Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə13/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   9   10   11   12   13   14   15   16   ...   141

yazından  etibarən  Dağlıq  Qarabağda  ərzaq  vergisi  tətbiq  olunmağa  başlandı. 
Həmin  vaxtdan  YİS-ə keçid  prosesi  baş  verdi11.  YİS  hakim mövqelərin  dövlətin 
əlində  olması  şərtilə  ərzaq  vergisi  tətbiq  olunmasını,  ticarət  azadlığma  yol 
verilməsini,  icarə  sisteminin  yaradılmasmı,  xarici  ticarətə  yol  verilməsini, 
kooperasiya,  bank  və  kredit  şəbəkəsinin  yaradılmasmı  və  başqa  iqtisadi 
tədbirləri  tətbiq  etməyi  nəzərdə  tuturdu.  Bütün  bunlar  isə  təsərrüfatm  və 
istehsalçılarm  maddi  marağımn  artırılmasma,  onlarm  azad  iqtisadi  fəaliyyətinə 
imkan  verirdi.  YİS dövründə xırda  istehsal  və  ticarət müəssisələri  icarəyə verildi. 
Bütün  bunlar  isə sənayenin dirçəlməsinə,  ticarətin  inkişafma,  maliyyə  sahəsində 
böhranlı  vəziyyətin  aradan  qaldırılmasına səbəb  oldu.  YİS-in  tətbiqi  nəticəsində 
Dağlıq  Qarabağda  bazar iqtisadiyyatımn  inkişafma  şərait yarandı,  şəhərlə  kənd 
arasm da əlaqələr genişləndi və sahibkarlıq inkişaf etməyə başiadı12,
I922-ci  il martın  11-də Şuşada ikinci Fövqəladə Sovetlər Qurultayı keçirildi. 
Qurultayda Dağlıq Q arabağ sənaye müəssisələrinə rəhbərlik İcraiyyə Komitəsinə 
həvalə  olundu13.  Həmin  vaxt  Azərbaycan  hökumətinin  sərəncamı  ilə  Dağlıq 
Q arabağda  sənayeni  inkişaf  etdirmək  məqsədilə  Bakıdan  Dağlıq  Q arabağa  25 
min pud taxıl, 5 milyon manat pul, xammal və avadanlıqlar göndərildi14.
Dağlıq  Q arabağda  YİS-ə  keçid  nəticəsində  müəssisələrin  icarəyə  verilmosi 
siyasətindən  real  hakimiyyətdə  olan  qüvvələr  məharətlə  istifadə  edərək,  vaxtilə 
azərbaycanlılara  məxsus  olan  müəssisələri  məqsədli  şəkildə  əraziyə  köçürülən 
ermənilərə icarəyə verdilər.
1921-1925-ci  illərdə  Dağlıq  Q arabağ  sənayesində  başlıca  diqqət  ipəkçiliyin 
inkişafma  istiqamətlənmişdi.  Xınzınstan  ipək  fabrikinin  bərpası  üçün  Bakı 
neftçiləri 500 pud xammal, xeyli avadanlıq və texnika göndərdi. Nəticədə,  1922-ci 
ilin  sonlarm da  müəssisə  öz  fəaliyyətini  bərpa  etdi.  Azneft  fəhlələrinin  yaxından 
köməyi  ilə  5  ipəkçilik müəssısəsində iş öz əwəlki  ahənginə düşdü15.  A rtıq  1923-ci 
ildə  Dağlıq  Qarabağın  ipəkçilik  müəssisələrində  5,2  ton  xam  ipək,  1000  kq  ipək 
sapı istehsal olundu16.
Dağlıq Qarabağın  bol yeraltı təbii sərvətlərindən tikinti materialları üstünlük 
təşkil  edir.  1921-1923-cü  illərdə  Dağlıq  Qarabağda  sement  və  əhəng  istehsahnı
genişləndirmək üçün Rusiyadan avadanlıqlar göndərildi. Xankəndi, Xocavənd və 
Hadrud sement zavodu və mərmər sexi  işə düşdü'7.  1923-cü ildə Dağlıq Qarabağ 
sənayesi  öz  əvvəlki  ahəngini  bərpa  edə  bilmədi.  Çünki,  kadrlara,  xammalda, 
texniki avadanlıqlara hələ də böyük ehtiyac var idi.
i 923-cü  il  iyulun  24-də Azərbaycan  SSR  M İK  və XKS-nin  Bakıda keçirilən 
birgə  konfransmda Azərbaycan  M İK-nin sədr müavini  M.B.Qasımovun  «Dağlıq 
Qarabağm  inkişaf  prespektivləri  haqqmda»  məruzəsi  dinlənildi.  Konfransda, 
Dağlıq  Qarabağda  sənayenin  bərpa  və  inkişafı  üçün  Azərbaycan  Mərkəzi  Ban- 
kmdan  1  milyon  m anat  kredit,  480  min  manatlıq  ərzaq,  parça,  şəkər,  şüşə,  neft 
məhsulları,  200 nəfər ixtisaslı kadr verilməsi  qərarlaşdırıldı.  Eyni zam anda  1923- 
cü  ildə  Zaqafqaziya  Xalq  Rabitə  Komissarlığı,  Dağlıq  Qarabağ  sənayesinin 
inkişafı üçün 5 milyon manat pul tərxis etdi18.
1923-cü  ildən  başlayaraq  Dağlıq  Qarabağda  elektrik  xətlərinin  çəkilişinə 
başlandı.  İlk günlər burada 2 m ühəm k işləyirdisə,  2 il  ərzində DQMV-də daha 4 
mühərrik işə düşdü19.
1923-cü  ilin  noyabrında  Azərbaycan  hökuməti  DQMV-nin  sənayesinin 
bətpa  və  inkişafı üçün  15  min  manatlıq  tikinti  m ateriallan,  20  min  arşm  bez,  20 
min  pud  ağ  neft  və  müxtəlif  avadanlıqlar  göndərdi.  1924-cü  ilin  fevrahnda  isə 
DQMV-də bazar qiymətlərini qaydaya salmaq üçün  vahid vergi sistemi  müəyyən 
edildi və ticarəti tənzim edən komissiya yaradıldı20.
Sovet  Rusiyasmın  göstərişi  ilə  Azərbaycan  hökuməti  1924-cü  ildən  DQMV- 
də  spirt-şərab  istehsalına  xüsusi  diqqət  yetirməyə  başladı.  Həmin  vaxtdan 
Gürcüstandan  alman  avadanhqlar, xammal və  Bakı  neftçilərinin  ayırdığı  15  min 
manatlıq  vəsait  spirt-şərab  zavodlarının  tikintisinə  sərf  edildi.  Zavodlarm 
xammala olan  tələbatını ödəmək üçün yeni tu t və üzüm bağlan əkildi.  1924-1925- 
ci  illərdə  DQMV-də  bir  neçə  spirt-şərab  zavodları  tikilib  istifadəyə  veTİldi. 
Beləki,  1924-cü  ilin  iyulunda  Xankəndində  «Qarabağ  spirt istehsalı»  koperativi, 
«Tuğ  ıttifaqı»  koperativi,  1925-ci  ildə  Vərənddə  «Saflaşdırma  Spirt  Zavodu, 
Əskəranda şərab zavodu tikilib istifadəyə verildi21.
51


1925-ci  il  fevrahn  12-də  Xankəndində  konfrans  keçirildi.  Konfransda 
DQMV-də sənayedə əldə edılən  müvəffəqiyyətlər  və qarşıdakı  vəzifələr müəyyən 
olundu.  Nəzərdə  tutuldu  ki,  ipək  toxuma  müəssisələrinin  bərpası  davam 
etdirilsin.  Ağac  materialları  və  spirt  sənayesinin  inkişafı,  elektrik  enerjisi  isteh- 
salınm yüksəldilməsi üçün ayrılan vəsaitin miqdarı artırılsm22.
Azərbaycan  SSR  Ali  İqtisad  Şurası,  DQMV-də  elektrikləşmə  işini  həyata 
keçirmək üçün daimi  komissiya yaratdı.  Komissiya layihə işləyib hazırladı.  Plana 
görə  Tərtər  çayı  üzərində  200  min  klovat  a t  gücündə  SES  tikmək  və  gücü  700 
klovata  çatan  Ağa  Körpüsü üzərindəki  SES-i  qısa  müddətdə  istifadəyə vermək, 
bölgədə elektirik  xətlərinin  çəkilişini  davam  etdirmək nəzərdə tutulmuşdu.  1924- 
cü  ilin  sonlarmda ümumi  gücü 245  klovata  çatan,  Aqa  Körpüsü üzərindəki  SES 
istifadəyə  verildi.  DQMV-də  86  min  manatiıq  elektrik  xətti  çəkildi.  Bunun  19 
min m anatı təkcə Xankəndinə sərf edilmişdi23.
1921-1925-ci  illərdə  DQMV-də  Şuşa-Yevlax  və  Xankəndi-Gəncə  yollan 
çəkilib  istifadəyə  verildi.  Eyni  zamanda  Xanbulağı,  Xankəndi,  Malıbəyli,  Qala- 
dərəsi körpüləri tikildi24.
Bəhs  olunan  dövrdə  DQMV-də  yüngül  sənayenin,  xüsusilə  ipəkçiliyin 
inkişafma  xüsusi  dıqqət  yetirildi.  Bu  məqsədlə  1925-ci  ilin  fevralında  50  min 
m anat  vəsait  ayrıldı.  1925-ci  ildə  DQMV-də  xalçaçılıq  fabriki  tikilib  istifadəyə 
verildi.  1925-ci ildə xam ipək  12,3 tona, hazır burulmuş ipək  1,5 tona çatdı ki,  bu 
da  1923-cü  illə  müqayisədə  təxminən  60  faiz  artım  demək  idi25.  Bütün  bu 
müvəffəqiyyətlər  isə YİS-in  bəhrəsi  hesab  olunurdu.  1921-1925-ci  illərdə  Dağlıq 
Q arabağda  sənaye  sahəsində  qazanılan  nailiyyətlər  ilk  növbədə  sənaye  müəs- 
sisələrinə  verilən  sərbəstliklə  bağlı  idi.  Belə  ki,  bəhs  edilən  dövrdə  müəssisələrin 
özünüidarə, özünümaliyyələşdirmə sisteminə keçməsi fəhlələrin maddi marağmın, 
ruh  yüksəkliyinin  artmasma,  bu  da  öz  növbəsində  əmək  məhsuldarlığının 
inkişafına, istehsahn genişlənməsinə səbəb oldu.
Beləliklə,  YİS-in  tətbiq  olunması  sayəsində  1925-ci  ildə  Dağhq  Qarabağm 
iqtisadiyyatında  canlanma  baş  verdi.  Sənaye  məhsulu  istehsalmın  həcmi 
müharibədən  əvvəlki  səviyyəyə  yaxınlaşdı26.  Əhalinin  sosial  vəziyyətində  müəy-
yən  irəliləyişlər  baş verdi.  Lakin  aparılan  tədqiqatlar nəticəsində  məlum  olur ki, 
1921 -1925-ci  illərdə  DQMV-də  yaşayan  azərbaycanlılara,  erməni  rəhbərliyi 
tərəfındən  ögey  münasibət  göstərilmişdir.  İstər  mədəni-məişət  və sənaye  obyekt- 
lərinin  tikintisində,  istərsədə  müəssisələrdə  işləyən  fəhlələrə  münasibətdə  azər- 
baycanhlar  həmişə  biganəlik  və  ədalətsizliklə  rastlaşmışlar.  Mərkəzdən  dəstək 
alan  DQMV  hakimiyyət  orqanları  öz  məkirli  niyyətlərini  həyata  keçirərkən  heç 
kimdən  və  heç  nədən  ehtiyat  etmirdilər.  Sovet  Rusiyasımn  1921-1925-ci  illərdə 
Dağlıq  Qarabağda  həyata keçirdiyi  iqtisadi  və siyasi  tədbirlərdə güddüyü başlıca 
məqsəd  yerli  əhalinin  (azərbaycanhların) milli mənlik şüurunu öldürmək, ərazidə 
ermənilərin  hesabma  öz  dayaqlarını  möhkəmləndirmək  və  müstəmləkəçilik 
rejimini  əbədiləşdirərək ölkəmizin  təbii sərvətlərini yeni  rejimin  tələblərinə uyğun 
şəkildə  istifadə  etməkdən  ibarət  olumşdur.  1920-ci  ilin  ortalarm da  YİS-ə keçid 
nəticəsində  DQMV-nin  iqtisadi  həyatında  nisbi  iqtisadi  sabitlik  yarandı.  YİS-in 
həyata keçirilməsi prosesində üstün cəhətlərlə yanaşı, zəif cəhətlər də üzə çıxmağa 
başladı.  Belə  ki,  ali  hakimiyyət orqanlarına  arxalanan  ermənilər,  onlara  məxsus 
olmayan  sənaye  müəssisələrini  icarəyə  götürüb  sahibkara  çevrildilər  və  müəs- 
sisədə  işləyən  azərbaycanlılara  ögey  münasibət  göstərdilər.  Bütün  bunlar  sənaye 
müəssisələrində  çalışan  zəhmətkeş,  əliqabarlı,  haqqı  tapdalanan  fəhlələrin 
narazılığma  səbəb  olurdu.  Enyi  zamanda,  DQMV-də  YİS-in  iqtisadi  imkan- 
larından  istifadə  edən  fınldaqçı  ermənilər  iri  birlikləri  (trestləri)  ələ  keçirib  min 
bir  saxtalıqla  daha çox  varlanırdılar.  Varlı  təbəqəyə  qarşı  isə  narazılıq  gündən- 
giinə artırdı.  Həm də əhalinin təbəqələşməsi kapitalist ünsürləri  yaratdığmdan bu 
hal  yeni  cəmiyyətin  prinsiplərinə  zidd  hesab  olunurdu.  Bütün  bunlarla  yanaşı, 
YİS  sərbəst  ticarətə  şərait  yaratdığından  şəhərlə  kənd  arasmda  əlaqələr  pozu- 
lurdu.  Məhz  belə  bir  şəraitdə,  YİS  prinsiplərindən  əl  çəkməyə,  iqtisadiyyatda 
inzibati  amirlik  metodları  tətbiq  olunmağa  başlandı.  Mərkəzin  yalnız  bir  məq- 
sədi  var  idi.  Hansı  yolla  olur-olsun  sənayeni  inkişaf etdirmək,  ölkənin  müdafiə

qabiliyyətini möhkəmləndirmək, onu idxalçı ölkədən ixrac edən ölkəyə çevirmək.
Azərbaycanda  sənayeləşdirmənin  həyata  keçirilməsi ürün  1926-cı  ilin  fevralında
i
I

53
■i


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə