Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə14/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   10   11   12   13   14   15   16   17   ...   141

sənayeləşdirmə  üzrə  xüsusi  komissiya  yaradıldı.  1926-1930-cu  illər  üçün  inkişaf 
planı hazırlandı.
1926-a  i 1 fevralm 29-da Xankəndində  keçirilmiş  konfransda  sənayeləşdirmə 
planmın müzakirəsi keçirildi. Qarşıdakı vəzifələr müəyyənləşdirildi27.
Azərbaycan  hökuməti  DQMV-də  sənayenin  inkişaf  üçün  457000  manat, 
elektrikləşmə üçün 23630 manat, rabitə və telefonlaşmaya 32335 m anat büdcədən 
pul  ayırdı28.  V ergibr  artm ldı  və  zay  məhsula  görə  cərimə  müəyyən  edildi. 
Müəssisələrə xammal, avadanlıqlar və ixtisash  kadrlar göndərildi29.
Bəhs  etdiyimiz  dövrdə  Dağlıq  Q arabağ  sənayesmdə  spirt-şərab  zavodları 
əsas  aparıcı  rol  oynayırdı.  1926-cı  ildə  üzüm  yığımı  96  faiz  yerinə  yetirilmişdir. 
Vərənddə yeni  spirt  zavodunun  tikintisi üçün  4000  m anat pul  ayrılmış,  Taqverd 
spirt zavodu 2-ci spirt zavodunun inşasma  başlanmışdır30.  DQMV-də spirt-şərab 
zavodları  1926-cı  ildə  yüksək  məhsuldarlığa  nail  olmuş  və  sənayenin  başqa 
sahələri ilə müqayisədə birind yerdə dayanmışdır.
Azərbaycan  hökuməti  1926-cı  ildən  başlayaraq  DQMV-də  ipək  sənayesinin 
inkişaf etdirmək üçün ciddi tədbirlər həyata keçirməyə başladı. Lakin  1926-cı ildə
1925-ci illə müqayiəsədə ipək istehsalında elə bir əsaslı fərq olm adı31.
140  min  desyatin  meşə  zolağı  ilə  əhatə  olunmuş  DQM V-də  ağac  emalı 
sənayesi  də,  inkişaf etmişdi.  1920-ci  ildə  burada  1  ağac  emalı  zavodu  var  idisə,
1926-cı  ildə  Ağdərə,  Əsgəran  və  Xankəndində  yeni  zavodlar  açıldı.  Bu 
zavodlarda müxtəlif avadanhqlar və mebel istehsal olunurdu32.
1926-cı  ildə  DQMV-də  14  kooperativ,  65  satış  nöqtəsi  var  idi  ki,  onların 
xüsusi  kapitalı  194971  m anata  çatırdı.  DQMV-də  1926-cı  ildə  23630  manat 
dəyərində  elektrik  xətti  çəkilmiş,  50  yaşayış  evi  istifadəyə  verilmiş,  Xankəndi- 
Talış-Ağdərə  yolu  bərpa  edilmiş,  telefon,  teleqraf  çəkilişində  xeyli  işlər 
görülmüşdür33.
1927-ci  ildə  DQMV-nin  sənayesinə  kapital  qoyuluşu  1926-cı  ildəkindən  75 
faiz  artıq  olmuşdur.  Ümumi  məhsuldarlıqda  isə  23  faiz  artım   müşahidə 
edilmişdir.  1927-ci ildə Xankəndi ipək fabrikinin tikintisinə başlanmış və  1929-cu 
ildə istifadəyə verilmişdir.  Fabrikdə  134 dəzgah quraşdırılmışdır34.
54
1927-1928-ci  illərdə  DQMV-nin  M arquşavan  kəndində  ipək  fabriki, 
Qışlaqkənddə  baramasanyıcı  fabrik,  Taqverd  kəndində  təmiz  spirt  zavodu, 
Xankəndində  mexaniki  emalatxana,  M adaqız  və  Çıldıranda  ağac  emalı 
zavodları,  Ə skəranda  şərab-spirt  zavodu  tikilib  istifadə verildi.  Bu  vaxt  33  bina 
inşa edilmiş,  52-si təm ir olunmuş  174 kilometr uzunluğunda yol çəkilmişdir33.
Aparılan  araşdırm alardan  məlum  olur  ki,  sənayeləşdirmənin  ilk  illərində 
DQMV-i  sənayesində  bir  sıra  məhdud  cəhətlər  ortaya  çıxmışdır.  Belə  ki,  kadr 
azlığı,  planlaşdırmadakı  səhflər,  xammal  çatışmamazhğı,  sənaye  obyektlərinə 
rəhbərlik  edən ermənilərin  azərbaycanlılara qarşı  şovinist  mövqeyi  və sair hallar 
sənayeləşdirmənin  tempinə  və  əhalinin  həyat  səviyyəsinə  ağır  zərbə  vururdu. 
Lakin  1926-1928-ci  illərdə  DQM V-də  sənayeləşdirmənin  həyata  keçirilməsinin 
əhəmiyyətli  cəhətləri  də  olmuşdur.  Belə  ki,  DQMV-də  köhnə  müəssisələr  bərpa 
edilərək  yeniləri  işə düşmüş və  işsizliyə son  qoyulmuşdur.  Dağlıq Qarabağ geridə 
qalmış aqrar regiondan, aqrar-sənaye vilayətinə çevrilmişdir.  Fəhlələrin sayı isə 5 
dəfə artmışdır36.
Sənayeləşdirmənin  ilk  illərində  əldə  edilmiş  nailiyyətlər  imkan  yaratdı  ki, 
Mərkəz  uzunmüddətli  inkişaf  planı  hazırlasm.  SSRİ  hökuməti,  Azərbaycanm 
iqtisadi  inkişafını tənzimləmək, onu nəzarətdə saxlamaq üçün  birinci  beşillik plan 
(1928/29-1932/33) qəbul etdi37.
Birinci  beşillik  dövründə  DQMV-də  sənayeyə  kapital  qoyuluşu  2  dəfə 
artdı38.  Ağac  emah  sənayesinin,  toxuculuq  sənayesinin,  xalçaçılıq  və  corab 
fabriklərinin  inkişafı,  tikilməsi  və  yenidən  qurulması  planlaşdırıldı.  Xankəndi 
SES-in  tikilib  yekunlaşması,  M adağız  SES-in  tikintisinə  başlanması  müəyyən 
edildi.  Kəndlərin  elektrikləşməsi,  yeni  spirt-şərab  zavodlarının  tikilməsi,  yeyinti 
və  kərpic-kirəmid  zavodlarmın  şəbəkəsinin  genişlənməsi,  xalqm  maddi  rifah 
halının  yaxşılaşdırılması  birinci  beşillikdə  DQMV-də  nəzərdə  tutulan  əsas 
vəzifələr idi39.
Birinci  beşillik  dövründə  DQMV-də  yeni  sənaye  sahələri  yaradıldı.  Yüngül 
sənaye  Dağlıq  Qarabağ  sənayesinin  57,1  faizini  təşkil  edirdi40.  1929-cu  ildə 
Xankəndində  baram aaçm a  fabriki  işə  düşdü.  Qarabağ  İpək  Kombinatmın
55


məhsulları  xarici  dövlətlər  ixrac  olunurudu.  Hər  il,  təkcə  Çerkasski  şəhənnə  10 
ton süni ipək göndərilirdi.  1929-cu ildə işə düşən müəssisələrdən biri də Xankəndi 
xalça  fabriki  idi.  Burada  istehsal  olunan  xalçalar  orjinal  və  gözəl  rəsmləri,  əla 
keyfıyyəti,  müstəsna möhkəmliyi ilə dünyada tanınmışdır.  1930-cu ildən Qarabağ 
xalçaları  İngiltərə,  İtaliya,  İsveç,  Danim arka,  İran,  Misir  Ərəb  Respublikasına 
ixrac edilməyə başlanmışdır41.
1930-1931-ci  illərdə  Şuşada  ipəkçilik  kominatı,  Xocavənddə  əyirici  fabriki, 
baram a qəbulu məntəqəsi, Ağdərədə gön-dəri sexləri istifadəyə verildi42.
DQMV-də  ümumi  sənaye  m əhsullan  içərisində  istehsal  həcmi  21,8  təşkil 
edən  əsas  sənaye  sahələrindən  bıri  də,  şərab-konyak  istehsal  edən  sənayedir.
1929-cu  ildə  DQMV-də  şərab-spirt  istehsal  edən  müəssisələr  Qarabağ Şərabçılıq 
Trestində birləşdirildi.  Burada  istehsal  olunan məhsullar  Gürcüstan,  O rta  Asiya 
və Rusiyamn  Mərkəzi vilayətlərinə ixrac edilirdi.  Birinci  beşillik ərzində Qarabağ 
Şərab  Trestinin  məhsulları  hər  il  orta  hesabla  20-25  faiz  artmışdır.  1930-cu 
DQM V spirt-fərab zavodlannda  10  növ spırtli  içkilər,  4  növ  konyak 9 növ quru 
şərab,  3 növ yeməkxana şərabi istehsal olunurdu43.
Birinci  beşillik  dövründə  DQMV-də  inşaat  materialları  istehsalı  xeyli  artdı. 
Xankəndi  kombinatının  istehsal  etdiyi  mərmər  bloklar  Moskva,  Kiyev,  Lenin- 
qrad,  Daşkənd  şəhərlərində də,  istifadə olunurdu.  Kom binat həm də mişar daşı, 
kərpic, üzlük tavalar istehsal edirdi.
Tikintisinə  beşilliyin  əvvəllərində  başlanan  Araçazor  Dəyirman  Daşı  Kom- 
binatı  1930-cu  ildə  istifadəyə  verildi.  K om binat  çirkli  suların  duruldulmasmda 
istifadə  olunan  daş  da,  buraxırdı.  Kombinatın  buraxdığı  məhsullar  İran  və 
Türkiyə  bazarlarında  çox  böyük  həvəslə  alınırdı.  Kombinatm  məhsulları  hesa- 
bma  1928-1932-ci  illərdə  Vilayətdə  40  dəyirman  tikilib  istifadəyə  verilmişdi. 
Artıq  1933-cii  ildə  DQMV-də  259  dəyirman  işləyirdi  Dəyirmanlarda  280  fəhlə 
çalışırdı.  Dəiyrmanların  illik  gəliri  508  min  m anat  idi.  Bəhs  etdiyimiz  dövrdə 
Yevlaxda  1  dəyirman,  Tərtərdə  12,  Ağcabədidə  10 dəyırman  olduğu halda,  Ağ- 
dərədə  72,  H adrudda  60, Xocavənddə 55, Xankəndində 57,  Şuşada  15 dəyirman 
fəaliyyət göstərirdi44.
Birinci  beşillik  dövründə  DQM V-də  energetika  sənayesi  də  inkişaf  etdi. 
1930-cu ildə 350  at gücündə olan X ankəndi SES  tikilib istifadəyə verildi.  1933-cü 
ildə  DQM V-də  gücü  408  klovata  çatan  4  elektrik  stansiyası fəaliyyət  göstərirdi. 
Bu vaxt Naxçıvan  M uxtar Respublikasm da gücü  181  kilovata çatana  1  stansiya, 
Yevlaxda  50  kilovathq  1  stansiya  işləyirdi.  Birinci  beşillik  ərzində  DQM V-də 
elektrik enerjisi istehsalı 75 faiz artdı45.  Bu ümumi respublika göstəricilərindən  11 
faiz çox idi.
Beşillik  dövründə  DQMV-nin  21  kəndində  dəmirçi  em alatxanalan,  dərzi, 
corab,  sabunbişirmə,  yəhər,  nalbənəd,  mebel,  ayaqqabı,  duluz və  başqa  artellər, 
kərpic,  əhəng,  yağ-pendir,  çörəkbişirmə,  limonad  və  digər  zavodlar  tikilib 
istifadəyə verildi.
M agistral  yol  nəqliyyatı  da  bu  dövrdə  əhəmiyyətli  dərəcədə  inkişaf  etdi. 
Azorbaycan  dövləti  bu  məqsədlə  300  min  m anat  pul  ayırmış  və  20  mütəxəssis 
göndərmişdi.  Nəticədə,  Xankəndi-Ağdərə,  Qaryagin-Talış-Domı,  Xankəndi- 
Talış,  Vetka-Vəng,  Tərtər-M arquşavan  yollan  çəkilmiş,  Xankəndi-Ağdərə, 
Tərtər-M arquşavan,  Xankəndi-Talış  körpüləri  tikilib  ıstifadəyə  verilmişdir.  Yük 
dövriyyəsinin həcmi  1928-ci illə müqayisədə  1933-cü ildə 2 dəfə artdı.
1928-1932-ci illərdə DQMV-də ticarət m al dövriyyəsi 5 dəfə artaraq 346 min 
m anatdan  1  tnilyon 732  min  m anata  çatdı.  Adambaşma istehlak  70 faiz çoxaldı. 
1933-cü  ildə  DQMV-də  250  nəfərin  işlədiyi  29  ticarət  mərkəzi  fəaliyyət 
göstərirdi46.
Birinci  beşillik  dövründə sənayenin  inkişafı  fəhlə  sinifmin  tərkibinin  kəmiy- 
yət  artım ı  və  keyfiyyət  dəyişikliyinə  şərait  yaratdı.  DQMV-də  fəhlələrin  sayı
1928-ci  illə  müqayisədə  2  dəfə  artaraq  (1106  nəfərdən)  2270  nəfərə  çatdı. 
A panlan  araşdırm alardan  məlum  olar  ki,  fəhlə  və  qulluqçuların  milli  tərkibində 
qeyri-aəzrbaycanlılar  üstün  olmuşdur47.  Dağlıq  Q arabağda  inzibati  amirlik 
m etodunu  tətbiq  etməklə,  xalqımızm  gərgin  əməyinin  istismarı  hesabma  birinci 
beşillik plan  yerinə yetirildi.  Beşillik plan  ipək sənayesində  171,1  faiz,  ağac emalı 
sənayesində 187,5 faiz, spirt-şərab istehsalmda 79, 5 faiz, elektrik enerjisi istehsah 
70 faiz yerinə yetirilmişdir.  Beşillikdə 7 saatlıq  iş gününə keçməklə əmək haqqı 2
57


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə