təmin edilməsi, iqtisadi əlaqələrin ikitərəfli və çoxtərəfli qarşılıqlı
fayda prinsipi əsasında genişləndirilməsi, infrastruktur sahələrinin
beynəlxalq standartlara uyğun yenidən qurulması, “Tarixi İpək
yolu”nun bərpasını zəruri etmişdir. Digər tərəfdən isə Qərblə
Şərq arasında iqtisadi körpünün yaradılması, beynəlxalq ticarətin
inkişaf etdirilməsi, inteqrasiya proseslərinin dərinləşdirilməsi,
müstəqillik əldə etmiş ölkələrin beynəlxalq э т э к bölgüsünə cəlb
olunması, dünyanın əsas güc mərkəzlərinin öz kapitalının sər-
bəst hərəkəti üçün yeni bazarlara, xammal mənbələrinə nüfuz
etmələri “Yeni Ipək yolu”nun yaradılmasına imkan vermişdir.
Avropa Birliyinin və respublika rəhbərliyinin köməyi ilə bu
istiqamətdə xeyli iş görülmüş və görülməkdədir.
2.3 “İpək yolu”nun bərpasının siyasi zəruriliyi
Yollar bütün tarixi dövrlərdə xalqların nəinki iqtisadi, həmçi-
nin siyasi və mədəni əlaqələrində də mühüm rol oynamışdır.
Birgəyaşayış anlayışmm ümumbəşəri düşüncənin əsasını təşkil
etdiyi, dünyanm siyasi mənzərəsində əsaslı dəyişikliklərin baş
verdiyi, birqütblü dünya sisteminin formalaşdığı, gənc müstəqil
dövlətlərin yarandığı, qloballaşma və inteqrasiya proseslərinin
dərinləşdiyi müasir şəraitdə “İpək yolu”nun bərpasının bütün
cəhətlərinin, о cümlədən siyasi zəruriliyinin tədqiq edilib öyrənil-
məsi, Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm geostra-
teji zonaya çevrilməsində “Yeni İpək yolu”nun artan rolunun, bu
prosesdə dünya dövlətlərinin siyasi maraqlannm elmi baxımdan
araşdınlması, dəyərli elmi, siyasi nəticələrin çıxanlması aktual
məsələlərdən birinə çevrilmişdir.
“Tarixi İpək yolu”nun bərpasına gedən siyasi yol keçən əsrin
90-cı illərindən - Sovetlər birliyinin süqutu, postsovet məkanında
yeni müstəqil dövlətlərin yaranması, yeni geosiyasi şəraitdə
dünyanın ABŞ, Avropa Birliyi, Yaponiya kimi başlıca güc mər-
kəzlərinin (152,281) bu regionlarda demokratiyanm, insan hüquq-
larınm möhkəmləndirilməsi, onlann bazar iqtisadiyyatı yolu ilə
dünya təsərrüfat sisteminə inteqrasiyasına, zəngin yanacaq eneıji
ehtiyatlarım müasir texnologiyalarla hasil edib dünya və Avropa
bazanna çıxanlmasına olan maraqlan ilə başlanmışdır. Dünya-
nın super güclərinin bu regionlann Rusiya, Iran və Çin kimi
avtoritar-totalitar dövlətlərin iqtisadi, siyasi təsirlərindən azad
edilməsi, Qafqaz və Mərkəzi Asiyada özlərinin geostrateji mövqe-
lərinin möhkəmləndirilməsi istiqamətində addımlan da nəqliyyat
dəhlizinin yaradılmasının siyasi nəticələrindən biri olmuşdur.
XX əsrin sonlannda dünyada yeni beynəlxalq münasibətlər
sisteminin formalaşdığı, əsas güc mərkəzləri arasında geosiyasi
rəqabətin kəskinləşdiyi bir şəraitdə tarixi yol ayncında qalan
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri milli dövlətçiliyini
iqtisadi və siyasi cəhətdən möhkəmləndirmək, beynəlxalq birliyə,
dünya iqtisadiyyatına qovuşmaq üçün yeganə doğru yol seçərək
Qərbə üz tutdu. Belə bir şəraitdə də “İpək yolu”nun bərpası, yəni
yeni müstəqil dövlətlər üçün dünya və Avropa bazanna çıxış
üçün altemativ nəqliyyat dahlizinin yaradılması məsələsi siyasi
planda Cənubi Qafqazda strateji maraqlannı reallaşdırmağa
çalışan dövlətlərin diqqət шэгкэгтэ keçdi. Bu qeyd olunanlar
əsasında belə bir nəticəyə gəlmək olar ki, “Tarixi Ipək yolu”nun
bərpasını zəruri edən siyasi amillər həm beynəlxalq, həm də milli
regional xarakterli səbəblərlə əlaqədar olmuşdur.
Beynəlxalq siyasi şərtlərdən bəhs edilərkən ilk növbədə yeni
geosiyasi şəraitdə dünyanın güc mərkəzlərinin siyasi və geo
strateji maraqlan nəzərdən keçirilməlidir.
“Yeni İpək yolu”nun yaradılması ilk növbədə dünyanın
apancı güc mərkəzi olan ABŞ-ın bölgədəki maraqlan ilə bağlı
olmuşdur. Bu baxımdan Birləşmiş Ştatlann Kanzas ştatından olan
respublikaçı senator Sem Braunbekin 1998-ci il martin 19-da
“Asiya cəmiyyəti” qarşısındakı çıxışı, ABŞ senatının xarici
siyasət komissiyasında “İpək yolu strategiyası haqqında qanun”
layihəsinin müzakirəsi zamanı edilən çıxışlar xüsusi maraq
doğurur. Sem Braunbek “Asiya cəmiyyətindəki” məruzəsində
ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiyadakı maraqlannın
konkret istiqamətlərini açıb göstərərək demişdir: “Xəzər hövzəsi
və onun ətrafında yerləşən ölkələr ABŞ üçün həyati əhəmiyyətli
siyasi, iqtisadi, sosial zonadır. Birinci, əsas səbəb, bu ölkələrdə
Irandan və başqa ölkələrdən şimal istiqamətində antiqərb təməl-
çiliyin yayılmasmın qarşısının alınması üçün ABŞ-ın bu bölgədə
möhkəmlənməsi zərurəti ilə bağlıdır. Ikincisi, həmin regiona sər-
mayə qoyuluşu son nəticədə ABŞ-nı qeyri-stabil olan İran
körfəzində edilən neft ixracındatı asılılığuıın aradan qalxmasını,
ABŞ-ın və onun müttəfiqlərinin eneıji təhlükəsizliyini təmin edər,
üçüncüsü, Rusiya və Cin ətrafındakı güclü bazar iqtisadiyyatına
malik ölkələr olması, onlann azadlığa gedən daşlı-kəsəkli yoluna
pozitiv təsir göstərə bilər, dördüncüsü, nüvə silahına malik bu
ölkələrdən Cənuba kütləvi qırğın silahının yayılmasının qarşısını
ala bilər, nəhayət, sonuncusu, həmin region bizə burada azadlıq
və demokratiya ideyalarmı təbliğ etmək üçün tarixi şans verir.
Kommunizmin uzun sürən hökmranhğından sonra bu regionda
demokratik hökumət institutlannın inkişafı plüarist cəmiyyət-
lərin meydana gəlməsinə səbəb olmuşdur” (180, 6.05.2000).
Senatorun fikrincə, Amerika regionda öz məqsədlərinin
gerçəkləşdirilməsinin yeganə vasitəsi kimi region ölkələri ilə
əməkdaşlığı inkişaf etdirmək və hər bir xalqın suverenliyini
möhkəmləndirmək siyasətində görür (180, 6.05.2000).
Daha sonra o, çıxışında regiondakı hər bir dövlətin özünə-
məxsusluğunu göstərərək qeyd etmişdir ki, onlan birləşdirən
ümumi mənafelər də mövcuddur və buna görə bir sıra ümumi
yanaşmalan nəzərə almaq məqsədəuyğun olardı. Birinci arzu
edilən budur ki, Şərq və Qərb nefit kəmərləri Türkiyədən keçsin,
bu ən münasib variantdır. Azərbaycatı Mərkəzi Asiya ölkələrini
Qara dəniz hövzəsi və Qərb bazarları ilə birləşdirə, birgə iqti-
sadi-siyasi fəaliyyətə cəlb edə bilər. Iran marşrutu ucuz başa
gəlsə də, Xəzər bölgəsində birgə iqtisadi, siyasi niyyətlərimizdə
itkilərə səbəb olar. Bununla region ölkələri Iranın iqtisadi giro-
vuna çevrilə bilər. İkincisi, ABŞ regionda münaqişələrin həllinə
yaxından kömək etməlidir. Sovet respublikalannın sərhədləri
bilərəkdən elə çəkilmişdir ki, keçmiş SSRİ-nin müxtəlif millət-
lərinin ittifaqdan çıxmasına imkan verməsin. Məhz bunun nəti-
cəsidir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri etnik ziddiy-
yətlər məkatıma çevrilmiş və regionda sabitliyin pozulması üçün
təhlükə yaranmışdır. Bunun tipik nümunəsi Dağlıq Qarabağ kon-
fliktidir. Üçüncüsü, Rusiyaya loyal münasibət regional этэк-
Yüklə Dostları ilə paylaş: |