sazişin reallaşdınlması üzrə hökumətlərarası komissiya layihəsi-
nin davamı” texniki yardım layihəsi, “Qafqazın yol hissəsinin
Bakı, Tbilisi və İrəvanı birləşdirən avtomobil yollannın inkişaf
etdirilməsi və yenidən qurulması” texniki yardım layihəsi (236),
2003-cü ildə “Sərhəddən keçidin sadələşdirilməsi” texniki yardım
layihəsi, “Bakı-Aktau-Türkmənbaşı limanlan üçün naviqasiya
avadanlığının alınması” investisiya yardım layihəsi, “Azərbay-
can, Ermənistan, Gürcüstan dəmir yolunda kommunikasiya və
rabitənin təkmilləşdirilməsi üçün optik kabelin alınması” inves
tisiya yardım layihəsi, “Azərbaycan dəmir yolu üçün çənlərin
alınması” investisiya yardım layihəsi (236), 2004-cü ildə
“Tranzit rüsumlan və tarifləri üzrə vahid siyasət” texniki yardım
layihəsi, “Tranzit yükdaşıması üçün ümumi hüquqi baza” texniki
yardım layihəsi, “Qafqaz avtomobil yollannın yenidən qurulması”
texniki yardım layihəsi, “Dəmir yolu ilə tranzit daşınan nefit
məhsullan üçün loqistika mərkəzi” texniki yardım layihəsi,
“Naviqasiya avadanlıqlanndan istifadə və ona rəhbərlik” texniki
yardım layihəsi, “TRASEKA üçün əlaqələndirmə bürosu” tex
niki yardım layihəsi (236), 2005-ci ildə “Nəqliyyat bölməsində
rəhbər işçilərin ixtisasının artınlması” kimi texniki yardım
layihələri həyata keçirilmişdir (236).
Bundan əlavə, 1996-2004-cü illər ərzində TRASEKA proq-
ramınm reallaşdınlması üçün AYİB-in ayırdığı 50 mln dollar
əsasında Azərbaycanda Yeni
Ipək
yolunun texniki-iqtisadi əsas-
landınlmasının baş planı tərtib edilmiş (223,67), nəqliyyatın
müxtəlif sahələri üzrə qanunvericilik bazası haznrlanmış, respub-
likanın mövcud nəqliyyat qurumlan uyğun beynəlxalq nəqliyyat
birliklərinə üzv olmuş, tranzit yükdaşımamn hüquqi bazası hazır-
lanmış, avtomobil və dəmir yolu sərhəd-keçid məntəqələri kom-
pyuterbşdirilmiş, milli yükdaşıma assosiasiyası yaradılmış, nəqliy-
yat bölməsində rəhbər işçilərin ixtisasmın artmlması üçün Böyük
Britaniya, Almaniya, Niderland və Belçikaya tədris ezamiyyətləri
təşkil olunmuş, TRASEKA marşrutu boyunca serviz xidmətləri
açılmış, intermodal yükdaşıma strategiyası hazırlanmış, AYİB-in
ayırdığı 20 mln dollar vəsait hesabına respublika dəmir yolunun
yenidən qurulması həyata keçirilmişdir (223, 66).
Bu müddətdə AYİB-in ayırdığı 4,5 mln dollarlıq kredit əsa-
sında Respublika Dəmir Yol Idarəsi yeni dəmiryol vaqonlan
almış, dəmir yolu şpallan istehsal edən zavod inşa edilmişdir (244,
2002, №2, s.5). Avropa Komissiyasının verdiyi 2,8 mln avro
qrant hesabına Azərbaycan Dəmir Yol İdarəsi 102 ədəd neftdol-
durma çəni almış, bundan başqa, ümumi dəyəri 475 min avro olan,
saatda 8-10 ton buxar istehsal edən 2 təmizləyici dizel qazan
alınıb Biləcəri stansiyasında quraşdınlmışdır (244, 2003, №4,
s.5). Həmçinin 1997-2001-ci illər ərzində Respublika Dəmir Yol
Idarəsi daxili imkatılar hesabına 130 km-lik dəmir yolu xəttini
təmir etmişdir ki, bunun da 90 km-i İpək yolu boyunca, 40 km-i
cənub istiqamətində olmuşdur (206,165). Eyni zamanda Dünya
Bankı tərəfindən respublikanın dövlət əhəmiyyətli avtomobil
yollannın yenidən qurulması üçün 40 mln dollar aynlmışdır. Bu
vəsait hesabına 1996-2004-cü illər ərzində 45 km-lik Ələt-
Hacıqabul, 21 km-lik Gəncə-Şəmkir avtomobil yollan inşa
edilmişdir. Ələt-Hacıqabul yolunun çəkilməsinə İslam Bankı
13,1 mln, Küveyt Fondu 18,7 mln, Azərbaycan hökuməti isə
4,7 mln dollar vəsait ayırmışdır (204). AYİB tərəfindən Bakı
limanmm yenidən qurulması üçün 18 mln dollar aynlmışdır
(223, 66). Bundan başqa, Avropa Komissiyasının investisiya
layihələri çərçivəsində ayırdığı 5 mln avro əsasında Bakı-
Böyük-Kəsik stansiyalan arasında 503 km-lik məsafədə fiber-
optik kabel xətti çəkilərək “İpək yolu” boyunca müasir informa-
siya-kommunikasiya əlaqələri yaradılmışdır.
Həmçinin aynlmış 1,5 mln avro əsasında Poylu körpüsünün
bərpası həyata keçirilmiş, Bakı limanı konteyner terminalı üçün
aynlmış 1 mln avroya zəruri avadanlıqlar və bundan başqa, Bakı
limanı üçün 1 mln avro dəyərində naviqasiya qurğuları alınmış-
dır. Xəzər Dəniz Gəmiçiliyi üçün ehtiyat hissələri almmasına
görə 700 min avro xərclənmiş, 2,5 mln avro dəyərində Qırmızı
körpü sərhəd gömrük məntəqəsi tikilib 1998-ci ildə istismara
verilmişdir (236, 2).
2011-ci il üçün Azərbaycanda artıq 806 km-э yaxın avtomo
bil yolunun tikilib və yenidən qurulması başa çatmışdır. Yeni
tikilmiş və yenidən qurulmuş yollann 460 km-i beynəlxalq
maliyyə institutlannm, 345 km-i isə Azərbaycan hökuməti vəsaiti
hesabına reallaşmışdır. Hazırda 870 km avtomobil yolu yenidən
qurulmalıdır ki, onun da 749 km-i beynəlxalq maliyyə institut-
ları hesabına apanlmalıdır. Ümumilikdə nəqliyyat üçün alınan
kreditlərin məbləği 2,8 mid dollar təşkil etmişdir. Nəqliyyat Nazir-
liyinin məlumatına görə, 2012-ci ilin sonlanna TRASEKA və
Şimal-Cənub avtomagistralmda yenidənqurma işləri başa çat-
malıdır (99 a).
Göründüyü kimi, TRASEKA proqramı çərçivəsində həyata
keçirilən texniki və investisiya yardım layihələri Azərbaycan
Respublikası nəqliyyat sisteminin əsaslı şəkildə yenidən qurul-
ması işinə başlanmasına imkan vermişdir. Avtomobil və dəmir
yollannın müasir dünya standartlanna uyğunlaşdmlması, dəniz
nəqliyyatının yeni gəmilərlə təchiz edilməsi “Avropa-Qafqaz-
Asiya” nəqliyyat dəhlizi ilə yükdaşımalann kəskin şəkildə art-
masma şərait yaratmış, Azərbaycanın tranzit ölkə kimi geostra-
teji əhəmiyyəti yüksəlmişdir.
2.2. “İpək yolu”nun bərpasının iqtisadi zəruriliyi
Dövlət müstəqilliyimizin əldə edilməsi, yeni istehsal münasi-
bətləri sisteminə keçid 70 il ərzində mövcud olmuş sərt inzibati
amirlik rejiminə əsaslanan, Moskva tərəfindən koordinasiya edilən,
qapalı cəmiyyət şəraitində mövcud olmuş, qeyri-müstəqil əsaslara
söykənən iqtisadi əlaqələrin yeni müstəviyə keçirilməsini, qarşı-
lıqlı faydalı iqtisadi əsaslarla dünya birliyinə daha geniş formada
müstəqil inteqrasiyanı, nəqliyyat-iqtisadi blokadanın aradan qal-
dınlması vəzifəsini həyati zərurətə çevirdi. Bu vəzifənin yerinə
yetirilməsində Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi
strategiya və onun aynlmaz tərkib hissəsi olan TRASEKA proq-
ramınm reallaşdınlması mühüm rol oynadı. “Avropa-Qafqaz-
Asiya” nəqliyyat dəhlizinin - “Yeni Ipək yolu”nun yaradılması
ölkə iqtisadiyyatmm inkişafında, regional və beynəlxalq əlaqələ-
rin genişləndirilməsində, ölkəmizin Cənubi Qafqazın iqtisadi
baxımdan güclü dövlətinə çevrilməsində böyük əhəmiyyət kəsb
etdi. Ona görə də “İpək yolu”nun bərpasmın bütün cəhətlərinin,
Yüklə Dostları ilə paylaş: |