qlobal iqtisadi layihələrdə fəal iştirak edilməsi, inteqrasiya pro-
seslərinin dərinləşdirilməsidir. Yeni beynəlxalq şəraitdə dünya
bazannın inkişaf etmiş ölkələr, transmilli korporasiyalar tərəfin-
dən bölüşdürülməsi, digər tərəfdən isə Sovet Ittifaqının dağılması,
müstəqil dövlətlərin yaranması, Rusiya Federasiyasının qısqanc
xarici siyasəti nəticəsində qərarlaşmış iqtisadi əlaqələrin qmlması
region ölkələrində sosial gərginliyin artmasına səbəb olmuşdu.
Belə bir şəraitdə Azərbaycanın və regionun digər ölkələrinin
yeganə çıxış yolu Avropa Birliyinin təklif etdiyi “Yeni Ipək
yolu”nun yaradılması ilə nəqliyyat-iqtisadi blokadanın aradan
qaldınlması, Avropa və dünya bazanna çıxışın təmin edilməsi,
inteqrasiya proseslərinin genişləndirilməsi yolu ilə dövlətçiliyin
iqtisadi və siyasi cəhətdən möhkəmləndirilməsi, qorunması əsas
vəzifəyə çevrildi.
“Tarixi İpək yolu”nun bərpasını şərtləndirən milli iqtisadi
amillərdən biri də Azərbaycanın Şərqlə Qərb arasında tranzit
daşımalann mərkəzinə çevrilməsi və bunun iqtisadi əhəmiyyəti
ilə bağlıdır. 1995-2000-ci illər ərzində Azərbaycan ərazisindən keç-
məklə Avropa və Asiya istiqamətində tranzit yüklərin daşınması-
nın həcmi 10-12 dəfə artmış (194,11), əldə olunan gəlirlərin
həcmi isə 1998-2003-cü illərdə 5,5 dəfə artmışdı. Ekspertlərin
fikrincə, “İpək yolu” tam bərpa edildikdən sonra respublikamızm
büdcəsinə ildə 1 mid dollar daxil olacaqdır (21,53).
‘İpək yolu”nun bərpasını qarşıya qoyan mühüm milli iqti
sadi amillərdən biri də milli iqtisadi təhlükəsizliyin möhkəm-
ləndirilməsi ilə izah edilir. Belə ki, dünya bazannda getdikcə
kəskinləşən rəqabət mübarizəsi ölkə infrastrukturunun yenidən
qurulmasını, nəqliyyat vasitələrinin dünya standartlanna uyğun
yeniləşdirilməsini, ölkənin beynəlxalq iqtisadi mübadilə proses-
lərinə cəlb olunmasmı nizatnlamaq üçün zəruri tədbirbrin həyata
keçirilməsini tələb edir. Belə bir cəhəti qeyd etmək lazımdır ki,
təkcə dünya dəniz yük bazannda daha çox yük daşıtdıran “Britiş
Petrolium”, “Stat-oyl”, “Mobil”, “Ekson”, “Nobel” firmalandır.
Bu firmalar isə Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun
olaraq gəmilərin bütün parametrlərini, yaşı, texniki göstəriciləri,
heyətin peşə hazırlığı və hətta ingilis dilini necə bilmələrini
öyrəndikdən sonra onlarla müqavilə bağlayırlar (127,93).
“İpək yolu”nun bərpasını zəruri edən milli iqtisadi amillər-
dən biri də dünyanın müxtəlif ölkələri ilə yeni əsaslan - ikitərəfli
müqavilələr bağlamaqla qarşılıqlı fayda prinsipinə əsaslanan sər-
bəst iqtisadi əlaqələrin yaradılması, inkişaf etmiş ölkələrin müasir
texnika və texnologiyasmı mənimsəyib ölkədə məhsuldar qüwələ-
rin inkişafına yönəldilməsi, dövlətimizin milli təhlükəsizliyinin,
iqtisadi qüdrətinin gücləndirilməsi zərurəti ilə əlaqədardır. Hazırda
Azərbaycan 122 xarici dövlətlə ticarət əlaqəsi saxlayır, xarici
ticarət dövriyyəsi 1993-cü ildəki 1,3 mlrd dollardan 2000-ci ildə
2.9 mlrd dollara çatmışdır (140, 237-238). 2000-ci ildə xarici
ticarət dövriyyəsində ixrac (63,3%) idxaldan (36,7%) 2 dəfə çox
olmuşdur (140, 237-238). Belə bir cəhəti də xüsusi vurğulamaq
lazımdır ki, əgər 1991-1994-cü illərdə ümumi daxili məhsul ildə
orta hesabla 20-25 faiz azalırdısa, 1996-2000-ci illər ərzində
ümumi daxili məhsul 39 faiz artmışdır (180, 27.05,2001). Тэксэ
2005-ci ildə ümum daxili məhsulun artım sürəti 26% olmuşdur
(100, 8.02.2006). Xarici ticarət dövriyyəsinin ümumi həcmi
1999-cu illə müqayisədə 2000-ci ildə 48,5 faiz, о cümlədən ixrac
1.9 dəfə, idxal 13,1 faiz artmış, ticarətin ümumi həcmi uzaq
xarici dövlətlərlə 1,6 dəfə, MDB ilə 13,9 faiz çox olmuşdur
(160, 575).
2000-ci ildə Italiya, Fransa, Amerika Birləşmiş Ştatları, Isveçrə,
Gürcüstan, Böyük Britaniya, Almaniya, Iran, Ukrayna, Qazaxıstan
ilə ticarət əlaqələri digər ölkələrə nisbətən daha geniş miqyaslı
olmuşdur. Azərbaycanm ümvımi ticarət dövriyyəsinin 27,1 faizi
İtaliyanın, 11,9 faizi Rusiyanın, 8,0 faizi Türkiyənin, 7,7 faizi
Fransanm, 3,8 faizi Birləşmiş Ştatlann, 3,5 faizi İsveçrənin payına
düşmüşdür. Idxal əməliyyatlannın 21,3 faizi Rusiya, 11,0 faizi
Türkiyə, 8,9 faizi Birləşmiş Ştatlar, 5,8 faizi Almaniya, 5,0 faizi
Böyük Britaniya, 4,9 faizi Qazaxıstan, 4,8 faizi İranla aparıl-
mışdır. İxracda isə 43,7 faiz İtaliyanm, 11,8 faizi Fransanın,
7,7 faizi İsrailin, 6,0 faizi Türkiyənin, 5,6 faizi Rusiyamn, 4,3 faizi
Gürcüstanın payma düşmüşdür (160,575). Rəqəmlərdən göründüyü
kimi, respublika rəhbərliyinin düzgün xarici iqtisadi strategiyası,
xüsusilə neft müqavilələrinin bağlanması, nəqliyyat dəhlizinin
bərpası prosesinin reallaşdmlması nəticəsində həm ümumi
ticarət dövriyyəsi artmış, sərbəst iqtisadi əlaqələrin diapazonu
genişlənmiş, həm də ölkə daxilində ümumi daxili məhsulun
həcmi kəskin şəkildə artmışdır.
‘İpək yolu”nun bərpası müasir şəhərsalma və memarlıq
baxımından da müəyyən tədbirlərin həyata keçirilməsini qarşıya
qoyur. Bu baxımdan “Böyük İpək yolu: Avrasiya mədəniyyətlə-
rinin dialoqu” adlı beynəlxalq elmi konfransdakı çıxışlannda
Milli Elmlər Akademiyası Memarlıq və Incəsənət Institutunun
əməkdaşlan respublikanm müasir və gələcək inkişafı baxımın-
dan “İpək yolu” ilə bağlı 3 mərhələdə həyata keçirilməsi zəruri
olan proqram təklif etmişlər. I mərhələdə dəhliz boyu şəhərsalma
strukturunun tədqiq edilməsi, şəhərlərin digər yaşayış məntəqələ-
rinin sayının müəyyənləşdirilməsi, regional məskunlaşma siste-
mində bu şəhərlərin yerinin müəyyənləşdirilməsi, mövcud olan
memarlıq və planlaşdırma strukturunun və nəqliyyat magistral-
lannın bu prosesə təsirinin aydınlaşdınlması, ‘İpək yolu” ilə
əlaqədar demoqrafik proseslərin, əsas miqrasiya axmlannın dəqiq-
ləşdirilməsi üçün sosioloji araşdırmalar apanlması, mövcud olan
landşafhn, mineral ehtiyatlann öyrənilməsi, kurort-reqresiya zona-
lannın və regionda iqtisadiyyatm intensiv inkişaf yollannın
müəyyənləşdirilməsi, II mərhələdə ümumdünya miqyasında nəq-
liyyat dəhlizi təşkili təcrübəsinin, dünya praktikasında mövcud
olan norma və göstəricilərin öyrənilməsi, onlann Azərbaycanın
regional şəraitinə tətbiqi yollannın, nəqliyyat dəhlizinin texniki
təchizatı və daşınan yüklərin həcminin, dəhlizin Azərbaycanın
inkişafına təsirinin müəyyənləşdirilməsi, III mərhələdə isə nəq-
liyyat dəhlizinin ətraf mühitə təsirinin aydınlaşdınlması və zəruri
mühafizə tədbirlərinin həyata keçirilməsi, dəhliz boyunca serviz
xidmətləri, motel, yeməkxana, yanacaqdoldurma stansiyalannın
tikilməsi, təmizləyici qurğulann tətbiqi ilə təbii landşaftm, atmos-
ferin və su hövzələrinin qorunması üçün vacib tədbirlərin həyata
keçirilməsi kimi məsələlər qarşıya qoyulmuşdur (51,70-71).
“İpək yolu”nun bərpasını şərtləndirən mühüm milli iqtisadi
amillərdən biri də bu mühüm nəqliyyat dəhlizinin bərpası ilə
Yüklə Dostları ilə paylaş: |