təkcə 1995-ci ildə Azərbaycan dəniz nəqliyyatında yükdaşıma
1994-cü ildəkinə nisbətən 854 min ton, başqa sözlə, 13 faiz
azalmışdır (127, 111).
Nəqliyyat blokadası 90-cı illərin ortalannda Azərbaycanın
dövlət müstəqilliyini ciddi təhlükə altında qoymuşdu. Belə bir
şəraitdə Azərbaycanın qarşı-qarşıya qaldığı fəlakətdən qorunma-
sında Avropa Birliyinin, Türkiyənin ərzaq və kredit yardımlan
mühüm rol oynamışdır (139, 94).
Qeyd etmək lazımdır ki, müstəqillik əldə etmiş respublika-
mızın dünya birliyinə inteqrasiya etməsini bir sıra digər amillər
də zəruri edirdi. Bunlann sırasında 4 amil xüsusilə diqqəti cəlb
edir. Birincisi, Azərbaycamn ərazisinin coğrafi baxımdan əlverişli
mövqeyi, ikincisi, təbii və və insan ehtiyatlarınm zənginliyi,
üçüncüsü, investisiya, kapital resurslannın çatışmaması, dördün-
cüsü, müasir texnologiyalann olmaması (159, 286).
Azərbaycanın dünya bazanna birbaşa çıxa bilməsi və ölkə-
lərarası inteqrasiya prosesinə qoşulmasında xarici investisi-
yalann, nəqliyyat və tikinti layihələrində iştirakın da böyük rolu
olmuşdur. Bu baxnndan “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhli-
zinin fəaliyyətinin çox böyük əhəmiyyəti vardır. Məhz bu nəq-
liyyat dahlizinin Ьэфа
81
ш nəzərdə tutan TRASEKA proqramı
çərçivəsində ölkəmizdə nəqliyyat infrastrukturunun dünya stan-
dartlanna uyğun yenidən qurulması, onun Transavropa şəbəkələri
ilə birləşdirilməsi, yeni xidmət sahələrinin yaradılması qarşıya
qoyulmuşdur. Nəqliyyatın bütün növlərinin sabit və təhlükəsiz
hərəkətini təmin edə biləcək, iqtisadi baxımdan sərfəli olan belə
bir dəhlizin yaradılması bölgənin və dünyanın apancı dövlətlərinin
maraq dairəsində olmuşdur. Belə bir faktı göstərmək kifayətdir
ki, bu yolun tam istisman Yaponiyadan Avropaya qədər olan
məsafəni 4 min km qısaldır (159, 315).
“Qədim İpək yolu”nun Ьэфавт! tələb edən milli regional
iqtisadi amillərdən biri də müstəqillik əldə etmiş ölkələrin bazar
iqtisadiyyatına keçidini sürətləndirmək üçün xarici investisiya-
ların xalq təsərrüfatı sahələrinə cəlb edilməsi ilə əlaqədardır. Bu
baxımdan 90-cı illərdə xarici kapitalın axınının artması xarak-
terikdir. Azərbaycan Respublikasına 1993-cü ildə 15 mln dollar,
1995-ci ildə 160 mln, 1996-2000-ci illərdə isə 5 mlrd dollar
xarici investisiya qoyulmuşdur (140,119-120). Xarici investisi-
yaların 90 faizi istehsal sahələrinin inkişafına yönəldilmişdir
(100, 15.01.1999). TRASEKA proqramı çərçivəsində isə respub-
likamızda “İpək yolu”nun bərpasma 1998-2002-ci illər ərzində
225 mln dollar vəsait yönəldilmişdir (126,1998, № 4, s.57).
“İpək yolu”nun bərpasının mühüm mili regional iqtisadi
amillərindən biri də müstəqillik əldə etmiş dövlətlərin milli
iqtisadiyyatmın inkişaf etdirilməsi, dövlət müstəqilliyinin möhkəm-
ləndirilməsi zərurəti ilə bağlıdır. Bu sahədə dövlətimizin düzgün
balanslaşdınlmış xarici iqtisadi strategiyasınm - neft müqavilə-
lərinin, “İpək yolu strategiyası”nın böyük rolu olmuş, nəticədə
Avrasiya nəqliyyat dahlizinin Azərbaycan hissəsində nəqliyyatın
müxtəlif növləri üzrə yükdaşıma, səmişin daşımaları kəskin
şəkildə artmış və əldə olunan iqtisadi səmərə də yüksəlmişdir.
Statistik göstəricilər bunu daha aydın izləməyə imkan verir. Belə
ki, əgər 1996-cı ildə “Yeni İpək yolu” marşrutu ilə 345 min ton
yük daşınmışdısa, 2002-ci ildə bu göstərici 3,3 mln tona (36, VII
c, 410), 2003-cü ildə isə 4,9 mln tona çatmışdır (34,656).
Yükdaşımalardan əldə olunan gəlir 1998-ci ildə 405,8 mln manat,
2002-ci ildə 759 mln manat olmuş, 2003-cü ildə isə 905,8 mln
manata çatmışdır (34, 656).
Nəqliyyat dəhlizindən əldə edilən gəlirin Ье1э sürətlə artması
dövlətimizin büdcə siyasətinin formalaşmasında, milli iqtisadiy-
yatın möhkəmləndirilməsində, bazar münasibətlərinin inkişafı
sahəsində xüsusi əhəmiyyət kəsb etmişdir. 2002-ci il üçün neft
fondunda təxminən 1780 mln dollar vəsait yığılmış, dövlətin
valyuta ehtiyatı isə 1200 mln dollara çatmışdır (180,14.06.2002).
Milli iqtisadiyyatın inkişafı baxımından TRASEKA proq-
ramı çərçivəsində ayrılmış kreditlərin və qrantlann müstəqillik
əldə etmiş ölkələrin iqtisadiyyatlannın yenidən qurulmasında,
modemləşdirilməsində, dünya birliyinə inteqrasiya etməsində
böyük rolu olmuşdur. TRASEKA proqramı çərçivəsində 1993-cü
ildə Azərbaycana 12 mln avro aynlmışdır ki, bu vəsaitin də
500 mini rabitə kabeli və avadanlıqlann alınmasına, 2,3 mln-u
Bakı limanında konteyner terminalının tikintisinə və genişləndi-
rilməsinə, 1,5 mln-u Poylu dəmir yolu körpüsünün yeniləşdiril-
məsinə, 1 mln-u Bakı limanında konteyner terminalı üçün lazımi
avadanlığın alınmasına, 1 mln-u Bakı limanı üçün naviqasiya
avadanlığının alınmasına, 700 mini Xəzər Dəniz Gəmiçiliyi
üçün lazımi avadanlığın alınmasına, 2,5 mln-u sərhəd gömrük
məntəqəsinin inşası və Qırmızı körpünün bərpası üçün nəzərdə
tutulmuşdur (231,2-3). Ümumi götürüldükdə isə Beynəlxalq
Valyuta Fondu və Dünya Bankı Azərbaycana 2003-cü ilin yan-
varınadək olan müddətdə 1,3 mlrd dollar ayırmış (140,211),
müxtəlif dövlətlər və şirkətlər tərəfindən 2003-cü il yanvann
1-пэ Azərbaycana 2 trilyon 592,9 mlrd manat kredit verilmişdir
(23,25.01.2003).
Azərbaycan nümunəsində göründüyü kimi, TRASEKA proq-
ramı çərçivəsində texniki yardım və investisiya yardım layihələri
region ölkələrində infrastrukturun dünya standartlanna uyğun
yenidən qurulmasına imkan verir ki, bu da həmin ölkələrdə xalq
təsərrüfatınm ümumi inkişafına, dünya ölkələri ilə əlaqələrin
genişləndirilməsinə, dövlətçiliyin iqtisadi və siyasi cəhətdən
möhkəmləndirilməsinə xidmət edir.
Müstəqillik əldə etmiş dövlətlərin, xüsusilə Azərbaycanın
“İpək yolu”nun dirçəldilməsi istiqamətindəki düzgün iqtisadi
strategiyası milli iqtisadiyyatın inkişaf etdirilməsi zərurəti ilə
şərtlənir. Qeyd etmək lazımdır ki, Azərbaycanm beynəlxalq bazan
maraqlandıran zəngin təbii sərvətləri, yanacaq-xammal ehtiyat-
lan, inkişaf etmiş nəqliyyat sistemi vardır. Tarixən SSRİ-nin vahid
xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi formalaşan bu
iqtisadi potensial sərt mərkəzləşdirilmiş qaydada SSRİ Dövlət
Plan Komitəsi tərəfindən idarə olunduğundan, Azərbaycana pas-
siv icraçı funksiyası aynlmış, respublikamız uzaq xariclə sərbəst
iqtisadi əlaqələrdən, demək olar ki, tam təcrid olmımuşdu. Elə bu
səbəbdən də Sovetlər birliyinin dağılması Azərbaycan qarşısında
tarixi baxımdan təcili həll edilməli olan bir sıra çox ciddi iqti
sadi və siyasi xarakterli vəzifələr qoymuşdu. Bu vəzifələrin эп
mühümlərindən biri dünya ölkələri ilə qarşılıqlı fayda əsasında
ikitərəfli əlaqələrin qurulması, milli iqtisadiyyatın bütün sahə-
lərinin inkişaf etdirilməsi, dövlətçiliyin qorunub saxlanılması,
Yüklə Dostları ilə paylaş: |