daşlıq baxımından vacibdir. Bunun üçün ABŞ administrasiyası
Rusiyanı inandıraıalıdır ki, Amerika bu regionda pozitiv rol
oynamaq niyyətindədir. Elə hazırda da Rusiya diplomatiyası
göstərir ki, bu ölkə Qafqaz dövlətlərinin müstəqilliyini, suveren-
liyini qəbul etmir, burada qeyri-stabil vəziyyət yaradan tərəf
kimi çıxış edir. Nəhayət, эп önəmlisi ABŞ-ın regionda demokra-
tiyanın, vətəndaş cəmiyyətinin formalaşmasına göstərdiyi kömə-
yidir” (180, 7.05.2000).
Qeyd etmək lazımdır ki, ABŞ-ın Yaxın Şərq institutu ölkə
siyasətinin formalaşdmlmasında mühüm rol oynayır, bu İnsti-
tutda apanlan elmi tədqiqatlar Ağ evə, Dövlət Departamentinə,
Senata, Konqresə və digər təşkilatlara təqdim olunur və onun
əsasında siyasət xətti formalaşdınlır. Bir çox hallarda isə İnstitu-
tun tövsiyələri konkret siyasi diplomatik addımlara çevrilir
(59,67). Bu baxımdan ABŞ konqresində “İpək yolu qanun”
layihəsinin müzakirəsi xüsusilə diqqəti cəlb edir. Bu müzakirələr
göstərmişdir ki, ABŞ-ın “İpək yolu” strategiyasında bütövlükdə
adı çəkilən region ölkələri içərisində Azərbaycanın geosiyasi
mövqeyi xüsusi yer tutur. ABŞ prezidentinin Xəzər hövzəsində
eneıji siyasəti üzrə keçmiş müşaviri səfir Riçard Mominqstar
1998-ci ilin noyabnn 18-də Vaşinqtonda Senatın Dirksen bina-
sında keçirilən “Avrasiya nəqliyyat dəhlizi: əfsanə və reallıq”
adlı konfransdakı çıxışında regionda Amerika siyasətinin dörd
üstün istiqamətini vurğulamışdır. Birincisi, region ölkələrinin
suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi; ikincisi,
Amerika şirkətləri üçün ticarət imkanlannın yaranması və geniş-
ləndirilməsi; üçüncüsü, Xəzərin zəngin karbohidrogen ehtiyat-
lannın fasiləsiz daşınması yolu ilə ABŞ-ın enerji təhlükəsiz-
liyinin təmin edilməsi; dördüncüsü, regional etnik münaqişələrin
həlli (126, 1998, №4,67).
Göründüyü kimi, qloballaşma siyasi strategiyası ABŞ-ın
Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bağlı xarici siyasətində
mühüm yer tutur və iqtisadi inteqrasiya, texnoloji inteqrasiya,
siyasi-mədəni inteqrasiya, dinamizm, qlobal təhlükəsizliyin
təmin edilməsi kimi mühüm istiqamətləri əhatə edir (179,67).
Görkəmli amerikan siyasətçisi və politoloqu Zbiqnev Bjezinski
“Böyük şahmat taxtası” adlı əsərində qeyd etmişdir ki, “Azərbay-
can Xəzər dənizi və Mərkəzi Asiyanın sərvətlərinin Avropaya
açılması üçün açar əhəmiyyətinə malikdir (212, 62). ABŞ Cənubi
Qafqaz və Mərkəzi Asiya siyasətində ehtiyatla hərəkət etməli,
sabitliyi pozmamağa çalışmalıdır” (212,241). О daha sonra yazırdı
ki, “ABŞ dünyanın şahmat taxtasında perspektivə əsaslanan
gedişlər edir, perspektiv gedişlər 3 mərhələyə bölünür: birincisi,
5 illik, ikincisi, 20 illik, üçüncüsü, 20 ildən yuxarı. Göstərilən
müddət ərzində ABŞ dünyanın təhlükəsizlik sistemini həyata
keçirir, Avropa ABŞ-ın yeni dünya qaydası sisteminə uyğunlaşır,
Azərbaycan Avropa ölkəsi kimi dünyanın yeni qaydası sistemini
qəbul edir və özünün təhlükəsizliyini bu sistemdə görür. Buna
görə də Azərbaycan, tədricən olsa da, Avropa strukturlanna qəbul
edir, Avropa isə Azərbaycanı strateji əhəmiyyətli dövlət kimi öz
siyasi strukturlanna qəbul edir” (212,241). Zbiqnev Bjezinski
həmçinin qeyd etmişdir ki, “Rusiya Qafqazı xarici qüwələrə
bağlamaq üçün siyasi cəhətdən zəifdir. Qafqazın nəqliyyat qov-
şağmdan, Rusiya kənarlaşdırılır, Azərbaycana, Gürcüstana, Tür-
kiyəyə üstünlük verilir” (212, 348).
90-cı illərdə baş verən siyasi proseslərdə ABŞ yeni dünya
qaydasının yaradılmasında bu məsləhətə əsaslanır və maraq
dairəsində olan ölkələri öz nəzarətində olan siyasi sistemə cəlb
etməyə çalışır, geosiyasi rəqabətdə Rusiyanı bütün istiqamət-
lərdə sıxışdınrdı.
“İpək yolu”nun bərpasının mühüm beynəlxalq siyasi amillə-
rindən biri də dünyanm digər nüfuzlu güc mərkəzlərindən olan
Avropa Birliyinin müstəqillik əldə etmiş Cənubi Qafqaz və Mər-
kəzi Asiya ölkələrinin müstəqilliyinin iqtisadi və siyasi cəhətdən
möhkəmləndirilməsinə yönəlmiş investisiya və texniki yardım
siyasəti ilə bağlı olmuşdur. Bu siyasətin əsas istiqamətləri aşığı-
dakılardır:
1. Dünya və Avropa bazarlanna çıxış üçün altemativ nəqliy-
yat marşrutunun yaradılması;
2. TRASEKA proqramı üzrə layihələrin reallaşdmlması üçün
beynəlxalq maliyyə qurumlannın, özəl investorlann cəlb edil-
məsinə maksimum kömək göstərilməsi;
3. TRASEKA proqramının iştirakçısı olan dövlətlərin regio
nal əməkdaşlığının genişləndirilməsi;
4. Avrasiya nəqliyyat dəhlizinin Transavropa nəqliyyat şəbə-
kələri ilə optimal inteqrasiyasına nail olunması (223, 5).
1998-ci ilin sentyabnnda “İpək yolu”nun bərpasına həsr edil-
miş Beynəlxalq Bakı konfransında Avropa Komissiyası nüma-
yəndə heyətinin başçısı Fransua Lyamuren öz çıxışmda qurumun
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bağlı siyasətini
belə açıqlamışdır: “Avropa Birliyi müstəqillik əldə etmiş ölkə-
lərin islahatlar, demokratiya, plüarizm və bazar iqtisadiyyatının
sabit inkişafı yolundakı fəaliyyətini dəstəkləmək niyyəti ilə bu
bölgədə ən böyük beynəlxalq donor olmuşdur. TRASEKA proq-
rammın son məqsədi müasir nəqliyyat sistemi, infrastrukturlar
və daşıma sistemləri yaradılmasından, bu sistemləri Tratısavropa
şəbəkələri ilə birləşdirməkdən ibarətdir (126, 1998, №4, s.6).
‘İpək yolu”nun bərpasına həsr edilmiş beynəlxalq Bakı kon-
fransında iştirak etmiş Almaniya nümayəndə heyətinin başçısı
Valter Kittel nəqliyyat dəhlizi ilə bağlı öz ölkəsinin mövqeyini
açıqlayaraq demişdir: “Federal hökumət TRASEKA-nı müəyyən
model hesab edir. Bir tərəfdən bu layihə region dövlətlərinin öz
arasında əməkdaşlığını inkişaf etdirir, regiondakı münaqişələrin
həllinə müsbət təsir göstərir, digər tərəfdən isə layihə region
ölkələri ilə Avropa Birliyi arasındakı əməkdaşlığı inkişaf etdirir.
Bizim hökumət bu region ölkələri müstəqillik qazandıqdan sonra
onlarrn beynəlxalq birliyə, dünya iqtisadiyyatına qovuşmasına,
həmin ölkələrdə iqtisadiyyatda, siyasətdə və cəmiyyətdə lazımi
islahatlar keçirilməsinin dəstəklənməsi işinə birmənalı şəkildə
var qüwəsi ilə qoşulmuşdur” (126, 1998, №4, s.18). Təsadüfi
deyil ki, Almaniya nümayəndəsi dünyanın 15 ölkəsini birləş-
dirən Berkerorf konfransının 1998-ci il dekabnn 28-də Bakıda
keçirilmiş 113-cü iclasında bir daha bu məsələyə qayıdaraq
Azərbaycanı Avropada gedən proseslərə yaxınlaşdırmaq, İpək
yolu marşrutunun Asiya, Xəzər dənizi və Dunay çayı vasitəsi ilə
Almaniyaya qədər uzadılmasında maraqlı olduğunu qeyd etmiş-
dir (179,199). Bu isə aydın göstərir ki, “Böyük İpək yolu”nun
bərpası dünyanın aparıcı dövbtbrinin strateji maraqlannm real-
Yüklə Dostları ilə paylaş: |