Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə5/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   2   3   4   5   6   7   8   9   ...   141

azərbaycanlılann  qayğılanna  bolşeviklərin  belə  münasibəti  haqlı  olaraq  etiraz 
dalğasınm güclənməsinə gətirib çıxartdı37.
-  Dağlıq  Qarabağda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  onun 
rəhbərliyinin  ermənilər tərəfindən  ələ  keçirilməsi  və  onlann  «sovet  hakimiyyəti» 
adı  altında  şovenist  mövqe tutaraq  antiazərbaycan  siyasəti  yeritməsi,  xalqımızm 
milli  mənafelərinin  nəzərə  alınmaması,  xüsusilə  onların  var-dövlətlərinin 
müsadirə edilməsi, mülkiyyətdən  məhrumetmə və torpaq məsələsinin  həllində  bu 
şovinist  siyasət  özünü  qabarıq  şəfcildə göstərirdi.  Şübhəsiz,  bütün  bu  ayrıseçkilik 
isə xalq üsyanlarına zəmin yaradırdı.
-  Azərbaycanda  sovet  hakimiyyəti  quruiduqdan  sonra  Azərbaycan 
Cümhuriyyəti  dövründə  Dağlıq  Q arabağda  hakimiyyətdə  olan  bəylər  və  xanlar, 
xalqımızın  görkəmli  şəxsiyyətləri,  dövlət  məmurları,  ictimai-siyasi  xadimlər  və 
elm  adamları,  ordu  başçıları  (sözsüz  ki,  bunlar  azərbaycanlılar  idi)  həbs  edilir, 
sürgün  edilir,  çox  hallarda  isə  sorğusuz-sualsız  güllələnirdilər.  Həmin  dövrün 
mənbələrindən  birində  göstərilirdi  ki,  «Ziyalılar  və  burjuaziya  nümayəndələri 
həbs  olunur  və  güllələnirdılər.  Onlar  demək  olar  ki,  yalnız  müsəlmanlar  idilər. 
Azərbaycan  K P  M K-nın başı üzərində dayanan güclü erməni qrupu  Azərbaycan 
xalqını  başsız  qoymaq  üçün  onun  ən  yaxşı  nümayəndələrini  məhv  edirdilər38. 
Bütün  bunlar  isə  həmin  şəxslərin,  onlarm   yaxmlannm  etirazlanna  -   xalq 
hərəkatının canlanmasına təkan verdi.
-  Dağlıq  Qarabağm  azərbaycanlılar  yaşayan  kəndlərinə  münasibətdə 
müstəmləkəçilik  siyasətinin,  ordunun  mərkəzi  və  yerli  ərzaq  orqanlannm  
kənddən  bütün  ərzaq  ehtiyatlarmı  daşıyıb  aparması  nətəicəsində  sovet 
hakimiyyətinə  qarşı  çox  böyük  narazılıq  doğurmuş,  yerlərdə  kəndlilərin 
narazıhğmm artm asına və üsyanlara səbəb olurdu39.

X I O rdunu iqtisadi cəhətdən təmin edilməsi xalqm çiynində ağır bir yükə 
çevrilmişdi.  Öz  ailəsini  yanac  dolandıran  kəndli  üçün  -   daşnak  hücumlan  ilə 
əlaqədar  torpağm   becərilməsi  çətin  olduğu  bir  vaxtda,  belə  bir  ödənci  vermək 
olduqca  acınacaqlı  idi.  Hələ  bu  az  imiş  kimi  XI  Qırmızı  O rdu  özünü 
müstəmləkəçi  kimi  aparır,  heç  kəslə  hesablaşmış,  müsadirəçiliklə  məşğul  ohır,
18
xalqımızm  milli  adət-ənənəsini  təhqir  edirdi40.  Ona  görə  də  Azərbaycan  İnqilab 
Komitəsinin  icazəsi  olmadan  XI  Ordunun  başçıları  olan  millətçi  rus  şovinistləri 
və erməni daşnaklarınm  özbaşmalıqları xalqımızmm etirazlarm a gətirib çıxanrdı.
-  Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra,  qərb  dövlətləri 
sosializm  quruluşunu  məhv  etmək  və  Bakı  neftinə  yiyələnmək  üçün  vaxtilə 
smaqdan  çıxardıqları  «parçala  və  hökm  sür»  siyasətindən  istifadə  edərək 
Azərbaycanda  yaşayan  xalqları  bir-birinə  qarşı  qoydular.  Bu  işdə  ermənəilər 
o n k rın   «kanna»  gəldilər.  «Böyük  Ermənistan»  yaratm aq  fıkrində  olan 
erməniləri  ərzaqla  silah  və  sursatla  təmin  edib,  Azərbaycana  qarşı  yönəltdilər41. 
Qızışdırılan  və  hər  cür  şəraitlə  təmin  edilən  ermənilər  Dağlıq  Qarabağda 
ağlasığmaz fəlakətlər törətdilər.  Bu isə xalq üsyanlanna səbəb oldu.
-  Dağlıq  Q arabağda  özlərinə  daha  çox  tərəf  toplam aq,  ərazidə  yaşayan 
erməniləri  öz  dəstələrində  birləşdirmək  məqsədilə  erməni  daşnakları  xüsusi 
hazırlanmış təbliğatçı  dəstələr hazırlayıb Dağhq Qarabağa göndərdilər.  Armenak 
Ter-Daneliyan, 
Arsen 
Ter-Mikelyan, 
polkovnik 
Qazaryan, 
rotmister 
K.M artirosyan,  A.Tumanyan,  A.Avenesyan,  Keton  Arzumanyan,  Baxış 
Xoznavodski və başqaları  «Yeni quruluşun gələcəyinə inamsızlıq», «XI Ordunun 
tərkibinin  Denikin  ordusu  oIması»,  «Əgər  Dağlıq  Q arabağ  Ermənistana 
birləşərsə  ərzaq  bolluğu  olacaq»  və sair boş  cəfəng  xulyalarla  çıxışlar  edirdilər42. 
Çox  hallarda  isə  onlar  Öz  məqsədlərinə  nail  olurdular,  bu  isə  qarşıdurma 
yaradırdı.
-  Rus  imperiyası  diktaturanm  hakimiyyətini  möhkəmləndirmək  üçün 
özlərinin  tarixi  təcrübəsindən  istifadə  etdilər.  Onlar  bu  dövrdə  xalqı  qorxu 
içərisində  saxlamaq  üçün  terrorun  tətbiqinə  başladılar. 
Qayda-qanunu 
«pozanları»  ağır  cəza  gözləyirdi.  Terroru  həyata  keçirən  F K   üzvləri  milliyyətcə 
erməni  olduqlanndan  «şübhəli  ünsür»  adı  altında  keçmiş  azərbaycanlı 
sahibkarlar,  bəylər,  tacirlər,  ziyalılar  həbs  edilir  və  istintaqsız  güllələnirdilər43, 
v.18].  Bütün bunlar isə keçmiş mənsəb sahiblərinin etirazlarma səbəb olurdu.
Dağlıq 
Qarabağın 
erməni 
kommunistləri 
Dağlıq 
Qarabağın 
Azərbaycandan  ayrılmaması  uğrunda  xalq  içərisində  təbliğat  apanrdılar.
19


Vaxtaşırı edilən bu çıxışlar erməni daşnaklarımn törətdiyi daşnak terroruna qarşı 
qırmızı  terrorla  cavab  verilməsi  təbliğ  edilirdi.  Bu  isə  üsyanın  baş  vem əsi  üçün 
zəmin hazırlayırdı.
-  Yeni  hakimiyyətin  din  əleyhinə  davakar  hərəkətləri  -   məscidlərin 
dağıdılması,  din  xadimlərinin təhqir edilməsi  mollaların,  axundların heç  bir  əsas 
olm adan ittiham olunaraq kütləvi şəkildə güllələnməsi və sair hallar -  dindarlarm 
antisovet  təbliğatma  səbəb  oldu.  O nlar  hər  yerdə  əhalini  yeni  quruluşa  qarşı 
üsyana çağırırdılar44.
-  Bol  suyu,  münbit  torpaqları,  əlverişli iqlim şəraiti,  tükənməz sərvəti  olan 
Dağlıq  Qarabağda  xalqımızm  ehtiyac  içərisində  yaşamasma  onlar  dözə 
bilmədilər.  Aprel  faciəsindən  keçən  qısa  bir  müddətdə  bütün  Azərbaycan  xalqı 
müdhiş bir istilaya məruz qaldığını a a  bir surətdə dərk etdiyindən üsyana qalxdı.
-  Kommunistlərin  keçirdikləri  uğursuz  təcrübələr,  ordu  hissələrinin 
səhvləri,  torpaq  və  vergi  siyasətindəki  əyintilər,  xalqımızm  dini  mərasimlərinə 
qayğı ilə yanaşılmaması - Dağlıq Qarabağda üsyana səbəb oldu.
A panlan 
araşdırm alardan 
məlum 
olur  ki, 
Azərbaycanm 
başqa 
ərazilərindən  fərqli  olaraq  Dağlıq  Qarabağda  milli  müqavimət  hərəkatı  təkcə 
antisovet  xarakteri  daşımırdı.  Buradakı  hərəkat  həm  də  erməni  daşnaklarının 
törətdiyi  faciələrə,  günahsız  qırğmlara  qarşı  yönəldilmişdi.  Eyni  zamanda 
Z aqatala,  Naxçıvan  və  digər  üsyanlarda  üsyanın  əsas  qüvvəsini  dinc  əhalidən 
ibarət  müqavimət dəstələri  təşkil  edirdisə,  Dağhq Qarabağdakı  üsyançılann  əsas 
qüwəsi  hərbçilərdən  ibarət  idi.  Dağlıq  Q arabağ  üsyançıları  digər  bölgələrin 
üsyançılarından  daha  yaxşı  silahlanmışdılar  və  üstün  döyüş  təcrübəsinə  malik 
olmuşdular.
Aprel  çevrilişinin  ən  mühüm  nəticəsi  Azərbaycanın  dövlət  müstəqilliyinin 
itirilməsi  oldu.  Azərbaycan  yenidən  Rusiyanın  müstəmləkəsinə  çevrildi.  Bu 
hadisə isə Qərb dövlətlərini qane etmədi.  Həmin dövlətlər «parçala və hökm sür» 
imperiya siyasəti işlədib Qafqazda müxtəlif fıtnə-fəsaddan istifadə edərək burada 
yaşayan  xalqlan  bir-birinə qarşı  qoyurdular.  O nlar,  «buyruq  qulu»  olan  erməni 
agentlərinin gücündən  istifadə etdilər.  Böyük Britaniya,  Fransa,  Amerika hakim
20
dairələrinin  birinci  məqsədi  yeni  ictimai  quruluşu  məhv  etmək  idisə,  ən  başlıca 
məqsəd Bakı neftini ələ keçirmək olmuşdur.  1920-ci ilin maymda Bakıda 53 nəfər 
Böyük  Britaniya  hərbi  qulluqçusunun  antisovet  təbliğatı  aparması  aşkar 
edilmişdir.  Onlar  yeni  quruluşu  «ümummilli  fəlakət»  adlandırırdılar.  Dağlıq 
Qarabağda  isə  belə  şayə  yayırdılar  ki,  Qızıl  O rdu  «müsəlmanlan  bütövlükdə 
qırm aq üçün  gəlir».  Ona görə də  onları  əraziyə  buraxmaq  olmaz.  Digər tərəfdən 
isə  Qərb  dövlətləri  erməni  daşnaklarına  «Böyük  Ermənistan»  yaradılmasma 
müdafiəçi olacaqlarmı vəd etmişdilər.  Bu məqsədlə onları ərzaq, silah  və sursatla 
təmin  etdilər45.  Dağlıq  Qarabağda  daşnak  erməni  dəstələrinin  azğmlıqları 
yenidən başladı.
Bununla  yanaşı  yuxarıda  göstərdiyimiz  kimi,  Qırmızı  O rdu  hissələrinin 
işğalçılıq  hərəkətləri,  FK-mn  terrorçuluq  siyasəti,  kütləvi  qarətlər,  əhalinin  milli 
adət-ənənəsinə,  dininə  qarşı  təhqiramiz  hərəkətlər  və  sair  hallar  Dağlıq 
Q arabağda xalq üsyanlarma, milli müqavimət hərəkatma səbəb oldu.
Dağlıq  Qarabağda  yeni  yaradılmış  erməni  və  ruslardan  ibarət  bolşevik 
hakimiyyətinə, həm də erməni özbaşınahqlarma,  təcavüzkarlıqlarına qarşı  xalqm 
milli  azadlıq  mübarizəsi  başladı.  1920-ci  ilin  maymda  Azərbaycan  Milli 
Ordusunun  osas  hissələri  Qarabağ  bölgəsində  yerləşdirildi.  Əvvəlcə  ərazi 
bütövlüyümüzün  qorunması  uğrunda  mübarizə  məqsədilə,  D ro,  Nijde  və 
Andranikin  çirkin  əməllərinin qarşısım  almaq  üçün  Dağlıq  Qarabağa  daxii  olan 
Milli  O rdu  hissələri,  Qırmızı  Ordu  hissələrinin  və  yeni  hakimiyyətin 
özbaşınalığma  qarşı  da  biganə  qalmadı.  Azərbaycamn  Milli  Ordu  hissələrinə 
polkovnik  Zeynalov  başçılıq  edirdi.  Azərbaycan  xalqınm  çətin  günündə  onun 
dadına  çatan  Türk  generalı  N uru  paşa  da  öz  dəstəsi  ilə  Q arabağ  istiqamətində 
hərəkət  etdi.  1920-ci  il  mayın  axırlarında  Qarabağın  müxtəlif  yerlərində  Şəki, 
T atar,  Cavanşir,  Ağdam  süvari  alayları,  Bakı  piyada  alayı  və  Bakınm  2  topçu 
diviziyası  yerləşdirilmişdi46.  Xalq,  Milli  Ordu  hissələrini  çox  böyük  sevinclə 
qarşüadı.  Dağlıq  Q arabağa  nəzarət  Milli  Ordu  hissələri  və  onun  tərkibində 
vuruşan  xalqm  əlinə keçmişdi.  Milli  Ordu  hissələrinin  tərkibində  6  min  döyüşçü 
var  idi.  1920-ci  il  maym  25-də  Nuru  Paşanm  dəstəsi  Yevlaxdan  Əskarana,
21


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə