Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə15/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   11   12   13   14   15   16   17   18   ...   141

dəfə  artdı.  1928-193 3-cü  illərdə  DQMV  büdcəsinin  mədaxil  və  məxaricində 
böyük  irəliləyiş  oldu.  Belə  ki,  1931-ci  ildə  DQMV-də  büdcənin  gəliri  2795  min 
manat, məxaric 3837 min  manat ikən,  1933-cü ildə gəlir 4629 min m anat məxaric 
8495  min  manata  çatdı.  Vəsait  qoyuluşunun  həcmində  də  artım  müşahidə 
edilmişdir.  Beləki,  1926-cı  illə müqayisədə  1933-cü ildə qoyulan  vəsaitin həcmi 8 
dəfə artmışdı48.
Beləliklə,  birinci  beşillikdə  DQMV-də  sənaye  potensialı  güclənmiş,  fəhlə 
sinifı  və  qulluqçulann  sayı  artmış,  yeni  sənaye  müəssisələri  meydana  gəlmiş  və 
işsizlik aradan qaldırılmışdır.
Azərbaycanda  inzibati  amirlik  metodunun  tətbiqi  ilə  bütün  iqtisadiyyat 
milliləşdirılırdi.  İqtisadiyyatda isə partiya ideologiyası  hakim mövqe tuturdu.  Bu 
hal  birinci  növbədə  mərkəzin  hazırladığı  perespektiv  və  cari  planlarda  öz  əksini 
tapırdı.  Belə  sərt,  amiranə  tədbirlərdən  biri  də,  ikinci  beşillik  plan  (1933/34- 
1937/38)  oldu.  İkinci  beşıllik  planında  mərkəz,  kapitalist  ünsürlərini  məhv 
etməklə  yanaşı,  Azərbaycanm  tükənməz  sərvətlənndən  tam   bəhrələnmək  məq- 
sədilə onun  sənaye,  xammal  və  enerji  mərkəzlərini  yaxşılaşdırmaqla  Azərbaycan 
iqtisadiyyatını sürətələ inkişaf etdirməyi qarşıya vəzifə qoydu49.
1933-cü il dekabrm  21-də  AK(b)P MK-nın  və XKS-nin  birgə keçirdiyi  kon- 
fransda,  DQMV-nin  xalq  təsərrüfatmın  ikinci  beşillikdə  inkişaf planımn  (1933- 
1937) tərtib edilməsi üçün direktivlərini təsdiq etdi [686].  İkincı  beşilliyin ən çətin 
və  mürəkkəb  vəzifələrindən  biri,  DQMV-də  birinci  beşillikdə  yaradılmış  sənaye 
obyektlərinin  genişləndirilməsini  davam  etdirmək  və  yeni  sənaye  müəssisələrini 
qabaqcıl  texnika  ilə  təchizi  işini  yerinə  yetirməkdən  ibarət  idi.  Beşilliyi 
müvəffəqiyyətlə  yerinə  yetirmək  üçün  bütün  zəhmətkeşlərin  yaradıcı  əməyini 
səfərbərliyə  almaq  tələb  olunurdu.  Bu  məqsədlə  1933-cü  ildə  xüsusi  təlimat- 
landırılmış  165  nəfər  təlimatçı  DQMV-ə  gəldi.  İkinci  beşillikdə  sənayedə  və 
nəqliyyatda  yenilikçilər,  zərbəçilər  hərəkatmm  başlanması  ilə  xarakterizə  olun- 
muşdur.
Beşilliyin ilk illərində  DQMV-nin sənayesində bəzi çətinliklər üzə çıxdı.  Belə 
ki,  müəssisələrdə  yüksək  ixtisaslı  kadrlar  çatışmırdı.  Sənaye müəssisələrinin  tex-
58
niki  təchizatı  lazımı  səviyyədə  deyildi.  Əmək  intizamma  düzgün  riayət  olunm ur 
və  fəhlələrə  ikili  mövqedən  yanaşma  halı  mövcud  idi.  Bu  səbəblərdən  beşilliyin 
birinci ili kəsrlə (82,5 faiz) yerinə yetirilmişdi.
Yuxarıdakı  çatışmamazlıqları  aradan  qaldırmaq  üçün  Mərkəz  1934-cü  il 
maym  14-də  xüsusi  qərar  qəbul  etdi.  İlk  növbədə  fəhlələrin  əməyini 
gərginləşdirmək üçün müəssisələr arası «yarış» təşkil edildi50.
İkinci  beşillik  dövründə  Azərbaycanda  sənayenin  bərpa  və  inkişafına  252 
milyon  m anat  vəsait  ayrılmışdır  ki,  bunun  32  milyon  m anatı  DQMV-nin 
sənayesinə  sərf  edilmişdir51.  Azərbaycanın  digər  regionlan  ilə  müqayisədə 
DQMV sənayesinə ayrılan vəsait dəfələrlə artıq olmuşdur.
İkinci  beşillik  dövründə  ipək  emalı  sənayesini  inkişaf etdirmək  üçün  3  mil- 
yon  m anat  vəsait  ayrıldı.  1934-cü  ildə  Q arabağ ipək  Tresti  Qarabağ ipəkəyirmə 
idarəsi  ilə  birləşdirildi.  Həmin  il  Xankəndi  ipək  emalı  fabriki  işə  düşdü.  Daşaltı 
ipək  fabriki,  H adrud  baram aaçm a  fabriki  1930-cu  illərdə  yaradılmış  müəssi- 
sələrdir. Qarabağ İpək Kom binatm da  12 adda məhsul istehsal olunurdu.
1933-1938-ci illərdə DQMV-nin spirt-şərab emalı sənayesi də, öz inkişafında 
diqqəti  cəlb  edirdi.  1933-cü  ildə  Q arabağ  Şərab  Tresti  Sovxozlar  Tresti  ilə 
birləşdi,  «Qarabağ  Şərab  və  Sovxozlar  Tresti»  (QŞST)  yarandı52.  Üzümçülüyün 
inkişafı  hesabma  1937-ci  ildən  DQM V  spirt-şərab  zavodları  yerli  xammalla 
işləməyə  başiadı.  İkinci beşillikdə Ə skəranda,  H adrutda,  Qırmızı  Bazarda,  Daş- 
altıda  konyak  spirti  istehsalı  zavodları,  habelə  Xankəndində  şərab-konyak 
zavodu,  H adrut,  Ağdərə  və  Xocavənddə  şərabın  ilkin  emalı  müəssisələri  isti- 
fadəyə  verildi.  Zavodlarda  istehsal  olunan  «Qarabağ»,  «M artuni»,  «Hadrut», 
«Gışi» şərabları keçmiş ittifaq m əkamnda böyük şöhrət qazanmışdır.
İkinci  beşillik dövründə DQM V-nin  D aşbulaq  və Tağlar  kəndlərində xalça- 
çılıq  müəssisələri,  Ninki  kəndində  kərpic-kirəmid  zavodu,  Xankəndində  ağac 
emalı  müəssisəsi,  Xankəndində  sörək  zavodu,  ət  və  süd  kom binatlan,  Qırmızı 
Bazarda ət, meyvə-tərəvəz və süd kom binatları tikilib istifadəyə verilmişdir53.
İkinci  beşillik  dövründə  DQM V-də  elektrikləşmə  sahəsində  də  xeyli  nailiy- 
yətlər  əldə edilmişdir.  1933-cü  ildən  Tərtər  çayı  üzərində  (Madagiz  kəndi  yaxm-
59


lığmda)  SES-in  inşasına  başlandı.  Bunun  üçün  60  milyon  m anat  vəsait  ayrıl- 
mışdı.  1933-cü illə müqayisədə  1938-ci ildə DQMV-də elektrık enerjisi hasilatı 2,2 
dəfə  artdı.  Bu  dövrdə  DQMV-də  mövcud  elektrik  stansiyaları  genişləndirilmiş, 
bir  sıra  elektrik  stansiyaları  istifadəyə  verilmiş,  kəndlərdə  elektrikləşmə  işləri 
apanlmışdır54.
1933-2938-ci  ilbrdə  DQMV-nin  iqtisadi  həyatmda  mühüm  əhəmiyyəti  olan 
nəqliyyatda  da  əsaslı  irəliləyiş  baş  vermişdi.  Təkcə  Xankəndində  yoolarm 
çəkilişinə  100  min  m anat  vəsait  xərclənmişdir.  Bəhs  olunan  dövrdə  Ağdərə- 
Tərtər,  Şuşa-Şırlan,  Xankəndi-Şuşa  şosse  yollan  çəkilib  istifadəyə  verildi. 
DQMV-də  5 il ərzində yük daşmması  54 milyon  ton,  səmişin  daşmması  500 min 
nəfər olmuşdu53.
1930-cu  illərdə  DQMV-də  yeni  poçt  və  teleqraf müəssisələri  açıldı.  Ağdaş- 
Şuşa teleqraf şəbəkəsi təmir olunaraq yenidən quruldu.  1935-ci ildə Xankəndinda 
hər  birinin gücü  150  vatt  olan  2 qısadalğah radioverici  aparatı  quraşdırılaraq  işə 
düşdü.  DQMV-nin  kəndlərində  poçt,  teleqraf,  telefon,  rabitə  şəbəkəsinin 
təkmilləşməsi və inkişafına böyük diqqət yetirilmişdi.  DQMV-də poçt,  telefon  və 
rabitənin  inkişafı  Naxçıvan  MSSR  və  Azərbaycanın  digər  regionlanndan  üstün 
olmuşdur.  Təkcə  ikinci  beşillikdə,  Xankəndində  rabitənin  inkişafma  avrılan 
vəsaitin həcmi respublikamızda birinci yerdə dayanmışdır.
Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  mövcud  olan  bütün 
kredit  müəssisələri  yenidən  qurularaq  sosialist  istehsal  üsulunun  xarakterinə 
uyğunlaşdırıldı.  Xalq  təsərriifatı,  ticarət və nəqliyyatın inkişafı üçün  Azərbaycan 
Dövlət  Bankı  təsis edildi.  ÜİK(b)P-nın XV konfransmm  15  iyun  1927-ci  il  tarixli 
«Kredit  şəbəkəsinin  quruluş  prinsipləri  haqqında»  qərarınm  Azərbaycanda 
həyata  keçirilməsəinə  uyğun  olaraq,  1928-ci  ildə  Xankəndində  Azərbaycan 
Dövlət  Bankmın  kredit  agentliyi  yaradıldı.  1935-ci  ildə  isə  Azərbaycan  dövlət 
bankının  Xankəndi  fılialı  açıldı^6.  İkinci  beşillik  dövründə  Dağlıq  Qarabağda 
maliyyə  və  kredit  müəssisələrinin  təşkilinə  başlanmış,  onların  əhatə  dairəsi 
genişlənmiş,  müəssisələr  təsərrüfat  hesabına  keçmiş  və  büdcənin  tərtibi  təkmil- 
ləşmişdir.  Eyni zamanda yeni yaradılan  banklar əhalidən alınan  vergibri  təkmil-
60
ləşdirmiş,  mədaxil  və  məxaric  əməliyyatlarmda  mütərəqqi  irəliləmələr  aparmış, 
sənaye,  nəqliyyat  və  rabitənin  inkişafı,  xaricı  ticarət  əlaqələrinin  nizama  salın- 
masmda mühüm  işlər  görmüşdür.  İkinci  beşillik dövründə  Dağlıq Q arabağda  22 
yeni  ticarət  mərkəzi  açılmışdı.  1933-1938-ci  illərdə  Dağlıq  Q arabağda  satış 
məhsullarımn həcmi 5 milyon m anata çatmışdır.
1939-cu  ildə  xalq  gəliri  1933-cü  illə  müqayisədə  85  faiz  artdı.  1939-cu  ildə 
Dağlıq  Qarabağda  d ö v b t  büdcəsi  üzrə  gəlir  1.404.687  m anat  məxaric  isə
1.422.563  m anat olmuşdur57.
İkinci  beşillik  dövründə  Dağlıq  Qarabağda  fəhlə  və  qulluqçuların  kəmiy- 
yətcə  artması  halı  müşahidə  edilmişdir.  Beb  ki,  əgər  1933-cü  ildə  Dağlıq 
Qarabağda  fəh b   və  qulluqçularm  sayı  2270  nəfər  idisə,  1938-ci  ildə  5406  nəfərə 
çatmışdır.  Fəhlə  və  qulluqçularm  milli  tərkibinə  gəldikdə  isə  1933-cü  ilb 
müqayisədə  1938-ci  ildə  azərbaycanlılarm  xüsusi  çəkisi  28  faiz  azalmışdır58. 
Dağlıq  Qarabağda sənaye sahəsində çalışan  azərbaycanlı  fəhləbrin  sayımn  aşağı 
düşməsinin  ən  başlıca  səbəbi  əraziyə  məqsədli  şəkildə  ittifaqm  ayrı-ayrı  region- 
lardan  ermənilərin  köçürülməsi  ilə  bağlı  olmuşdur.  Eyni  zam anda  aryı-ayrı 
regionlardan  Dağlıq  Q arabağa  köçürülən  qeyri-azərbaycanlılar  şəhər  əhalisi  idi. 
Onlar  isə əraziyə  köçərkən  şəhərdə məskunlaşır  və müəssisələrdə işə götürülürdü. 
Torpağa çox  bağlı  olan  Dağlıq  Qarabağ müsəlmanlarının  müəssisələrdə  işə  cəlb 
edilməsi  zəif  idi.  Kənddə  çətin  iş  olan  pambıqçılığın  və  üzümçülüyün  inkişaf 
etdirilməsi  məqsədilə,  Dağlıq  Q arabağ  idarə  aparatm a  rəhbərlik  edən  şovinist 
mövqeyi  erməni  məmurları  kənəddə  yaşayan  azərbaycanlılarm  şəhərə  gəlməsini 
və  müəssisələrdə  işə  düzəlməsinin  qarşısmı  süni  vasitələrlə  alırdılar.  Bütün 
bunlarla yanaşı, kənddə yaşayan müsəlmanların özlərinin miqrasiya fəallığı aşağı 
idi.  Onlarm   təhsil  səviyyəsi,  məişət  xüsusiyyətləri  məhdud  olmaqla  yanaşı, 
çoxuşaqlılıq,  erkənkəbinlilik  və  sair  amillər  kənddə  yaşayan  azərbaycanlıların 
şəhərə  axınınm  qarşısını  alırdı.  Azərbaycanlı  qadmların  da  ictimai  istehsal 
əməyinə  cəlb  olunması  çox  aşağı  səviyyədə  idi.  Ümumi  respublika  miqyasmda
1939-cu  ildə  fəhlə  və  qulhıqçular  arasm da  azərbaycanlı  qadm lar  5  faiz  təşkil 
edirdilər59.
61


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə