laşdmlmasına, sabitliyin, əmin-amanlığm möhkəmləndirilməsinə,
müstəqillik əldə etmiş ölkələrin beynəlxalq bazara çıxışma,
ümumbəşəri dəyərlərə qovuşmasına, dövlətçiliyin iqtisadi və
siyasi cəhətdən möhkəmləndirilməsinə kömək edir.
“Tarixi İpək yolu”nun bərpasınm beynəlxalq siyasi amillərin-
dən biri də dünyanın inkişaf etmiş digər dövlətlərinin regionda
olan maraqlan ilə izah edilir. Bu baxımdan Yaponiyamn bölgədəki
maraqlan xüsusi qeyd olunmalıdır. “İpək yolu”nun bərpasına
həsr edilmiş beynəlxalq Bakı konfransında Yaponiya nümayəndə
heyətinin başçısı Titsumito Arimani çıxışında öz ölkəsinin siyasi
xəttini belə xarakterizə etmişdir: “Yaponiya bu bölgənin çox
böyük əhəmiyyətini nəzərə alaraq “Böyük İpək yolu bölgəsinin
diplomatiyası” adlandırılan diplomatiyanı fəal həyata keçirir. İlk
dəfə baş nazir Haşimito tərəfindən irəli sürülmüş bu diplomatiyam
hazırda Obuçi hökuməti həyata keçirir. Onun əsas istiqamətləri
bunlardır: Birincisi, bu geniş bölgənin ölkələri və xalqlan ilə
bizim aramızda etimad və qarşılıqlı anlaşmanı möhkəmləndir-
mək üçün onlarla siyasi dialoqu təmin etmək; ikincisi, bölgənin
tərəqqisi üçün iqtisadi əməkdaşlığı və təbii ehtiyatlann istisman
sahəsində əməkdaşlığı fəallaşdırmaq; üçüncüsü, demokratikləşmə
və sabitliyin təmin edilməsi vasitəsi ilə sülhə nail olunmasına
yönəldilmiş əməkdaşlığı həyata keçirmək” (126,1998, №4, s.22).
“İpək yolu”nun Ьэфавш! şərtləndirən siyasi amillərdən biri
də TRASEKA proqramının iştirakçısı olan dövlətlərin konkret
maraqlan ilə izah edilir. Beynəlxalq Bakı konfransmda iştirak
edən dövlətlərin nümayəndələrinin çıxışlan bu cəhətdən xüsusi
maraq doğvırur. Rummiya Prezidenti Emil Konstantinesku çıxı-
şında bu yolun Avrasiya coğrafi məkanında sülh, tərəqqi işinə
mühüm töhfə vermək naminə birgə çalışmaq üçün yeni çərçivə-
lər, yeni fəaliyyət tərzi yaradılmasına yönəldiyini qeyd etmişdir.
Həmçinin ‘İpək yolu”nun öz ölkəsi üçün konkret əhəmiyyətindən
bəhs edərək bildirmişdir ki, bu yolun Rumıniyadan keçən hissəsi
Avropa dəhlizlərinin Qara dənizə çıxışını təmin edir, ikincisi,
Rumıniya dəhlizlə ildə 120 min ton yük qəbul edib ötürmək və
180 min tonluq neft tankerlərini Konstansa limanında qəbul
etmək imkanı qazanır, üçüncüsü, Rumıniya azad ticarət zonalan
yaratmaq imkanı qazanır (126,1998, №4, s.74).
Bolqarıstan Prezidenti Pyotr Stoyanov isə “İpək yolu”nun
bərpasında öz ölkəsinin maraqlarmı belə ifadə etmişdir: “Avropa-
Qafqaz-Asiya” transkontinental nəqliyyat dahlizinin bərpası Avropa
və Transatlantik inteqrasiya proseslərinə qoşulmaq və eyni
zamanda qonşu bölgələrin dövlətləri ilə münasibətləri inkişaf
etdirmək cəhdlərinə üzvi surətdə uyğundur” (126,1998, №4, s.13).
Moldova Prezidenti Pyotr Luçinski “İpək yolu”nun bərpası
ilə ölkəsinin iqtisadi maraqlan arasındakı mövqeyini konfransda
açıqlayaraq demişdir: “Moldovanın öz enerji ehtiyatlan və təbii
sərvətləri yoxdur. Buna görə də biz özümüz üçün çox mühüm
problemin, respublikamn onlara olan tələbatını ödəmək problemi-
nin həlli yollannı daim axtanrıq, ‘İpək yolu”nun dirçəldilməsi
bu məsələnin həlli üçün ölkəmizə geniş imkanlar yaradır” (126,
1998, №4, s.26).
Gürcüstan Prezidenti Eduard Şevardnadze isə ölkəsinin möv-
qeyini belə şərh etmişdir: “Soyuq müharibə qurtardıqdan sonra
bizim dövlətlərdən çoxu iqtisadi böhran, daxili və dövlətlərarası
münaqişələr və bunlann nəticəsi olaraq nəqliyyat arteriyalannın
bağlanması ilə üzləşdi. Kommunikasiya və tranzit sahəsində
inhisarçı mövqeyi olan bəzi ölkələrin son dərəcə ağır şərtlər
diktə etmə cəhdləri vəziyyəti daha da çətinləşdirdi. Bütün bunlar
bizi məcbur etdi ki, altemativ nəqliyyat yollan axtaraq. Bizim
qarşımızda milli nəqliyyat sisteminin hüquqi və institutsional
əsaslannın ahəngdar hala salınmasını sürətləndirmək, gömrük-
tarif normalannı xarici ölkələrin qabaqcıl nümunələrinə yaxın-
laşdırmaq, daha cəlbedici, rəqabət qabiliyyətli etmək vəzifəsi
durur. Biz Poti və Batumi dəmir yolu bərə terminalma böyük
ümidlər bəsləyir, hesab edirik ki, onlann yenidən qurulmasının
başa çatdınlması ilə dəhlizin Avroasiya nəqliyyat şəbəkəsinə
qoşulması reallığa çevriləcəkdir (126,1998, №4, s.17).
“İpək yolu”nun bərpasının siyasi motivləri TRASEKA proq-
rammın digər üzvlərinin və tərəfdaş ölkələrin nümayəndələrinin
çıxışlannda da öz əksini tapmışdır. Çin səfiri Çjan Qotszyan
beynəlxalq Bakı konfransmda öz ölkəsinin bu məsələdəki maraq-
larım belə şərh etmişdir: “Çin Avrasiya nəqliyyat dəhlizinin yara-
dılması üçün Azərbaycanın bu sahədəki səylərini dəstəkləyir,
Azərbaycanla və digər ölkələrlə nəqliyyat sahəsindəki əməkdaş-
lığı möhkəmləndirməyə hazırdır. Hazırda Çində Nantszyan
dəmir yolu çəkilir. Bu yol həmsərhəd ölkələrlə birləşsə, onda
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin Sakit okeana, Uzaq
Şərqə yolu daha da qısalacaqdır” (126,1998, №4, s.14).
“İpək yolu”nun bərpasının mühüm siyasi səbəblərindən biri
də dəhliz üzərində yerləşən ölkələrin öz geosiyasi mövqelərini
möhkəmləndirməsi, bu bölgədə TRASEKA proqramına üzv
ölkələrin Avropa Birliyi ölkələri ilə əlaqələrini genişləndirmək
səyləri ilə bağlıdır.
TRASEKA proqramının iştirakçısı olan Özbəkistanın nəqliy-
yat dəhlizinin fəaliyyətindəki siyasi maraqlannı Prezident İslam
Kərimov Beynəlxalq Bakı konfransındakı çıxışında belə şərh
etmişdir: “Bizim bu nəhəng layihənin həyata keçirilməsində
başlıca marağımız bunlardır: Birincisi, Özbəkistan və Mərkəzi
Asiyanın bir sıra digər ölkələrinin dəniz nəqliyyat kommunika-
siyasına birbaşa çıxışlannın yoxluğu ixrac və idxal edilən məh-
sullann nəqli üçün xərcləri məhsulun maya dəyərindən artıq edir
ki, bu da ixracı iqtisadi cəhətdən sərfəsiz edir, həyati əhəmiyyətli
məhsullann idxalını isə çətinləşdirir. Bu layihə dənizə çıxışı
olmayan ölkələrin Transavropa və Transasiya nəqliyyat şəbəkə-
sinə qoşulmasına imkan verir, ixracı genişləndirmək, qarşılıqlı
faydalı ticarət üçün yeni perspektivlər açır. İkincisi, layihənin
həyata keçirilməsi təkcə bizim üçün deyil, Avropa ölkələri üçün
eyni dərəcədə faydalıdır. Bu ölkələr öz mallannın Cənubi Qaf-
qazın, Mərkəzi Asiyanın geniş bazarlanna çıxanlmasında, bu böl-
gələrdə öz fəaliyyətini gücləndirməkdə maraqlıdırlar. Üçüncüsü,
biz tərəfdaşlanmızla, эп əw əl Qırğızıstan və Çin ilə üzərində
işlədiyimiz bir sıra layihələrin - Daşkənd-Əndican-Oş-Qoşqar
nəqliyyat marşrutunun həyata keçirilməsini də TRASEKA layihə-
sinin reallaşması ilə six bağlayınq” (126,1998, №4, s.41-42).
“İpək yolu”nun bərpasınm mühüm siyasi amillərindən bir də,
Bay Kutellanın “Yeni ipək yolu strategiyası və Qafqazın təhlü-
kəsizliyi” adlı əsərində qeyd etdiyi kimi, ‘İpək yolu” diplomati-
Yüklə Dostları ilə paylaş: |