Azərbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 197,49 Kb.
Pdf görüntüsü
səhifə21/141
tarix15.03.2018
ölçüsü197,49 Kb.
#31598
1   ...   17   18   19   20   21   22   23   24   ...   141

DQMV-də  56 nümunəvi  məktəb  binası  tikilib  istifadoyə verilmişdi.  1940/1941-ci 
tədris  ilində  Azərbaycanda  654902  şagirdi,  22016  müəllimt  birləşdirən  3575 
məktəb  fəaliyyət  göstərirdi  ki,  bundan  196  məktəb  40766  şagird,  1696  müəllim 
DQMV-nin,  196  məktəb,  30453  şagird,  1039  müəllim  Naxçıvan  MSSR-nin 
payına  düşürdü.  M araqlı  cəhət  ondan  ibarətdir  ki,  aparılan  tədqiqatlar 
nətəicəsində məlum olur ki,  DQMV-i əhalinin sayı ilə müqayisədə məktəblərin və 
müəllimlərin  sayma  görə  Azərbaycanda  birinci  yerdə  dayanmışdır.  Məsələn, 
Ümumrespublika  səviyyəsində  hər  məktəbə  6,1  müəllim  düşürdüsə,  bu  göstərici 
Naxçıvan  M SSR-də  5,3-ə,  DQMV-də  isə  8,6-ya  bərabər  idi.  Eyni  zamanda, 
Respublikamızda  hər  müəllimə  29  şagird  düşürdüsə,  Azərbaycamn  DQMV-də 
hər  müəllimə  24  şagird  düşürdü.  Axırıncı  göstərici  Naxçıvan  MSSR-da 
ümumrespublika  səviyyəsi  ilə  eyni  idi  (29  şagird).  Bütün  bunlar  Azərbaycan 
hökumətinin  DQMV-nə göstərdiyi dərin  qayğmm nəticəsi idi və sözsüz ki, bütün 
bunlar əhalinin savadlanmasma öz müsbət təsirini göstərirdi.
1935-ci  ildə  məktəblərin  strukturu  dəyişdirildi.  İbtidai,  natam am   orta  və 
orta  məktəblər  açıldı.  1940/1941-ci  tədris  ilində  DQMV-də  45  ibtidai,  116 
natam am   orta (yeddillik)),  35 o rta məktəb fəaliyyət göstərirdi.  Naxçıvan MSSR- 
da isə  87  ibtidai,  74 natam am   orta,  35  orta  məktəb  var idi.  Yeddillik  məktəblər
1924-cü  ildə  fəhlələr  üçün,  1926-cı  ildə  isə  kəndli-gənclər  üçün  açılmışdı.
1940/1941-ci  ildə  Bakı  şəhərində  cəmi  64  natam am   orta  (yeddiillik)  məktəb  var 
idi.  DQM V-də  isə  həmin  məktəblər  daha  üstünlük  qazanırdı.  Aparılan 
hesablam alara görə  1926-cı ildə DQM V-də əhalinin 25 faizi,  1933-cü ildə 51  faizi 
oxuyub  yazmağı  bacarırdı.  1939-cu  ildə  isə  10  yaşdan  yuxarı  olan  hər  1000 
nəfərdən  113-nün  tam   və  natam am   orta  təhsili  vardı.  1939-cu  ildə  aparılan 
siyahıyaalmmaya  görə  DQM V-də  9  yaşından  49  yaşmadək  olan  adamlar 
arasında  savadlılarm  sayı  -  84 faizə  çatmışdır.  1940-1941-ci dərs  ilində  DQMV- 
də 6 texnikom var idi.  Həmin texnikom larda 818  nəfər tələbə təhsil  alırdı.  Bütün 
məktəblərdə  rus  dilinin  tədrisinə  xüsusi  diqqət  yetirilirdi.  1940-cı  ildən  başlaya- 
raq məktəblərdə xarici dil tədris edilməyə başlandı.
82
1920-ci  ilin  aprel  çevrilişindən  sonra  Azərbaycan  hökuməti  Dağlıq 
Qarabağda  xalq  maarifi  işini  daha  da  yaxşılaşdırmaq,  kütlələrlə  apanlan  ideya 
siyasi 
tərbiyə  işinin  səviyyəsini  yüksəltmək,  mədəni-maarif ocaqlarmm  təşkili  və 
onlarm  
şəbəkəsinin  genişləndirilməsi kimi çox  mühüm  vəzifələr müəyyənləşdirdi. 
Bu 
işlərin  həyata  keçirilməsi  üçün  xalqın  şüurunun  yüksəldilməsi  lazım  idi.  Bu 
işdə  mədəni-maarif  ocaqlarmın  kitabxanalar,  klublar,  qiraət  kom alan,  siyasi 
savad  kursları,  savadsızlığı  və  azsavadlılığı  ləğv  etmək  məktəbləri  qarşısında 
vəzifələr  qoyuldu.  Həmin  vəzifələr  Azərbaycan  K P  24  may  1920-ci  il  tarixli 
«Azərbaycan  KP rayon komitəsinin mədəni-maarif işi üzrə təlimatı»nda öz əksini 
tapmışdı.
1920-ci  illərdə Dağlıq  Qarabağda  kitabxana və qiraətxanalarm  açılması  üçün 
xüsusi diqqət yetirilmişdir.  Əgər  1920-cı ildə  Dağlıq  Qarabağda  2  kitabxana  var 
idisə,  artıq  1924-cü  ildə  burada  4  kitabxana  və  5  qiraət  koması,  1  qırmızı  guşə 
təşkil  edilmişdir4.  Çətin  şəraitə  baxmayaraq,  Azərbaycan  hökuməti  DQMV-də 
kitabxana  və  qiraətxanaların  açılmasına  xüsusi  diqqət vermiş,  artıq  1926-cı  ildə 
ərazidə  13  kitabxana  və  qiraət  koması  fəaliyyət  göstərirdi.  Onlann  fondunda 
9848  ədəbiyyata  dair  idi  ki,  bunlardan  1595  nüsxə  Azərbaycan  dilində,  2053 
nüsxo  ermənicə,  6200  nüsxə  isə  rus  dilində  olmuşdur3.  Aparılan  tədqiqatlar 
nəticəsində  məlum  olmuşdur  ki,  kitabxanalarm  rəhbərlərinin  hamısı  milliyyətcə 
erməni  olduqlarından,  onlar Respublika nəşriyyatlanndan  və  Baş  Siyasi M aarif 
idarəsindən  erməni  dilində  ədəbiyyat  istəyir,  Azərbaycan  dilində  ədəbiyyata  isə 
etinasız yanaşırdılar.
Azərbaycan  hökumətinin  gördüyü  tədbirlər  nəticəsində  artıq  1941-ci  ilin 
əvvəllərində  vilayətdə  66  müstəqil  kitabxana  fəaliyyət  göstərirdi  ki,  bu  kitab- 
xanalarm  fondunun  ümumi  həcmi  540.00  nüsxəyə  çatmışdır6.  Bu  zəngin  mədəni 
irsdən  isə əhalinin  savadlı  hissəsinin  əksəriyyəti  səmərəli  istifadə edirdi.  Mədəni- 
m aarif  müəssisələrinin  geniş  və  etibarlı  şəkildə  yaradılaraq  inkişaf  etdirilməsi 
DQMV-də  yaşayanlar  üçün  böyük  əhəmiyyətə  malik  oldu.  Bu,  Vilayətdə 
savadsızlığın ləğvi üçün xeyli iş gördü.


DQMV-də  30-cu  illərdə  yaradılmış  mədəni-maarif  müəssisələrindən  biri  də 
klublar  olmuşdur.  1933-cu  ildə  Talış,  Ksabet,  Levanarx,  Umudlu  kəndlərində 
klublar  fəaliyyət  göstərməyə  başladı.  1933-cü  ilin  sonlarında  isə  Xankəndi 
rayonunda  erməni  icması  üçün  fəaliyyət  göstərən  2 yeni  klub  istifadəyə  verildi7.
1940-cı  ildə  DQMV-də  klublann  sayı  artaraq  151-ə  çatdı.  Bu  zaman  Naxçıvan 
MSSR-da  105  klub  fəaliyyət  göstərirdi.  Bəhs  olunan  dövrdə  yaradılmış  mədəni- 
m aarif  müəssisələri  ermənilər  tərəfindən  əhalinin  milli  və  sosial  tərkibi  nəzərə 
almmaqla təşkil edilirdi.
DQMV-də  mədəni-maarif ocaqlarmın  sayı  artdıqca  əhalinin  kitaba  və  şəxsi 
təhsilə  olan  marağı  da  artır,  savadsızlıq  aradan  qaldırılırdı.  Mədəni-maarif 
müəssisələrinin  genişlənməsi və deməli,  həm də xalqımızm  savadlılıq  dərəcəsinin 
yüksəldilməsində M.Ə.Müznibin (o, haqsız olaraq,  1938-ci ildə güllələnmişdir) və 
uzun müddət Şuşa  şəhər kitabxanasının  müdiri vəzifəsində işləmiş  Mirzə Xosrov 
A xundovun xidmətlərini xüsusilə qeyd etmək lazımdır.
1920-1930-cu  illərdə  DQMV-də  hüquqsuz  və avamlıq  simvolu  hesab  olunan 
çadraya  qarşı  mübarizə  kəskin  xarakter  aldı.  Xüsusilə,  Dağlıq  Qarabağm 
azərbaycanlılardan  ibarət  olan  yaşayış  məskənlərində  çadraya  qarşı  mübarizə 
böyük kompaniyaya çevrildi.
1929-cu  ildə  bütövlükdə  Vilayətdə  5000  nəfərdən  çox  qadm   öz  çadrasını 
atdığmı elan etmişdir.  Çadraya qarşı mübarizə ilə yanaşı  qadm larm  ictimai işlərə 
cəlb  olunması  üçün  də  tədbirlər  görüldü.  1937-ci  ildə  Dağhq  Q arabağda  200 
nəfərdən  çox  qadm  kənd  sovetlərinə  rayon,  şəhər  icraiyyə  komitələrinə, 
komsomol  və  həm karlar  təşkilatlarına  işə  cəlb  olunmuşlar.  Vilayətdə  fəaliyyət 
göstərən  40-dan  çox  uşaq  bağçaları,  körpələr  evinə  gənc  qadm lar  başçılıq 
edirdilər.  Dağlıq Q arabağda  1915-ci ildə məktəblərdə təhsil alan qızlarm sayı  196 
nəfər  idisə,  1937-ci  ildə  oxuyan  qızlarm  sayı  576  nəfərə  çatdı.  1940-cı  ildə  olan 
m əlumata  görə  Dağlıq  Q arabağda  fəaliyyət  göstərən  ziyalıların  14,7  faizini 
qadınlar  təşkil  edirdi.  Bunlarm  bir  hissəsi  müəllim,  tibb  işçisi,  partiya  və  sovet 
orqanlarm da çalışan qadınlardan  ibarət idi8.  Səneyədə çalışan işçilərin 6,3 faizini,
84
toxuculuq  müəssisələrində  çalışan  işçilərin  üçdə  iki  hissəsini  qadınlar  təşkil 
edirdi.  1937-ci ildə Dağlıq Qarabağda 86 nəfər tibb işçisi qadın idi.
! 930-cu  illərdə,  uşaq evləri  və uşaq  bağçalarından  ibarət  tərbiyə  ocaqlarmın 
taşkili  və  inkişafı  sayəsindo  də  xeyli  irəliləyiş  baş  verdi.  Beləliklə,  1940-cı  ildə 
DQMV-də  95  tərbiyəçini,  1221  uşağı  birləşdirən  24  uşaq  bağçası,  1183  uşağa 
malik  33  körpələr evi  fəaliyyət göstərirdi. Bu vaxt Naxçıvan  MSSR-da 900 uşaqı 
birləşdirən 31  uşaq baqçası və körpələr evi var idi.
Siyasi,  mədəni-maarif  işində  qiraət  komalarının  rolu  böyük  idi.  Birinci 
beşilliyin  əvvəllərində  DQMV-də  152  qiraət  komaları  qeydə  almmışdır.  Qiraət 
komaları  Vilayətin  ayn-ayrı  şəhər  və  kəndlərində  500-600  nəfərə  xidmət  edirdi9.
1930-1940-cı  illərdə Vilayətdə  qiraət  komalarınm  sayı  təxminən  iki  dəfədən  çox 
artmşdır.  1936-cı  ildə Vilayətin kolxozlarmm 68 faizində qiraət komaları var idi.
Bolşeviklər  öz  hakimiyyətlərini  qoruyub  saxlamaq  və  möhkəmləndirmək 
üçün  birinci  növbədə  insanlarm  şüurlarmı  kommunist  idealogiyasma  uyğun 
olaraq  formalaşdırmağa  çalışırdılar.  Lakin  yüz  illər  boyu  insanların  qəlbinə 
hopmuş  dini  dəyərlər  bölşeviklərin  məqsədlərini  həyata  keçirməsinə  maneə 
olurdu.  Ona  görə  də  bolşeviklər  «mədəni  inqilab»  pərdəsi  altmda  dinə  qarşı 
mübarizəyə  başladılar.  1920-ci  ilin  mayında  məktəblərdə  dini  etiqadlann  təlimi 
və ayinlərin icrası qadağan  edildi.  Dövlətin elan etdiyi «vicdan azadlığı» isə kağız 
üzərində  qaldı.  1924-cü  ildə  din  əleyhinə  komissiya  yaradıldı.  1924-cü  ildə 
DQMV-də  «Allahsızlar  cəmiyyətinin  xüsusi  şöbəsi»  fəaliyyətə  başladı.  Cəmiy- 
yətin üzvləri xüsusi təlim keçmiş adam lar idi.
Respublikada fəaliyyət göstərən  muzeylərdə «ateizm»  bölmələri yaradıldı.  Bu 
bölmələr xüsusi  ədəbiyyatla,  əyani  vasitələrlə  təchiz olundu.  Dinə qarşı  mübarzə 
mərkəzi,  yerli  partiya  orqanlarının,  təhsil  ocaqlarmm, habelə gənclər təşkilatının 
əsas vəzifələrindən birinə çevrildi.
DQMV-də  kənd  təsərrüfatımn  sosialistcəsinə  yenidən  qurulması  dinə  qarşı 
mübarizə ilə müşahidə olunurdu.  1929-cu il aprelin 9-da Azərbaycan K(b)P MK- 
nın  plenumu  kənddə  «AUahsızlar  cəmiyyəti»nin  işini  gücləndirmək,  dinə  qarşı 
mübarizə,  çadranın  və  papağın  atılması  ilə  bağlı  məsələləri  müzakirə  etdi10.
85


Yüklə 197,49 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə