durmuşdur. Bu baxımdan 2002-ci il oktyabnn 15-17-də Bakıda
keçirilmiş seminarda dəmir yolu daşımalannda tarif məsələsi,
həmin il noyabr ayının 27-28-də Bakıda keçirilmiş işçi qrupu-
nun görüşündə isə beynəlxalq avtomobil daşımalannın tarifləri
məsələsinə baxılmışdır (244, 2003, №3, s.5). Hökumətlərarası
Komissiyanın 2002-ci il aprelin 24-25-də Daşkənddə keçirilmiş
illik iclasında nəqliyyat dəhlizində dəniz nəqliyyatı sahəsində
tranzit rüsumlan, yükdaşıma tarifləri üzrə vahid siyasət məsələsinə
toxunulmuşdur (231). 2003-cü il aprelin 15-16-da TRASEKA
işçi qrupunun Bakıda keçirilən toplantısında dəmir yolu və dəniz
nəqliyyatında vahid tarif siyasəti diqqət mərkəzində olmuşdur
(244, 2003, №3, s.5).
2003-cü il mayın 22-23-də Daşkənddə Milli Katibliyin işçi
qruplannın və hüquqi məsələlər üzrə ekspertlərin görüşü keçiril-
miş, burada 2004—2006-cı illərin proqram strategiyası nəzərdən
keçirilmiş, TRASEKA proqramımn rəhbəri E.Dalamanqas “Tasis”in
milli əlaqələndiricilərinin TRASEKA milli komissiyasının tər-
kibinə daxil edilməsi və onun layihələrinin həyata keçirilmə-
sində iştirakı məsələsini qaldırmışdır. Həmçinin TRASEKA-nın
özünü maliyyələşdirməsi təklifi irəli sürülmüş, TRASEKA katib-
ləri də öz büdcələrindən 2004-cü il üçün 15 % vəsait ayırmağa
hazır olduqlannı bildirmişlər. Cari layihələrin reallaşdırılması
üçün TRASEKA fondunun yaradılması, çoxtərəfli əsas sazişin
avtomobil nəqliyyatı və gömrük proseduru üzrə texniki əlavə-
sinə dəyişikliklər edilməsi qərara alınmışdır (244,2003, №3, s.5).
Qeyd etmək lazımdır ki, yalnız 3 ölkədə - Bakı, Odessa və
Daşkənddə TRASEKA Daimi Katibliyi fəaliyyət göstərir. Bu
proqram üzrə Avropa Komissiyasının, milli katiblərin, işçi qrup-
larrnın iştirak etdiyi görüş və seminarlar sonrakı illərdə də davam
etdirilmiş, dəhlizin fəaliyyətinin yaxşılaşdınlması ilə bağlı məsə-
lələr müzakirə edilmiş, vacib qərarlar qəbul edilmişdir. Bütün bu
işçi görüşləri, konfranslar nəqliyyat dəlüizinin fəaliyyətinin yaxşı-
laşdınlmasına, Şərqlə Qərb arasında iqtisadi və siyasi кбфйпйп
yaradılmasına yönəldilmişdir.
Keçən dövr ərzində TRASEKA proqramı çərçivəsində “Nəq-
liyyatın idarə edilməsinin treninqi”, “Nəqliyyatm hüquqi tənzim-
lənməsi çərçivəsi”, “TRASEKA nəqliyyat dəhlizində vahid tarif
siyasətinin tətbiqi”, “Sərhəd-keçid prosedurlannın asanlaşdırıl-
ması”, “Qafqaz dəmir yollannm bərpası” və onlarla digər tex
niki yardım və investisiya layihələri həyata keçirilmişdir (4).
Beləliklə, “Qədim İpək yolu”nun bərpası ideyasınm meydana
gəlməsi və reallaşdınlması istiqamətində çalışmalann tədqiqi gös-
tərir ki, “İpək yolu”nun bərpası ideyası hələ keçən əsrin 80-ci
illərində meydana gəlsə də, BMT-nin nəzdindəki “YUNESKO”
təşkilatı tərəfindən bu istiqamətdə “Mədəniyyətlərin dialoqu”
adı altında müəyyən tədbirlər həyata keçirilsə də, о dövrdə iki
müxtəlif ictimai sistemin mövcudluğu və qarşıdurması bu prose-
sin tam reallaşmasına imkan verməmişdir. Yalnız XX əsrin 90-cı
illərinin əwəllərində dünya sosializm sisteminin tarixin siyasi
səhnəsindən silinib getməsi ilə “Tarixi Ipək yolu”nun bərpası
mümkün olmuşdur. Keçən dövr ərzində respublikamızda
TRASEKA proqramı çərçivəsində “Əsas Çoxtərəfli sazişin”
şərtlərinin həyata keçirilməsi məqsədilə nəqliyyat infrastmkturu-
nun inkişafi, yenidən qurulması istiqamətində mühüm işlər
görülmüşdür. Belə ki, “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizi
üzrə yük axınmın artınlması üçün bütün nəqliyyat sisteminin
texniki təchizatının yaxşılaşdınlması sahəsində bir sıra tədbirlər
görülmüş, avtomagistrallann, dəmir yolu xətlərinin və körpü-
lərin bərpası, yenilərinin tikintisi, dəmir yolu nəqliyyatı hərəkət
vasitələrinin, gəmilərin, liman qurğulannm təmiri həyata keçiril-
mişdir. Bakı Dəniz limanmda 10 min ton neft məhsulunun
boşaldılıb yüklənməsinə imkan verən nefit terminalı istifadəyə
verilmiş, Ьэгэ terminalı yenidən qurulmuşdur (177, 2006, №4,
s.35). Azərbaycan respublikasmm yol-nəqliyyat kompleksi üçün
beynəlxalq maliyyə qurumlan - AYİB, DB, Küveyt İqtisadi
İnkişaf Fondu, Islam İnkişaf Bankı tərəfindən 255 min dollar
həcmində məqsədli kreditlər aynlmışdır (177, 2006, №4, s.35).
“Böyük İpək yolu” layihəsi XXI əsr üçün çox böyük qlobal
proqramlardan biridir. Bu proqramın həyata keçirilməsi пэ qədər
tez təmin edilmiş olarsa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkə-
lərinin Avropa ilə inteqrasiyası bir о qədər sürətlə baş verəcəkdir.
TRASEKA proqramının qəbul olmımasından 2005-ci ilə qədər
olan dövr ərzində müxtəlif illər üzrə başa çatdınlan layihələr
aşağıda göstərilən qaydada olmuşdur:
1996-cı ildə “Qafqaz dəmir yolunun yenidən qurulması” inves-
tisiya yardım layihəsi, “Yükdaşımanın öyrədilməsi” texniki yardım
layihəsi (223, 52), 1997-ci ildə “Nəqliyyat qanunvericiliyi və onun
tənzimlənməsi” texniki yardım layihəsi, “Regional yükdaşımanm
proqnozlaşdırılması, modelləşdirilməsi” texniki yardım layihəsi,
“İntermodal daşıma” texniki yardım layihəsi, “Traseka-ticarətə
yardım” texniki yardım layihəsi, “Karvansaraylarm tikilmasi üçün
Delfin layihəsinin texniki iqtisadi əsaslandınlması” texniki yardım
layihəsi, “Qafqaz avtomobil daşımalan” texniki yardım layihəsi,
“Yol səthinin vəziyyətinə nəzarətin tətbiqi sistemi” texniki yardım
layihəsi,“Qafqaz dəmir yol infrastrukturunun məzmunu” texniki
yardım layihəsi, “Hərəkət edən tərkibin məzmunu” texniki yardım
layihəsi, “Qafqaz dəmir yoluna xidmət üçün birgə müəssisələrin
yaradılması” texniki yardım layihəsi, “Bakı limanmda dəniz yük-
daşımasının öyrədilməsi” texniki yardım layihəsi, “İntermodal
yükdaşıma” texniki yardım layihəsi (236), 1998-ci ildə “Dəmir
yolu tarifi və cədvəli” texniki yardım layihəsi, “Bakı-Türkmən-
başı bərə terminalı” texniki yardım layihəsi, “Qırmızı körpünün
bərpası və Traseka körpüsünün tikilməsi” investisiya yardım
layihəsi (236), 1999-cu ildə “Yollann istisman” texniki yardım
layihəsi, “Azərbaycanda və Gürcüstanda dəmir yollannm yenidən
qurulması” texniki yardım layihəsi, ‘İntemıodal xidmətin və
təhsilin təşkili” texniki yardım layihəsi, “Xəzər dənizinin Bakı-
Türkmənbaşı limanında konteynerlərin email” investisiya yar-
dım layihəsi, “Bakıda dəmir yolu çənlərinin yuyulması” inves
tisiya layihəsi, “Bakı-Türkmənbaşı-Poti-İliçevsk limanlan üçün
yüklərin, terminallann emal edilməsi üçün zəruri avadanlıqlar”
investisiya yardım layihəsi (236), 2000-ci ildə “Beynəlxalq avto
mobil və tranzit daşımalanna kömək” texniki yardım layihəsi,
“TRASEKA əlaqələndirmə bürosu” texniki yardım layihəsi (236),
2001-ci ildə “Nəqliyyat üzrə çoxtərəfli sazişin reallaşdırılması
üzrə hökumətlərarası komissiya” texniki yardım layihəsi, “Yük-
daşımanın proqnozlaşdınlması və texniki iqtisadi əsaslandınlması”
texniki yardım layihəsi, 2002-ci ildə “Nəqliyyat üzrə çoxtərəfli
Yüklə Dostları ilə paylaş: |