yasının həyata keçirilməsi, Cənubi Qafqaz ölkələrində demokra-
tiyanın zəif olması, demokratik stnıkturlann yenicə təşəkkül
tapması, peşəkar siyasətçilərin az olması, bu ölkələrin MDB-nin
üzvü olması ilə izah edilir. Ona görə də Qərb dünyasmın,
ABŞ-ın, Türkiyənin, İngiltərənin, Avropa Birliyinin bu regionda
fəaliyyətinin genişləndirilməsi zəruridir (179,79-83).
TRASEKA proqramı üzrə layihələrdən
bəhs edərkən Cənubi
Qafqazda və Mərkəzi Asiyada strateji cəhətdən möhkəmlən-
шэуэ çalışan İran və Türkiyə kimi qonşu dövlətlərin bu proble-
min həllindəki mövqelərinin öyrənilməsi də mühütn əhəmiyyət
kəsb edir. Bu prosesdə, təbii ki, ABŞ hökuməti Türkiyəyə
Cənubi Qafqazda və Mərkəzi Asiyada türk xalqlannı birləşdi-
гэсэк demokratik, dünyəvi hakimiyyət modelini tətbiq edəcək bir
qüwə kimi baxır. Vaşinqtondakı Türk araşdumalan İnstitutunun
direktoru Səbri Sayari 1994-cü ildə nəşr etdirdiyi “Türkiyə Qaf
qaz və Mərkəzi Asiya” məqaləsində yazmışdı: “İkinci cahan
müharibəsi dövründən başlayaraq SSRİ-nin xarici siyasət addım-
lan Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyü üçün təhlükə
kimi qiymətləndirilmişdir. Ankaranın Mərkəzi Asiyadakı maraq-
laraıı tarixi əlaqələrlə, türk sahibkarlannın iqtisadi ehtiyaclan ilə
izah etmək olar. Lakin Türk siyasətçiləri başlanğıcda ciddi səhvə
yol verdilər. Onlar Bolqanstanda, Yunanıstanda, Kiprdə azlıq
təşkil edən türklərə münasibət təcrübəsinə əsaslanaraq elə güman
edirdilər ki, Mərkəzi Asiyada onlan avtomatik olaraq ağabəylər
- böyük qardaşlar kimi qarşılayacaqlar. Lakin belə olmadı. Bu
halda MDB-nin türkdilli xalqlannın qarşılıqlı əlaqələrində, Tür-
kiyənin Şərq siyasətində TRASEKA son dərəcə mühüm vasitəyə
çevrildi və Türkiyə hökuməti bu proqramın fəal iştirakçısına
çevrildi” (84,219).
Iranın mövqeyinə gəldikdə isə o, TRASEKA dəhlizinin öz
ərazisindən keçməsini vacib sayır və hesab edir ki, Astara, Ənzəli,
Nouşəhr, Əmirabad limanlaxı bu baxımdan çox əlverişlidir. Ölkə-
nin avtomobil yollan Şimaldan Cənuba, Şərqdən Qərbə və əks
istiqamətlərdə yük daşımalan üçün dünya standartlarma cavab
verir (126, 1998, №4, s.20).
“Tarixi İpək yolu”nun bərpasının siyasi şərtləri beynəlxalq
siyasi amillərlə yanaşı, dövlət müstəqilliyi əldə etmiş gənc res-
publikalann, о cümlədən ölkəmizin regional və
beynəlxalq siyasi
mövqelərinin möhkəmlənməsinə yönəlmiş milli maraqlan ilə də
six bağlı olmuşdur. “Yeni İpək yolu”nun yaradılmasında Azər-
baycan respublikasmm siyasi qazancı aşağıdakı amillərlə bağlıdır:
- “Yeni İpək yolu”nun çəkilməsi Cənubi Qafqaz regionunda
Azərbaycanın geosiyasi və geostrateji əhəmiyyətini daha da artınr;
- Azərbaycanm GUAM, Qara Dəniz iqtisadi Əməkdaşlıq
Təşkilatı kimi regional qurumlarda fəaliyyəti daha məhsuldar
olur;
- Həyata keçirilən “İnogeyt”, “TRASEKA”, “Qars-Ahalkalaki-
Tbilisi-Bakı” kimi layihələr Azərbaycanm, Gürcüstan, Ukrayna,
Moldova və Türkiyə ilə əməkdaşlığını strateji tərəfdaşlıq səviy-
yəsinə
yüksəldir;
- Azərbaycan Qərblə Şərqi birləşdirən siyasi körpüyə, başlıca
tranzit mərkəzinə çevrilir;
- Eneıji və nəqliyyat dəhlizbri vasitəsilə dünyanın güc mər-
kəzbrinin iqtisadi maraqlannın reallaşdmlması, öz növbəsində
onların Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün
tanınması, Xəzərin statusu kimi məsələlərdə siyasi dəstək gös-
tərməbrinə səbəb olur;
- ABŞ Konqresinin 1992-ci ildə qəbul etdiyi “Azadlığı
müdafiə aktının” Azərbaycana dövlət yardımını qadağan edən
907 saylı düzəlişinin fəaliyyəti dayandınlır;
- Eneıji və nəqliyyat layihələrindən əldə edilən
gəlirlər ölkə-
mizin iqtisadi qüdrətinin gücbnməsinə, bu da, öz növbəsində,
dünyanın 48 ölkəsində Azərbaycan diasponmun fəaliyyətini
genişləndirməyə imkanlar yaradır;
- Azərbaycanın qoşulduğu qlobal layihələr onun demokratik
imicinin yüksəlməsinə, BMT, ATƏT, Avropa Şurası kimi
nüfuzlu beynəlxalq təşkilatlarda mövqeyinin
gücbnməsinə imkan
verir;
- Azərbaycan Avropanın yeni qonşuluq siyasətinə qoşularaq,
bu qitənin eneıji təhlükəsizliyinin təmin edilməsində strateji
əhəmiyyətli ölkəyə çevrilir.