Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə8/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   4   5   6   7   8   9   10   11   ...   141

Həmin  vaxt  erməni vandalları  tərəfmdən  Şuşa, Qaryagin,  Cavanşir,  Zəngə- 
zur  qəzalarında  150-dən  yaxm  müsəlman  kəndi  dağıdılmış  və  qarət  olunmuş, 
külli  m iqdarda  qaçqın  arası  kəsilmədən  Ağdama  və  başqa  rayonlara  getmiş- 
dilər71.  Vəziyyətin  çətin  olduğunu  görən  Azərbaycan  İnqilab  Komitəsinin  sədri 
N.Nərimanov  Çeçerinə  və  Orconigidzeyə  Azərbaycanın  Qarabağ  və  Zəngəzur 
bölgələrində ermənilərin  törətdikləri cinayətləri  açıqlamış və əgər xalqımıza  qarşı 
törədəilən  faciələr bu cür davam edərsə,  Azərbaycan Respublikasmm  Ermənistan 
hökuməti  ilə  müharibə  vəziyyətində  sayılacağı  bildirilmişdir.  1920-ci  ilin  aprelin 
30-da  Azərbaycan  SSR  Xalq  xarici  işlər  komissan  M.Hüseynov  Ermənistan 
daşnak  hökumətinə  nota  göndərdi.  Həmin  notada  Zəngəzur  və  Qarabağdan 
erməni  silahlı  dəstələrinin  çıxarılması,  milli  qırğına  son  qoyulması  tələb 
olunurdu.  Əks  halda  Azərbaycan  Sovet  hökuməti  dərhal  tədbirlər  görəcəyi 
bildirilirdi.  Daşnak  hökuməti  Azərbaycan  hökumətinin  tələblərinə cavab vermə- 
di. Əksinə, erməni daşnakları müsəlmanlara qarşı sərt və amansız hərəkət edərək, 
azərbaycanlılar  yaşayan  kəndləri  qəddarcasına  dağıtmışdılar.  Ermənilərin 
törətdikləri vəhşiliklər o dərəcəyə çatmışdır ki,  onların yanında orta əsrin kədərli 
dəhşətləri solğun görünürdü. Adam inana bilmir ki, XX əsrdə bütün Avropada öz 
mədəniyyətindən  dəm  vuran  bir  xalq,  köməksız  dinc  əhaliyə  qarşı  vəhşiliklərin 
bütün  üsullarım  tətbiq  etmiş  olsunlar.  Vəziyyətin  çətin  olduğunu  görən  Mərkəz 
1920-ci  il maym  1-də  Orcanigidze,  Kirov  və  Levondovskinin  imzaları  ilə  Ermə- 
nistan  hökumətinə  Azərbaycan  ərazilərindən  qoşunlarımn  çıxarılması  radio- 
qramı göndərmişdir72.  Buna cavab olaraq Ermənistan  Xarici  İşlər Nazirliyi  1920- 
ci  il  maym  3-də  Leninə  və  Çeçerinə teleqram göndərərək  Dağlıq  Qarabağda  baş 
vermiş  bu  irimiqyaslı  hərbi  münaqişə  üçün  təqsiri  artıq  devrilmiş  Azərbaycan 
Cümhuriyyəti  hökumətinin  boynuna  atmağa  çalışdı.  Guya  Ermənistan  yox, 
Azərbaycan  hökuməti  Dağlıq  Q arabağ  erməniləri  ilə  1919-cu  il  avqustun  15-də 
bağlanan  müvəqqəti  sazişi  pozublar73.  Lakin  bu  iddianm  heç  bir  əsası  yox  idi. 
Məhz Ermənistan  Dağlıq Qarabağı Azərbaycandan  iddia etməklə məsələni hərbi 
yolla  həll  etməyə  girişmiş  və  qanlı  faciəyə  bais  olmuşdur.  Erməni  və  rus  müəl- 
liflərinin  əksəriyyəti  Dağlıq  Qarabağda  baş  verən  faciələrin  başlıca  səbəbkarı  və
30
təşkilatçısı  Ermənistan  hökuməti  və  daşnak  partiyası  olmasmı  səmimi  etiraf 
etmişdilər.  Məsələn,  1920-ci  il  aprelin  sonlarında  Qarabağ  təhsil  müəssisəsinin 
inspektoru  R.Şaxnazaryan  Bakıya,  erməni  yepiskopu  B aqrata yazmışdı:  «Qara- 
bağın səadəti A raratm  agentlərinin əməlləri  ilə məhv edilmişdir.  Yuxarı Qarabağ 
ermənilərinin  bədbəxtliyi  üçün  bütün  məsuliyyət  daşnak  hökumətinin  üzərinə 
düşür.  D aşnak vandallanm n hərbi kazarm alara və məntəqələr alçaq  və xain bas- 
qım  Şuşada,  Xankəndində və  bütün  xətt  boyu  eyni  vaxtda  baş  vermişdi.  Yepis- 
kop  həzrətləri,  bunu  bütün  həmyerlilərimizə  bildirmək  Sizin  borcunuzdur.  Bəd- 
bəxtliyin  qarşısmı  almaq  üçün  gördüyümüz  bütün  işlər  daşnaklarm   alçaqlığı  və 
siyasi  idiotazmi  ilə  puç  oldu.  Erməni  xalqı  bizim  dinc yaşayışımızı  pozub  məhv 
edənləri  tanımalıdır.  Qarabağ  qanlı  hadisələr  dairəsindən  kənarda  qalmalıydı, 
qala  bilərdi  və əgər daşnakların avantürası olmasaydı şübhəsiz qalardt...  Erməni 
xalqınm  düşmənlərinə  -   gözəl  və  dinc  Qarabağı  məhv  edən  daşnaklara  lənət 
olsun».  Tarixçi  V.Qurko-Kryajin  1926-cı  ildə  nəşr edilmiş  «Böyük  Sovet  Ensik- 
lopediyası»  nda,  1983-cü  ildə  M oskvada  nəşr  olunmuş  «Ensiklopediya»da  və 
digər əsərlərdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları  və bu məq- 
sədlə  Azərbaycana  qarşı  qanlı  hərbi  əməliyyata  başlaması  açıq  etiraf  olun- 
muşdu74.
1920-ci  ilin  mayında  Qarabağda  yerləşən  Azərbaycan  qoşun  hissələrinə 
hücumu  dayandırmaq,  əlverişli  mövqe tutaraq müdafiə  vəziyyətinə  keçmək əmri 
verildi.  Əmrdə  bildirilirdi  ki,  Ermənistan  ultimatumda  göstərilən  şərtləri  yerinə 
yetirməsə, Qırmızı O rdu Azərbaycan hissələrinə köməyə göndəriləcəkdi75.
1920-ci  il  maym  9-da  Bakıda  yaşayan  qarabağlı  və zəngəzurlu  azərbaycan- 
lıların  və  ermənilərin  həmrəylik  mitinqi  keçirildi.  M itinqdə,  mübahisəli  ərazi 
məsələlərinin dinc yolla, qan axıdılmadan nizamlanması qərara alındı76.
1920-ci  il  iyunun  əvvəllərində  N.Nərimanov  Moskvaya  göndərdiyi 
məlumatda  bildirmişdir  ki,  «Qarabağ  və  Zəngəzur  Sovet  Azərbaycamnın 
tərkibinə  daxil  olmuşdur.  Qəti  bildiririk  ki,  bu  yerlər  mübahisəsiz  olaraq 
Azərbaycanın tərkibində olmalıdır»77.
31


1920-ci  il  iyunun  ilk  günlərində  Qarabağda  olan  Q.K.Orcanigidze  Bakıya 
qayıtdıqdan  sonra  iyunun 
10-da  V.İ.Leninə,  İ.A.Stalinə,  G.V.Çiçerinə 
göndərdiyi  teleqramda  onuda  bildirdi  ki,  «Qarabağm  həm  erməni,  həm  də 
müsəlman əhalisi rus qoşunlarım sevinclə qarşılayırlar»78.  Q.K.Orcanigidze  1920- 
ci  il  iyunun  19-da  Vladiqafqazdan  teleqrafla  xəbər  verərək  bilbirdi  ki,  «Qarabağ 
və  Zəngəzurda  sovet  hakimiyyəti  elan  olunub  və  adı  çəkilən  ərazilər  özlərini 
Azərbaycan  Sovet  Respublikasınm  bir  hissəsi  hesab  edir.  Azərbaycan  heç  bir 
halda  Qarabağ  və  Zəngəzursuz  keçinə  bilməz.  Ermənistanla  müqavilə 
imzalanana  qədər  Azərbaycan  nümayəndəsini  Moskvaya  dəvət  edərək 
Azərbaycan  və  Ermənistana  aid  bütün  məsələləri  həmin  nümayəndə  ilə  birlikdə 
həll etməli79.  Bunu da əlavə etmək maraqlıdır ki,  Qırımızı Ordu Dağlıq Qarabağı 
daşnaklardan  təmizləyib  qurtardıqdan  sonra  daşnak  dəstəbaşçılarmdan  biri 
özlərinin  İrəvandakı  hökumətinə  xəbər  vermişdir  ki,  Dağlıq  Qarabağm  erməni 
kəndləri  bizim  hökuməti  («Daşnak»  hökuməti  -   N.M.)  tanımaqdan  imtina 
etdilər80.
1920-ci  il iyunun  20-də RSFSR-in diplomatik nümayəndələrinin  iştirakı ilə 
Azərbaycan  respublikası  hökuməti  ilə  Erməni  Daşnak  hökuməti  arasmda  rəsmi 
saziş  bağlandı81.  Lakin  Erməni  Daşnak  hökuməti  bağladığı  müqavilənin  şərt- 
lərinə  əməl  etmədi.  Azərbaycamn  şəhər  və  kənədlərinə  basqm  edərək  əhalini 
qarət  edir,  evləri,  təsərrüfat  sahələrini  dağıdıb  yandınrdılar.  Ona  görn  də 
M.D.Hüseynov  iyunun  25-də  Azərbaycan  dövləti  admdan  Daşnak  hökumətinə 
xəbərdarlıq edərək bağlanmış müqavilənin şərtlərinə əməl edilməsini tələb etdi82.
1920-ci  ilin  yay  və  payız  aylarmda  Ermənistanda  baş  verən  iqtisadi  və 
siyasi  böhran  daha da kəskinləşdi. Əhalinin  böyük bir hissəsi  öz yaşayış  yerlərini 
tərk  etməyə  məcbur  oldular.  Onların  bir  hissəsi  Azərbaycana  pənah  gətirdilər. 
Eyni  zamanda  erməni  bolşevikləri  də  Azərbaycana  və  o  cümlədən  Dağlıq 
Q arabağa  gəlməyə  başladılar,  1920-ci  ilin  oktyabr  ayında  olan  məlumata  görə 
cəmisi  son  iki-üç  ya  ərzində  Ermənistandan  Azərbaycana  20  min  nəfərdən  çox 
adam  gəlmişdi.  Azərbaycanda  fsaliyyət  göstərəən  rus  məmurları,  partiya,  sovet 
və  təsərrüfat  orqanlarm da  çalışan  erməni  nümayəndələri  gələn  həmin  erməni
32
ailələrini  Dağlıq  Qarabağda,  Gəncədə,  Şamaxıda  və  xüsusilə  Bakıda  işlə, 
mənzillə  təmin  edilməsi  üçün  tədbirlər  gördülər.  Köçürmədə  məqsəd  həm  də 
Dağlıq  Q arabağda  ermənilərin  say  çoxiuğunu  yaratm aq  olmuşdu  və  oldu.  Belə 
bir  dövrdə  D ro  və  Nijdenin  başçılığı  altmda  erməni  quldur  dəstələri  Qafan, 
Gorus  istiqamətindən  Azərbaycanm  şəhər  və  kəndlərinə  basqın  etdilər.  Erməni 
silahlı  dəstələri  quldurluqla  məşğul  olur,  kəndliləri  çapıb  talayır,  onların  mal- 
qaralarını,  qoyun  sürülərini  qarət  edirlər83.  Ermənistandan  köçürülən  ermənilər 
Dağlıq  Q arabağda  əhali  içərisində  böyük  təbliğat  işi  aparırdılar.  «Azərbaycan» 
qəzeti  8  iyul  1920-ci  il  tarixli  sayında  yazırdı  ki,  köçürülənlərin  hesabına  Dağlıq 
Qarabağda  ermənilərin  sayı  bir  qədər  də  artdı.  Burada  həmin  ermənilərə  xüsusi 
şərait yaradaraq səlahiyyətli vəzifələr verilirdi.  Hazırda Dağlıq  Q arabağda  bütün 
hakimiyyət  ermənilərin  əlindədir.  M.D.Hüseynov  N.Nərimanovun  həmin 
teleqramım  aldığmı  1920-ci  il  iyunun  21-də  Q.K.Orcanigidze  və  K.V.Çiçerinə 
bildirərək  Qarabağ  və  Zəngəzurun  Azərbaycana  birləşdirilməsi  haqqında 
teleqramda  deyilən  fıkrin  qüvvədə  qalıb-qalmadığı  xəbər  alırdı.  M əlum  olduğu 
kimi  Q.K.Orcanigidze  fıkrini  dəyişmişdi.  N.Nərimanovun  qəti  etirazlarına 
baxmayaraq  Azərbaycanla  bağlı  «mübahisəli  ərazi  məsələsini»  Azərbaycan 
nümayəndəsinin iştirakı olmadan mərkəz təkbaşına həll etdi84.
Moskvanın  və  Qərbi  Azərbaycanda  yeritdiyi  ikili  siyasət  bəhs  etdiyimiz 
dövrdə  Dağlıq  Qarabağda  Ermənistanm  təcavüzkarlığını  daha  da  artırdı.  Yeri 
gəlmişkən  bir  məsələni  xüsusi  olaraq  qeyd  etməliyik  ki,  Ermənistanda  sovet 
hakimiyyəti  qurulanadək  Daşnak hökumətinin  tərkibində RSFSR-in səlahiyyətli 
nümayəndəsi  B.V.Leqran  da  var  idi.  Ermənistan  hökuməti  istər  XI  Orduya, 
istərsədə  daşnaklara  silah  və  sursat  verməyi  öz  üzərinə  götürmüşdü85.  Əlbəttə 
həmin silah və sursat bəhs edilən dövrdə erməni vandallarımn karına çatdı.
1920-ci  il  iyulun  10-da  AK(b)P  M K  bürosu  XI  Qırmızı  O rdunun  siyasi 
şöbəsinin  nümayəndələrinin  və  RSFSR-in 
Ermənistandakı  nümayəndəsi 
B.V.Lerqanm  iştirakı  ilə  Qarabağ  Partiya  Təşkilatının  FK -nin  rəhbəri 
A.N.Karakozovun  məruzəsi dinlənildi. O çıxışında göstərdi  ki,  ingilislər regionda 
ikili  siyasət yeridirlər...  Qarabağ kommunistləri «Qarabağm Azərbaycana  birləş-
33


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə