Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə12/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   8   9   10   11   12   13   14   15   ...   141

sətinin  davamı  idi.  XX  əsrin  əvvəllərində başlanan  bu  siyasət  yüksələn  xətt  üzrə 
davam  edərək,  əsrin  sonlarına  yaxm  ərazilərimizin  20  faizinin  işğalı  ilə  nəticə- 
ləndi. Xalqjmız öz doğma torpağmdan didərginə, qaçqma,  köçkünə çevrildi.
n  FƏSİL
Azərbaycan SSR-in DQMV-də sosialist təsərrüfat sisteminİD formalaşdırılması 
və onun doğurduğu nəticələr (1920-1930-cu illər)
1. Sovet dövlətinin sənayeləşdirmə siyasətinin DQMV-də həyata keçirilməsi
Sovet imperiyasını quran bir ölkə üçün  təkcə təsərrüfat dağınıqlığmı aradan 
qaldınlması  əlbəttə  kifayət  deyildir.  Bunun  üçün  ilk  növbədə  mövcud  sənaye 
müəssisələrinin  bərpa  oltmmasım  başa  çatdırmaq,  onun  maddi-texniki  bazasını 
möhkəmləndirmək  və  ölkə  üçün  ]azım  olan  yeni  sənaye  sahələrinin  yaradılması 
tələb  olunurdu.  Bunsuz  ölkənin  iqtisadi  geriliyini  aradan  qaldırmaq,  müstəmlə- 
kəçilik  rejimini  möhkəmləndirmək  olmazdı.  Sovet  rejimini  qoruyub  saxlamaq, 
ölkənin  iqtisadi  müstəqilliyinə  nail  olmaq,  müdafiə  qabiliyyətini  möhkəmləndir- 
mək,  imperiyanm cənub bölgələrində ən etibarlı dayaqlannı yaratm aq, möhkəm- 
ləndirmək,  Azərbaycanı  qonşu  cənub  ölkələrindən,  soy  qardaşlarm dan  uzaqlaş- 
dırm aq  üçün  sənayeni  inkişaf  etdirmək  son  dərəcədə  vacib  idi.  Belə  bir  tədbir 
Dağlıq  Qarabağ  kimi  bir  bölgədə  yerli  milli  və  dini  ənənələri  sarsıtmaq, 
xristianlıq  ənənələrinə  söykənən  rus-erməniləşdirmə  siyasətini  həyata  keçirmək 
üçün  lazım  idi.  Bütün  bu  zəruriyyəti  nəzərə  alaraq  bolşeviklər  partiyası  öz  milli, 
müstəmləkəçilik  siyasətini  həyata  keçirməyə  başladı.  O nlar  öz  proqram larm ı 
inkişaf etdirərək iqtisadiyyatı Rusiya şablomu əsasında yenidən qurdular.
Dağlıq  Q arabağda  dinc  quruculuğa  keçid  olduqca  mürəkkəb  beynəlxalq  və 
daxili  şəraitdə  davam  edirdi.  1920-ci  il  may  çevrilişindən  sonra  Dağlıq  Qarabağ 
sənayesində  çox  acmacaqlı  vəziyyət  yaranmışdı.  Bütün  sənaye  obyektlərinin 
fəaliyyəti  demək  olar  ki,  dayandırılmışdı.  Bunun  ən  başlıca  səbəbləri  aşağıda- 
kılardan  ibarət  idi:  Dağlıq  Qarabağda  daşnak  quldur  dəstələrinin  törətdikləri 
qanlı  qırğmlar-günahsız  dinc  əhalinin  öldürülməsi,  evlərin,  emalatxanaların, 
sənaye  obyektlərinin  yandırılması,  texnikanın  Ermənistana  daşınması;'.  Dağmtı 
və  çətin  ərzaq  qıtlığı  ilə  əlaqədar  fəhlələr  acından  ölməmək üçün  kəndə üz  tutur 
və  bu  isə  ixtisaslı  kadrlann  saymı  azaldırdı;2  1920-ci  ildən  Dağlıq  Qarabağda
47


idxal,  ixrac  əməliyyatları  dayandırılmışdı;  «Şübhəli  ünsür»  adı  altmda  Dağlıq 
Qarabağdakı  azərbaycanlı  iş  adamları,  bəylər,  sahibkarlar  həbs  edilmiş,  güllə- 
lənmiş  və  ya  qaçmağa  məcbur  edilmişdir;  Sənayedə  çalışanlann  əmək  haqqı  və 
sənaye  məhsullantun  qiyməti  dəfələrlə  aşağı  düşmüş  və  bu  hal  fəhtanin  maddi 
marağmı  azaltmışdı;  Sovet hakimiyyəti  yarandığı ilk günlərdə  Dağlıq Qarabağda 
vahid  iqtisadi  planın  olmaması,  iqtisadi  sahədə  atılan  səhv  addımlar,  siyasi 
vəziyyətdəki  böhranlı  hal  sənayeyə  ağır  təsir  etdi;  Dağlıq  Qarabağda  kənd 
təsərrüfatmda  olan  ciddi  böhran,  xüsusilə  müsadirəçilik  kompaniyası  sənayenin 
xammala  olan  tələbatını  çətinləşdirdi;  Eyni  zamanda,  fəhlələrlə  kəndlilər 
arasmda  iqtisadi  və  mədəni  əlaqələr  yaratmaq,  xırda  burjuaziya  və  milli 
ziyahlara münasibət və sair məsələlərin həllində səhvlər mövcud idi.  Bütün bunlar 
Dağlıq Qarabağ sənayesində böhranlı vəziyyətin yaranmasmı  şərtləndirmişdi3.
1920-ci  ilin  əvvəllərində  Dağlıq  Qarabağda  bir  neçə  baramaaçma  və 
ipəksanma  fabriki,  dəyirman  daşı  hazırlayan  karxanalar  var  idi.  İpəkburma 
fabrikində  2  min  fəhlə  işiəyirdi  və  il  ərzində  3  milyon  pud  ip  əyirirdi.  Yuxarıda 
qeyd  etdiyimiz  səbəblərə  görə  Dağlıq  Qarabağda  fəaliyyət  göstərən  bütün 
müəssisələr öz işini dayandırmışdı4.
XX  yüzilliyin  20-30-cu  illərində  Dağlıq  Qarabağ  sənayesinin  inkişafmdakı 
spesifik xüsusiyyətlərə görə şərti olaraq 3  hissəyə bölmək olar:  Birincisi sənayenin 
bərpası (1920-1925),  ikincisi  sənayenin  yenidən  qurulması  (1926-1933), üçüncüsü 
sənayenin yenidən qurulmasınm başa çatdırılması (1934-1940) dövrləri.
1920-ci  illərin  çətin  şəraitində  -   ziddiyyətlərin  daha  çox  kəskin  cərəyan 
etdiyi,  diktaturanın  və  terrorun  hakimiyyətdə  olduğu  Dağlıq  Qarabağda 
sənayenin  bərpasma  başlandı.  Sənayenin  bərpası üçün  İnqilab  Komitəsi  mühüm 
tədbirlər  həyata  keçirdi.  İlk  növbədə  1920-ci  il  maym  12-də  verilən  dekretlə 
meşələr,  sular,  yeraltı  sərvətlər  dövlət  mülkiyyəti  elan  edildi.  Mayın  12-də 
zavodlar,  fabriklər,  başqa  sənaye  müəssisələri,  banklar  milliləşdirildi  və  mayın 
16-da verilən dekretlə  istehsal,  xammal materialları üzərində fəhlə nəzarəti  tətbiq 
olundu5.  Bundan  əlavə,  1920-ci  il  iyunun  3-də  ticarət  azadlığı  haqqında  xüsusi 
qərar  verildi.  İyunun  9-da  isə  Fəhlə-Kəndli  müfəttişliyi  təsis  edildi,  sapataj  və
möhtəkirliyə  qarşı mübarizə  aparmaq üçün  F K  yaradıldı6.  Sənayeni  işçi  qüvvəsi 
ilə  təmin  etmək  üçün  1920-ci  il  avqustun  8-də  Azərbaycan  Xalq  Hərbi  Dəniz 
Komissarlığı  «Ümumi  əmək  mükəlləfıyyətləri  haqqmda»  əmr  verdi.  1920-ci  ilin 
oktyabrından  sovet  təsərrüfat orqanlarmm nümayəndələrindən  ibarət «Azərbay- 
can  SSR  Ərzaq  Müşavirəsi»  işə  başladı7.  Verilən  dekretləri_  Dağlıq  Qarabağın 
əhalisi  arasında yaymaq üçün Mərkəz özlərinin  inandıqları adamları göndərdilər. 
Dağhq Qarabağ sənayesinin  bərpa  edilməsində  KP,  Həmkar  və Komsomol  təş- 
kilatlarmm  fəaliyyəti  genişləndi.  Lakin  bu  təşkilatlarda  erməni  daşnaklarımn 
tasiri böyük idi və onlar müsəlmanlara qarşı diktatorluq siyasəti yeridirdilər.
Dağlıq  Qarabağda  sənayenin  bərpası  üçün  Mərkəzin  həyata  keçirdiyi 
iqtisadi  siyasət  çox  çətin,  spesifık  və  mürəkkəb  şəraitdə  cərəyan  edirdi.  Çünki 
Dağlıq  Q arabağ  Azərbaycanm  aqrar  -  kəndli  regionu  olmaqla,  kapitalist  və 
yarımfeodal  münasibətləri də mövcud  idi.  Burada iqtisadiyyat  çoxukladlı xarak- 
ter daşıyırdı.  Ən  əsası  isə  Ermənistanm  Azərbaycana qarşı  əsassız ərazi  iddiaları 
özünün ən yüksək zirvəsinə çatmışdı.
Sovet  hakimiyyətinin  «Hərbi 
kommunizm» 
və  «Ərzaq 
Sapalağı» 
siyasətindən  Dağlıq  Qarabağm  bir  qrup  ermənilərdən  ibarət  ərzaq  agentləri, 
tədarük  komissiyaları,  vəzifəli  şəxsləri  öz  səlahiyyotlərindon  sui-istifadə  edərək 
qanunsuz  hərəkətlərə  yol  vermiş,  azərbaycanlılardan  müsadirəsi  nəzərdə 
tutulmayan  ev  əşyaları  raltar-ralaz,  zinnət əşyaları  və sair  əllərindən  almmışdır8. 
«Hərbi  Kommunizm»  siyasəti  Dağlıq  Qarabağda  qısa  bir  müddət  ərzində,  daha 
məhdud  form ada  həyata  keçirilirdi.  Tədarükü  yalnız  Xalq  Ərzaq  Komissarlığı 
aparırıdı.  Bütün  əsas  sənaye  məhsulları  dövlət  hakimiyyət  orqanları  tərəfındən 
bölüşdürülür,  qalan  məhsullar  isə  sərbəst  dövriyyədə  idi9.  1920-ci  il  oktyabrında 
Dağlıq  Q arabağda  yaranmış  «Ərzaq  Müşavirəsi»,  1921 -ci  ilin  yanvarında  təşkil 
edilən  «Ali  İqtisad  Şurası»  sənayenin  inkişafındä  əsaslı  irəliləyiş  etmədiyindən, 
Azərbaycan  İnqilab  Komitəsi  «Bütün  növ  ərzaq  inhisarınm  ləğv  edilməsi 
haqqmda»  1921-ci il  17 may tarixli dekreti ilə ərzaq sapalağmı ləğv etdi.  Bu qərar 
Azərbaycanda  Yeni  İqtisadi  Siyasətə (YİS) keçilməsində ilk  addım  oldu10.  Onun 
əvəzində  rəsmən  könüllü  məhsul  rusumu  «çanaq»  vergisi  qoyuldu.  1922-ci  ilin
49


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə