  14 km-ə qədər olan 
hissəsinin  yenidən  qurulması  daxili  investisiya  hesabina həyata 
keçirilmişdir.  Yolun  qalan  55  km-lik  hissəsinin  yenidən  qurul- 
ması  üçün  “Bayerişe  Landes  Bank”  ilə  danışıqlar  aparılmışdır. 
Bu işin tam  şəkildə 2010-cu  ilin birinci yansında başa  çatacağı 
nəzərdə tutulsa da (180,  13.111.2008), Bakı-Ələt avtomobil yolu­
nun  yeni  tiMlmiş  4-8  km-lik  və  yenidən  qurulmuş  8-14  km-lik 
hissəsinin  inşası  2010-cu  ilin  ikinci  yansında,  dəqiq  desək, 
noyabrın 8-də başa çatmışdır (100, 9.XI.2010).
“İpək yolu”nun avtomagistral üzrə mühüm tərkib hissələrin- 
dən  biri  də  Ələt-Hacıqabul  avtomobil  yoludur.  Onun  uzunluğu
45,6 km-dir. Yolun yenidən qurulması üçün nəzərdə tutulan layi-


hənin  ümumi  büdcə  dəyəri  36,5  mln  dollardır.  Bu  vəsaitin
13.1  mln dollannı İslam İnkişaf Bankı,  18,7 mln dollarını Küveyt 
Fondu, 4,7 mln dollannı Azərbaycan hökuməti verməli olmuşdur 
(5). Yolun inşasını  19 ölkənin şirkət və təşkilatı arasında 1999-cu 
il martin 22-də keçirilmiş tenderdə qalib gəlmiş Türkiyənin “Turan 
Xəzinədaroğlu” şirkəti və “Öztac” tikinti materiallan şirkəti yerinə 
yetirir (206,177).
Ələt-Hacıqabul  yolu  tikinti  layihəsinə  görə  birinci  dərəcəli
4  zolaqlı  olması nəzərdə  tutulmuşdur.  İşə  2000-ci  ilin noyabnn 
15-dən başlamlmış (26), 2004-cü ilin fevralın 28-də istismar üçün 
təhvil verilmişdir (180,29.02.2004).
“İpək  yolu”nun  respublikamızın  ərazisindən  keçən  vacib 
avtomagistral  seqmentinin bir hissəsini  də  Hacıqabul-Kürdəmir 
yolu təşkil edir.Onun uzunluğu 85,6 km-dir. Yolun smeta dəyəri
37.2 mln dollar təşkil edir.  Bərpa işləri üçün lazım olan vəsaitin
31.5  mln  dollannı  Avropa  Yenidənqurma  və  Inkişaf  Bankı, 
5,7  mln dollannı Azərbaycan hökuməti  ödəməlidir (5).  Bu layi- 
hənin texniki-iqtisadi  əsaslandınlması Avropa Yenidənqurma və 
Inkişaf Bankı qrantı hesabına hazırlanmışdır. İşçi layihənin hazır- 
lanması  “Tasis” proqramı  çərçivəsində həyata keçirilir.  Texniki- 
iqtisadi əsaslanmaya görə bu yol ikinci dərəcəli 2 zolaqlı olmalı- 
dır  (204).  Yolun 75  km-lik  2  zolaqlı hissəsi  2007-ci  ildə,  yolun 
qalan  11,6 km-lik hissəsi, о cümlədən Kürdəmir dairəvi hissəsinin 
tikintisi 2008-ci ilin avqustun 27-də başa çatmışdır (5 a).
“İpək  yolu”  avtomagistralınm  respublikamız  ərazisindəki 
mühüm  tərkib  hissəsindən  biri  də  Kürdəmir-Ucar  avtomobil 
yoludur.  Bu yolun uzunluğu 46,2 km-dir, layihənin icra müddəti
2008-2009-cu illər nəzərdə tutulmuşdur. Layihənin smeta dəyəri
18.6  mln  dollardır.  Bu vəsaitin  15,6  mln dollarım Avropa Yeni- 
dənqurma və Inkişaf Bankı, 3 mln dollannı da Azərbaycan höku- 
məti  ödəməyi  öz  üzərinə  götürmüşdür.  Plana  görə  Kürdəmir- 
Ucar layihəsinin texniki-iqtisadi əsaslandınlması sənədləri Küveyt 
fondu  qrantı  hesabına  hazırlanmışdır.  Layihəyə  görə  yol  ikinci 
dərəcəli 2 zolaqlı olmalıdır (5). Yolun 46,2 km-lik 2 zolaqlı hissə- 
sinin  tikintisinə  2008-ci  ilin  iyunundan  başlanılmış  və  2010-cu


Yüklə

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə