Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə10/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   6   7   8   9   10   11   12   13   ...   141

hökuməti  heç  vaxt  razılaşmamışdır.  N.Nərimanov  Ermənistan  hökumətinin 
qərəzli  «dekreti»nə öz  etirazmı  bildirmiş  və bu  barədo  Tiflisdə  olan  Xarici  İşlər 
Komissarı M.D.Hüseynova bəzi tapşırıqlar vermişdir.
1921-ci il iyunun 25-27-də Tiflisdə «Mübahisəli ərazi» məsələləri üzrə komis- 
siyanm  ıclası  keçirilir.  İclasda  Ermənistan  nümayəndəsi  Bekzadyan  bildirdi  ki, 
«Zaqafqaziyanın  inzibati  bölgüsü  ədalətsiz  aparılmışdır.  Əgər  dostcasına  yaşa- 
m aq  istəyiriksə  erməni  əhalisinin  yığcam  şəkildə  yaşadığı  ərazilər  Ermənistana 
güzəşt  edilməlidir».  O  eyni  zam anda  bildirdi  ki,  Stalin  M oskvada  onunla  və 
Myasnikovla  söhbət  zamanı  «bu fıkrə  tamamilə şərik  çıxmışdır»100.  Azərbaycan 
və  Gürcüstan  nümayəndələri əksinə,  hər hansı  ərazi  güzəştlərinin  yolverməzliyini 
bildirdilər.  Komissiyanın  sədri S.M.Kİrov da  onları dəstəklədi.  İclasda  müzakirə 
olunan  məsələ  həll  edilməmiş  qaldı  və  PK (b)R  M K-mn  Qafqaz  bürosunun 
müzakirəsinə verildi.
1921-ci  il  iyunun  25-də  A.M aravyan  Qarabağa  getmək  üçün  Tiflisə  yola 
düşdü.  Bu  zaman  N.Nərimanov  Ə.H.Qarayev  vasitəsilə  A.M aravyam  müəyyən 
məsələlərə  aydınlıq  gətirmək  üçün  Bakıya  dəvət  etdi.  A.M aravyan  bu  dəvətə 
məhəl  qoymadı  və  qasid  vasitəsilə  Q.K.Orcanigidzeyə  m əktub  göndərdi  ki, 
«Dağhq Qarabağ məsələsinin həllini sürətələndirsin».
1921-ci  il  iyunun  26-da  Q.K.Orcanigidze  və  S.M .Kirov  Tiflisdən  N.Nəri- 
m anova təcili teleqram göndərərək «Qarabağ haqqm da məsələ»ni dərhal AK(b)P 
siyasi  burosunda  və Azərbaycan  SSR  XKS-də  baxmağı xahiş  etdilər.  Onlar həm 
də  belə  bir  prinsip  irəli  sürdülər  ki,  «məsələ  müzakirə  edilərək  heç  bir  erməni 
kəndi  Azərbaycana  birləşdirilməməli  və  heç  bir  müsəlman  kəndi  Ermənistana 
birləşdirilə bilməz»101.
1921-ci  il  iyunun  27-də  N.Nərimanovun  Q.K.Orcanigidze  və  A.F.M yas- 
nikova  ünvanladığı  teleqram  nəzərə  almaraq  A.M aravyan  Q arabağdan  geri 
çağırıldı102.
A K(b)P  M K-nm  Siyasi  və  Təşkilat  büroları  1921-ci  il  iyunun  27-dəki  birgə 
iclasmda  «Qarabağ  məsələsi»ni  müzakirə  etdi.  İclasda  N.Nərim anov  başda 
olmaqla milliyyətcə azərbaycanlı olan  büro üzvləri birləşərək yekdilliklə obyektiv
38
qərar -  Ermənistanın, Qarabağm yuxarı hissəsinə iddialannı rədd etmək qərarmı 
çıxardıiar103.
1921-ci  il  iyunun  27-də  RK (b)P  M K -nm   Qafqaz  bürosunun  plenumu 
keçırildi.  Plenumda M .D.Hüseynovun  məlumatları dinlənildi.  Plenum  belə qərar 
qəbul  etdi  ki,  «respublikalann  sərhədlərini  müəyyənləşdirmək.üçün  PK(b)P M K  
Qafqaz  bürosunun  təcili  plenumu  çağınlsm;  N.Nərimanov  və  M.Myasnikov 
dərhal Tiflisə yola düşsünlər».
4  iyun  1921-ci  il  RK(b)P-nin  Qafqaz  bürosunun  plenumunda  Qarabağ 
məsələsinə yenidən baxıldı.  Həmin  plenumda N.Nərimanov, F.M axaradze, S.Or- 
canigidze,  S.M.Kirov,  A.F.Myasnikov,  M.Orxolaşvili,  V.Nazaretyan,  Fiqner, 
Stalinin  katibi  Breytman  və  Gürcüstan  K P   MK-nm  üç  üzvü  iştirak  edirdi. 
Moskvamn  himayəsi  nəticəsində  «Qarabağ  məsələsi»  Ermənistanın  xeyrinə  həll 
edildi.  Belə ki,  N.Nərimanovun etirazma baxmayaraq plenum «Dağlıq Qarabağı 
Ermənistan  SSR-ə daxil etdi»104.  Belə bir ədalətsiz qərarla razılaşmayan N.Nəri- 
manov  bəyanatla  çıxış  edib  bildirdi  ki,  «Qarabağ  məsələsi  Azərbaycan  üçün 
böyük əhəmiyyət  kəsb etdiyindən,  onun  haqqnıda daha obyektiv qərar çıxarmaq 
üçün həmin məsələnin RK(b)P M K -da keçirilməsini zəruri hesab edirəm»105.
Nərimanovun  ciddi  müqaviməti  və  prinsipial  qəti mövqeyi  nəticəsində  1921- 
ci  il  iyulun  5-də  RK (b)P  MK-nm  Qafqaz  bürosunda  «Qarabağ  məsələsi»nə 
yenidən  baxıldı.  Həmin  plenumda  Stalin  və  Azərbaycan  xarici  işlər  komissarı 
Hüseynov  da  iştirak  edirdilər.  Plenumda  qəbul  edilmiş  qərarda  göstərilirdi  ki, 
«azərbaycanlılar  və  ermənilər  arasında  milli  barışığm  zəruriliyini,  Qarabağm 
yuxarı və aşağı hissələri  arasında iqtisali əlaqələri, onun daim Azərbaycanla bağlı 
olduğunu  nəzərə  alaraq,  Dağlıq  Qarabağ  Azərbaycan  SSR-in  tərkibində  sax- 
lanılsm,  inzibati  mərkəz  muxtar  vilayətə  daxil  olan  Şuşa  şəhəri  olmaqla,  ona 
geniş  vilayət  muxtariyyatı  verilsin»106.  AK(b)P  MK-ya  tapşırıldı  ki,  «muxtar 
vilayətin  sərhədlərini  müəyyənləşdirsin və təsdiq olunmaq üçün  RK(b)P MK-nın 
Qafqaz  bürosuna  təqdim  etsin».  M uxtar  vilayətin  yaranması  qərarı  da 
Azərbaycan  ictimaiyyəti  tərəfindən  razılıqla  qarşılanmadı.  Ona  görə  də, 
Azərbaycan  M İK  Rəyasət  Heyətinin  19  iyul  1921-ci  ildə  keçirilən  iclasmda
39


«Dağhq Qarabağa daxili özünüidarə hüququ verilməklə Azərbaycanm  tərkıbində 
saxlanılmasmı zəruri hesab etdi»107.
AK(b)P  rəhbər  işçilərindən  Ə.Qarayev  və  L.Mirzoyan  vəziyyəti  öyrənmək 
üçün  Qarabağa  göndərildi.  L.Mirzoyan  Bakıya  qayıdarkən  Ə.Qarayevlə 
razılaşdırılmış  məruzə  gətirdi.  Həmin  məruzədə  deyilirdi.  «Hiss  olunurdu  ki, 
kənddə Qarabağ məsələsi mövcud deyildi.  Yalnız düzgün həll olunmayan tam bir 
sıra  praktik  məsələlər  vardır.  Mənim  dərin  əqidəm  belədir  ki,  həmin  xırda 
narazılıqlar  bir  tərəfdən  bizim  yuxarı  partiya  və  sovet  rəhbər  dairələrimiz 
tərəfmdən,  digər  tərəfdən  bir  sıra  millətçi  əhvali-ruhiyyəli  ziyalı  ermənilər 
tərəfmdən  yaradılmışdır  və  yaradılm aqdadır...  Xalis  şəkildə  Q arabağ  məsələsi 
yoxdur.  Erməni  kəndlisi deyir ki,  o  Bakı  ilə Ağdamla sıx  əlaqəsiz yaşaya  bilməz. 
Ona  yalnız  düzənlik  hissəyə  gedən  yolu  təhlükəsiz  etmək  və  mədəni  cəhətdən 
inkişaf  etməyə  imkan  vermək  lazımdır.  Azərbaycanm  tabeçiliyində  Dağlıq 
Q arabağ M uxtar Vilayətinin yaradılması əhalinin çox əksəriyyətinin fıkridir»108.
1921-ci  il  avqustun  1-də  Şuşada  keçirilən  fövqəladə  Sovetlər  qurultaymda 
Azərbaycan  SSR  tərkibində  m uxtar  vilayətin  yaradılması  məsələsi  müzakirə 
olunub  qərarın  düzgün  olması  qeyd  edildi109.  Lakin  Dağlıq  Qarabağ  M uxtar 
Vilayətinin  (DQMV)  yaradılması  haqqında  qərar  Azərbaycanm  heç  də  hər 
yerində və  ictimaiyyətin  nümayəndələrinin  hamısı  tərəfindən  razılıqla,  birmənalı 
qarşılanmadı.  O dur  ki,  1921-ci  il  avqustun  8-də  AK(b)P  M K -nm   Siyasi  və 
Təşkilat  bürosu  «Qarabağda  vəziyyət  haqqında»  L.İ.M irzoyan  və  Ə.H.Qara- 
yevin  məruzələrini  dinləyərək  Şuşa  qəza  partiya  Komitəsinin  yeni  tərkibini, 
habelə Ə.H.Qarayevi Qarabağ üzrə fövqəladə müvəkkil təsdiq etdi.
AK(b)P  M K-nın  Siyasi  və  Təşkilat  bürosu  26  sentyabr  1921-ci  il  iclasında 
Q arabağ  məsələsi  müzakirə  edilərkən  belə  bir  qərar  qəbul  olundu:  «Qafqaz 
bürosundan  xahiş  olunsun  ki,  Dağlıq  Qarabağın  muxtariyyat  vahidə  aynlması 
haqqında öz qərarına yenidən baxsın, buna qədər muxtariyyat elan etməməli»110.
Q arabağ  məsələsinə  dair  yeni  materialları  cəlb  etməklə  məsələni  bundan 
sonra  da  öyrənmək  üçün  Ə.H.Qarayev,  S.M.Əfəndiyev  və  D.X.Bünyadzadədən
40
ibarət xüsusi  komissiya yaratm aq qərara alındı. Komissiya dərhal Q arabağa yola 
düşməklə oradakı partiya Və sovet işçilərinə rəhəbərlik etməli idilər.
Bəhs  etdiyimiz  dövrdə  Azərbaycanm  hər  yerində,  o  cümlədən  Dağlıq 
Qarabağda aclıq  baş  verdi. Azərbaycan hökuməti  Qarabağm hər qəzası üçün bir 
milyard  m anat  pul,  paltar,  avadanlıq  dava-dərman  ayırdı.  Bu  zaman  partıya 
işçiləri  Q arabağa  ezam  olundu.  Eyni  zamanda  Azərbaycan  hökuməti  oraya  6 
min pud taxıl, düyü, alma, 23 min arşm parça yolladı111.
1922-ci il oktyabrın 30-da Azərbaycan K(b)P M K  Rəyasət  Heyəti Q arabağa 
Muxtariyyat  verilməsi  üzrə,  Ağamalıoğlu,  Karakazov  və  Siviridovdan  ibarət 
komissiya  yaratdı.  Eyni  zam anda  Azərbaycan  XKS  nəzdində  Dağlıq  Q arabağ 
işləri üzrə xüsusi komitə təşkil etdi112.
1922-ci  ilin  noyabrında  AK(b)P  Bakı  Komitəsinin  Plenumu  keçirildi. 
Plenumda  Dağlıq  Q arabağın  muxtariyyat  məsələsi  müzakirə  edildi.  Plenum 
AK(b)P Rəyasət  Heyətinə  tapşırdı  ki,  Dağlıq  Qarabağın  M uxtariyyat haqqm da 
məsələnin işlənib hazırlanm asm a dair komissiyanm qəti tərkibini təsdiq etsin.
1922-ci  il  dekabnn  5-də  RK (b)P  Zaqafqaziya  Ölkə  Komitəsində  (ZÖK) 
Dağlıq  Q arabağ  haqqm da  məsələ  müzakirə  edildi113.  Q ərara  alındı  ki,  Dağlıq 
Qarabağ  məsələsi  ilə  bağlı  ZÖK-nin  sədri,  7  üzvü  və  Şuşa,  Cavanşir,  Cəbıayıl 
qəzalarmdan  3  nəfər  daxil  olmaqla  Dağlıq  Qarabağ  işləri üzrə  Mərkəzi  Komis- 
siya  yaradılsm.  Həmin  qərara  uyğun  olaraq  1922-ci  il  dekabrm  15-də  AK(b)P 
MK-nın  Rəyasət  Heyəti  S.M .Kirov  başda  olmaqla  Azərbaycan  SSR  XKS 
yanmda  Dağlıq  Q arabağ  işləri  üzrə  Mərkəzi  Komissiyanın  və  A.K arakozovun 
sədirliyi  ilə  Dağlıq  Q arabağ  işləri  üzrə  komitənin  tərkibini  təsdiq  etdi.  Komis- 
siyaya  Şuşa,  Cəbrayü,  Cavanşir  qəzaları  icraiyyə  komitələrinin  sədrləri  də  daxil 
idilər.  Komitə həm də torpaq, təhsil və səhiyyə işlərinə rəhbərlik edirdi114.
1922-ci il  dekabrın  17-də AK(b)P M K-nm  Rəyasət  Heyəti  və XKS  «Dağlıq 
Q arabağ  haqqında  Azərbaycan  M İK   və  XKS-nin  layihəsi»ni  təsdiq  etdilər115. 
Dağlıq  Q arabağ işləri  üzrə komissiya K arakozovun sədrliyi ilə yerlərdə  vəziyyəti 
hərtərəfli öyrəndikdən  sonra Q arabağ məsələsinin həlli layihəsini təsdiq etdi.
41


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə