Belə ki, əsas donor təşkilatlardan olan Avropa Birliyi tərəfindən
TRASEKA proqramının reallaşdırılması üçün 1993-cü ildən
2002-ci ilə kimi 39 texniki yardım layihəsi və 14 investisiya
layihələri üzrə 110 min avro həcmində vəsait aynlmışdır (223,
40). Beynəlxalq Bank tərəfindən 1993-1999-cu illər ərzində bu
məqsəd üçün 5,464 mln dollar vəsait verilmişdir (236,5).
“İpək yolu”nun bərpasını şərtləndirən əsas iqtisadi səbəblər-
dən biri də bu yolun humanitar yüklərin ünvamna çatdmlmasmdakı
xüsusi əhəmiyyəti ilə izah olunur. Təsadüfi deyil ki, TRASEKA
Hökumətlərarası Daimi Katibliyinin 2002-ci il aprelin 24-25-də
Daşkənddə keçirilmiş növbəti illik fəaliyyətinə həsr edilmiş
II konfransında BMT-nin Ümumdünya Ərzaq proqramı və dün-
yanın iri ekspeditor kompaniyasının 2002-ci il üzrə “Əməkdaş-
lıq bəyannaməsi” rəhbər tutularaq Əfqanıstana humanitar yüklə-
rin və tikinti materiallannın fasiləsiz və sürətlə çatdınlmasına
dair “Daşkənd bəyannaməsi” qəbul edilmişdir. Bəyannamədə
TRASEKA proqramı üzrə iştirakçı dövlətlər tərəfindən 3 il ərzində
Əfqamstana humanitar yüklərin və tikinti materiallannın çatdınl-
ması üçün əlverişli şəraitin yaradılması, Milli Katibliyin və Höku-
mətlərarası Daimi Katibliyin bununla əlaqədar monitorinqlər
keçirməsi, iştirakçı dövlətlərin bu sahədəki öhdəliklərinin yerinə
yetirməsinə ciddi nəzarət edilməsi qərara alınmışdır. Bu məq-
sədlə Əfqanıstana 37 mln avro həcmində yardım proqramı təsdiq
edilmişdir (126, 1998, №4, s.57). Bu qərarın həyata keçirilməsi
istiqamətində konkret tədbirlər görülmüşdür. Belə ki, 2002-ci
ilin sentyabrm 1-də Brüsseldən start götürmüş 24 ədəd “Mersedes-
Bens” markalı yük avtomobili Əfqanıstan üçün nəzərdə tutulmuş
humanitar yüklə sentyabnn 17-də Azərbaycan ərazisinə daxil
olmuş və cəmi 14 dəqiqə ərzində dövlət sərhədini keçmişdir. Bu
maşın karvanmın uzunluğu 1,5 km olmuşdur və orada Avropa-
nın kütləvi informasiya vasitələrini təmsil edən 47 mətbuat işçisi
olmuşdur (231,5).
Göründüyü kimi, ümumbəşəri problem olan humanitar yar-
dımlann çatdınlmasında “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəh-
lizi mühüm əhəmiyyət kəsb edir, sosial-iqtisadi tərəqqinin təkan-
verici qüwəsi funksiyasım yerinə yetirir.
“İpək yolu”nun bərpasını şərtləndirən beynəlxalq iqtisadi
səbəblərdən biri də Qara dəniz regionunu Transavropa şəbəkəsi
ilə birləşdirən Krit dəhlizləri ilə müntəzəm əlaqələrin yaradıl-
ması zərurətidir. Bu məqsədlə Avropa Birliyi tərəfindən iştirakçı
dövlətlərin nəqliyyat nazirləri səviyyəsində 1997-ci il aprelində
Gürcüstanda konfrans keçirilmiş, burada Qara Dəniz Iqtisadi
Əməkdaşlıq Təşkilatının və MDB-nin TRASEKA proqramına
cəlb olunmuş bütün üzvləri iştirak etmişlər. 16 iştirakçı dövlətin
nazirləri TRASEKA-nın Qara dəniz hövzəsi və Transavropa
şəbəkəsi ilə inteqrasiyasında maraqlı olduqlannı və müvafiq
addımlar atılmasınm zəruriliyini bildirmişlər (4).
“Qədim Ipək yolu”nun bərpasını zəruri edən amillərdən biri
də “İpək yolu” ilə СэпиЬ-Şərqi Asiya avtomobil yollan arasında
əlaqələrin yaradılması məsələsidir. Belə ki, 2002-ci il mayın
8-də Bankonqda Yaponiyanın maliyyə yardımı ilə BMT-nin
Şərqi Asiya və Sakit okean hövzəsi ölkələri üzrə komissiyasının
(Eskap) “Asiya avtomobil yollarınm bərpası” layihəsi üzrə top-
lantısı olmuşdur. Toplantıda BMT-nin yuxanda qeyd olunan
komissiyasının dəvəti ilə Azəravtoyol Dövlət Konseminin milli
eksperti texniki və xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Nazim
Mustafayev iştirak etmişdir. 31 ölkənin nümayəndələrinin iştirak
etdiyi toplantıda Azərbaycan nümayəndə heyətinin üzvü Asiya
avtomobil yollannın Transqafqaz nəqliyyat dəhlizi ilə birləşdi-
rilməsi təklifi ilə çıxış etmişdir. Bu təklif toplantıda qəbul olun-
muş və yaradılan quruma respublikamızın avtomobil yollan
haqqında lazımı texniki hesabat göndərilmişdir (5).
“Tarixi İpək yolu”nun bərpasını şərtləndirən beynəlxalq iqti
sadi amillərdən biri də bu yolun XXI əsrin başlanğıcında dünya
xaqlannın iqtisadi inkişafı üzrə mühüm faktora çevrilməsi ilə
bağlıdır. Bu isə bir sıra mühüm səbəblərlə izah edilir. Birincisi,
TRASEKA proqramına cəlb olunmuş ölkələr planetin 2/3 hissə-
sini, 48,7 mln kv km sahəni əhatə edir (226, 2002, №5, s.201).
Digər tərəfdən isə bu nəqliyyat dəhlizi üzərində yerləşən 33 döv-
lətin hamısının iqtisadi maraqlan təmsil olunmuşdur. Üçüncüsü,
müasir dünyanın qlobal problemlərinin həllində “Avropa-Qafqaz-
Asiya” nəqliyyat dəhlizi mühüm əhəmiyyət kəsb edir. “Yeni İpək
yolu”nun yaradılmasının ana xəttini XXI əsrdə dünyanın bir çox
dövlətlərini vahid iqtisadi məkanda birləşdirmək təşkil edir (223,79).
Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasmın mühüm bey-
nəlxalq iqtisadi səbəblərindən biri də Avropanın eneıji təhlükə-
sizliyinin təmin edilməsində dəhliz vasitəsilə nəql edilən eneıji
daşıyıcılannın əhəmiyyəti ilə izah edilir. Bu baxımdan Bakı-
Tbilisi-Ceyhan (BTC) əsas ixrac nefit кэшэпшп və Bakı-Tbilisi-
Ərzurum qaz kəmərinin mühüm əhəmiyyəti vardır. BTC ilə
yaxın 10 il ərzində ildə 50 mln ton neft daşınması gözlənilir.
Dəyəri 2,6 mlrd dollar, uzunluğu 1050 km olan Bakı-Tbilisi-
Ərzurum qaz kəmərinin tikintisinin başa çatması isə qaz ehtiyatı
1 trilyon kub m olan Şahdəniz yatağından əwəlcə ildə 2 mlrd,
sonra isə 6 mlrd kub m qazın Türkiyəyə nəql olunmasma imkan
verəcəkdir (55, 2006, №100/101, s.72).
“İpək yolu”nun bərpasını zəruri edən iqtisadi amillərin ikinci
mühüm hissəsi müstəqilliyini əldə etmiş ölkələrin milli dövlətçi-
liyi möhkəmləndirmək üçün həyata keçirdikləri iqtisadi strate-
giya ilə bağlıdır. Bu şərtləri belə qruplaşdırmaq olar: Birinci qrupa
müstəqilliyini əldə etmiş respublikamızm və digər gənc dövlətlə-
rin Rusiya Federasiyası tərəfindən süni surətdə yaradılan iqtisadi
blokadasmın aradan qaldınlması, Avropa və digər dünya ölkələri
ilə iqtisadi əlaqələrin genişləndirilməsi üçün zəruri olan nəqliyyat
yollannın yaradılması ilə bağlı olan amillər aiddir. Мэ1шп olduğu
kimi, Sovetlər birliyinin dağılması, on illər boyu qərarlaşmış
təsərrüfat əlaqəbrinin qmlması müstəqillik əldə etmiş ölkəbrin
iqtisadi vəziyyətini son dərəcə ağırlaşdırmışdır. Bu prosesi
Rusiya tərəfindən yaradılmış iqtisadi blokada şəraiti daha da
kəskinbşdirmişdir. Belə bir şəraitdə Azərbaycanın, Qafqazın və
Mərkəzi Asiyanın digər dövbtbrinin yeni, altemativ nəqliyyat
yollan ilə Avropa və dünya bazanna çıxması, dünya ölkələri ilə
nəqliyyat-iqtisadi əlaqəbrin genişləndirilməsi həyati zərurətə
çevrilmişdir və bu problemin həllində “Qədim İpək yolu”nun
bərpasının çox böyük əhəmiyyəti olmuşdur. iqtisadi blokada
müstəqilliyini əldə etmiş dövlətbrin iqtisadiyyatına böyük ziyan
vurmaqla qalmır, ölkədə sosial gərginliyi artınrdı. Belə bir faktı
göstərmək kifayətdir ki, nəqliyyat-iqtisadi blokada nəticəsində
Yüklə Dostları ilə paylaş: |