Beynəlxalq Bakı konfransında çıxış edən digər nümayəndə
heyətləri də
“Ipək
yolu”nun bərpasının həm regional, həm də
ümumbəşəri əhəmiyyəti barədə öz fikirlərini söyləmişlər.
“Qədim ipək yolu”nun bərpasının beynəlxalq iqtisadi səbəb-
lərindən biri də dünyanın apancı dövlətlərinin, xüsusilə qlobal-
laşma prosesinin önündə gedən Avropa Birliyinin müstəqillik
əldə etmiş gənc dövlətlərə iqtisadi, texniki, maliyyə yardımı
göstərməklə bu ölkələrdə bazar iqtisadiyyatına keçilməsi prose
sinin dəstəklənməsi, onların Rusiyadan olan nəqliyyat-iqtisadi
asılılığına son qoymağa yönəlmiş səyləri ilə əlaqədar olmuşdur.
Respublikamızda sahibkarlığın inkişafına beynəlxalq iqtisadi
təşkilatlar ciddi köməklik göstərirlər. Məsələn, Avropa Birliyi
İqtisadi Komissiyasının “Tasis” texniki yardım proqramınm res-
publika iqtisadiyyatında struktur dəyişikliklərin keçirilməsində,
sahibkarlığm inkişafında, xüsusilə kənd təsərrüfatında islahatlarm
apanlmasında böyük rolu olmuşdur. Bu proqram çərçivəsində
“Kosia-Smeda” təşkilatı, habelə “Türk Sənaye iş adamlan
birliyi”, “Türk birliyi inkişaf agentliyi” xeyli iş görmüşlər (140,
224). 1993-cü ildə Avropa Komissiyasmın qəbul etdiyi TRASEKA
proqramı üzrə irəli sürülən layihələrin infrastruktur sahələrinin
əsaslı şəkildə yenidən qurulmasmda, genişləndirilməsində, nəqliy-
yat şəbəkələrinin Transavropa şəbəkələri ilə birləşdirilməsində
xüsusi rolu olmuşdur. Avropa Birliyi tərəfindən 1993-cü ildən
1998-ci ilədək Azərbaycana 225 mln dollar həcmində yardım
edilmiş, həmçinin TRASEKA proqramı çərçivəsində Azərbaycana
qrant şəklində 7 mln 650 min ekyü (Qeyd: 1 ekyü=3526 manat
=0,82 sent, 2002-ci il kursu üzrə) vəsait aynlmışdır. Qrantın
6 milyon ekyudan çoxu respublikada körpülərin, sərhəd postla-
nnm tikilməsinə, bərpasına, Bakı dəniz limanının yenidən qurul-
masma sərf olmımuşdur (126,1998, №4, s.57). Bütün bu yardım-
lar Avropa Birliyinin qlobal iqtisadi strategiyasına uyğun olaraq
müstəqillik əldə etmiş dövlətlərdə bazar iqtisadiyyatı yolunu dəs-
təkləmək və Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması məq-
sədi ilə əlaqədar olmuşdur.
“Qədim İpək yolu”nun bərpasını tələb edən mühüm iqtisadi
amillərdən biri də dəhliz üzərində yerləşən ölkələrin milli iqti-
sadi maraqlannın reallaşdınlması, region ölkələri arasında
iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı olmuşdur.
Respublika prezidenti Heydər Əliyevin “Tarixi İpək yolu”nun
bərpası üzrə Beynəlxalq Bakı konfransının qərarlannın yerinə
yetirilməsi ilə əlaqədar tədbirlər haqqında” imzaladığı 26 oktyabr
1998-ci il tarixli fərmanmda bu cəhət xüsusi vurğulanmışdır:
“...burada imzalanmış sənədlər böyük iqtisadi, siyasi əhəmiyyət
kəsb edərək “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizində yerlə-
şən ölkələrin inkişafı, onlann təbii ehtiyatlannın mənimsənil-
məsi, iqtisadi potensialından səmərəli istifadə olunması, ticarətin
və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün etibarlı zəmin
yaradır” (126, 1998, №4, s.57). XX əsrin sonu XXI əsrin başlan-
ğıcında dünyanın əsas maliyyə mərkəzlərinin investisiya axmlan
Qafqaza, Qazaxıstana və Mərkəzi Asiyaya yönəlmişdir. Bu kon-
tekstdə TRASEKA proqramı iştirakçısı olan ölkələrin əsas vəzifəsi
bu maliyyə dəstəyindən öz geosiyasi, iqtisadi imkanlarını nəq-
liyyat şəbəkəsi vasitəsi ilə həyata keçirməkdən ibarətdir.
Bu nəqliyyat dəhlizi üzrə yükdaşımalar haqqında rəqəmlərin
təhlili göstərir ki, ölkələr arasında əməkdaşlığın, ticarət əlaqələ-
rinin genişləndirilməsində ‘İpək yolu” başlıca amillərdən biridir
və bu yol iştirakçı dövlətlərin geniş iqtisadi maraqlannı təmin
edir.
XXI əsrdə informasiya, telekommunikasiya sisteminin sürətli
inkişafı ümumdünya internet şəbəkəsi ilə elektron ticarətinin
genişlənməsinə imkan vermişdir. Bu isə, öz növbəsində, sifariş
edilmiş yüklərin sürətlə və təhlükəsiz çatdınlması problemini
qarşıya qoyur. Hava nəqliyyatının, avtomobil və dəmir yollan-
nın əhəmiyyəti artır, daha qısa marşrut məsələsi ön plana keçir.
Bu baxımdan “Qədim İpək yolu”nun bərpasını zəruri edən
beynəlxalq iqtisadi səbəblərdən biri də dəhlizin digər nəqliyyat
dəhlizlərinə münasibətdə daha yüksək rəqabət qabiliyyətinə malik
olması ilə bağlıdır. Bu məsələ TRASEKA ekspert qruplannın
2000-ci il sentyabr ayının 2-də Bakıda, həmin ilin dekabnnda
Tbilisidə, 2001-ci il iyul ayının 20-də və 2002-ci ilin fevral ayı-
nın 15-də Bakıda keçirilmiş işçi görüşündə diqqət mərkəzində
olmuşdur. Qərara almmışdır ki, iştirakçı dövlətlər dəmir yollan,
dəniz nəqliyyatı ilə yükdaşıma tariflərinin, limanlarda xidmət
tariflərinin qiymətlərinin aşağı salınması, gömrük prosedurunun
sadələşdirilməsi istiqamətində vahid nəqliyyat siyasəti həyata
keçirməklə nəqliyyat dəhlizinin rəqabət qabiliyyətini artıra
bilərlər (223, 69).
Ümumiyyətlə, TRASEKA dəhlizi iqtisadi baxımdan Şimal
dəhlizi ilə müqayisədə 2000 km qısa olması ilə, həmçinin Şimal
dəhlizi ilə müqayisədə daha təhlükəsiz olması ilə əlaqədar
rəqabətdə irəliyə çıxsa da, bu hələ işin yarısıdır. Onun tam
rəqabət qabiliyyətinin yüksəldilməsi maliyyə mexanizmlərindən,
daşman yüklərin tarif qiymətlərinin sabit səviyyəsindən asılıdır.
Ona görə də bu məsələ TRASEKA katibliyinin, ekspert qrupla-
nnın daim diqqət mərkəzində olmuş, bütün işçi görüşlərində nəq-
liyyat dəhlizində yükdaşımanın artınlmasında tariflərin imkan
daxilində aşağı salınmasının mühüm rolu qeyd olunmuşdur.
Göründüyü kimi, dəhlizin rəqabət qabiliyyətinin artınlması müa-
sir dövrdə əsas məsələ kimi qarşıda durur, bu isə dəhlizin
məhsuldar fəaliyyəti, iştirakçı dövlətlərin iqtisadi maraqlannın
lazımi səviyyədə reallaşdınlması, onun iqtisadi baxımdan daha
sərfəli dəhlizə çevrilməsi, yükdaşımaların kəskin surətdə artması
deməkdir. Ona görə də bu məsələ TRASEKA rəhbərliyinin əsas
fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.
Nəqliyyat dəhlizinin bərpa edilməsini qarşıya qoyan beynəl-
xalq iqtisadi amillərdən biri də dənizə çıxışı olmayan Monqolus-
tan, Tacikistan, Qırğızıstan, Moldova, Özbəkistan kimi dövlətlərin
dünya və Avropa bazanna birbaşa çıxış əldə etməsi zərurəti ilə
izah edilir. Bu da həmin dövlətlərin beynəlxalq miqyasda müstə-
qil siyasət yeritmələrinə, yad təsirləri dəf etmələrinə şərait yaradır.
“İpək yolu”nun bərpasmı şərtləndirən beynəlxalq iqtisadi
amillərdən biri də bununla əlaqədardır ki, qlobal iqtisadi proqram
olan TRASEKA proqramı üzrə müxtəlif layihələrin həyata keçi-
rilməsi aynca götürülmüş bir ölkənin daxili imkanlan hesabma
mümkün deyildir. Bunun üçün beynəlxalq maliyyə qurumlarının,
donor təşkilatlarının köməyi olduqca zəruridir. Bu baxımdan
AYİB, DB, İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının ver-
dikləri qrantlann, kreditlərin, istiqrazlann böyük rolu olmuşdur.
Yüklə Dostları ilə paylaş: |