Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu


izləmək  və görülən tədbirlər nəticəsində vilayətdə baş verən  sosial-iqtisadi



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə2/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   2   3   4   5   6   7   8   9   ...   141

izləmək  və görülən tədbirlər nəticəsində vilayətdə baş verən  sosial-iqtisadi, 
mədəni yüksəlişi səciyyələndirmək;
- Azərbaycanm başqa regionlan ilə müqayisədə DQ M V-nə böyük 
həcmdə  maliyyə  vəsaitinin  ayrılması,  lakin  həmin  kapitalm  erməni 
icmasımn  daha  çox  cəmləşdiyi  yaşayış  məntəqələrinə  istiqamətlənməsi, 
erməni  rəhbərliyi  tərəfindən  azərbaycanlılar  yaşayan  kəndlərə  ögey 
münasibətin məqsədlərini aşkarlamaq;
-  tkinci  dünya 
müharibəsi  dövründə  DQM V-nin  oğul  və 
qızlarımn, ön və arxa cəbhədə göstərdikləri fədakarlıqları izləmək;
- X X  yüziUiyin 70-ci illərindən  80-cı illərin ortalannadək  DQM V- 
nin  xalq  təsərrüfatmın  bütün.  sahələrinin  irimiqyash  inkişaf  etməsinin 
səbəbini açıqlamaq;
-  DQM V-də  «yenidənqurma»nın  tətbiqi,  onun  ictimai,  siyasi  və 
iqtisadi nəticələrini təhlil etmək;
-  SSRİ  rəhbərliyinin  antiazərbaycan  siyasətinin  davamı,  Dağlıq 
Qarabağda  milli-münaqişə  ocağının  alovlandınlması  və  onun  xalqımız 
üçün törətdiyi ağır nəticələri göstərmək;
-  Azərbaycamn  suveren  hüquqlarımn  pozulması,  DQM V-də 
Xüsusi  Idarə  Komitəsinin,  Təşkilat  Komitəsinin  və  qondarma  «Dağlıq 
Qarabağ Respublikası»mn yaradıhnasmda Mərkəzi məqsədlərinə aydmhq 
gətirmək;
-  1924-cü  il  noyabrın  26-da  «DQM V-i  haqqında  Əsasnamə»nin 
qəbul edilməsi,  sonrakı dövrlərdə ali hakimiyyət orqanlarmm  mənafeyinə 
uyğun 
həmin 
«Qanun»a 
əlavələr 
edilməsi, 
D Q M V  
XDS-nin 
deputatlanmn  həmin 
«Qanun»da  yazılan  səlahiyyətlərindən  çox 
məharətlə  istifadə  edərək  bölgədə  yaşayan  azərbaycanhlar  əleyhinə 
yönəldilməsi kimi acı həqiqətləri açıqlamaq;

DQM V-nin, 
Qarabağ 
regionunun, 
Naxçıvan 
Muxtar 
Respublikasmm və bütün Azərbaycanın  inkişafının,  siyasi,  iqtisadi,  sosial,
6
milli  və  digər  məsələlərin  kompleks  həlli  milli  dövlət  quruculuğu 
prinsiplərinin toxunulmazhğmın təmin edilməsindən,  şovinist meyllərin və 
milli  məhdudiyyətlərin  aradan  qalldırılmasından,  Azərbaycanda  yaşayan 
bütün  millətlərin  və  xalqlann  nümayəndələrinin  əməkdaşlığımn  inkişaf 
etdirilməsindən asılı olduğunu, yeri gəldikcə vurğulamaq.
Monoqraflyada,  Ermənistamn  Azərbaycana  qarşı  əsassız  ərazi 
iddiaları  «Böyük  Ermənistan»  yaratmaq  məqsədilə  xalqımızm  başına 
gətirilən  müsibətlər,  xüsusilə  X X   yüzilliyin  80-ci  illərin  sonu,  90-cı  illərin 
əvvəllərində  erməni  vandalları  tərəfindən  törədilən  vəhşiliklər,  soyqınm 
hadisələri  mötəbər  tarixi  mənbələrə  əsaslanaraq  təhlil  edilmiş  və  erməni 
millətçiləri, 
onların 
xaricdəki 
havadarları 
tərəfmdən 
Azərbaycan 
əhalisinin  başma  gətirilən  qanlı  faciələrin  dünya  ictimaiyyətinə  və gələcək 
nəsillərə çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir.
7


IF Ə S İL
Dağlıq  Qarabağda Sovet rejiminln bərqərar olması və
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması (1920-1923)
1. Dağlıq Qarabağda sovet rejiminin qurulması və ona qarşı 
milli müqavimət hərəkatı (1920-ci ıl)
Ä2ərbaycamn  tarixində,  təsərrüfat  və  mədəniyyətində  onun 
ayrılmaz tərkib hissəsi  olan Dağlıq Qarabağın özünəməxsus rolu və yeri 
vardır.  Dağlıq  Qarabağ  sivilizasiyanm  ən  qədim  ocaqlanndan  biridir. 
Eyni zamanda  burada qədim insanların məskən salması,  yaşaması üçün 
hər  cür  əlverişli  şərait  -   isti  və  rütubətli  iqlim,  zəngin  flora  və  fauna 
mövcud olmuşdur.
Azərbaycamn  Dağlıq  Qarabağ  bölgəsi  Kiçik  Qafqazın  cənub- 
şərq  hissəsini  əhatə  edir.  Onun  cənub  və  şərq  sərhədiəri  Kür-Araz 
ovalığma çatır.  Qərb və şimaldan isə Murovdağ və Qarabağ silsilələri ilə 
əhatə 
olunmuşdur. 
Həmin  dağ  silsilələrindən 
Kür  və 
Araza 
istiqamətlənən  çaylar axır.  Dağlıq  Qarabağ  ərazisinin  şimaldan  cənuba 
eni  120  kilometr,  qərbdən  şərqə  35-60  kilometrdir.  Sahəsi  4,4  min 
kvadrat kilometrdir1.
Dağhq  Qarabağda  yeraltı  və  yerüstü  su  ehtiyatlan  boldur. 
Azərbaycamn  orta  illik  su  ehtiyatlannın  18  faizi  burada  cəmləşmişdir. 
Dağlıq  Qarabağın  çay  şəbəkəsi  çox  mürəkkəb  dağ  relyefı  içərisində 
yerləşərək  uzunluğu  10  kilometrdən  artıq  olan  56  çayı  və  uzunluğu  10 
kilometrdən az olan 77 çayı əhatə edir.  Buradakı  133 çaym hamısı kiçik 
çaylardır və öz sularmı qarışıq mənbələrdən, xüsusilə yağışlardan alır2 
Dağlıq  Qarabağda  qrunt  suları  çox  yerdə  bulaq  suları  şəklində 
səthə çıxır və həmin sulardan həm içmək üçün, həm də məişətdə istifadə 
olunur.
8
cərəyan  edir.  O rta  yanvar  tem peratur  +2  dərəcədə  -13  dərəcə  arasmda,  iyulda 
+ 14 dərəcədən  +26 dərəcə arasmda dəyişir. Yağmtı 400-900 mm düşür5.
Dağlıq  Q arabağ  zəngin  və  tayı  bərabəri  olmayan 
kurort-turizm 
ehtiyatlarma  malikdir.  Onların  əsasmı  şəfah,  təmiz  dağ  havası,  meşələr, 
müalicəvi  əhəmiyyətli  mineral  sular,  bulaqlar,  mənzərəli  alp  çəmənliklər,  tarixi 
abidələr və sair təşkil edir.
Dağlıq  Qarabağın  relyefı  və  iqlimi  müxtəlif  olduğu  kimi  torpaq  tipləri  də 
müxtəlifdir.  Dağlıq  Qarabağm  torpaqları  qurşaqlar  üzrə  yerləşir.  Vilayətin  şərq 
hissəsində  alçaq  sahələrdə  bozumtul-qəhvəyi  torpaqlar;  şimal-qərb  və  cənub- 
şərqdə  dağ-qəhvəyi  torpaqlar;  yüksək  dağlıq  ərazilərdə  isə  qonur  dağ-meşə 
torpaqları və dağ-qara torpaqları vardır6.
Dağlıq  Qarabağın  bitki  örtüyü  çox  müxtəlifdir.  Belə  ki,  torpaq  örtüyündəki 
şaquli  dəyişkənlik  bitkilərə  də  təsir  etmişdir.  Dağlıq  Qarabağm  114  min  hektar 
sahəsini  meşələr,  57  min  hektar  sahəsini  isə  kolluqlar  tutur.  Dağlıq  Qarabağın 
meşələrində  bitən  əsas  ağac  növləri  bunlardır:  palıd,  fısdıq,  saqqızağacı,  cökə, 
vələs,  çinar,  göyrüş,  qaraçöhrə,  kol  bitkiləri,  qoz,  alma,  arm ud,  alça,  zoğal, 
göyüm  və  sair.  B urada  yaşı  150-200  ilə,  hündürlüyü  25-30  metrə,  gövdəsinin 
dövrəsi  2,5  metrə  çatan  nadır  ağaclar  vardır.  Dağlıq  Q arabağda  2  minə  qədər 
bitgi növü məiumdur7.
Dağlıq  Qarabağda  çox  böyük  əhəmiyyətə  malik  olan  faydalı  qazıntı 
ehtiyatları  vardır.  Belə  ki,  ərazidə  Mezozoy  və  Kaynozoy  erasma  aid  əhəng 
daşları,  gillər  və  şistlər  geniş  yayılmışdır.  Tər-Tər  və  Xaçınçay  arasında 
Ağdərənin  M ehm anə  yatağında  qalay,  mis,  sink,  gips,  əhəngdaşı,  H adrudda 
qranit  yataqları,  dağlarda  xromit,  qurğuşun,  polimetal  fılizləri,  tikinti 
materialları.  mərmər, gibs, üzlükdaşı.  mergellər, sement üçün  əhəmiyyətli  mergell 
əhəng  daşları,  oda  davamlı  gil,  təbaşir  mövcuddur8.  Ağdərənin  Dovşanlı 
kəndində  bülöv  daşı,  dəyirman  daşı  vardır.  Dağlıq  Q arabağ  ərazisində  dünya 
miqyasmda  tanınmış,  müalicəvi  əhəmiyyətli  hidrokarbonatlı  Turşsu  mineral 
bulağı  daha  çox  məşhurdur.  Bununla  yanaşı  ərazidə  11  növ  müxtəlif tərkibli  su


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə