Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə7/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   2   3   4   5   6   7   8   9   10   ...   141

larda  köçürülmüş  ermənilər ölkədəki  milli  azlıqlar  arasında  faiz  etibarilə  çoxluq 
təşkil  edirdilər.  Onların  böyük  əksəriyyəti  Dağlıq  Qarabağda  yığcam  şəkildə 
azərbaycanlılarla  qonşuluqda  yaşayırdılar.  Bir  məsələni  xüsusi  olaraq  qeyd  et- 
mək  lazımdır  ki,  Dağlıq  Qarabağda  yaşayan  əməkçi  erməni  icması  daşnakların 
fitnəkar  antiazərbaycan siyasətinə baxmayaraq Qarabağm  bölünməzliyinə qətiy- 
yətlə  tərəfdar  çıxırdılar.  Məsələn,  A.İ.Mikoyan  R K   (b)  PM K-ya  V.İ.Leninə 
yazdığı  22  may  1919-cu  il  tarixli  məktubunda  qeyd  edirdi  ki,  «daşnaklar 
Qarabağı  Ermənistana  birləşdirməyə nail  olmaq  istəyirlər,  lakin  Qarabağ əhalisi 
üçün  bu, özlərinin  həyat  mantpəyi  olan  Bakıdan  məhrum  olmaq  və heç  vaxt,  heç 
nə  ilə  bağlı  olmadıqları  İrəvanla  bağlamaq  demək  olardı.  Qarabağm  erməni 
əhalisi  beşinci  qurultayda  sovet  Azərbaycamnı  tanımağı  və  onunla  birləşməyi 
qərara  almışdır»33.  Bundan  əlavə,  1919-cu  ilin  aprelində  general  Tomsonun 
nümayəndəsi  Şatelvord  Bakıdan  Şuşaya  gələrək  ermənilərdən  Azərbaycan 
Respublikası  hakimiyyətini  qəbul  etməyi,34  yaxud  general  A.İ.Denikinin 
yazdığına  görə,  «Sultanovun  qanunu  hakimiyyətini»  tanımağı  tələb  etdi5’. 
Şuşada  ingilis  hərbi  missiyasınm  razılığı  ilə  general  qubem ator  X.Sultanov 
erməni  milli şurasının  başçılarmı  tutub  Şuşadan  qovdu56.  1919-cu  il  iyunun  6-da 
Yepsikop  Şahnazarov  və  erməni  icmasının  nümayəndələri  X.Sultanovla 
görüşərək, 
Azərbaycan 
respublikasmm 
hakimiyyətini 
qəbul 
etdiklərini 
bildirdilər.  İyulun  30-da  Şuşaya  gələn  baş  nazir  N.Yusifbəyov  və  hərbi  nazir 
S.Mehmandarov  erməni  kilsəsində  duz-çörəklə  qarşılandı.  Yepiskop  onlan 
Azərbaycan dilində salamladı. Müttəfıq dövlətlərin Zaqafqaziyada Ali Komissan 
Amerika  polkovniki  Haskel  Bakıda  N.Yusifbəyova  bildirdi  ki,  o,  «Qarabağm 
qəti olaraq Azərbaycana keçməsini zəruri hesab edir»37.
1919-cu  il  mətbuat  səhifələrində  yazılırdı:  «Qarabağda  ermənilərlə  azərbay- 
canlıların  münasibəti  çox  yaxşıdır.  Siyasətdən  uzaq  dinc  kəndlilər  səmimi  etiraf 
edirlər  ki,  Qarabağm  əsasən  ermənilər  yaşayan  dağlıq  hissəsinin  güzaranı  büs- 
bütün  onun  düzən  hissəsindən  asılıdır,  bu  səbəbdən  də  onlar  Qarabağm  bu 
şəkildə bölünməsini  təsəvvür edə  bilmirlər,  onlar  iqtisadi  və siyasi  əlaqləri  olma- 
yan İrəvanı heç vaxt görməmişlər»58.
26
1919-cu  il  vaqustun  15-də  Şuşada  keçirilən  Dağlıq  Q arabağ  ermənilərinin 
qurultayı  «Dağlıq  Q arabağ  ermənilərinin  Azərbaycan  hökuməti  ilə  müvəqqəti 
sazişi»ni  qəbul  etdi.  Həmin  sazişdə  göstərilirdi  ki,  «Qarabağm  dağlıq  hissəsi», 
ermənilər  yaşayan  Dizax,  Vərənd,  Xaçm  Carabet  rayonları  özünü  müvəqqəti 
olaraq Azərbaycan Respublikasmın hüdudlarında hesab edir»59.  Saziş, məsələnin 
Paris  Sülh  K onfransında həll  edəcəyi vaxta qədər qüw ədə qalmalı idi.  15  avqust 
sazişinin  qəbul  olunması  Ermənistanm  Dağlıq  Qarabağı  «Ermənistan  ərazisi» 
elan  etmək  siyasətinin  müəyyən  m ənada  iflası  idi60.  Bu  sazişin  əldə  edilməsində 
Q arabağ  general-qubem atoru  X.Sultanovun  böyük  xidmətləri  olmuşdur  və  bu 
sazişə çox yüksək qiymət vermişdir.
1919-cu il noyabrm  23-də Tiflisdə Azərbaycan ilə Ermənistamn baş nazirləri 
Yusifbəyov  və  Xatisov  Gürcüstan  xarici  işlər  naziri  Gekeçkorinin  və  Amerika 
polkovniki Ceymis Reyin  şahidliyi ilə sülh sazişi imzaladılar C.Rey hər iki tərəfin 
razılığı  ilə  «neytral  şəxs»  kimi  müəyyənləşdirildi.  Bütün  mübahisəli  məsələtori 
onun iştirakı  ilə həll etməli idilər.  Sülhə görə «mübahisəli sərhəd məsələsi»ni silah 
gücünə  yox  danışıqlar  yolu  ilə  həll  olunmalı,  həmçinin  qoşunlar  ərazidən  çıxa- 
rılmalı, heç bir halda silahdan istifadə edilməməli idi61.  Lakin daşnaklar Qarabağ 
sazişini  hər  vasitə  ilə  gözdən  salmağa,  heçə  endirməyə  cəhd  göstərirdilər.  Türk 
millətəinə  vəhşicəsinə  nifrət  bəsləyən  azğın  millətçilik  partiyası  regionda  sülhün 
bərqərar olmasmı qəbul edə bilmirdi.
Azərbaycan tərəfı  sülhün şərtlərinə əməl edərək qoşun hissələrini  Şuşadan və 
digər  ərazilərdən  çıxartdı.  Ermənistan  isə  sazişi  pozaraq  Qarabağa  qoşun  hıs- 
sələri  göndərdi.  O  zaman  Şuşa  və  Zəngəzurda  olmuş  ingilis jum alisti  Skotland- 
Liddel  Londona  məlumat  verərək  bildirirdi  ki,  «23  noyabr  sazişinin  ardm ca, 
ermənilər Azərbaycan qoşunlarınm getməsindən  istifadə edərək xaincəsinə Q ara- 
bağda  müsəlmanlar  üzərinə  hücuma  keçdilər  və  qırxa  qədər  müsəlman  kəndini 
dağıtdılar.  Londanda  erməni  bürosu  var.  Buna  bənzər  təşkilatlar  Fransada  da, 
ABŞ-da  d a  var.  Ermənilərin  ən  çox  sevdiyi  metod  ən  alçaq  reklam   üçün 
«Xzistian»  sözündən  ı'stifadə  etməkdir.  Zaqafqaziyada  həqiqəti  bilirlər,  əgər 
ingilis ictimaiyyəti bilmirsə də, ingilis nazirlikləri həqiqəti bilməlidirlər»62.
27


Ermənistanm  Azərbaycana  hərbi  təcavüzü  ilə  əlaqədar  olaraq  1919-cu  il 
dekabrm  30-da  Azərbaycan  hökuməti  Zaqafqaziya  Ali  Komissarı  Haskeldən 
erməni  təcavüzünü  dayandırmaq  üçün  təcili  tədbirlər  görməyi  tələb  etdi.  Xarici 
İşlər Naziri  F.X.Xoyski xüsusi nota  ilə  Ermənistan hökumətini xəbərdar  etdi  ki, 
dinc  əhaliyə  qarşı  hərbi  əməliyyatlar  dayandırılmazsa,  Azərbaycan  hökuməti  öz 
vətəndaşlarının  həyatını  və  əmlakmı  qurmaq  üçün  təxırəsalınmaz  tadbiriər 
görməyə  məcbur  olacaqdır.  Lakin  Ermənistan  bu  xəbərdarlıqlara  məhəl  qoy- 
madı, əksinə Dağlıq Qarabağda Ermənistamn təxribatı daha da gücləndi63.
Məsələyə  Ermənistanm  Tiflisdəki  nümayəndəsi  belə  bəyanat  verdi  ki,  «həm 
general  Andranik  həm  də  onun  dəstəsi  xüsusi  erməni  korpusunun  əmri  ilə  artıq 
çoxdan  erməni  qoşunlarınm  tərkibindən  və  siyahısından  çıxarılmışdır.  Onlar 
Ermənistan  hökumətini  tam m aqdan  imtina  ediblər.  Beləliklə,  Ermənistan 
hökuməti  general  Andranik  və digərlərinin  məsuliyyətsiz  fəaliyyətinə  cavab  verə 
bilməz^64.  Lakin  bəhs  edilən  dövrdə  general  Andranikin  yazdığı  məktub  yuxa- 
rıda deyilənlərə tamamilə ziddir və  Ermənistamn  məkrli  niyyəti  bir  daha səmimi 
etiraf edilmişdir.  Həmin  məktubdan  oxuyuruq:  «Zat-aliləri  general  Biçerakova. 
Zəngəzur  erməni  milli  şurasınm  üzvləri  Arşak  Şirinyan  və  Nikolay  Osipov 
Bakıdan  gələrək  mənə  1.000  000  manat  pul  verdilər.  Bu  haqda  onlar  Sizə 
iltizamnamə  veriblər.  Adı  çəkilən  Şura  üzvləri  mənə  dedilər  ki,  bu  pula  Siz 
general  Baqrationun  xahişi  ilə  vermisiniz.  Mənim  dəstəmi və  bədbəxt  qaçğınları 
unutmadığımz üçün  Sizə dərin  və səmimi təşəkkürümü bildirirəm.  General-mayor 
Andranik»65.  Ermənistan  hökuməti  Dağlıq  Qarabağı Azərbaycandan  qoparmaq 
üçün  belə  bir  mübarizə  taktikası  seçmişdi:  Dağlıq  Qarabağ  separatçılarım 
maliyyə cəhətdən tam  təmin etmək, bölgədə ermənilərin tam hakimiyyətini yarat- 
m aq,  Dağlıq Qarabağda təxribat  işini  tam  məxvi  aparmaqla  Ermənistanm  admı 
dilə gətirməməli  və Dağlıq Qarabağda gedən  prosesləri  Qarabağm  əhalisinin  adı 
ilə  bağlamalı.  Ermənistan  hökuməti  1919-cu  ilin  sonlarmda  Dağlıq  Qarabağı 
«azad  etmək  üçün»  19  milyon  m anat  pul  ayırmışdı66.  Ermənistandan  və  xarici 
dövlətlərdən  güclü  dəstək  alan  erməni  quldur  dəstələri  1919-cu  ilin  sonu  1920-ci 
ilin  əwəllərində  emissarların  və  separatçıların  təhriki  ilə  Dağlıq  Qarabağda  çox
28
böyük  qırqınlar  törətdilər.  1920-ci  il  m artın  22-də Dəli Q azann 4 minlik qoşunu 
Əskəranı  ələ  keçirdi.  Şuşa  və  Xankəndini  ələ  almaq  üçün  həmin  istiqamətdə 
irəlilədi67.  Lakin  1920-ci il aprelin 2-də Milli O rdu hissələrimiz general Səlimovun 
rəhbərliyi  altında  əks  hücuma  keçərək  Dəli  Qazarın  qoşunlarını  məğlub  etdi. 
Nəticə  etibarilə  bəhs  edilən  dövrdə  Dağlıq Qarabağı hərbi yolla Azərbaycandan 
qoparıb  Ermənistana  birləşdirmək cəhdi  boşa çıxdı68.  Lakin  Azərbaycanda sovet 
rejimi yarandıqdan  sonra Ermənistanın  Azərbaycana qarşı əsassız ərazi  iddialan 
və  Dağlıq  Qarabağı  Azərbaycandan  ayırıb  Ermənistana  birləşdirmək  cəhdləri 
yenidən  baş  qaldırdı.  Bunun üçün  erməni  daşnaklan  siyasi,  diplomatik  və  hətta 
hərbi yolla öz mənfur niyyətlərinə çatm aq istəyirdilər.  1920-ci illərdə «mübahisəli 
ərazi» kimi Dağlıq Q arabağ məsələsi çox ciddi və kəskin xarakter aldı. Aprel çev- 
rilişindən  sonra  «beynəlmiləlçilik»  bayrağı  altında  Azərbaycana  göndərəilən 
«kadrlar»  milli  kadrlanmızı  məhv etməklə,  ölkəni daxildən  parçalam aq və  istək- 
lərinə  maneəsiz  nail  olmaq  niyyətində  idilər.  Başğa  bir  tərəfdən  isə  erməni 
daşnakları  X I  Ordu  sıralanna  daxil  olub  əsgərləri  «təlimatlandırır»,  onlardan 
məqsədli  şəkildə  istifadə  edərək  müsəlman  əhalisinı  asıb-kəsir  və  kəndləri 
amansızcasma  dağıdırdılar69.  Bununla  yanaşı,  Moskvada  ərazi  məsələlərini  həll 
edən  Stalin,  Çiçerin,  Qaraxan,  Mirzoyan,  Dövlətov  və  başqalan  erməniləri 
dəstəkləyirdilər.  Eyni  zamanda  bütün  insanları  düzlüyə,  doğruluğa  səsləyən 
kilsələr silah  anbarları rolunu oynayır və kilsə xidmətləri silahlı dəstələri təlimat- 
landırırdılar70.
H ətta  erməni  daşnak  hökuməti,  yuxan  Zəngəzurda  fəaliyyət  göstərən  qon- 
darm a «Azad  Sünik hökuməti» ilə birlikdə öz məqsədlərinə çatm aq üçün  əvvəlcə 
Sultan  bəy  və  Xosrov  paşa  Sultanovlardan  istifadə  etməyə  cəhd  göstərdilər. 
Erməni  emissarlan  və  separatçılan  daşnak  qüvvələrini  Dağlıq  Qarabağa  burax- 
mayan  Sultanovlara  Sovet  rejiminə  qarşı  birgə  mübarizə  etməyi  təklif etdilər. 
Lakin rədd cavabı aldıqdan sonra onlara qarşı fıtnəkarlığa başladılar.
Güclü  dəstək  alan  və  silahlanan  general  D ronun  başçılığı  altında  erməni 
daşnakları  1920-ci  ilin  aprelində  Q arabağda  onlarla  azərbaycanlılar  yaşayan 
kənədləri məhv etmiş, yerli dinc əhalini güllələmişdir.
29


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə