Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə27/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   23   24   25   26   27   28   29   30   ...   89

rabitənin  inkişaf  perspektivləri  arasında  olan  six  əlaqə  ilə 
bağlıdır.  Belə ki,  nəqliyyat dəhlizinin ritmik fəaliyyətində,  idarə 
olunmasında  rabitə  vasitələrinin  rolu  son  dərəcə  böyükdür.  Bu 
baxımdan Avropa və Asiyanın 20 dövlətinin ərazisindən keçərək 
Frankfurtdan  Şanxaya kimi uzanan 24 min km-lik Trans Asiya- 
Avropa  (TAE)  fiber-optik  kabel  xəttinin  çəkilişi  xüsusilə  əhə- 
miyyətlidir  (140,  255).  Qeyd  etmək  lazımdır  ki,  TAE  layihəsi 
ərazisindən keçdiyi bütün ölkələrin milli və beynəlxalq telekom- 
munikasiya xidmətləri üzrə tələbatlanm ödəmək imkanına malik- 
dir. TAE fiber-optik xəttinin Bakı-Qazax-Gürcüstan istiqamətində 
Yevlax şəhərindən Gürcüstan sərhədinə qədər olan hissəsi “İpək 
yolu”  magistralı  ilə  paralel  çəkilmişdir.  TAE  xəttindən  istifadə 
edən ölkələr və dövlətlər artıq xərclərə yol verməmək üçün iqti­
sadi cəhətdən səmərəli olan, эп qısa məsafədən keçən və “Tarixi 
İpək  yolu”  ilə  üst-üstə  düşən Azərbaycan  marşrutuna  üstünlük 
vermişlər.
Avropanı Asiya  ilə  birləşdirən  fiber-optik  xəttinin Azərbay- 
can ərazisindəki hissəsi ona qoşulan dövlətlərin Iran, Gürcüstan, 
Qazaxıstan respublikaları  ilə  dayanıqlı və keyfiyyətli rabitə  əla- 
qəsi  saxlamasına  imkan  yaratmışdır  (194,  9).  Hazırda  respubli- 
kamızın  24  rayon telekommunikasiya  şəbəkəsi TAE fiber kabel 
magistral xəttinə  qoşulmuşdur.  Bunun nəticəsində həmin rayon- 
ların  əhalisi  keyfiyyətli  rabitə  xidməti  ilə  təmin  olunmuşdur. 
Həmçinin  TAE  fiber  kabel  xətti  ilə  yaradılan  telefon  və  digər 
rabitə növləri “İpək yolu”nun tikintisində və istismarında mühüm 
rol  oynamaqdadır.  Eyni  zamanda  TAE  layihəsinə  üzv  olan  hər 
bir  ölkə  öz  ərazisi  üzərindən  ötürülən  rabitə  xidmətləri  üçün 
tranzit gəlirləri əldə etmək imkanma malikdir (194,10).
“İpək  yolu”nun  bərpası  bütövlükdə  Bakı-Böyük-Kəsik  isti- 
qamətində  503  km-lik  optik  rabitə  xəttinin  quraşdınlmasını 
vacib şərt kimi də qarşıya qoymuşdur (194,  16). Bu çox mühüm 
iş  2002-ci  ilin  mayında  başa  çatdınlmışdır  (194,  139).  Həmin 
rabitə  xəttinin  quraşdınlması  nəticəsində  operativ  rabitə  xətləri 
də daxil olmaqla bütün rabitə əlaqələri dünya standartlanna cavab 
verən rəqəmli kanallarla təmin edilmişdir. Beləliklə, “İpək yolu”nun 
bərpası  həm  də  milli rabitə  sisteminin  inkişafı,  respublikamızın


beynəlxalq tranzit rabitə ölkəsinə çevrilməsi, dünya informasiya 
məkanına  sürətlə  inteqrasiya  etməsi,  ümumbəşəri  dəyərlərdən 
faydalanması, əhalinin dayanıqlı, keyfiyyətli rabitə xidmətləri ilə 
təmin olunması, dövlətimizin maliyyə imkanlannın artması, iqti­
sadi qüdrətinin güclənməsi üçüıı geniş imkanlar açmışdır.
“İpək  yolu”nun  bərpasını  şərtləndirən  milli  iqtisadi  amillər 
sırasında nəqliyyat infrastrukturunu inkişaf etdirən bu strukturun 
müasir  tələblər  baxımdan  idarə  edilməsini  həyata  keçirə  bilən 
lazımi kadr potensialmın formalaşdınlması da mühüm yer tutur. 
Təsadüfi deyil ki, Avropa Birliyinin nəqliyyat dəhlizinin bərpası 
ilə  əlaqədar  hazırladığı  layihələrdə  bu  məsələyə  də  xüsusi  yer 
verilmişdir.  TRASEKA-nm  “Nəqliyyat  menecment  təhsili”, 
“Bakıda  dəniz  nəqliyyatı  sahəsində  təhsil”  adlı  texniki  yardım 
layihələrində  bu  məsələlər  öz  əksini  tapmışdır  (232,24).  Bu 
məqsədlə Niderlandın “Unikonsult” firmasınm köməyi ib  “İpək 
yolu”nun bərpasında iştirakçı  dövbtbrinin  86  nəfər rəhbər işçisi
12  gün  ərzində Alma-Atada,  sonra  isə  xüsusi  seçilmiş  32  nəfər 
14  gün  ərzində  Almaniyada,  Niderlandda,  Belçikada  kurs  keç- 
mişbr.  Orta rəhbər işçilərin  122 nəfəri isə  10 gün ərzində Alma- 
Atada  kurs  keçdikdən  sonra,  xüsusi  seçilmiş  35  nəfər Avropa 
ölkələrində  kursu davam  etdirmişbr (232,  24).  Göründüyü kimi, 
“İpək yolu”nun bərpası infrastruktur sahəbrində  dünya standart- 
laraıa  uyğun  yenidən  qurulmanı  qarşıya  qoyur  ki,  bu  da  öz 
növbəsində həmin infrastruktur sahələrinin müasir tələbbr baxı- 
mından  idarə  edilməsi  üçiin  lazımi kadr potensialmın  formalaş- 
dınlmasını  zəruri  etmişdir.  Artıq  bu  istiqamətdə  də  müəyyən 
işlər görülməkdədir.
“İpək yolu”nun bərpasmı şərtbndirən milli iqtisadi şərtlərdən 
biri  də  infrastruktur  sahələrinin  inkişafı  ib   xalq  təsərrüfatının 
digər sahələrinin inkişafı  arasında olan bağlılıqdır.  Belə ki,  nəq- 
liyyat infrastrukturunun inkişafi neft maşınqaymnası, neft-kimya 
və digər sahələrin inkişafına müsbət təsir göstərir. Neft maşınqa- 
ymnası  sənayesi Azərbaycanın yanacaq-energetika kompleksinə 
xidmət  edən  çox  mühüm  sahələrdən  biridir.  Burada  mancanaq 
dəzgahlan,  dərinlik  nasoslan,  fontan  armaturlan,  53  metrlik 
borulu  qazma  qurğulan,  quyulan  tədqiq edən  aqreqatlar istehsal 
olunur. Qeyd etmək lazımdır ki, təkcə  1997-ci ildə istehsal olunan


neft-mədən  avadanlıqlannın  71,2  faizi  xaricə  ixrac  olunmuşdur 
(126,  1998, №4,  91).  Bir tərəfdən infrastruktur sahələrinin inki- 
şafi, digər tərəfdən “İpək yolu” marşrutunun Sumqayıtdan keçməsi 
burada  kimya  sənayesinin  inkişafına  da böyük təkan vermişdir. 
Bununla keçmiş sovetlər dövründə kimya sənayesinin inkişafına 
görə xüsusi yer tutan  Sumqayıt öz əwəlki şöhrətini qaytarmağa 
başlamışdır.  Hazırda  Sumqayıtda  istehsal  edilən  18  adda  müx- 
təlif kimya  sənayesi  məhsulu  15  xarici  ölkəyə  göndərilir  (126, 
1998, №4, 91).  '
“İpək  yolu”nun  bərpa  edilməsini  şərtləndirən  çox  mühüm 
milli,  regional  iqtisadi  amillərdən  biri  də  neft  strategiyasının 
həyata  keçirilməsində  ‘İpək  yolu”nun  artan  rolu  ilə  bağlıdır. 
Azərbaycan hökumətinin yeritdiyi neft  strategiyası nəinki Azər- 
baycanm milli  maraqlannı,  həmçinin region  ölkələrinin iqtisadi 
maraqlannı  ifadə  edir.  Məsələn,  Qazaxıstan  2005-ci  il  mayın
24-də Bakıda imzaladığı niyyət bəyannaməsində  öz neftini əsas 
ixrac kəməri olan BTC vasitəsilə dünya bazarına çıxarmaq arzu- 
sunda  olduğunu bəyan  etmiş,  2006-cı  ilin  iyununda  isə  Qazax- 
ıstanın  ВТС-уэ  qoşulması  haqqında  müqavilə  imzalanmışdn- 
(23,17.07.2006).  Türkmənistan  da  öz  qazını  Bakı-Tbilisi-Ərzu- 
rum kəməri ilə dünya bazanna çıxarmaq üçün Azərbaycan tərəfi 
ilə  danışıqlar aparır.  Hazırda neft  strategiyası  dünya  siyasətində 
kəsərli arqumentə çevrilir, dünya ölkələrinin yanacağa olan tələ- 
batının  ödənilməsinə,  milli  regionlarda  isə  iqtisadi  inkişafa, 
dövlətçiliyin  möhkəmlənməsinə  xidmət  edir.  Azərbaycan  Res- 
publikası  təkcə  1994—2000-ci  illər  ərzində  14  ölkənin  32  neft 
şirkəti  ilə  21  müqavilə  imzalamış  (140,  215),  bu  müqavilələr 
çərçivəsində Azərbaycana  60  mlrd  dollar  həcmində  investisiya 
qoyulması  nəzərdə  tutulmuşdur  (23,30.XII.2000).  Ekspertlərin 
hesablamalarına  görə,  nefit  müqaviləsindən  25  ildə Azərbaycan 
200 mid dollar gəlir götürməlidir (179,  183).
Müqavilənin  bağlanmasından  keçən  qısa  müddət  ərzində 
xarici neft şirkətləri işlərin həyata keçirilməsi üçün Azərbaycana 
6 mlrd dollara qədər investisiya qoymuşlar (140, s.215).
Neft strategiyasmın uğurlu davamı olaraq Bakı-Tbilisi-Ceyhan 
əsas ixrac kəmərinin tikintisi işi başlanılmış, 2002-ci il sentyabnn


Yüklə

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə